Məhkəmə qərarları › İş №2(102)-899/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-899/2020

31.01.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-899/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X3 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Ü.O.Qənbərov) x nömrəli, 31 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh1nə və 12 saylı Ərazi X1rşı pul t ələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın (hakim N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.B.Kərimov və Z.B.Babayev) x nömrəli, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, İmişli Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, x saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh1nə və 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 28.09.2012-ci il tarixdən 31.08.2018-ci il tarixədək İmişli RTŞdə metodist vəzifəsində işləmiş və həmin müddətdə hərbi uçot və bronlaşdırma iş lərini aparmışdır. AR NK-nin 30 iyun 1992- ci il tarixli 368-17 nömrəli Qərarına əsasən RTŞ-də hərbi uçot və bronlaşdırma işlərinin aparılmasına görə kadrlar şöbəsi inspektorunun aylıq vəzifə maaşının 30 faizi həcmində əlavə haqq ödənilməsi nəzərdə tutulduğu halda, 2013-cü ilin iyun ayınadək ona əlavə haqq ödənilməmişdir. 2013-cü ilin iyun ayından 2017-ci ilin yanvar ayınadək olan müddətdə işlədiyi metodist vəzifəsinin aylıq maaşının 50 faizi həcmində, 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək isə aylıq maaşının 30 faizi həcmində əlavə haqq ödənilmişdir. 2016-cı ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək olan müddətdə ona cəmi 394, 80 manat az əlavə haqq ödənilmiş və həmin fərq AR MN DMNX-nin müfəttişləri tərəfindən aşkar edildikdən sonra ödənilmişdir. AR TN İmişli RTŞ -nin və 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyətli vəzifəli şəxslərinin ona qarşı uzun müddət ərzində davam edən qanunazidd hərəkətlərinin təsiri nəticəsində mənəvi sarsıntılar keçirmiş və sağlamlığı pozulmuşdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh1 və 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən 28 sentyabr 2012-ci il tarixdən 2013-cü ilin iyun ayınadək olan dövr üçün ona ödənilməyən əlavə haqqın və 2013-cü ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək olan dövr üçün az ödənilən əlavə haqqın, cəmi 2000 manat alınaraq ona verilməsi, o cümlədən dəymiş maddi və mənəvi zərərə görə xeyrinə 20.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki: İmişli RTŞ üzrə verilmiş 28.09.2012-ci il tarixli 79 nömrəli əmrin surətinə əsasən İddiaçı İmişli RTŞdə aparıcı məsləhətçi vəzifəsinə qəbul edilmiş və İmişli RTŞ-də hərbi uçot işlərinin aparılm ası, gənc müəllimlərin bronlaşdırılması, T-2 nömrəli formaların qeydiyyatı, habelə saxlanma müddəti başa çatmış T2 nömrəli formaların yeniləşdirilməsi, XİU qrifli sənədlərin məxviliyinin təmin edilməsi və bundan irəli gələn digər müvafiq işlərin yerinə yetirilməsi ona həvalə edilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 28.09.2012-ci il tarixli 79 nömrəli əmrlə İmişli RTŞ-də aparıcı məsləhətçi vəzifəsinə qəbul edilmiş və 31.08.2019-cu il tarixli 64 nömrəli əmrlə işdən azad edilmişdir. AR TN İmişli RTŞ tərəfindən verilmiş arayışa əsasən Tağıyev Mirəli Qaraseyid oğluna hərbi uçot və bronlaşdırma işlərinin aparılmasına görə 2013-cü ilin iyun ayınadək əlavə haqq ödənilməmişdir. 2013cü ilin iyun ayından 2017-ci ilin yanvar ayınadək olan müddətdə ona aylıq vəzifə maa şının 50 faizi həcmində, 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək isə aylıq vəzifə maaşının 30 faizi həcmində əlavə haqq ödənilmişdir. Sənədlərdən görünür ki, 2016-cı ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək olan müddətdə İddiaçı cəmi 394, 80 manat az əlavə haqq ödənilmiş və həmin fərq AR MN DMNX-nin müfəttişləri tərəfindən aşkar edildikdən sonra 20 aprel 2019-cu il tarixli akta əsasən təsdiq olunaraq İddiaçı ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 294-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək m übahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədə n bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, 2013-cü ilin iyun ayından 2017-ci ilin yanvar ayınadək olan müddətdə İddiaçı aylıq vəzifəsə maaşının 50 faizi həcmində, 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək isə aylıq vəzifə maaşının 30 faizi həcmində əlavə haqq ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müv afiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası 2016-cı ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək olan müddətdə İddiaçı 394,40 manat ödənilməmiş haqqın ödənilməsini və 28.09.2012-ci il tarixdən 2017-ci ilin yanvar ayınadək pul tələbinə dair mübahisənin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsini nəzərə alıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətna məsi qanuni və əsaslı olması barədə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apel lyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar