Məhkəmə qərarları › İş №2(102)-887/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-887/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-887/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti ASCyə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi tələbi) 08.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili X1, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3311/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 07.12.2017-ci il tarixli ipoteka krediti üzrə borcalanın həyat Sığortası Şəhadətnaməsi ilə müəyyən edilir ki, sığorta müddəti 07.12.2017-ci ildən 01.11.2030-cu il tarixədək olmaqla və sığorta haqqı aylıq 36.63 manat təşkil etməklə sığortalı İddiaçı ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 42334.30 AZN təşkil edir, sığorta təminatı qismində isə sığorta olunanın ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində 1, 2 və 3-cü dərəcəli əlilliyin təyin edilməsi çıxış edir, sığorta olunana ikinci dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan xəstəlik və ya bədbəxt hadisə üzrə müddətli əlillik dərəcəsi təyin edildiyi halda sığorta ödənişinin həcmi əlillik müəyyən edilmiş dövr ərzində ödəniş cədvəl inə uyğun olaraq ödənilməli olan məbləğin 40 faizi həcmində müəyyən edilir. 01.08.2019-cu il tarixli məktubdan görünür ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Həmin Şəhadətnamə üzrə ərizədən görünür ki, ərizə imzalanan anda İddiaçı əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs deyil, ağıldan kəmlik, epilepsiya və digər ağır sinir pozğunluqlarından əziyyət çəkmir, bütün növ xroniki xəstəliklər, həmçinin şəkərli diabet, onkoloji və yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmir, sığorta müddəti başa çatan tarixdə onun yaşı 65-dən çox olmayacaqdır, əsəb-psixi xəstəliklər, alkoqolizm və yaxud narkomaniyadan əziyyət çəkmir, həyat sağlamlığı üçün yüksək təhlükə yaradan aktiv istirahət v ə idmanla peşəkar səviyyədə, yüksək riskli və digər əyləncə növləri ilə məşğul olmur, nəqliyyat vasitəsi kimi motosikletdən istifadə etmir, İÇV infeksiyasının daşıyıcısı deyil və QİÇS-ə yoluxmamışdır, əlilliklə nəticələnəcək hər hansı xəstəliyi yoxdur, əlilliyinin müəyyən olunması üçün müvafiq orqanlara müraciət etməmişdir, həmçinin tibbi müayinədən keçməməsi və yanlış və ya natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola bilər. 19.10.2018-ci il tarixli 121b/1 saylı Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, İddiaçı həm müharibə, həm dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmişdir, buna səbəb olan diaqnoz isə ürəyin işemiya xəstəliyi, stabil gərginlik stenokardiyası 3-cü funksional sinif, hipertoniya xəstəliyi (ikinci mərhələ), şəkərli diabet ikinci tip, insulindən asılı olan orta-ağır formadır. Həmin Şəhadətnamənin anamnezi hissəsindən (abzasından) görünür ki, iddiaçı 2007-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkir, insulin terapiya qəbul edir, hipertoniya xəstəliyi ilə əlaqədar müalicə alır, 2018-ci ilin iyun ayında anjioqrafiya olunmuş, stendləmə əməliyyatı aparılmışdır. Abşeron Rayon Poliklinakasının 310 saylı ambulator kartadan çıxarışdan görünür ki, iddiaçı 01.04.2019-cu il tarixdən poliklinikada Ürəyin İşemik xəstəliyinin stabil gərginlik stenokardiyası 3-cü funksuonal sinif stentləşmə əməliyyatından sonra "Hipertaniya xəstəliyi və 2-ci tip insulindən asılı olan or ta ağır formalı şəkərli diabet" xəstəliyi ilə dispanser qeydiyyata götürülmüşdür və 2-ci qrup əlildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 07.12.2017-ci il tarixdə sığorta müqaviləsi bağlayarkən sağlam olduğundan bağlanmış müqavilə üzrə ona sığorta ödənişinin verilməsinin Cavabdeh Sığorta Şirkəti ASC üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizə təqdim edilərək Cavabdeh Sığorta Şirkəti ASC ilə bağlanmış 07.12.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı 2-ci qrup əlillik dərəcəsinə görə 39.561 manat məbləğin 40 faizini təşkil edən 15824 manat məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsi xah iş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin müavini vəzifəsində işləmişdir, onunla Cavabdeh Sığorta Şirkəti ASC arasında 07.12.2017-ci il tarixli müvafiq saylı kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi bağlanılmışdır. Dövlət Xidmətinin Hərbi həkim Komissiyasının 19.10.2018-ci il tarixli xəstəlik şəhadətnaməsinə əsasən İddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməklə xidmətdən tərxis olunmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Komissiyanın xəstəlik şəhadətnaməsinə əsasən iddiaçının xidmətə yararsız hesab edilməsinə səbəb olan diaqnoz ürəyin işemiya xəstəl iyi, stabil gərginlik stenokardiyası 3-cu funksional sinif və stendləşmə əməliyyatı olmuşdur. İddiaçı borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi üzrə sığorta ödənişi barədə ərizə vermiş, lakin cavabdeh tərəfindən ərizə təmin olunmamışdır. İddiaçının 2007-ci ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi əsas gətirilərək, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir, sığorta təşkilatının həmin imtinası tamamilə əsassızdır. Həmin Dövlət Xidmətinin Hərbi həkim Komissiyasının 19.10.2018-ci il tarixli xəstəlik şəhadətnaməsinin verilməsi üçün iddiaçı 2018-ci ilin iyun ayında keçirdiyi ürək əməliyyatından sonra müəyyən müayinələrdən keçmişdir və digər xəstəliklər onun əsas xəstəliyindən sonra 2018-ci ilin sentyabr-oktyabr ayların da aşkar edilmişdir. İddiaçı aortatac qan damarının şuntlaşdırılması, koronar angioplastika əməliyyatlarını keçirmişdir, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən onun adına açılmış 172 saylı tibb kitabçasından görünür ki, iddiaçı 2014-cü ilin mayından 2018-ci ilin sentyabr ayına kimi xidmətə yararlı olmaqla heç bir xəstəlikdən əziyyət çəkməmişdir, odur ki, cavabdehin iddiaçıda 2007-ci ildən şəkərli diabet xəstəliyi olması, onun bunu bilə-bilə müqaviləyə təhrif olunmuş məlumatlar daxil etməsi barədə arqumentləri tamamilə əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-8141/2019) iddia təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişi kimi 15824 manat və ödənilm iş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC arasında 07.12.2017-ci il tarixli, fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır, İddiaçı 2018-ci ilin iyun ayında ürəyin işemik xəstəliyinin stabil gərginlik stenokardiyası 3-cü funksional sinif stendləşmə əməliyyatı olmuş, 19.10.2018-ci il tarixli xəstəlik şəhadətnaməsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməklə xidmətdən tərxis olunmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir, sığorta ödənişi ilə əlaqədar iddiaçının mür aciətindən cavabdeh tərəfindən imtina edilmişdir, sığorta ödənişinin məbləği 15824 manat təşkil edir, hazırda həmin müqavilə qüvvədər və sığortalı tərəfindən ödənişlər davam etdirilir. İşin halları barədə tərəflər arasında mübahisə, sığorta ödənişindən imtina üçün əsas olan “şəkərli diabet” və “ürək damar” xəstəliklərin iddiaçıda müvafiq sığorta müqaviləsi bağlandığı tarixə qədər olub-olmaması ilə bağlıdır. Bununla belə, cavadehin mövcud sığorta müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar, həmçinin sığortalının sığorta müqaviləsi bağlanarkən özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək qərarına təsir göstərə bilən halları barədə yanlış məlumat verməsi və onun yanlış məlumat verməkdə təqsirli olması, o cümlədən müqavilə bağlandığı 07.12.2017-ci il tarixə qədər iddiaçıda şəkərli diabet və ürək xəstəliyi olması halları məhkəmə tərəfindən müyəyyən olunmadı. İddiaçıda sığorta müqaviləsi bağlandığı 07.12.2017-ci il tarixə qədər şəkərli diabet xəstəliyi və ürək xəstəliyinin olması barədə sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə hesab etmişdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi barədə həkim ekspert komissiyasına iddiaçının etirafı haqqında qeyd, xəstəlik barədə tibbi rəyi əvəz etməməklə, onda həmin xəstəliklərin həqiqətən də olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Müqavilənin tərəflər arasında hələ də qüvvədə olmasını, buna