Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-891/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan “xxxx” ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzi zağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5021/2020 nömrəli qətnaməsindən Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzili “xxxx” ASC və “X4” MMC arasında xx xxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)860/2018 nömrəli qətnam əsi ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X4” MMC-yə, xxxna, İddiaçı, X1 qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11910/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(102)-3332/2019 nömrəli qərarı ilə iddiaçının müvafiq olaraq apelyasiya və kasasiya şikayətləri təmin edilməmişdir. Qanuni qüvvədə olan həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, “X4” MMC-nin ləğv prosesində olan “xxxx” ASC qarşısında icra edilməmiş öhdəliyi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavab deh Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan “xxxx” ASCyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 saylı mənzilinin “xxxx” ASC qarşısında xx xxxx 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ləğv pr osesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “X4” MMC-yə, xxxna, İddiaçı, X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC ilə xx xxxx 2013-cü il tarixdə aralarında bağlanmış 042/13 saylı kredit müqaviləsinə xitam verilməsi, ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 501021,34 manat əsas borc, 85936,08 manat faiz və 89181,80 manat dəbbə pulu olmaqla, ümumilikdə 675916,54 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, həmçinin tutmanın X3 ilə bağla nmış ipoteka müqaviləsinə əsasən ünvan 1 saylı evin *** saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia – cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olmadığı, tam əksinə, 229559,35 manat artıq ödəməsinin olduğu əsas gətirilərək təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə “xxxx” ASC müflis elan edilmişdir. “xxxx” ASC qarşısında borc öhdəlikləri tam ödənilməsinə və bununla bağlı müvafiq məhkəmə qərarının qüvvəyə minməsinə baxmayaraq, “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmeti olan, İddiaçı məxsus ünvan 1 saylı mənzilinin ipotekadan azad edilməsi barədə xx xxxxxxx 2 019-cu il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)1159/2020 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilmiş, İddiaçı məxsus olan ünvan 1 saylı mənzilinə dair ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, ünvan 1 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində “xxxx” ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə kredit müqaviləsi üzrə borclunun bank qarşısında icra edilməmiş öhdəliyi olmadı ğından mübahisələndirilən ipotekaya xitam verilməsi üçün qanuni əsas mövcuddur. b) Apelyasiya instansiyası məhkəməsində icraat Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1159/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5021/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadqovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1159/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğ v prosesində olan “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayətdə göstərilən hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, şikayətdə “X4” MMC-nin banka borcunun olduğunu qeyd etsə də, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, X4” MMC-nin halhazırda bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək, Bakı Apelyasiy a Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-5021/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, borcalan “X4” MMC bank qarşısında olan kredit öhdəliklərini yerinə yetirməmiş və banka 675916,45 manat məbləğində borcu qalmışdır. Banka olan borcun ödənilməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işt irakçılarının izahatları İddiaçının vəkili X5 məhkəmə iclasında kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxslər nümayəndələrinin və vəkillərinin məhkəmədə iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasator apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kasasiya baxışının predm etini kasasiya şikayətinin dəlillərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyya tını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin if adələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasə n kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak “X4” MMC-nin kredit öhdəliyinin icrası üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilsə də, kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərinin qalmaması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə uyğun olaraq, kredit alanın kredit müqaviləsi üzrə borcunun qalmasına dair kasasiya şikayətinin dəlili əsassızdır. Belə ki, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kredit öhdəliyinin kredit alan MMC tərəfindən lazımi icrası məhkəmə aktı ilə müəyyən edildiyindən və bunun nəticəsində Mülki Məcəllənin 528-ci maddəsinə görə həmin öhdəliyə xitam verildiyindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə uyğun olaraq iddiaçının əmlakının ipotekasına xitam verilməsinə dair məhkəmələrin qənaəti əsaslı və qanuni olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5021/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-891/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-891/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver