Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-898/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisəsi, pul mükafatı tələbi, əmək haqqının habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmək mübahisəsi ilə əlaqədar pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6233/2023 nömrəli, 23 oktyabr 2023-cü il tari xli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Təchizat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə İnfrastruktur Departamentinin Aparatının Təchizat bölməsinə bölmə rəisi vəzifəsinə keçirilmişdir. 2. 98 nömrəli əmək müqaviləsinin surətinə əsasən, müqavilə şərtlərində İddiaçı vəzifə maaşından əlavə mükafat verilməsi göstərilməmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə ona da mükafatın verilməsi üçün "xxxx" QSC-yə müraciət etmiş və ona ünvanlanan cavab məktubunda müraciətinə baxılacağı bildirilmişdir. 4. “Əmək müqaviləsinin ləğv e dilməsi haqqında” Əmrin surətinə əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 13-1/2-3215/2023 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. 5. “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrin surətinə əsasən, İnfrastruktur departamentinin aparatının Təchizat bölməsinin rəisi İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmək mübahisəsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəs i ilə məhkəməyə müraciət edərək "xxxx" QSC tərəfindən xx.xx.2017-ci il tarixindən iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat ödənilmiş mükafat məbləğinin hesablanaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixində "xxxx" QSC ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Onun tabeliyində çalışan işçilər də olmuşdur. Daha sonra, xx.xx.2020-ci il tarixində İnfrastruktur Departamentinin Təchizat şöbəsi infrastruktur Departamentinin Aparat Təchizat bölməsi olmuş və o, həmin tarixdən bölmə rəisi vəzifəsinə keçirilmişdir. Bu vəzifədə də çalışarkən tabeliyində müvafiq işçilər və rəis müavini də çalışmışdır. "Azərbaycan Dəmir Yollan” QSCdə xx.xx.2017-ci il tarixindən işə başlamaqla ona tapşırılan hər bir işi layiqincə vicdanla yerinə yetirməyə çalışmışdır. Bununla əlaqədar QSC tərəfindən tabeliyində çalışan bütün işçilərə, həmçinin bölmənin rəis müavininə aylıq hesablanmaqla müəyyən pul məbləği mükafat olaraq verilsə də, lakin bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq ona heç bir mükafat ödənilməmişdir. Bununla da, ona qarşı ayrı-seçkiliyə yol verilmişdir. 2022-ci ilin iyul ayında onun rəisi olduğu şöbə və sonradan da bölmənin işçilərinə mükafatların verildiyi ona məlum olmuşdur. Bundan sonra isə rəisi olduğu bölmənin işçilərinə, hətta bölmənin rəis müavininə mükafatın verildiyi halda ona heç bir mükafat məbləğinin verilməməsi ilə ona qarşı açıq-aşkar ayrı-seçkiliyin edildiyi ni anlayaraq "xxxx" QSC-yə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. 26 iyul 2022-ci il tarixində ərizə ilə müraciət etdikdən sonra 2022-ci ilin dekabr ayından ona hər ay 700 manat məbləğində olmaqla mükafat ödənilməyə başlanıldı. Lakin iddiaçı xx.xx.2017-ci il tarixindən başlamaqla indiyə kimi QSC-də şöbə rəisi, sonradan isə bölmə rəisi vəzifəsində çalışır və həmin tarixdən onun tabeliyində olan işçilər və bölmə rəisinin müavini hər ay mükafat kimi pul məbləği almışlar. Hətta bölmə rəisinin müavininə, vəzifəyə təyin olunan vaxtdan əmək haqqından əlavə cavabdeh tərəfindən hər ay mükafat kimi 1100 manat məbləğin əmək haqqı kartına ödənişin olunduğu barədə iddiaçıda məlumat vardır. Bundan əlavə, iddiaçının tabeliyində olan iki işçisi üçün də hər ay mükafat nəzərdə tutulmuşdur. Əgər səmərə li işlərinə görə bölmənin hər bir işçisinə və rəis müavininə mükafat şəklində pul məbləği verilirsə, səmərəli fəaliyyətdə bölməyə rəhbərlik edən bölmə rəisinin də əməyi vardır. "xxxx" QSC-də hər bir işçiyə vəzifəsinə uyğun olaraq müvafiq məbləğlər ödənilsə də, heç bir cəzalandırılması olmamasına baxmayaraq 2022-ci ilin dekabr ayına qədər heç bir səbəb göstərilmədən mükafat məbləği ödənilməmişdir. "xxxx" QSC-nin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsi bu ödənişlərin fərdi xarakterli deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirildiyini sübut edir. Hesab edir ki, cavabdeh QSC tərəfindən ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verilmişdir. Bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq tabeliyində çalışan işçilər, rəis müavini də QSC-də çalı şan digər işçilərdə olduğu kimi ona heç bir mükafat ödənilməmiş, ona qarşı keyfiyyətlər, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə açıq-aşkar ayrı-seçkiliyə yol verilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə qənaətində göstərmişdir ki, iddiaçı "xxxx" QSC ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, daha sonra, xx.xx.2020-ci il tarixində İnfrastruktur Departamentinin Təchizat şöbəsi infrastruktur Departamentinin Aparat Təchizat Şöbəsinin bölmə rəisi vəzifəsinə keçirilmişdir. 26 iyul 2022-ci il tarixində "xxxx" QSC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək ona da digər işçilərə verildiyi kimi vəzifə maaşından əlavə mükafatın verilməsini tələb etmişdir. Hazırda iddiaçı QSC tərəfindən ona qarşı açıq-aşkar ayrıseçkiliyə yol verildiyini hesab edərək, xx.xx.2017-ci il tarixindən hazırki tarixədək, yəni iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat olmaqla ödənilməmiş mükafat məbləğinin hesablanaraq iddiaçıya verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir, iddiaçıya qarşı diskriminasiyaya yol verilmədiyini qeyd edərək, həmçinin iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə göstərmişdir ki, mükafat, bir qayda olaraq, işçinin tutduğu vəzifənin ierarxiyası (rəhbər işçi olması səbəbi ilə) və fərdi keyfiyyətləri ilə bağlı ödənilmir. Mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir.
11. Məhkəmə bildirmişdir ki, cavabdeh ilə iddiaçı arasında sərbəst iradələri altında bağlanmış xx.xx.2017-ci il tarixli 98 nömrəli əmək müqaviləsində müqavilə tərəfləri hər ay ştat cədvəlinə uyğun məbləğdə iddiaçıya əmək haqqının ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilədə iddiaçıya əmək haqqından əlavə işəgötürən tərəfindən aylıq və ya illik mükafatın ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin bununla bağlı kollektiv müqavilənin bağlandığına dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının "xxxx" QSC tərəfindən diskriminasiyaya məruz qalmasına dai r irəli sürdüyü dəlillər, həmçinin şahid ifadələri isə sübut növü kimi təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə həmçinin şahidlərin ifadələrinə hüquqi qiymət verərək, hesab edir ki, şahid ifadələri də 15000 nəfər işçidən 500 nəfərə pul mükafatının verildiyini dolayı təsdiq edir. Yəni, diskriminasiya halı olmamış, mükafat verilməsi nəzərdə tutulan şəxslərə onların şəxsi işgüzarlıq və peşəkarlıq səviyyələri ilə müəyyən edilməklə verilmişdir. Həmçinin, hazırki iddia tələbinin predmeti olan iddiaçının diskriminasiyaya məruz qalmasını sübut etmək yükü birbaşa iddiaçının vəzifəsi olduğundan cavabdehin düzgünlük prezumpsiyası öz qüvvəsini saxlayır.
12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdı r, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
13. Məhkəmə cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə də ehtiyac qalmamışdır.
14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Az ərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 157-ci maddəsinin 5 və 6-cı hissələrinə, 158-ci maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 76,1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat vermiş və məhkəmədən təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3) 2(103)-6233/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın dəlilləri üzrə tam və hərtərəfli hüquqi dəyərləndirmə apararaq iş üzrə düzgün nəticəyə gəlmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmuşdur ki, iddiaçı işdə olan sübutlara, şahid ifadələrinə münasibət bildirmədən qətnaməni qanuna zidd hesab etsə də bu qanunsuzluğun nədən ibarət olduğunu açıqlamır. Əksinə qətnaməni diqqə tlə nəzərdən keçirsəydi birinci instansiya məhkəməsinin şahid ifadələrinə münasibət bildirməsini görə bilərdi.
21. Kollegiya daha sonra bildirmişdir ki, əvvəla, şahidlərin artıq cavabdeh qurumda işləməməsi onların ifadələrinin mötəbərliliyini istisna edən hal sayıla bilir. Çünki, işdən çıxmış şahid istər-istəməz cavabdeh quruma qarşı qərəzli ola bilirlər. X4 ifadəsi də bu qənaəti təsdiq edir. Çünki, ifadəsində mükafatın bütün işçilərə verildiyini və hamının aldığını bəyan edir. Ancaq belə bir halın olması təsdiq olunmur. Digər şahid Gülnarə Gözəlova isə mükafatın 2017-ci ildən hər ay “paket” şəklində karta köçürüldüyünü göstərir. Ancaq cavabdeh tərəf 15000 işçisi olan qurumun yalınız 3-5 faizinə mükafat verildiyini və bununla da hansısa diskriminasiyadan söhbət gedə bilmədiyini bəyan edir. Demək ki, QSC-nin 5 faiz işçisinə mükafatın verilməsi və iddiaçının təxminən üç ay müddətində hər ay 700 manat mükafat alması iddianın əsaslılığına dəlalət etmir. Ən azından cavabdeh qurumun iddiaçı qarşısında hər hansı bir əsasla belə bir öhdəliyi yaranmamışdır.
