Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-890/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-890/21 (Açar sözlər: Zaminlərə aid hissədə iddianın rədd edilməsi, borcun məbləği ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh-yə qarşı Cavabdeh-nin “Mingəçevir” filialı arasında bağlanmış kredit xətti müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi, “xxxx” QSC-nin cavabdehlər İddiaçı, X9, X6, X11, X2, X7, «xxxx» Firması MMC, X4 və X1 qarşı kredit müqaviləsi üzrə borcuntutulması və.s tələbləri üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4277/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən sonuncuya 120 ay müddətinə 1000000 (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq, eyni tərəflər arasında xx.xx.2009-cu il tarixli, 15M000000195 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus Ağcabədi şəhəri, Həz i Aslanov küçəsində 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Habelə, həmin tərəflər arasında xx.xx.2009-cu il tarixli 15M000000204 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən yaşayış binası Y.D.M bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi çərçivəsində İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 15R000002593 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 144 həftə müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 250000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 2593 saylı, xx.xx.2013-cü il tarixli 2593 saylı, xx.x x.2015-ci il tarixli 15R000002593S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Həmçinin kredit xətti müqaviləsi çərçivəsində eyni tərəflər arasında xx.xx.2011-ci il tarixli 15R000002904 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli 2904 saylı, xx.xx.2013-cü il tarixli 2904 saylı, xx.xx.2015-ci il tarixli 15R000002904S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Həmçinin kredit xətti müqaviləsi çərçivəsində eyni tərə flər arasında xx.xx.2011-ci il tarixli 15R000002924 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 90.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli 2924 saylı, xx.xx.2013-cü il tarixli 2924 saylı, xx.xx.2015-ci il tarixli 15R000002924S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Bundan başqa, kredit xətti müqaviləsi çərçivəsində eyni tərəflər arasında xx.xx.2012-ci il tarixli 15R000003225 saylı kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, 50000 ABŞ dolları məbləğ ində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3225 saylı, xx.xx.2013-cü il tarixli 3225 saylı, xx.xx.2015-ci il tarixli 15R000003225S saylı sazişlərlə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kreditin qaytarılma müddəti uzadılmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə İddiaçı Əmrah oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh ilə X9 arasında xx.xx.2012-ci il tarixli 15M000000451 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-ci məhəllə, ev 30-da 33 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit xətti müqaviləsinin təminatı olaraq, Cavabdeh ASC ilə aşağıdakı şəxslər arasında ayrı-ayrılıqda zaminlik müq avilələri bağlanmış və zamin X6 xx.xx.2011-ci il tarixli 15S000002326 saylı zaminlik müqaviləsinə, zamin X11 xx.xx.2011-ci il tarixli 15S000002574 saylı zaminlik müqaviləsinə, zamin X9 xx.xx.2012-ci il tarixli 15S000003053 saylı zaminlik müqaviləsinə, zamin X2 xx.xx.2010-cu il tarixli 15S000001611 zaminlik müqaviləsinə, zamin X7 xx.xx.2009-cu il tarixli 15S000001361 zaminlik müqaviləsinə və zamin «xxxx» Firması MMC xx.xx.2009-cu il tarixli 15S000001360 zaminlik müqaviləsinə əsasən borclu İddiaçının bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh-nin “Mingəçevir” filialı arasında ba ğlanmış kredit xətti müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər mülki iş üzrə iddiaçı Cavabdehlər İddiaçı və digərlərinə qarşı borcun tutulmasmı və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi barədə iddia irəli sürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(004)8421/2016 saylı qərardadı ilə həmin mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(004)50/2018 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) İlk iddia qismən təmin edilərək, “Cavabdeh» QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, eyni zamanda qarşılıqlı iddia tələbi qismən təmin edilərək cavabdehlər İddiaçı və «xxxx» Firması MMC-dən müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə, 15R000002593 saylı kredit razılaşması üzrə 82693.38 ABŞ dolları məbləğində əsas borc, 36039,88 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 119233,26 ABŞ dolları borc, 15R000002904 saylı kredit razılaşması üzrə 70445,68 ABŞ dolları məbləğində kredit borcu, 31918,02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 102863,7 ABŞ dolları borc, 15R000002924 saylı kredit razılaşması üzrə 57418,00 ABŞ dolları məbləğində kredit borcu, 26421,21 ABŞ dolları m əbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 84339,21 ABŞ dolları borc, 15R000003225 saylı kredit razılaşması üzrə 26311,42 ABŞ dolları məbləğində kredit borcu, 11314,02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38125,44 ABŞ dolları borc olmaqla, ümumilikdə hər dörd kredit razılaşması üzrə cəmi 344561,61 (üç yüz qırx dörd min beş yüz altmış bir dollar, 61 sent) məbləğində borc pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70000 manat dəyərində qiymətləndirilməklə), İddiaçı məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası Y.D.M-yə (ilkin satış qiyməti 230000 manat dəyərində qiymətləndirilməklə) və X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə (ilkin satış qiyməti 140000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməklə, açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh-yə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər İddiaçı və «xxxx» Firması MMC-dən müştərək şəkildə tutulması, Cavabdeh ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 15S000002326 saylı zaminlik müqaviləsinə, cavabdeh X11 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 15S000002574 saylı zaminlik müqaviləsinə, cavabdeh X9 arasında bağlanmış xx.xx.2012ci il tarixli 15S000003053 saylı zaminlik müqaviləsinə, cavabdeh X2 arasında bağlanmış xx.xx.2010- cu il tarixli 15S000001611 zaminlik müqaviləsinə, cavabdeh X7 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15S000001361 zaminlik müqaviləsinə xitam verilməsi və qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə ilk iddia tələbini və qarşılıqlı iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317,442, 445, 470, 472-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36.1, 36.2, 59.3, 59.4cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Qurbanov (sərlik edən və məruzəçi) C.Yusifov və V.Baxışova) İddiaçı “Cavabdeh» QSC və cavabdehlər İddiaçı və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətinin dəlilləri:
1. Borcun məbləği düzgün hesablanmamış, o cümlədən cərimə məbləği düzgün müəyyən edilməmiş.
2. Ekspertiza rəyi obyektiv olmamış və məhkəmə ona tənqidi yanaşmamışdır. Çünki onun etmiş olduğu ödənişlər daha çox olmuşdur. Cavabdeh-nin kasasiya şikayətinin dəlilləri:
1. Məhkəmə zaminlərə aid hissədə iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun xx.xx.2018-ci il tarixli Qərarını düzgün tətbiq etməmişdir. Zaminlərdən tələb olunan kredit borcu xətt müqaviləsində nəzərdə tutulan ümumi məbləği aşmadığı üçün zaminlərin məsuliyyəti ağırlaşmamışdır.
2. Borc məbləği düzgün hesablanmamışdır. İş üzrə ekspert rəyi əsas borca aid hissədə hesablamanı obyektiv aparmamışdır. Məhkəmə cərimə məbləğini bankın mənafeyi ziddinə həddən artıq azaltmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İş üzrə cavabdehlə r məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 462.1 və
467. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin p rinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır Maddə 477.0 və 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında isə göstərilmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olm ası” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsə lələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası qeyd edir ki, hər iki tərəfin şikayətində borcun məbləği ilə bağlı oxşar etirazlar olduğu üçün həmin dəlillərə birlikdə qiymət verilməsi məqsədəmüvafiqdir. Tərəflərin borcun düzgün hesablanmaması ilə əlaqədar: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Ekspertiza bu sahə üzrə xüsusi biliyə malik olan şəxs tərəfindən həyata keçirilmişdir. Ekspert rəyini şübhə altına almaq üçün rəydə müəyyən edilən halların düzgün olmamasına dəlalət edən sübutlar təqdim edilməlidir. Nə qədər ki, belə sübutlar təqdim edilməmişdir, tərəfin istəyi ilə təkrar ekspertiza keçirilməsinə lüzum yoxdur. Ona görə ki, təkrar ekspertiza keçirilməsinin əsasları qanunla müəyyən edilmişdir. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102-ci maddəsi). Hazırkı işdə iddiaçı daha çox vəsait ödəməsi və borcunun düzgün hesablanmamasına istinad etsə də, bununla bağlı sübutlar təqdim edə bilməmişdir. O cümlədən, cavabdeh tərəf də, borcun ekspert rəyində nəzərdə tutulandan daha artıq olması barədə halı sübuta yetirə bilməmişdir. Bundan başqa, tərəflər ayrı-ayrılıqda cərimə borcunun məbəlği ilə də razılaşmamışlar. İddiaçı cərimənin çox olması, cavabdeh isə həddən artıq azaldılması ilə razılaşmır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelə ri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normala rın mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Əvvəla, kredit xarici valyuta ilə götürülmüşdür. Kredit götürüldükdən sonra maliyyə bazarında baş verən və bununla əlaqəli müştərilərin ödəmə qabiliyyətinə təsir göstərən hallar, son illər pandemiya ilə b ağlı hallar və onun iqtisadiyyata təsiri hamıya bəllidir. Həm də, yüksək dəbbə pulunun müəyyən edilməsi kreditorun da mənafeyinə uyğun deyil. Ona görə ki, məhkəmə qətnaməsi icra olunan olmalıdır. Dəbbə pulunun məbləği müəyən edilərkən elə məbləğ müəyyən edilməlidir ki, həmin məbləğ borclunun əsas öhdəliklərinin icrasına mane olmasın, tərəflərin mənafeyi arasındakı ədalətli tarazlığa xidmət etmiş olsun. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, dəbbə borcunun məbləği ilə bağlı tərəflərin etirazları qəbul edilən deyil. Cavabdehin zaminlərə aid hissədə iddianın rədd edilməsi dəlili ilə bağlı: Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmişdir. Həmin müqavilə çərçivəsində C avabdeh ilə İddiaçı arasında krediti razılaşmaları bağlanmış, faiz dərəcələri müəyyənləşdirilmiş, lakin həmin faiz dərəcələri barədə zaminlərin («xxxx» Firması MMC istisna olmaqla) razılığı alınmamışdır. Çünki bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi kredit razılaşmalarına və ödəniş planlarına dəyişiklik edilərək, kreditlərin qaytarılma müddəti uzadılmışdır. Lakin zaminlər X6, X11, X9, X2 və X3 razılığı alınmamışdır. Bu hallar isə adı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərildiyi kimi zaminlərin («xxxx» Firması MMC istisna olmaqla) məsuliyyətinin artmasına səbəb olmuşdur. Ona görə məhkəmə kollegiyasının mövqeyi belədir ki, Apellyasiya Məhkəməsi zaminlərə aid hissədə Mülki Məcəll ənin 477.0 və 477.0.1-ci maddələrini və Konstitusiya Məhkəməsinin müvafiq qərarını düzgün tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4277/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə aid hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.