Məhkəmə qərarları › İş №2(102)-903/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-903/2019

24.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-903/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-903/2019 Bakı şəhəri 24 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnam əsi ilə (iş № 2(011)-5658/2017, hakim İ.N.Abbasova) İddiaçı cavabdeh XXX oğluna qarşıiddiası qismən təmin edilmiş, cavabdehdən 10 adda qızıl-zinət əşyasının alınaraq iddiaçıya verilməsiqət edilmiş, XXX oğlunun İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması” barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12219/2017, hakimlər V.Ə.Baxışova, V.T.Həsənov, N.Ş.Cəfərov) XXX oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli qətnaməsi qismən ilk iddianın təmin edilməsi hisssəsində ləğv edilmiş, İddiaçı XXX oğluna qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair ilkin iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən sax lanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.Ə.Şadiyev, Q.Ə.Allahverdiyev, İ.R.Xələfov, iş № 2(102)-3222/2018) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7862/2018, hakimlər M.A.Məmmədov, E.E.Nağıyeva, H.Ü.Həmidov) XXX oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 10 avqu st 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: XXX oğlu ilə İddiaçı 25.07.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, 04.04.2015-ci il tarixdə Xədicə adlı qızları doğulmuş, tərəflər arasındakı nikah 30 iyun 2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı 08.05.2017-ci il tarixdə XXX oğluna qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. XXX oğlu da İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması” barədə qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassa siya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya şikayətinə ilk dəfə baxılarkən tərəflərin izahatları və şahid ifadələri əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında olan mübahisə ilə əlaqədar evi öz iradə ifadəsi ilə tərk etmiş, evi tərk edərkən əmisi X3 və dayısı yanında olmuş, evdən gedərkən özünə və uşağına aid geyim əşyalarını, ata evindən gətirdiyi qızılları və bəzi digər əşyaları götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş səs yazısından aydın olmuşdur ki, iddiaçı evi tərk edərkən evdə əşyaları qaldığı üçün evi n açarını özündə saxlamaq istəmiş, lakin cavabdeh açarı tələb etmiş, iddiaçının evdə qalmış əşyaları sonradan gəlib götürməsinə heç bir problem olmadığını bildirmişdir. Səs yazısında iddiaçının qızıl-zinət əşyalarını götürüb-götürməməsi ilə bağlı danışıq öz əksini tapmır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddia üzrə iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən işə ilkin iddia tələbinə dair hissədə yenidən baxılmışdır. İddiaçı ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının keçmiş əri Elmir Səfərlidən alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu halda iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, nikaha daxil olanadək ona mənsub olduğu və ya ona hədiyyə edildiyini, hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu sübuta yetirməlidir. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə iddiaçının təqdim etdiyi sübutların məcmusu ilə həmin qızıl-zinət əşyalarının iddiaçıya məxsus olmaqla cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilmişdir. Cavabdeh tərəf qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirməmiş, lakin iddiaçının apardığını bildirsə də, istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, bu qanun norması üzrə iddiaçının öz əmlakını cavabdehin qeyri-qanuni sahibliyindən tələb etməsi üçün vacib olan üç dispozitiv şərtin üçü də mövcuddur. Belə ki, həmin əşyalar üzərində iddiaçının mülkiyyət hüqüqları vardır, həmin əşyalar cavabdehin sahibliyindədir və cavabdehin bu əşyalara sahibliyi qeyri-qanunidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilkin iddia tələbinə dair hissədə iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münaibətinə uyğun əsaslandırılmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar