Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-90/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X7rşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3870/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (bundan sonra cavabdeh) cərrahginekoloqu X8 xx.xx.2020-ci il tarixdə X6 (iddiaçının övladı) üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı etmiş, əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşmış, sonrakı tibbi tədbirlər görülsə də xəstə travmatik qanaxma səbəbindən ölmüşdür.
3. Lənkəran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmünə əsasən, 3-cü şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
4. İddiaçının əri X9 qızlarının hüquqi varisi hesab olunmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3677/2021-ci il tarixli qətnaməsindən görünür ki, “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsdən X4 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamə “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən icra edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı, işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Qızının vəfatından sonra onun həmin vaxtı doğulan uşağın qayğısına o qalır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymiş və ona vurulmuş ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı iddiaçının mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü və ondan yadigar qalan uşağa baxmağı keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, yuxarıda göstərilən məbləğdə mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir.
7. Cavabdeh nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən X4 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 manat məbləğində pul tutulmuş, cavabdeh tərəfindən icra edilərək pul məbləği iddiaçının bank hesabına köçürülmüşdür. Hal-hazırda iddiaçının həyat yoldaşı İddiaçı eyni iddia tələbi ilə eyni əsa sla, eyni cavabdehlərə qarşı iddia qaldırmışdır. İddiaçının iddia tələbinin əsası X4 iddia tələbinin əsası ilə eynidir. Cavabdeh PHŞ-nin iddiaçıya qarşı heç bir hüquqazidd əməli olmamış, iddiaçının şəxsiyyətinə və ya əmlakına heç bir zərər vurmamışdır. Əməl ilə zərər arasında heç bir səbəbli əlaqə yoxdur. Hazırki mübahisə üzrə zərərçəkən şəxs artıq həyatda olmadığından onun istintaq və məhkəmə tərəfindən hüquqi varisi kimi atası X9 tanınmışdır. Məhz o bu hüquqdan istifadə edərək məhkəmədə mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Hal-hazırki mübahisə üzrə isə iddiaçının belə hüququ yoxdur.
8. Məhkəmə icraatı zamanı X8 3-cü şəxs qismində işə cəlb edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 aprel 2023-cü il tari xli, 2(006)-1411/2023 nömrəli qətnaməsi ilə (hakim G. Abidova) iddia qismən təmin edilmiş, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, iddiaçının qızı X1 doğuş zamanı yaranmış kəskin qanaxma cavabdeh mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmişdir və bununla bağlı ona zəruri tibbi tədbirlər göstərilməmişdir. Belə ki, sözügedən hökmə əsasən X2 ölümünə səbəbin uşaqlığının zədələnməsi nəticəsində uşaqlıq qanaxması nəticəsində baş vermiş kəskin qanitirmə ilə əlaqəli olduğu müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, X3 MRX-da göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə vardır və buna da məsul şəxs mərhumun vəziyyətini, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyən, əməliyyat zamanı vaxt itkisinə yol verən, doğuşu qeysəriyyə əməliyyatı vasitəsilə icra edən mama-ginekoloq olan cavabdehdir.
11. Həmçinin, hökm əsasında müəyyən edilmişdir ki, «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X10 əməkdaşı X5 vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində X6 vəfat etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının ölməsi və nəvələrinin anasız qaldıqları ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı (nəvələrinə qulluq və s.) keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
12. Məhkəmə mənəvi zərərin yaranmasına səbəb olan hadisənin baş verməsindən 3 ildən artıq vaxt keçdiyini, cavabdehin maddi durumunu, yəni daha əvvəl eyni əsasa görə iddiaçının ərinə cavabdeh tərəfindən 40000 manat məbləğində mənəvi zərər ödənildiyini, zərərvuranın təqsirinin ehtiyatsızlıq növündə olmasını və digər diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda, ədalətlidir.
13. Məhkəmə, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mənəvi zərərin əvəzinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13 tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1-dən Lənkəran Rayon Mərkəzi Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilsə də, hazırki mübahisə ilə bağlı hər hansı öhdəliyin daşıyıcısı deyildir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1,1099, 1112-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəf indən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət, iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə mənəvi ziyan olaraq ona təyin etdiyi kompensasiyanın məbləğinin həcmini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə nəinki hadisə zamanı, hətta ondan sonrakı döv rlərdə bir ana kimi onun çəkdiyi stress, əzab əziyyətləri, qızının ölümündən sonra qulluğa ehtiyacı olan nəvəsini iztirabla böyütməsini, bundan sonra yenidən dünyaya uşaq gətirmək iqtidarında olmamasını nəzərə almamış, belə məsələlərə həssas yanaşmamış və 5000 manat məbləğ müəyyən etmişdir, hesab edir ki, məhkəmənin bu qənaəti çox ədalətsiz və işin hallarına uyğun deyildir.
17. Qətnamədən eyni zamanda cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, bundan əvvəlki işdə X9 hadisə ilə bağlı başlanılmış cinayət işində zərərçəkmiş qismində tan ınmış, onun belə bir iddia qaldırmaq hüququ olmuşdur, lakin hesab edirlər ki, hazırki işdə iddiaçının zərərin ödənilməsi tələbini irəli sürmək hüququ yoxdur. Bundan başqa faciəvi hadisə zamani delikt törətmiş şəxs məhz 3-cü şəxsdir, hadisəyə görə məsuliyyəti də elə həmin şəxs daşıyır. 3-cü şəxs işə qəbul edilən zaman Lənkəran Rayon Mərkəzi Xəstəxanası “TƏBİB”-in deyil, Səhiyyə Nazirliyinin tərkibində olmuşdur, Səhiyyə Nazirliyi tərəfindən həkimə verilmiş xx.xx.2021-ci ilədək qüvvədə olan sertifkasiya şəhadətnaməsindən görünür ki, onun mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verilmişdir. Xəstənin ölümü əməliyyatın təhlükəsiz aparılması üçün xəstəxananın şəraitinin olmaması ilə bağlı deyil, sırf həkimin işinə səhlənkar yanaşması ilə bağlı olmuşdur və bunu nla bağlı həkimin hərəkətinə hüquqi qiymət verilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3870/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən ödənilməli olan iddiaçıya vurulmuş mənəvi zərərin məbləği 20.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həkim Qair İsayevin öz vəzifə öhdəliklərini düzgün icra etməməsi səbəbindən, 3-cü şəxsin ehtiyatsızlığı nəticəsində iddiaçı övladını itirmişdir, baş vermiş hadisə nəticəsində nəvələri anasız qalmış və bütün bu hallar onu dərin, sağalmaz kədərə sürükləmiş, mənəvi sarsıntıya gətirib çıxarmışdır. Bütün bunlar işin mübahisəsiz halıdır, ona görə də iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, müəyyən olunmuş mənəvi zərərin miqdarı iddiaçının keçirdiyi mənəvi sarsıntı, iztirabların ağırlığına və işin ümumi hallarına adekvat olmamışdır.
21. Məhkəmə kollegiyası, onu da vurğulamışdır ki, iddiaçı ölən şəxsin anasıdır, övladına bağlılığı, bir valideyn kimi övlad itkisinin, faciənin nəticələrinin ağırlığı (nəvəsinin mərhum anasının adını daşıması, böyüməkdə olan nəvələrinin hər cür ehtiyaclarını qarşılamaq) onu dərin kədərə sürükləmişdir.
22. Məhkəmə, zərərçəkmişin hüquqi varisi (atası) X4 2021-ci ildə mənəvi ziyanın ödənilməsinə dair iddiasının təmin olunmasını, valideynlərin hazırkı vaxtadək birgə nikahda olmalarını, həmin iş üzrə ödənilən 40.000 manat məbləğində pulun ailənin birgə ehtiyaclara sərf olunmasını (bu bir prezumpsiyadır), eləcə də hadisədən artıq bir neçə il keçdikdən sonra hazırki iddianın qaldırılmasını nəzərə alaraq hazırki iş üzrə mənəvi ziyanın həcminin 20.000 manat müəyyən edilməsini daha ədalətli və ağlabatan hesab etmişdir.