dair ödənişlərin sığortalı tərəfindən müntəzəm icra olunmasını, iddiaçıya 2-ci qrup əlillik dərəcəsi verilməsi və əlilliyə səbəb olan xəs təliklərə dair qeydin aparıldığı Şəhadətnamənin tarixinin sığorta müqaviləsinin bağlandığı tarixdən sonraya aid olması hallarını iddia tələbinin təmin olunması üçün yetərlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski, iş № 2(103)3311/2020) cavabdeh iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8141/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habe lə sığortaçının yazılı surətdə tələb etdiyi bütün hallar barədə sığortaçıya məlumat verməlidir. İddiaçı sığorta müqaviləsi imzalanmamışdan əvvəl şəkərli diabet və ürək ürək-damar xəstəliklərindən əziyyət çəkməsi iş materialları ilə təsdiq olunur. Sığorta şəhadətnaməsi imzalanarkən isə iddiaçı ərizə formasında xəstəliklərinin olmamasını bəyan etmişdir. Halbuki, sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizədə xəstəliklərin siyahısı, xüsusilə şəeərli diabet və ükər qan damar xəstəliklərin olub-olmaması qeyd edilmiş, iddiaçı isə müvafiq xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, onda ümumiyyətlə xəstəliyin olmamasının qeyd etmiş, bununla da sığortaçıya qəsdən yanlış məlumat vermişdir. Bu hal isə, cav abdehə (sığortaçıya) sonradan sığorta hadisəsi baş verdliyi halda sığorta ödənişindən imtina üçün qanuni əsas vermişdir. İddiaçı tərəf onda müvafiq xəstəliklərin olmamasını (sığorta müqaviləsi bağlandıqdan sonra yaranmasını) iddia etsə də, bu hal işdə olan sübutlarla tam təkzib olunur. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3311/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, iddia ərizəsində göstərilən dəlillərə istinad edərək müqavilə bağlanarkən xəstəliyi ilə bağlı məlumatının olmamasını göstərmiş və məhkəmə tərəfindən bu halların araşdırılmamasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq et məmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3311/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verilməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3311/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə s ığortaçıya məlumat verməlidir. 935.1 və 935.1.6-cı maddələrinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçının sığorta ödənişinin verilməsindən imtina etdiyi hallardan biri də bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olmasıdır. «Sığorta haqqında» Qanunun 1-ci madddəsinə əsasən, Həyat sığortası - sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır. Həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortalıya qaytarılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası» Qaydalarının 1.3-cü bəndinə əsasən bu Qaydalar və sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur. 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlana rkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mö vqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsinə və işdə olan sübutların tam araşdırılmamasına istinad edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər (yazılı və SMS) göndərilmiş və məhkəmə iclasları barədə məlumatı olmuşdur. Kassasiya şikayətində göstərdiklərindən də aydın olur ki, onun sonuncu məhkəmə iclası barədə məlumatı olmuşdur. Kassasiya şikayətində göstərilən digər dəlillərlə bağlı qeyd edilməlidir ki, sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizədə xəstəliklərin siyahısı, xüsusilə şəeərli diabet və ükər qan damar xəstəliklərin olub-olmaması qeyd edilmiş, iddiaçı isə müvafiq xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, onda ümumiyyətlə xəstəliyin olmamasının qeyd etmiş, bununla da sığortaçıya qəsdən yanlış məlumat vermişdir. Bu hal isə, cavabdehə (sığortaçıya) sonradan sığorta hadisəsi baş verdliyi halda sığor ta ödənişindən imtina üçün qanuni əsas vermişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsasl andırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəliləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3311/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar