Məhkəmə qərarları › İş №2(102)-899/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-899/2022

01.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-899/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “ filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-899/22 (Açar sözlər: əmək haqqı tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(103)-9218/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hall arına görə, İddiaçı məhkəmədə cavabdeh “X1 (UK) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia qaldıraraq, cavabdehdən ödənilməmiş əmək haqqına görə 58.470,48 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Quliyev) iddia qismən təmin edilərək, cavabdehdən ödənilməmiş əmək haqqına görə 43.455,27 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı 15 yanvar 2013-cü ildən 30 sentyabr 2018-ci il tarixədək əmək müqaviləsinə əsasən cavabdehdə “t exnik” vəzifəsində işləyib və işlədiyi müddət ərzində əmək haqqının hesablanmasında işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulub. Belə ki, 2013-2015-ci illər ərzində əsas borc və əlavə gəlir itkiləri də nəzərə alınmaqla cavabdehin iddiaçıya ödənilməmiş 43.455,27 manat ödənilməmiş əmək haqqı borcu yaranıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 89, 165-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icra at Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib və cavabdehdən ödənilməmiş əmək haqqına görə 5.640,76 manat pul tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə versə də, birinci instansiya məhkəməsi həmin ərizəyə ümumiyyətlə heç bir qiymət verməyib. İddiaçı əmək haqqını hər ayın sonunda alıb və aldığı əmək haqqı məbləğindən məlumatlı olub, yəni ona əmək haqqının az ödənilməsi barədə iddiaçı hər ayın sonunda məlumatlı olub, lakin bunu vaxtında mübahisələndirməyib. Əmək qanunvericiliyində pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilib. İddiaçı 05 oktyabr 2018-ci il tarixdə işdən çıxıb və 18 sentyabr 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət edərək, 2013-2018-ci il dövr üzrə hesablama apararaq əsas borc və əlavə gəlir itkilərini tələb edib. Bu baxımdan iddiaçının tələbi qismən, işdən çıxdığı tarixdən əvvəlki bir il üzrə əsaslıdır, yəni 05 oktyabr 2017- ci ildən 05 oktyabr 2018-ci il tarixədək olan dövr üçün ödənilməli olan məbləği tələb etməkdə haqlı olub, ondan əvvəlki illər üzrə isə iddiaçı iddia müddətini ötürüb. Ona görə də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 296-cı maddəsinin, Mülki Məcəllənin 372, 373-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırı lıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 i l ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyət, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsi, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2-373.3-cü maddələri). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlanır ( Mülki Məcəllənin 368 və 377.2-ci maddələri). Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ed ilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 17 dekabr 2012-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə “texnik” vəzifəsinə işə qəbul edilib və müqavilənin müddəti 14 yanvar 2013-cü ildən 14 iyul 2013-cü il tarixi əhatə edib. Müqavilənin 4-cü bəndinə əsasən işçinin gəlir vergisi tutulmamış aylıq ə mək haqqı aşağıda göstərilənlərə əsaslanır: Sahil: Tarif 1 – 7 Azərbaycan manatı/saatı – saat 8.00-dan 18.00-a qədər Bazar ertəsindən Cüməyə kimi, Tarif 2 – 10.5 Azərbaycan manatı/saatı – saat 18.00-dan 24.00-a qədər Bazar ertəsindən Cüməyə kimi, Dəniz: Tarif 1 – 125.97 Azərbaycan manatı/günü – Bazar ertəsindən Cüməyə kimi Tarif 2 – 167.96 Azərbaycan manatı/günü həftəsonu. 03 iyul 2013-ci il tarixli əmək müqaviləsinin müddəti 15 yanvar 2013-cü ildən 14 iyul 2014-cü il tarixi əhatə edib. Müqavilənin 4-cü bəndinə əsasən işçinin gəlir vergisi tutulmamış aylıq əmək haqqı aşağıda göstərilənlərə əsaslanır: Sahil: Tarif 1 – 7 Azərbaycan manatı/saatı – saat 8.00-dan 18.00-a qədər Bazar ertəsindən Cüməyə kimi. Tarif 2 – 10.5 Azərbaycan manatı/saatı – saat 18.00-dan 24.00-a qədər Bazar ertəsindən Cüməyə kimi Dəniz: Tarif 1 – 125.97 Azərbaycan manatı/günü – Bazar ertəsindən Cüməyə kimi, Tarif 2 – 167.96 Azərbaycan manatı/günü həftəsonu. 02 iyul 2018-ci il tarixli əmək müqaviləsinin müddəti 02 iyul 2018-ci ildən 01 iyul 2019-cu il tarixi əhatə edib. Müqavilənin 4-cü bəndinə əsasən işçiyə hər saatına görə GROSS 8.12 AZN/saat məbləğdə əmək haqqı ödənilir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2021-ci il tarixli rəyinə əsasən, iddiaçıya bayram, şənbə-bazar günlərinə görə 2013-cü ildə 11333 manat, 2014-cü ildə 9785.9 manat, 2015-ci ildə 17147.88 manat, 2016-cı ildə 14575.8 manat, 2017-ci İldə 11507.08 manat, 2018-ci ildə 6888.48 manat ümumilikdə "bayram və şənbə-bazar günləri” nəzərə alınmaqla 71238.14 manat əmək haqqı az hesablanmışdır. Əlavə hesablanmış ümumi əmək haqqından 3% =2137.14 manat ayırma, 15672.39 manat DSMF ayırma, 9973.34 ödəmə mənbəyindən vergi məbləği cəmi 27782.87 vergi (2137.14+15672.39+9973.34) büdcəyə ödənilməsi üçün hesablanmışdır. İddiaçıya ödənilməli olan əmək haqqı 43455.27 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əmək haqqını hər ayın sonunda alıb və aldığı əmək haqqı məbləğindən məlumatlı olub, yəni ona əmək haqqının az ödənilməsi barədə hər ayın sonunda məlumatlı olub, lakin bunu vaxtında mübahisələndirməyib. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərə kəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsini n tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Eyni zamanda əmək mübahisələri ilə bağlı tələblər üzrə Əmək qanunvericilində xüsusi iddia müddətləri nəzərdə tutulub. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işin hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mü bahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilib. Bu tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. Hazırki halda iddiaçı, 05 oktyabr 2018-ci ildə işdən çıxıb və 18 sentyabr 2019-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-2018-ci il dövr üzrə hesablama apararaq əsas borc və əlavə gəlir itkilərini tələb edir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının tələbi qismən, işdən çıxdığı tarixdən əvvəlki bir il üzrə əsaslıdır, yəni 05 oktyabr 2017-ci ildən 05 oktyabr 2018-ci il tarixədək olan dövr üçün ödənilməli olan məbləği tələb etməkdə haqlı olub, lakin ondan əvvəlki dövrlər üzrə iddia müddətini ötürüb. Kassasiya instansiyası məhkəməsi yuxarıda q eyd olunanları nəzərə alıb, kassasiya şikayətində göstərilən dəlilləri əsassız sayıb hesab edir ki, iddianı qismən təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2(103)-9218/2021 saylı qətna məsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar