Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-880/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7785/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki iddiaçı Cavabdeh2 qarşı 27.10.2017-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 20000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan manatı ilə pul vəsaiti və 21000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Cavabdeh2 20000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 21000 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayo n Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 21000 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh2 9471 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir.
2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra vərəqəsində 21000 ABŞ dolları və 9471 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi barəsində qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icra şöbəsində olduğu zaman icra məmuru tərəfindən Cavabdeh2 mülkiyyətində hər hansı əmlakların olub-olmaması barədə sorğular göndərilmiş, lakin sorğuların nəticəsi olaraq Cavabdeh2 mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, 22.11.2017-ci il tarixli, 4Ə-68 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili və 22.11.2017-ci il tarixli, 4Ə-69 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi bağ evi 842T ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evi Cavabdeh1 bağışlanmışdır.
4. Müqavilə bağlanarkən həmin mənzildə qeydiyyatda olan şəxslərin, o cümlədən X4, X2 və X3 da razılığı alınmışdır. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarış ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, onun əsasında X tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini, Cavabdeh2 xxx bağ evi 842T ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evinin Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il t arixli müqavilənin etibarsız hesab edilməsini və onun əsasında X tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 qarşı 27.10.2017-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək və Cavabdeh2 20000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan manatı ilə pul vəsaiti və 21000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Cavabdeh2 20000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə və 21000 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı A pellyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 oğiunun apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 21000 manat tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh2 9471 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra vərəqəsində 21000 ABŞ dolları və 9471 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi barəsində qərar, Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvə yə minmiş və icra olunması üçün Nizami rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icra şöbəsində olduğu zaman icra məmuru tərəfindən Cavabdeh2 mülkiyyətində hər hansı əmlakların olub-olmaması barədə sorğular göndərilmiş, lakin sorğuların nəticəsi olaraq Cavabdeh2 mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh2 onun tərəfindən 27.10.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsində pul tələbi barədə iddia qaldırdığını bilib, gələcəkdə ona olan borcun ödənilməsi məqsədilə onun mülkiyyətində olan əmlaklara yönəldilməsini nəzərə alıb 22.11.2017-ci il tarixdə X 02 (iki) müxtəlif daşınmaz əmlakın bağışlanması haqqında müqavilələr bağlamışdır. 22.11.2017-ci il tarixli, 4Ə-68 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqav iləsinə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzil Cavabdeh1 bağışlanmışdır. 22.11.2017-ci il tarixli, 4Ə-69 saylı reyestrdə qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, Cavabdeh2 məxsus xxxx bağ evi 8421 ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104.3 kv.m olan bağ evi Cavabdeh1 bağışlanmışdır. Qeyd olunan hər iki əmlak Cavabdeh2 tərəfindən həyat yoldaşı X4 qardaşı olan Cavabdeh1 bağışlanmışdır. Hər iki müqavilənin eyni gündə bağlanma məqsədi ona olan borcun ödənilməməsi məqsədi daşıyır, hər iki müqavilə uydurma əqdlərdir və borc öhdəliyini icra etməkdən boyun qaçırmaq üçün bağlanmışdır..
7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim B.Qasımov) 2(007)-181 /2021 saylı 16.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs BXi cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1, AX qarşı “Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 61,95 kv.m, yaşayış sahəsi 44,56 kv.m olan 3 otaqlı mənzili Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, onun əsasında X tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsini, Cavabdeh2 xxxxx bağ evi 842T ünvanda xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,3 kv.m olan bağ evinin Cavabdeh1 bağışlanması haqqında 22.11.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və onun əsasında X tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiаsı təmin edilməmişdir..
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müqavilələr bağlanarkən digər zəruri şərtlərlə yanaşı, həmin mənzildə qeydiyyatda olan şəxslərin, o cümlədən X4, X2 və X3 da razılığı alınmışdır. Bu xüsusat, işdə olan və həmin şəxslər tərəfindən ünvan 5 ünvanlanmış 2017-ci ilin noyabr ayında vermiş olduqları ərizələrdə öz əksini tapmışdır. Müqavilə üzrə öhdəlik icra edilmiş və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi, tərəflər sözügedən müqavilələri bağlayarkən bağışlama müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyətində olmuşlar. Eyni, zamanda, iddiaçı, həmin müqavilə tərəflərinin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini, müqavilələrin yalnız görünüş üçün ba ğlandığını və bunun hər iki tərəfin qəsdi ilə əhatə olunduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh2 qarşı pul tələbinə dair qaldırdığı iddia 2017-ci il tarixdə verilsə də, X1 20000 ABŞ dolları pul qətnamənin icra oldunduğu günə manat məzənnəsi ilə və 9471 manat pulun ona ödənilməsi ilə bağlı qətnamə 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi 28.12.2017- ci il tarixdə qət edilsə də, mübahisə predmeti olan müqavilələr bundan əvvəl, yəni 22.11.2017-ci il tarixdə bağlanmışdır. Həmçinin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh2 qanuni qüvvəyə minmiş qətnamənin icrasından yayınmır, ödənişlər edir. Hətta məhkəmə iclasınd a Cavabdeh2 nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, hazırda iddiaçıya olan borcdan birdəfəlik 25000 manat ödəyə bilər, lakin iddiaçı bununla razılaşmamışdır. Yəni iddiaçının iddia tələbində qeyd etdiyi halların mövcud olması üçün cavabdeh tərəfin borcu ödəməkdən yayınması halı təsdiq edilməlidir ki, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 324, 337, 340.1, 666.1, 667.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7785/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-c i il tarixli qətnaməsi ilə (hakimlər: T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmi n edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instans iyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
21. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
22. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)
23. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)
24. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əq dlər ola bilər. (maddə 337.1)
25. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)
26. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)
27. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (maddə 340.1)
28. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qü vvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti tə min olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7785/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.