22. Cavabdeh qurum iddiaçıya hər ay mükafat verəcəyinə dair nə kollektiv müqavilələrlə, nə də əmək müqaviləsində yaxud hansısa razılaşmada üzərinə öhdəlik götürməmişdir.
23. Kollegiya hesab etmişdir ki, iddiaçının əməyinin kəmiyyət və keyfiyyətinin yüksək olmasına, eləcə də xüsusi peşəkarlığına dair də işdə hər hansı bir sübut mövcud deyil. Əksinə, iş materiallarındakı çoxsaylı əmək qabiliyyətinin olmaması vərəqələrindən də görünür ki, iddiaçı mütəmadi olaraq müxtəlif tarixlərdə (bax.i.v.82-93) işdən azad edilmişdir. Bu faktların mövcudluğu da ona hər ay mükafat verilməsini labüd etməyə imkan verməyən amillər hesab olunur.
24. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 157-ci maddəsinin 5 və 6-cı hissələrinə, 158-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a)Kassasiya şikayətinin dəlilləri:
25. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin sözügedən qətnaməsi maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnamə ləğv olunmalı, kassasiya şikayəti təmin edilməklə, iş üzrə iddia təmin edilməklə yeni qərar qəbul edilməlidir. Apellyasiya Məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının əməyinin kəmiyyət və keyfiyyətinin yüksək olmasına, eləcə də xüsusi peşəkarlığına dair də işdə hər hansı bir sübut mövcud deyil. Əksinə, iş materiallarındakı çoxsaylı əmək qabiliyyətinin olmaması vərəqələrindən də görünür ki, iddiaçı mütəmadi olaraq müxtəlif tarixlərdə (bax.i.v.82-93) işdən azad edilmişdir. Bu faktların mövcudluğu da ona hər ay mükafat verilməsini labüd etməyə imkan verməyən amillər hesab olunur. Belə ki, ayrıseçkilik (diskriminasiya)-əsasən əmək haqqı, əlavə və mükafatların ödənilməsi sahələrində biruzə verir və bu sahədə ayrı-seçkilik daha çox özünü göstərir. Bundan da göründüyü kimi, eyni vəzifə və ya peşəyə, eyni dərəcəyə malik, eyni əmək funksiyalarını yerinə yetirən və eyni işgüzar keyfiyyətlərə malik olan işçilərin-əsas vəzifə (tarif) maaşı arasında fərqin olması, eyni zamanda eyni idarə, müəssisə və təşkilatlarda işləyən işçilərin əmək haqları arasında kəskin fərqlərin olması ayrı-seçkilik hesab olunur.
27. Kassator qeyd etmişdir ki, apellyasiya məhkəməsi isə həqiqətə nail olmaq üçün mübahisəli məsələnin araşdırılması məqsədilə ayrı-seçkiliyə məruz qalmış işçinin pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə əmək qanunvericiliyinə: ictimai nəzarəti həyata keçirən və ya keçirməli olan -Həmkarlar İttifaqı təşkilatına, dövlət nəzarəti həyata keçirən və ya keçirməli olan X1 münasibəti müəyyən edilməmiş qalmışdır. Halbuki, əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxslər bu tələblərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Apellyasiya Məhkəməsi isə bu faktı araşdırmadan, təkrar olaraq cavabdehin mövqeyindən çıxış edərək, iddiaçının əmək hüquqlarını kobudcasına pozaraq birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamaqla qəbul etmişdir.
28. Kassator bildirmişdir ki, apellyasiya məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər halın (birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin izahatlarını) isə hazırkı mübahisənin hüquqi həlli üçün hansı səbəbdən və nə kimi əhəmiyyət kəsb etdiyi də əsaslandır ılmamışdır
29. İddiaçı "xxxx" QSC-də xx.xx.2017-ci il tarixindən işə başlamaqla ona tapşırılan hər bir işi layiqincə və vicdanla yerinə yetirməyə çalışmışdır. Bununla əlaqədar QSC tərəfindən tabeliyində çalışan bütün işçilərə, həmçinin bölmənin rəis müavininə aylıq hesablanmaqla müəyyən pul məbləği mükafat olaraq verilsə də, lakin bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq ona heç bir mükafat ödənilməmişdir. Bununla da ona qarşı ayri seçkiliyə yol verilmişdir. 2022-ci ilin iyul ayında onun rəisi olduğu şöbə və sonradan da bölmənin işçilərinə mükafatların verildiyi ona məlum olmuşdur. Bundan sonra isə rəisi olduğu bölmənin işçilərinə, hətta bölmənin rəis müavininə mükafatın verildiyi halda ona heç bir mükafat məbləğinin verilməməsi ilə ona qarşı açıq-aşkar ayrı-seçkiliyin edildiyini anl ayaraq "xxxx" QSC-ə rəsmi qayda da ərizə ilə müraciət etmişdir. 26 iyul 2022ci il tarixində "xxxx" QSC-nin rəhbərliyinə ərizə ilə müraciət etdikdən sonra 2022-ci ilin dekabr ayından ona hər ay 700 manat məbləğində olmaqla mükafat ödənilməyə başlanıldı. Lakin iddiaçı Əskər İsmayılov xx.xx.2017-ci il tarixindən başlamaqla indiyə kimi QSC-də şöbə rəisi, sonradan isə bölmə rəisi vəzifəsində çalışır və həmin tarixdən onun tabeliyində olan işçilər və bölmə rəisinin müavini hər ay mükafat kimi pul məbləği almışlar. Hətta bölmə rəisinin müavininə, vəzifəyə təyin olunan vaxtdan əmək haqqından əlavə cavabdeh tərəfindən hər ay mükafat kimi 1100 manat məbləğin əmək haqqı kartına ödənişin olunduğu barədə iddiaçıda məlumat vardır. Bundan əlavə, iddiaçının tabeliyində olan iki işçisi üçün də hər ay mük afat nəzərdə tutulmuşdur. Əgər fərz etsək ki, səmərəli işlərinə görə bölmənin hər bir işçisinə və rəis müavininə mükafat şəklində pul məbləği verilirsə, səmərəli fəaliyyətdə bölməyə rəhbərlik edən bölmə rəisinin də əməyi vardır. "xxxx" QSC-də hər bir işçiyə vəzifəsinə uyğun olaraq müvafiq məbləğlər ödənilsə də, heç bir cəzalandırılması olmamasına baxmayaraq ona 2022-ci ilin dekabr ayına qədər heç bir səbəb göstərilmədən mükafat məbləği ödənilməmişdir. 30. "xxxx" QSC-nin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsi bu ödənişlərin fərdi xarakterli deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirildiyini sübut edir. Hesab edirlər ki, cavabdeh QSC tərəfindən ona qarşı açıqaşkar ayrı-seçkiliyə yol verilmişdir. Bölmə rəisi vəzifəsində çalışmağına baxma yaraq tabeliyində çalışan işçilər, rəis müavini də QSC-də çalışan digər işçilərdə olduğu kimi ona heç bir mükafat ödənilməmiş, ona qarşı işgüzar keyfiyyətlər, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə açıq-aşkar ayrı-seçkiliyə yol verilmişdir.
31. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16.1, Azərbaycan Respublikasının MPM-in 14, 217.1 385, 387-ci maddələrinə də istinad etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
32. Maddə 3, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
33. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmə k funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
34. Maddə 157, 5-ci hissə. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
35. Maddə 157, 6-cı hissə. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
36. Maddə 158, 1-ci hissə. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırki kassasiya şikayətində iddiaçı qətn aməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də razılaşılan birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının "xxxx" QSC tərəfindən diskriminasiyaya məruz qalmasına dair irəli sürdüyü dəlillər, həmçinin şahid ifadələri isə sübut növü kimi təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Diskriminasiya halı olmamış, mükafat verilməsi nəzərdə tutulan şəxslərə onların şəxsi işgüzarlıq və peşəkarlıq səviyyələri ilə müəyyən edilməklə verilmişdir. Həmçinin, hazırki iddia tələbinin predmeti olan iddiaçının diskriminasiyaya məruz qalmasını sübut etmək yükü birbaşa iddiaçının vəzifəsi olduğundan cavabdehin düzgünlük prezumpsiyası öz qüvvəsini saxlayır.
48. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdiur ki, cavabdeh qurum iddiaçıya hər ay mükafat verəcəyinə dair nə kollektiv müqavilələrlə, nə də əmək müqaviləsində yaxud hansısa razılaşmada üzərinə öhdəlik götürməmişdir.İddiaçının əməyinin kəmiyyət və keyfiyyətinin yüksək olmasına, eləcə də xüsusi peşəkarlığına dair də işdə hər hansı bir sübut mövcud deyil. Əksinə, iş materiallarındakı çoxsaylı əmək qabiliyyətinin olmaması vərəqələrindən də görünür ki, iddiaçı mütəmadi olaraq müxtəlif tarixlərdə işdən azad edilmişdir. Bu faktların mövcudluğu da ona hər ay mükafat verilməsini labüd etməyə imkan verməyən amillər hesab olunur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 2(103)-6233/2023 nömrəli qətnaməsi dəyişdirilmədə