Məhkəmə qərarları › İş №2(102)-896/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-896/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-896/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbləri, apellyasiya şikayətinə baxılmasının hədləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-444/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilm iş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2x xxxxx 2012-ci il tarixli, 12/405 nömrəli daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC lizinq obyektini – Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzili 60 ay müddətinə Cavabdeh2 əvəzli istifadəsinə verməyi, sonuncu isə razılaşdırılmış ödəniş cədvəlinə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəfləri qeyd olunan lizinq obyektinin dəyərini 20.000 ABŞ dolları məbləğində qiymətləndirmişlər. 2. 2x xxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1, lizinq verən İddiaçı MMC-nin lizinq müqaviləsindən irəli gələn tələb hüququna təminat ver mişdir. Zaminlik müqaviləsinə əsasən, zamin cavabdehin öhdəliklərinin tamamilə icrası üçün zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə iddiaçı qarşısında məsuliyyət daşıyır.

3. Cavabdeh2 öhdəliyin icrasını gecikdirərək lizinq ödənişlərini vaxtında ödəməmişdir.

4. İddiaçının verdiyi məlumata görə xx.xx.2017-ci il tarixə qədər sabit haqq üzrə 11.177,35 ABŞ dolları, dəyişən haqq üzrə 3061,84 ABŞ dolları olmaqla, cəmi 14.239,18 ABŞ dolları borc yaranmışdır. İddiaçı eyni zamanda müqavilənin 4.6-cı maddəsinə əsasən, 6309,05 ABŞ dolları dəbbə pulu hesablamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzili İddiaçı MMC-yə təhvil verərək mənzildən çıxarılması, sabit haqq üzrə 11.177,35 ABŞ dolları, dəyişən haqq üzrə isə 3.061,84 ABŞ dolları, dəbbə pulu üzrə isə 6309,05 ABŞ dolları olmaqla, cəmi 20548,24 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğinin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini belə əsaslandırmışdır ki, cavabdehlər lizinq və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini pozmuşlar. Ona görə də iddia tələbləri əsas lıdır və təmin olunmalıdır.

7. Cavabdehlər borcun məbləği ilə razı olmadığını bildirərək mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişlər.

8. Məhkəmənin təyin etdiyi mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 816 saylı ekspert rəyinə əsasən, xx.xx.2012-ci il tarixli, 12/405 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh2 lizinq müqaviləsinin müddəti bitdiyi xx.xx.2017-ci il tarixə və ekspertizanın aparıldığı xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə olan borcu ümumilikdə 14239,19 ABŞ dolları təşkil edir. Sabit haqq üzrə borc 11177,35 ABŞ dolları, dəyişən haqq üzrə borc 3061,84 ABŞ dolları təşkil edir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Zeynəb Axundova) xx xxx 2019-cu il tarixli, 2(003)-48/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik küçəsi, Dos 1 saylı binanın 1ci giriş, 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzilin İddiaçınə təhvil verilməsi və onun həmin mənzildən çıxarılması, sabit haqq üzrə 11.177,35 ABŞ dolları, dəyişən haqq üzrə 3.061,84 ABŞ dolları, dəbbə pulu üzrə 5 (beş) ABŞ dolları məbləğində borc olmaqla, cəmi 14.244 (on dörd min iki yüz qırx dörd) ABŞ dolları 19 (on doqquz) sent məbləğində pulun manatın ödəniş gününə məzənə nisbəti ilə və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması, İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutula raq X1 hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mühasibatlıq ekspertizası təyin edilərək lizinq müqaviləsi üzrə ödəniləcək 20.000 ABŞ dolları həmin vaxtın ekvivalentinə uyğun Azərbaycan manatı ilə nəzərdə tutulmuş olsaydı ödənişlərin manatla aparılması halında əsas, faiz və cərimə borcunun məbləğinin xx.xx.2017-ci ilə nə qədər təşkil edəcəyi, ödənilmiş məbləğləri n manatla olması halında həmin məbləğlərin müqavilə şərtlərinə uyğun hesablanmasına dair suallar qoyulmuşdur.

13. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci tarixli, 28603 saylı rəyinə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, ödənişlər barədə cədvəl məlumatları, ödəniş cədvəli və xx.xx.2012-ci tarixli 12/405 saylı lizinq müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixə İddiaçı MMC-yə olan sabit haqq üzrə borcu 7.381,69 manat, dəyişən haqq üzrə 0,0 manat məbləğində müəyyən olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Şərafət Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-444/2020 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(003)-48/2019 saylı qətnaməsi lizinq müqaviləsi üzrə borcun və dövlət rüsumunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, sabit haqq üzrə 7381,69 (yeddi min üç yüz səksən bir manat altmış doqquz qəpik) manat, 9 (doqquz) manat dəbbə pulu üzrə, 6,3 (altı manat otuz qəpik) manat dövlət rüsumu, cəmi 7396,99 (yeddi min üç yüz doxsan altı manat doxsan doqquz qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması qətnamənin məhkəmə məsrəfinə aid olan ekspertiza tədqiqatının dəyərinin cavabdehlərdən tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqi qatlarının dəyəri olan 245 (100+145) manatın 52 (əlli iki) manatın müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 193 (yüz doxsan üç) manatın İddiaçındən alınıb X1 hesaba keçirilməsi, qətnamə qalan-lizinq obyektinin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissəsinə, Mülki Məcəllənin 439-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx xxx 2015-ci il tarixli qərarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci abzasına görə bu müqavilə üzrə öhdəliklər şərti vahidlə ifadə olunur. Bir şərti vahid öhdəliyin yaranma tarixinə Mərkəzi Bankın ABŞ dollarının manata bərabər olan məbləğini təşkil edir. Bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının manata bərabər olan məbləğlə manatla ödəniləcək” şərtləri Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbinə ziddir. Ona görə ki, pul öhdəliyi manatla ifadə edilməlidir müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsini nəzərdə tutur. İkincisi, hazırkı müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar pul öhdəliyini xarici valyuta, o cümlədən ABŞ dolları ilə müəyyə nləşdirə bilməzlər. Ücüncüsü, müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar bu müqavilə üzrə müqavilənin qiymətini (dəyərini) ABŞ dolları ilə müəyyənləşdirib manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməzlər. Dördüncüsü tərəflər arasında bağlanmış müqavilənin predmetini xarici valyuta (ABŞ dolları) deyil, lizinq obyekti olan nəqliyyat vasitəsi təşkil etdiyindən cavabdeh həmin əşyanın ödənişini manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməz. Odur ki, birinci instansiya məhkəməsinin borcun ABŞ dolları ilə tutulması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi baxışın hədlərini düzgün müəyyən etməmişdir. Apellyator qətnamənin yalnız faiz borcunun tutulması hissəsinin ləğv olunmasını istəmişdir. Apellyasiya şikayətinin məzmunundan da onun narazılığı yalnız faiz borcu ilə əlaqədardır. Buna baxmayaraq apellyasiya məhkəməsi qətnaməni lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində tam yoxlamışdır. Bundan əlavə, MM-in 439.1-ci maddəsindəki pul öhdəliyi manatla ifadə edilməlidir müddəası yalnız pulun ödəniş vasitəsi kimi çıxış etdiyi hallara şamil olunur. Mülki işin hallarına görə isə lizinqalan lizinq ödənişlərini müqavilənin 4.3-cü maddəsinə uyğ un yalnızca manatla həyata keçirmişdir. Tərəflər müqavilə azadlığı çərçivəsində hərəkət edərək ödənişlərin xarici valyutanın milli valyutaya münasibətdə məzənnəsini əsas götürməklə manatla həyata keçiriliməsini razılaşdırmışlar. Bu razılaşma lizinq obyektinin təsvirinə dair cədvəldə, habelə ödəniş qrafikində əks olunmuşdur. Nəticə etibarilə həmin lizinq müqaviləsi üzrə ödəniş vasitəsi kimi manat çıxış etmişdir. Lizinq alan ödənişi xarici valyutada apardığını təsdiqləyən sübutu da məhkəməyə təqdim etməmişdir. O da nəzərə alınmalıdır ki, lizinq münasibətlərində xarici ünsür olduqda (müqavilə tərəflərindən biri xarici hüquqi şəxs, aparılan ticarətin əsasən xarici ölkələrlə və əməliyyatlarla əlaqəli olması, qoyulan sərmayənin əcnəbilərə aid olması və s.) tərəflərin razılaşmasındakı öhdəlikləri n xarici valyutada ifadə edilməsi qanunvericiliyə zidd sayıla bilməz. İddiaçı şirkətin təsisçisi və nizamnamə kapitalındakı mayaların 100% sahibi Özəl sektorun inkişafı üzrə islam korporasiyasıdır (X2). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Etirazda işin yuxarıda qeyd edilən hallarına istinad olunmaqla göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarına əməl edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

20. Cavabdeh2 və onun vəkili kassasiya şikayətinə etiraz edər ək onun təmin olunmamasını xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

23. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

24. Maddə 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Kollegiya iş üzrə apellyasiya baxışının hədlərinə riayət olunmaması barədə kassatorun dəlili ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 şikayət verməmişdir. Apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnaməni məhz faiz borcuna aid hissədə mübahisələndirərək iddianın faiz borcunun tutulması hissəsində rədd edilməsini xahiş etmişdir.

31. Buna baxmayar aq, apellyasiya instansiyası məhkəməsi qətnaməni lizinq müqaviləsi üzrə bütövlükdə borcun tutulması hissəsində ləğv edərək sabit haqq və məhkəmə xərcləri də daxil olmaqla, cəmi 7396,99 manat məbləğində pulun cavabdehlərdən tutulmasını qət etmişdir.

32. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (§ 26).

33. Bundan əlavə, iddiaçı bildirir ki, lizinq münasibətlərində xarici ünsür olduqda (müqavilə tərəflərindən biri xarici hüquqi şəxs, aparılan ticarətin əsasən xarici ölkələrlə və əməliyyatlarla əlaqəli olması, qoyulan sərmayənin əcnəbilərə aid olması və s.) tərəflərin razılaşmasındakı öhdəliklərin xarici valyutada ifadə edilməsi qanunvericiliyə zidd sayıla bilməz. İddiaçı şirkətin təsisçisi və nizamnamə kapitalındakı mayaların 100% sahibi Özəl sektorun inkişafı üzrə islam korporasiyasıdır (X2).

34. Mülki qanunvericiliyə görə əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir (§ 2223).

35. Apellyasiya məhkəməsi tərəfindən bu xüsusat üzrə lazımi araşdırma aparılmamış, həmin hala qanunvericliyin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.

36. Ona görə də qətnamə borcun və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən araşdırma aparılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-444/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi borcun və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar