Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-889/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8633/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında 01.08.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və 3-cü dərəcəli yerüstü fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 16.05.2016-cı il tarixdə İddiaçı yeraltı fəhlə vəzifəsinə keçirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 23.09.2019-cu il tarixdən xitam verilmişdir. İddiaçı 16.05.2016-cı il tarixdən ona əmək haqqının düzgün verilmədiyini bildirərək, fərqin ona ödənilməsi ilə bağlı iddia ərizəsi ilə 10.12.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-nin ona ödənilməli olan, la kin ödənilməmiş əmək haqqının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 22.09.2007-ci il tarixdə «Azərtunelmetrotikinti» SC-nin 3 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə betonçu (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (əmr № 155/K, 21.09.2007-ci il). 07.07.2008-ci il tarixdən İİİ dərəcə ilə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (əmr № 96/K, 04.07.2008-ci il). 12.01.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr № 6/K, 12.01.2010-cu il). 14.01.2010-cu il tarixdən «Azərtunelmetrotikinti» SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə fəhlə (yeraltı əmək ş əraiti üzrə) peşəsinə qəbul edilmişdir (əmr № 17/şh, 13.01.2010-cu il). 31.07.2014cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (əmr № 500/şh, 31.07.2014-cü il). 01.08.2014-cü il tarixdən «Azərtunelmetrotikinti» SC-nin 1 nömrəli Tunel-Tikinti idarəsinə İİİ dərəcə ilə dağ-mədən fəhləsi (yerüstü əmək şəraiti üzrə) peşəsinə qəbul edilmişdir (əmr № K496, 01.08.2014-cü il). 16.05.2016-cı il tarixdən İİİ dərəcə ilə fəhlə (yeraltı əmək şəraiti üzrə) peşəsinə keçirilmişdir (əmr № Ş416/8K, 18.05.2016-cı il). 23.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir (əmr № X -51 5, 23.09.2019-cu il). Bütün məbləğlərdən DSMF-ə məcburi dövlət sığorta haqqları ödənilmişdir. «Bakıtuneltikinti» İdarəsinin 07.01.1992-ci il tarixli 01 saylı əmrinə əsasən 3 nömrəli Tunel-Quraşdırma idarəsinin adı dəyişdirilib 1 №-li Tunel Tikinti idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.06.1998-ci il tarixli 851 saylı sərəncamına əsasən «Bakıtuneltikinti» İdarəsi «Azərtunelmetrotikinti» SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» SC-nin yenidən təşkili yolu ilə səhmləri-dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Onun 01.08.2014-cü il tarixdə Bakı "xxxx" QSC-nin struktur dəyişikliyinə uyğun olaraq ondan tələb etmişlər ki, (bu tələb hamıya edilmişd ir), işdən azad olunma barədə və yenidən işə qəbul olunma barədə ərizələr yazıb iş yerlərinə versin. O da, müdiriyyətin tələbinə uyğun olaraq ərizələri yazıb təhvil vermişdir. Sonradan məlum olmuşdur ki, onun yenidən işə qəbul olunma barədə ərizəsini başqa şəxsin xətti ilə yazıb imzalamışlar və orada onun yeraltı xidmət yerində deyil, yerüstü obyektdə guya işləmək istədiyini göstərmişlər. O, bu barədə birinci növbədə əmək haqqında kəskin fərq yarandığından şübhələnmiş və araşdırma nəticəsində yuxarıda göstərilənlər müəyyən olunmuşdur. Bu yanlışlığın aradan qaldırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə etdiyi müraciətə aşağıdakı kimi cavab verilmişdir: "xxxx" QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Nazirl ər Kabinetinə ünvanladığınız müraciətə X3 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. "xxxx" QSC-dən təqdim olunan məktub və s. sənədlərdən məlum olmuşdur ki, Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 23.09.2019-cu il tarixdən xitam verilmiş, son haqq-hesabınız ödənilmiş və işlədiyiniz dövrdə yeraltı əmək şəraitində işləməyinizə baxmayaraq, əmək haqqınız yerüstü əmək şəraiti kimi ödənilmişdir. Əmək haqqınızın ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğundan müəssisə rəhbərliyi barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizə ödənilməmiş əmək haqqınıza əlavələrin Azərbaycan Respublikası Əmə k Məcəlləsinin tələblərinə uyğun olaraq ən qısa zamanda hesablanıb ödənilməsi üçün müəssisə rəhbərliyinə tərəfimizdən məktub ünvanlanmışdır». O, 2014-2016-cı illər ərzində əvvəlki illərdə olduğu kimi yeraltı əmək şəraitində işlədiyini hər dəfə yer altı şaxtaya düşmək üçün mühafizə kitabından qeydiyyatdan keçdikləri kitaba baxış keçirməklə də yəqin etmək olur. "xxxx" QSC-nin rəhbərliyinə müraciət edib yuxarıda qeyd etdiyi illər ərzində hər iş günü 14-16 saata qədər işlədiyi halda ona ödənilmiş əmək haqqı ilə ödənilməli olan əmək haqqının arasındakı fərqin müəyyən edilməsini xahiş etsə də, məhkəmə sorğu edərsə bu barədə məlumat veriləcəyini bildirirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-1503/2021) İddiaçı cavabdeh "xxx x" QSC-yə qarşı «pul» tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2016-cı ildən əmək haqqının ona düzgün ödənilmədiyini bilsə də, qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırki iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-8633/2021) iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şika yəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1503/2021 saylı iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə 01.08.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində onun yerüstü fəhlə vəzifəsinə qəbul edildiyi və əmək funksiyasını adi şəraitdə icra edəcəyi göstərilmiş, əmək kitabçasında da müvafiq qeyd aparılmış, müqavilə iddiaçı tərəfindən imzalanaraq bir nüsxəsi ona təqdim olunmuş, həmin müqaviləyə məhz 16.05.2016-cı il tarixdə edilən dəyişikliklə o, yeraltı fəhlə vəzifəsinə keçirilmişdir. İddiaçının iddia tələblərinin təmin edilməsi onun iddia müddətini ötürməsi səbəbindən də qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci his səsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurul muş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir iddiaçının, hüququnun pozulduğunu 2019-cu ilin sonlarında, yaxud 2020-ci ilin ortalarında bilmiş olması barədə irəli sürdüyü arqumentlər öz təsdiqini tapmır və iddia müddətini üzrlü səbəblərlə ötürmüş olması qənaətinə gəlməyə əsas verən hallar kimi qəbul edilmələri mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli 2(103)-8633/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən araşdırılması üçün Bakı Apellyasiya M əhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" QSC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi tam yoxlanır. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Əmək Məcəlləsi 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 154.1-ci maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir; 159-cu maddəsinin 1-ci hissəsinə görə, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş ye rlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 296-cı maddəsinin 1-ci hissəsinə görə çu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə görə çu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-ci hissəsinə görə oüququnun pozulması nın aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-ci hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edi lməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin.... Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müd dətlər nəzərdə tutulmuşdur....Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər....Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolv erilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində istinad olunan dəlillərlə bağlı qeyd etmişdir ki, «…İddiaçının iddiasına görə, onunla 01.08.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində yerüstü əmək şəraiti üzrə fəhlə vəzifəsinə qəbul edildiyi göstərilsə də, əslində həmin müqavilə üzrə yeraltı əmək şəraitində işləmiş, beləliklə 16.05.2016-cı il tarixinə qədər ona ödənilməli olan əmək haqqı səhv hesablanmış, eyni zamanda əmək kitabçasında həmin dövr üçün aparılan qeyd düzgün olmamışdır. … iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. … iddiaçı ilə 01.08.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində onun yerüstü fəhlə vəzifəsinə qəbul edildiyi və əm ək funksiyasını adi şəraitdə icra edəcəyi göstərilmiş, əmək kitabçasında da müvafiq qeyd aparılmış, müqavilə iddiaçı tərəfindən imzalanaraq bir nüsxəsi ona təqdim olunmuş, həmin müqaviləyə məhz 16.05.2016-cı il tarixdə edilən dəyişikliklə o, yeraltı fəhlə vəzifəsinə keçirilmişdir. İddiaçı hələ 2018-ci il tarixdə əmək hüquqlarının pozulduğu barədə X1 şikayət etmiş, adı çəkilən qurum tərəfindən ona göndərilən 06.09.2018-ci il tarixli məktubda “01.08.2014-cü il tarixdə yerüstü fəhlə peşəsinə təyin olunduğu və əmək haqqının müvafiq qaydada ödənildiyi, 16.05.2016-cı il tarixdən isə yeraltı fəhlə peşəsinə keçirildiyi” göstərilərək razı qalmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətinə çatdırılmışdır. Göründüyü kimi iddiaçının, hüququnun pozulduğunu 2019-cu ilin sonlarında, yaxud 2020ci ilin ortalarında bilmiş olması barədə irəli sürdüyü arqumentlər öz təsdiqini tapmır və iddia müddətini üzrlü səbəblərlə ötürmüş olması qənaətinə gəlməyə əsas verən hallar kimi qəbul edilmələri mümkün deyildir.» Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8633/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-889/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-889/2022
01.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver