Məhkəmə qərarları › İş №2(102)-895/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-895/2019

31.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-895/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il şəhəri İş № 2(102)-895/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 və vəkili Eynullayev Hüseyn Əmin oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-421/2018 saylı, 06 mart 2018-ci il tarixli qətna məsi ilə (hakim Z.Axundova) iddianın qismən təmin edilməsi, cavabdehlər x2 və x3 çay dəsti (ağ güllü), 2 böyük güldan, 1 ədəd orta ölçüdə güldan, 2 ədəd kiçik güldan, 3 ədəd ayaqlı meyvə qabı, 2 ədəd böyük qəndqabı, 4 ədəd böyük meyvəqabı, qara rəngli bagema su dəsti (1 ədəd dolça, 6 ədəd stəkan), 4 ədəd orta bagema meyvəqabı, 1 ədəd göy, 1 ədəd yaşıl bagema qəndqabı, 2 ədəd bagema yaşıl böyük meyvəqabı, 2 ədəd çəhrayı və göy bagema güldan, 1 ədəd bagema külqabı, 2 ədəd pivə stəkanı, 3 ədəd stolüstü bəzək lampası (2 ədəd neftlə yanan, 1 ədəd fənər tipli), 2 ədəd madonna şəkilli üçmərtəbəli qab, 12 ədəd bıçaq, 12 ədəd xörək qaşığı, 12 ədəd desert qaşığı, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl qızılı dəst, 2 ədəd kiçik ləpəqabı, 2 ədəd böyük ləpəqabı, elektrik ütü, 8 ədəd Rusiya istehsalı olan k asa, 2 ədəd çuğun tas, 4 ədəd tas, 6 ədəd qazan, 18 ədəd piyalə, 1 ədəd xalça süfrə, 2 ədəd xalça, divan kreslo üstü, 1 ədəd zərli süfrə, 2 ədəd masa və 6 ədəd stul, 1 ədəd yazı stolu, “Nərgiz” uşaq mebel dəstinin alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7305/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Sarıyev və H.Həmidov) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi “qızıl-zinət əşyalarının və pianinonun qaytarılması və ya onların dəyərinin ödənilməsi barədə” tələbin təmin edilməməsi hissəsində ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilərək, dəyəri 2.000 manat olan 1 ədəd 23 q ram çəkidə sünbül boyunbağı, dəyəri 1.500 manat olan 1 ədəd 16 qram çəkidə sünbül bilərzik, dəyəri 2.500 manat olan 1 ədəd 20 qram çəkidə yaşıl qaşlı iri qızıl dəsti (sırğa və üzük), dəyəri 1.000 manat olan 1 ədəd 10 qram çəkidə gül qızıl üzük, dəyəri 300 manat olan 1 ədəd pianino, onların naturada qaytarılması mümkün olmadığı halda isə onların dəyərinin cavabdehlər x2 və x3 alınaraq iddiaçı x1 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Rəfali Əliağa Cahangir oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7305/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin “qızıl-zinət əşyalarının və pianinonun qaytarılması və ya onların dəyərinin ödənilməsi” hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışın a göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh x2 26.11.1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bundan sonra iddiaçı qaynatasının – iş üzrə digər cavabdeh x3 xüsusi mülkiyyətində olan və ünvan 1 fərdi yaşayış evinə gəlin köçmüş, özünə məxsus cehiz əşyalarını da həmin evə aparmış və cavabdehlərin ailə üzvü kimi həmin evdə yaşayaraq onlar ilə birgə təsərrüfat idarə etmişdir. Həmin nikahdan iddiaçının 2 övladı var: xx.xx.2001-ci il təvəllüdlü x4 və xx.xx.2002-ci il təvəllüdlü x5. İddiaçı ilə x2 uzun müddət ərzində mehriban yaşasalar da, son vaxtlar münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışdır. x2 01.06.2017-ci il tarixdə iddiaçını uşaqların gözü qarşısında döymüş və ev dən qovmuşdur. Həmin vaxtdan etibarən iddiaçı özünə məxsus (mübahisəli) əmlaklarını evdə qoyaraq qız övladı ilə birlikdə evi tərk etmək və qardaşının evində yaşamaq