Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-904/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş pulun bölünməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4456/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahlarından iki azyaşlı uşaqları vardır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahlarının pozulması, uşaqların cavabdehin (ananın) yanında saxlanılması qət edilmişdir.
3. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 17 saylı evin 86 saylı mənzili və «Volkswagen Transporter»minik markalı **ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində hər birinin ½ hissədə payının müəyyən edilməsi qət olunmuşdur
4. Eləcə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və X2 müştərək qaydada 12600 manat pul vəsaitinin X5 xeyrinə tutulması qət edilmişdir, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin olunmuş, qətnamə X4 aid hissədə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarına ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İşdə olan nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı «Volkswagen Transporter»minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat va sitəsini 1 illk müddətinə (xx.xx.2017-ci il tarixədək) idarə etmək üçün X6 vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ümumi öhdəliklər üzrə yaranmış 12600 manat borcun yarısı, yəni 6300 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları vardır. Aralarında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş uşaqların analarının yanında saxlanılması müəyyən olu nmuşdur. Həçminin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17, mənzil 86 və «Volkswagen Transporter» markalı, 90- ZL-034 dövlət qeydiyyat nişanlı avtomobil üzərində hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Bildirir ki, «Volkswagen Transporter» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 12600 manata X1. Həmitn avtomobil Cavabdeh iddiası üzrə qeyd edilən məhkəmə qətnaməsinə əsasən aralarından bölündüyündən, X7 məhkəmədə iddia qaldıraraq avtomobilə görə ödədiy 12600 manat pulu tələb etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin pul vəsaitinin ondan və Cavabdeh müştərək qaydada tutulması qət edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın Cavabdeh münasibətdə təmin olunmaması qət edilmişdir. Qeyd edilən avtomobillə o, ailəsini dolandırmaq üçün sərnişindaşıma ilə məşğul olmuş, avtomobilin sağılmasından cavabdehin məlumatı olmuşdur. Avtomobilin satılmasından 2 ay qabaq Türkiyəyə səfərə getmişlər və oradakı xərcləri qarşılamaq üçün atası Əhməd İbrəhimovdan 8000 manat borc almışlar. Cavabdehlə razılaşmasına görə səfərdən qayıtdıqdan sonra avtomobili satıb atasının borcunu qaytarmalı, qalan məbləğə isə ailə ehtiyaclarını qarşılamalı idilər. Bu səbəbdən də, səfərdən qayıtdıqdan sonra avtomobili 12600 manat satış, həmn puldan 8000 manat atasından aldığı borcu qaytarmış, qalan məbləği isə ailəsinə sərf etmişdir. Hesab edir ki, 1260 0 manat pulun yalnız ondan tutulması qanuni deyildir, həmin pul vəsaitinin yarısı cavabdehdən alınaraq ona verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1068/2020 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) Cavabdeh ümumi öhdəliklər üzrə yaranmış 12.600 manat borcun yarısının, yəni 6.300 manat pulun alınıb iddiaçıya verilməsi barədə İddiaçı iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki iddia icraatı qaydasında sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı ilk növbədə birgə nikah dövründə öhdəliyinin yaranmasını, daha sonra isə bu öhdəlik nəticəsində əldə edilmiş vəsaitin ailə ehtiyacları üçün sərf etdiyini sübut etməlidir ki, bu hallar iş materillarında olan sübutlarla təsdiq olunmur və sübuta yetirilmir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra – AM) 41.1-ci, 41.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4456/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), F.Talışınski və Z.Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1068/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunverici ümumi əmlak bölünərkən ər-arvadın ümumi borclarının müəyyən edilməsi qaydasını tənzimləmişdir. Ər-arvadın yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Yəni, iddiaçı ilk öncə ər-arvadın ümumi öhdəliklərinin mövcudluğunu, sonra isə onun tərəfindən alınmış borc vəsaitinin ailə ehtiyacları üçün istifadə olunduğuna dair məhkəməyə mötəbər sübutlar təqdim etmək vəzifəsini daşıyır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, şikayətin dəlilləri ilə razılaşmadığını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izah atları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticəl ənə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Ərlə arvadın nikah dövründə qaza ndıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. (maddə 225.1) Ailə Məcəlləsi
25. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1)
26. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.(maddə 37.1)
27. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir(maddə 37.3)
28. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. (maddə 41.1)
29. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üz rə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar (maddə 41.2) Mülki Prossesual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88) 3
3. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti tə min olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4456/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.