23. Məhkəmə cavabdeh Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 və 3-cü şəxs Q.İsayevin ayrılıqda verdikləri apellyasiya şikayətlərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının cinayət işi üzrə zərərçəkənin hüquqi varisi kimi tanınmaması, eləcə də digər mülki işdə iddiaçının ərinə (R.Ağayevə) zərərin ödənilməsi, iddiaçının hazırki iddianı qa ldırmaq hüququnu məhdudlaşdırmır.
24. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1099, 1112ci, MPM-in 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
26. Şikayət, iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, məhkəmə zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını aydınlaşdırmamışdır. Ölümün baş verməsindən üç il müddət keçdikdən sonra mənəvi sarsıntıların davam etm əsini və nədə özünü biruzə verməsini, iddiaçı üçün hansı məhdudiyyətlər yaratmasını, bütün bunların nələr ilə təsdiq edilməsi məhkəmə tərəfindən araşdırılmamış, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Bundan başqa, eyni iş və eyni tələb üzrə iddiaçının həyat yoldaşına kompensasiya ödənilmişdir. Bu zaman iddiaçı birgə nikahda olmuş, mənəvi iztirabların azaldılması üçün əldə edilmiş pul məbləğindən istifadə etmişdir. Mütənasiblik prinsipi nöqteyi-nəzərindən yanaşdıqda isə iddiaçı iş üzrə zərərçəkmiş kimi tanınmasını tələb etməmiş və ya mənəvi ziyanın ödənilməsi tələbi ilə müraciət etməmişdir. Halbuki iddiaçının çəkdiyi mənəvi iztirablar onun yaxının itirilməsindən dərhal sonra başlamışdır. Ölümün baş verdiyi vaxtlarda keçirilən iztirablar hadisənin qəflətən olması səbəbindən sonraki dövrl ərdə keçirilən emosional gərginliklərlə bərabər səviyyədə deyildir. Bu halda iddiaçının iddia qaldırmaq üçün bu qədər müddət gözləməsi və qarşılığında tələb edilən pul miqdarı mütənasib deyildir. Eyni zamanda “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən X4 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 (qırx min) manat məbləğində pul tutularkən X9 ailənin, o cümlədən iddiaçının mənafeyindən çıxış edərək qeyd edilən məbləğin ailənin iztirablarının azaldılması üçün qəbul etmişdir. Əldə edilən təzminat həmçinin iddiaçının da keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bu halda yenidən eyni əsasla iddia qaldırılması və onun təmin edilməsi mütənasiblik prinsipinin pozulması deməkdir. Həmçinin bu hal sonralar ye nidən ölənin “yaxınları”nın mənəvi təzminat ilə bağlı iddia qaldırmasına səbəb ola bilər. Belə ki, ölənin “yaxınları”nın kədəri onları uzun müddət narahat edəcəyinə görə cavabdeh eyni əsasla bir neçə dəfə məsuliyyət daşımalı və hər dəfə tələb edilən pul məbləğini ödəməli olacaqdır. Qeyd edilən hallar isə eyni əmələ görə cavabdehin çox saylı məsuliyyət daşımasına gətirib çıxarır ki, bu da ədalətlilik prinsipinə ziddir.
27. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mübahisə ilə bağlı məsuliyyətini müəyyən etməmiş və hər hansı öhdəliyin daşıyıcısı hesab etməmişdir. 3-cü şəxsin mülki hüquq pozuntusu törətməsi nə müvafiq hüquqi şəxsinişəgötürənin tapşırığı ilə həyata keçməyib, nə də ki işəgötürənin bu əməliyyatın təhlükəsiz aparılması üçün müvafiq tədbirlərin yerinə y etirilməmiş olduğu və yaxud lazımi qaydada təşkil edilməməsi sübuta yetirilməyib. Xəstənin ölümü bilavasitə həkimin öz işinə səhlənkar yanaşması ilə bağlı olub ki, həkimin mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olub-olmaması mövcud qaydalara əsasən Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
29. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tut ulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçis inin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
34. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
35. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Prosessual Məcəllə:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının qızının ölümündən mənəvi iztirab çəkməsi şübhəsizdir və bu zərərə görə cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X13 iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X10 dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdi kləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
46. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qi ymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3870/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.