məcburiyyətində qalmışdır. Oğlan övladı isə hazırda da cavabdehin yanında yaşayır. Evdən qovulduqdan bir müddət sonra ailədə sakitlik yaranacağını və evinə yenidən geri dönəcəyini düşünsə də, cavabdehlər nəinki ona evə buraxmamış, onun cehiz, gündəlik istifadə, o cümlədən qızıl- zinət əşyalarını ona könüllü qaytarmaqdan imtina etmiş, hətta həmin əşyaları qaytarmamaq üçün hər vasitəyə əl atmışlar. İddiaçı, cavabdehlərin evinə köçərkən özü ilə apardığı və hazırda cavabdehin evində qaldığı cehiz əşyaları aşağıdakılardır: Çexiya istehsalı və 500 manat dəyərində olan “Madonna” yemək dəsti (126 predmet); Çexiya istehsalı və 300 manat dəyərində olan “Madonna” çay dəsti (41 predmet); 250 manat dəyərində olan qara rəngli çay dəsti (41 predmet); 250 manat dəyərində, ağ rəngli və üzərində güllər olan çay dəsti; “Versace” markalı və 100 manat dəyərində olan çay dəsti (12 predmet); üzərində qırmızı güllər olan 300 manat dəyərində yemək dəsti (31 predmet); 150 manat dəyərində kənarı güllü yemək dəsti (18 predmet); 100 manat dəyərində yemək dəsti (12+6 predmet); 120 manat dəyərində qırmızı güllü kasa 12 ədəd; 200 manat dəyərində yemək dəsti (qara - 36 predmet); 150 manat dəyərində 36 ədəd müxtəlif yemək boşqabları (12+12+12 predmet); 200 manat dəyərində 2 ədəd böyük büllur güldan; 100 manat dəyərində 1 ədəd orta ölçüdə büllur güldan; 80 manat dəyərində 2 ədəd kiçik büllur güldan; 300 manat dəyərində 3 ədəd ayaqlı büllur meyvə qabı; 300 manat dəyərində 6 ədəd böyük büllur qəndqabı; 300 manat dəyərində 4 ədəd büllur böyük meyvəqabı; 200 manat dəyərində 4 ədəd qayıqşəkilli büllur uzun qəndqabı; 200 manat dəyərində 6 ədəd büllur kiçik qəndqabı; 160 manat dəyərində 4 ədəd dördbucaq şəkilli büllur qəndqabı; 80 manat dəyərində 2 ədəd salfet üçün büllur qabı; 100 manat dəyərində 12 ədəd mürəbbə üçün büllur qablar; 200 manat dəyərində 5 ədəd büllur qəndqabı; 500 manat dəyərində 48 ədəd armudu büllur stəkan; 200 manat dəyərində 24 ədəd böyük büllur çay stəkanı; 120 manat dəyərində 12 ədəd büllur su stəkanı; 60 manat dəyərində 12 ədəd büllur duzqabı; 200 manat dəyərində 12 ədəd büllur fujer; 300 manat dəyərində 2 ədəd büllur çılçıraq; 300 manat dəyərində qara rəngli “Bagema” su dəsti (1 ədəd dolça, 6 ədəd stəkan), 250 man at dəyərində 4 ədəd orta ölçüdə göy rəngli “Bagema” meyvəqabı; 150 manat dəyərində 1 ədəd göy rəngli, 1 ədəd yaşıl rəngli “Bagema” qəndqabı; 200 manat dəyərində “Bagema” 2 ədəd yaşıl böyük meyvəqabı; 150 manat dəyərində 2 ədəd “Bagema” güldan (çəhrayı və göy); 50 manat dəyərində 1 ədəd “Bagema” külqabı; 200 manat dəyərində büllur araq dəsti (1 ədəd dolça, 6 ədəd stəkan); 100 manat dəyərində 6 ədəd büllur pivə stəkanı; 60 manat dəyərində 3 ədəd stolüstü bəzək lampası (2 ədəd neftlə yanan, 1 ədəd fənər tipli); 20 manat dəyərində 1 ədəd qara şamdan; 240 manat dəyərində 48 ədəd “Madonna” şəkilli nəlbəki; 120 manat dəyərində 24 ədəd “Madonna” şəkilli nəlbəki; 50 manat dəyərində 2 ədəd “Madonna” şəkilli 3 mərtəbəli qab; 200 manat dəyərində 2 ədəd elektrik samovar; 100 manat dəyərində 2 ədəd el ektrik çaydan; 300 manat dəyərində qızılı dəst (12 ədəd bıçaq, 12 ədəd xörək qaşığı, 12 ədəd desert üçün qaşıq, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl); 80 manat dəyərində 6 ədəd zərli fujer; 50 manat dəyərində 6 ədəd zərli rumka; 60 manat dəyərində 2 ədəd şüşə ayaqlı meyvə qabı; 60 manat dəyərində 6 ədəd kiçik ləpə qabı; 80 manat dəyərində 4 ədəd böyük ləpə qabı; 200 manat dəyərində 24 ədəd rumka; 50 manat dəyərində 1 ədəd oval qəndqabı; 90 manat dəyərində elektrik ütü; 120 manat dəyərində tozsoran; 200 manat dəyərində paltaryuyan; 150 manat dəyərində ətçəkən maşın (əl ilə və elektriklə); 150 manat dəyərində kombayn-mikser; 100 manat dəyərində 2 ədəd stolüstü gecə lampası; 150 manat dəyərində elektrik sac; 10 manat dəyərində alışqan elektrik; 40 manat dəyərində toster; 70 manat dəyərində 24 ə dəd Rusiya istehsalı kasa; 50 manat dəyərində divar saatı; 20 manat dəyərində 2 ədəd yuxayayan (böyük və kiçik); 15 manat dəyərində 5 ədəd oxlov; 40 manat dəyərində 4 ədəd vedrə; 40 manat dəyərində 4 ədəd suqabı (plastik və çuqun); 60 manat dəyərində 2 ədəd tas (çuqun); 80 manat dəyərində 4 ədəd tas (paslanmayan); 120 manat dəyərində 6 ədəd qazan (paslanmayan); 150 manat dəyərində 48 ədəd dərin boşqab; 150 manat dəyərində 48 ədəd aş boşqabı; 150 manat dəyərində dolma üçün boşqab; 100 manat dəyərində 48 ədəd turşu boşqabı; 100 manat dəyərində 10 ədəd aş üçün bulud; 250 manat dəyərində 5 ədəd su dəsti (hər biri 1 ədəd dolça və 6 ədəd stəkan); 60 manat dəyərində 24 ədəd piyalə (maskura); 50 manat dəyərində 24 ədəd mətbəx üçün sadə stəkan; 48 manat dəyərində 24 ədəd armudu stəkan; 48 manat dəy ərində 24 ədəd nəlbəkisi; 48 manat dəyərində 24 ədəd böyük çay stəkanı; 48 manat dəyərində 24 ədəd nəlbəki; 72 manat dəyərində 24 ədəd su stəkanı; 30 manat dəyərində 24 ədəd duzqabı; 200 manat dəyərində 2 ədəd su çaydanı (paslanmayan); 140 manat dəyərində 8 ədəd su çaydanı; 100 manat dəyərində 15 ədəd dəm çaydanı; 150 manat dəyərində 36 ədəd çay dəsmalı; 200 manat dəyərində 48 ədəd yemək qaşığı; 200 manat dəyərində 48 ədəd desert qaşığı; 250 manat dəyərində 48 ədəd çay qaşığı; 50 manat dəyərində 12 ədəd limon qaşığı; 100 manat dəyərində 48 ədəd çəngəl; 100 manat dəyərində 24 ədəd yağ bıçağı; 200 manat dəyərində 24 ədəd fincan və nəlbəki dəsti; 120 manat dəyərində 18 ədəd tortgötürən; 100 manat dəyərində 24 ədəd mürəbbə qabı; 150 manat dəyərində 24 ədəd qəndqabı; 100 manat dəyərində 10 ədəd külqabı; 100 manat dəyərində 6 ədəd qozsındıran; 40 manat dəyərində 2 ədəd toyuqkəsən qayçı; 50 manat dəyərində 2 ədəd böyük şüşə sini; 80 manat dəyərində 8 ədəd sini; 20 manat dəyərində 2 ədəd göyərti taxtası; 40 manat dəyərində 2 ədəd kiçik güldan; 60 manat dəyərində 2 ədəd qırmızı qəndqabı; 80 manat dəyərində 12 ədəd qara nəlbəki; 120 manat dəyərində araq dəsti (12 ədəd stəkan, 1 ədəd dolça); 250 manat dəyərində 5 ədəd qazan (çuqun, ağ və sarı güllü); 30 manat dəyərində 4 ədəd kəfkir; 10 manat dəyərində 2 ədəd ələk; 200 manat dəyərində 2 ədəd aşsüzən (mis); 200 manat dəyərində 6 ədəd böyük, 6 ədəd kiçik (çuğun) yemək qazanı; 70 manat dəyərində 2 ədəd aş qazanı; 450 manat dəyərində 24 ədəd süfrə; 120 manat dəyərində 1 ədəd xalça süfrə; 300 manat dəyərində 2 dəst xalça (divan-kreslo üstü ); 150 manat dəyərində 2 ədəd kiçik və böyük zərli süfrə; 200 manat dəyərində 30 ədəd əl-üz dəsmalı; 250 manat dəyərində 12 ədəd hamam dəsmalı; 30 manat dəyərində iynə-sap qabı; 25 manat dəyərində 3 ədəd qayçı; 800 manat dəyərində 24 dəst yataq dəsti; 160 manat dəyərində 12 ədəd balış üzü dəsti; 220 manat dəyərində 12 ədəd yorğan örtüyü; 180 manat dəyərində 12 ədəd yataq örtüyü (döşək üzü); 360 manat dəyərində 4 ədəd isti örtük; 60 manat dəyərində 6 ədəd önlük; 10 manat dəyərində 2 ədəd paltar təmizlik fırçası; 10 manat dəyərində 2 ədəd ayaqqabı fırçası; 10 manat dəyərində 2 ədəd rajok; 150 manat dəyərində 48 ədəd dolab paltar asılqanı; 30 manat dəyərində 1 ədəd ütü altlığı; 400 manat dəyərində 4 dəst yataq örtüyü; 100 manat dəyərində 3 ədəd termos (1 ədəd düyməli); 120 manat dəyərində 6 ə dəd su dolçası; 350 manat dəyərində soyuducu; 200 manat dəyərində paltaryuyan maşın; 80 manat dəyərində “Beko” markalı saç düzləndirici fen; 500 manat dəyərində 4 ədəd xalça; 600 manat dəyərində pərdələr (3 otaq üçün), kitablar, rəsm albomları, geyimlər (iddiaçının özünə və qızına aid); mebel: 700 manat dəyərində 1 ədəd divar dəsti, 250 manat dəyərində 2 ədəd masa və 6 ədəd stul, 650 manat dəyərində 1 ədəd yumşaq mebel dəsti, 120 manat dəyərində 1 ədəd yazı stolu, 1.400 manat dəyərində yataq mebeli. Həmçinin iddiaçı bildirir ki, ona və yetkinlik yaşına çatmayan qızına edilmiş müxtəlif hədiyyələr də ona qaytarılmalıdır. Həmin əşyalar aşağıdakılardır: 2.000 manat dəyərində “Nərgiz” uşaq mebel dəsti; 300 manat dəyərində 3 ədəd xalça; 120 manat dəyərində 1 ədəd ağ-qara xalça; 300 manat dəyər ində 1 ədəd pianino. İddiaçı, ötən illər ərzində qızının gələcəyini düşünərək ona xeyli sayda və adda cehiz əşyaları almışdır ki, həmin əşyalar cavabdehlərin evinin çardağındadır, həmin əşyalar da ona və qızına aid olduğundan onlara qaytarılması məhkəmə qətnaməsi ilə həll edilməlidir. Bundan başqa, iddiaçı, cavabdehlərin evinə gəlin gəlməmişdən öncə ona el adət-ənənəsinə uyğun olaraq cavabdehlər tərəfindən bir sıra qızıl-zinət əşyaları hədiyyə edilmişdir. O, gəlin gəldikdən sonra həmin qızıl-zinət əşyalarını özündə saxlasa da, 2017-ci ilin aprel ayından cavabdehlər guya təhlükəsizlik baxımından həmin əşyaları ondan almış və yalnız toy məclislərinə getdiyi zaman ona taxmağa vermişlər. Evdən qovularaq çıxdığı gün isə o, ev paltarında bir neçə şəxsin (şahidlərin) gözü qarşısında üzərində heç bir əşya götürmədən çıxmışdır. Həmin gündən də cavabdehlər onu evə yaxın buraxmamışlar. Qızıl-zinət əşyalarının şəkil və video görüntüsü olan sübutlar da hazırda cavabdeh tərəfdədir. İddiaçıya məxsus olan qızıl-zinət əşyaları aşağıdakılardır: 2.000 manat dəyərində 1 ədəd 23 qram çəkidə sünbül boyunbağı; 1.500 manat dəyərində 1 ədəd 16 qram çəkidə sünbül bilərzik; 2.500 manat dəyərində 1 ədəd 20 qram çəkidə yaşıl qaşlı iri qızıl dəsti (sırğa və üzük); 1.000 manat dəyərində 1 ədəd 10 qram çəkidə gül qızıl üzük. Həmin zinət əşyaları iddiaçıya məxsusdur və məhkəmə qaydasında ona cavabdehlər tərəfindən qaytarılması qət edilməlidir. Cavabdehlər iddiaçıya məxsus əşyaları qaytarmamaqla iddiaçının ailə və mülki qanunvericiliklə qorunan əşyaya mülkiyyət hüququnu məhdudlaşdırmışlar ki, məhkəmə tərəfi ndən onun pozulmuş hüququ bərpa edilməlidir. Ona görə də iddia ərizəsində sadalanmış və cavabdeh x3 məxsus fərdi yaşayış evində, yəni cavabdehlərdə qalmış iddiaçıya məxsus cehiz, zinət və geyim əşyalarının naturada (məhv edilmişlərin, yararsız hala salınanların isə dəyərinin) cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Rəfali Əliağa Cahangir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7305/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin “qızıl-zin ət əşyalarının və pianinonun qaytarılması və ya onların dəyərinin ödənilməsi” hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 və vəkili Eynullayev Hüseyn Əmin oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı x1 ilə cavabdeh x2 26.11.1999-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 2 övladları var. Ailə qurduqları ilk vaxtlar iş üzrə tərəflərin münasibətləri yaxşı olmuş, sonradan münasibətlər pozulmuşdur. 01.06.2017-cı il tarixdə cavabdeh və iddiaçı arasında mübahisə olmuş, cavabdeh onu evdən qovmuş, iddiaçı qızı ilə birgə həmin tarixdən qardaşının evində yaşamağa məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə kollegiy ası qeyd edir ki, iddiaçının cehiz və qızıl-zinət əşyalarına münasibətdə tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli əşyaların cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edən heç bir sübutu təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzi fəsini yerinə yetirə bilməmişdir. Göründüyü kimi, cehiz əşyalarına münasibətdə yuxarıda qeyd edilən dispozitiv şərtlər mövcud deyil. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının mövcud mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, sübut etmə yükü cavabdehin üzərinə düşür, çünki qızıl-zinət əşyaların ümumiyyətlə mövcud olması və dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh qızıl-zinət əşyaların mövcudluğu, qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə olaraq verilməsi və qızıl-zinət əşyaların onların yaşadığı evdə olması ilə r azılaşmışdır. Cavabdeh həmin əşyalarından birinin iddiaçı tərəfindən anasına verildiyini, digərlərinin satıldığını, girov qoyulduğunu bildirsə də, bu hal hər hansı mötəbər sübutla təsdiq edilmir. Belə ki, cavabdehin təşəbbüsü ilə Rayon Məhkəməsində dindirilmiş x6 ifadəsində göstərmişdir ki, iddiaçı qızıl-zinət əşyalarını girov qoyub əvəzində pul götürmək istədiyini ona demiş, o da x1 elə bir tanışının olmadığını demiş, sonradan x1 qızıllarını x7 adlı şəxsə girov qoyub 3.000 manat pul götürdüyünü ona demişdir. Rayon Məhkəməsində şahid qismində dindirilmiş x8 isə verdiyi ifadəsində bildirmişdir ki, x2 onun oğlu, x1 gəlinidir. x1 onların yaşadığı evdə olan zaman özünə məxsus qızıl əşyalarını borc əvəzində iş yoldaşına vermişdir. x1 evdən gedən zaman 3 çamadan əşyanı yığıb aparmışdır. O, x1 oğ luna qızıl verməsini görməmişdir. x1 cehiz kimi nə gətiribsə, özü üçün gətirib və istifadə olunub. Rayon Məhkəməsində şahid qismində dindirilmiş x7 isə verdiyi ifadəsində bildirmişdi ki, o, 14 saylı xəstəxanada xadimə işləyir. x1 onunla bir yerdə işləmişdir. Onlar bir yerdə işləyəndə o, x1, x1 də ondan borc almışdır. x1nin ona borcu olmamış və qızıllarını ona verməmişdir. x1 2013-cü ildə ondan 300 manat borc almış və qaytarmışdır. O, x1 ondan borc almasının səbəbini soruşmamışdır. O, x1nin qızıl-zinət əşyalarını görməmişdir. Arabir x1nin barmağında üzük görmüşdür. Beləliklə, şahid ifadələri məzmun baxımından bir-birini təkzib etdiyindən, onlar mübahisəli qızıl-zinət əşyalarının iddiaçı tərəfindən satılmasını, girov qoyulmasını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Görün düyü kimi hazırkı işdə iddia tələblərinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin bütün dispozitiv şərtləri mövcuddur və ona görə də, iddiaçı mübahisəli qızılzinət əşyalarının geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pianinoya münasibətdə iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 36.6-cı maddəsi təşkil edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 300 manat dəyərində olan pianino iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş x4yə ata tərəfindən nənəsi x8 tərəfindən hədiyyə olunmuş, x4nin otağına qoyulmuş və x4 tərəfindən istifadə olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, pa ltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. İşin hallarından da göründüyü kimi azyaşlı x4 anasının (iddiaçının) yanında yaşayır və ona məxsus olan əşya da iddiaçıya verilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avq ust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar