Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-906/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-906/2019 18 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh X7 QSC “Bank Standard” KB-nin vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)7856/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim N.Bağırov) 28.03.2017-ci il tarixli, 2(009)-736/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X7 QSC “Bank Standard” KB-na qarşı “müddətin keçməsi səbəbindən müqavilə üzrə öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək, kreditor qismində QSC “Bank Standard” KB ilə borcalan qismində İddiaçı arasında bağlanılmış 01.02.2008-ci il tarixli, 100A05808 nömrəli kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə tələb etmək müddətinin keçməsi ilə əlaqədar xitam verilməsi, İddiaçı 01.02.2008-ci il tarixli, ********** nömrəli kredit müqaviləsi üzrə borcun olması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi X3 silinməsi üçün İddiaçı həmin kredit müqaviləsi üzrə borcunun olmamasına dair arayışın İddiaçı və Azərbaycan Respublikası Mərkəzi Bankına verilməsi vəzifə sinin ləğv prosesindən olan QSC “Bank Standard” KB-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, F.Talışinski, S.Hacıyev) 03.10.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 QSC “Bank Standard” KBnin apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28.03.2017-ci il tarixli, 2(009)-736/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev) 04.05.2018-ci il tarixli qərarı ilə cavabdeh X7 QSC “Bank Standard” KB-nin kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.10.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya b axışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, X.Sarıyev, İ.Xəlilov) 11.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 QSC “Bank Standard” KB-nin apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28.03.2017-ci il tarixli, 2(009)-736/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh X7 QSC “Bank Standard” KB-na qarşı “müddətin keçməsi səbəbindən müqavilə üzrə öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.01.2017-ci il tarixdə məhkəm əyə müraciət edərək, 01.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə onun öhdəliyinə müddətin keçməsinə görə xitam verilməsi, Azərbaycan Respublikası X1 borcunun olması barədə məlumatın silinməsi və onun QSC “Bank Standard” KB-na hər hansı borcunun olmaması barədə arayışın ona və Mərkəzi Banka təqdim edilməsi öhdəliyinin cavabdeh X7 QSC “Bank Standard” KB-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyi araşdırmadan və işin faktiki halları ilə uzlaşdırmadan kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirmiş və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarına istinad etsə də, düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh qarşısında kredit öhdəliyinə Mülki Məcəllənin 551.1-ci maddəsində müəyyən edilmiş 10 illik müddət şamil olunmalıdır ki, baxılan iş üzrə həmin müddət keçməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç i llik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqaviləsindən yaranan münasibətlərə aid edilə bilməz. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi “qanunverici kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyini deyil, yalnız kapital üçün faizləri vaxtaşırı ödənişlərə aid etmişdir” qənaətinə gəlsə də, nədənsə hazırki iş üzrə heç faizləri də silməmişdir. Halbuki, apelyasiya instansiyası məhkəməsi faizləri vaxtaşırı ödənişlərə aid etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələblərinə nəzərə alındıqda, hazırki kredit müqaviləsi 2008-ci ildə bağlandığından 5 il müddət keçdiyinə görə öz qüvvəsini itirmiş sayılır. Hesab edirlər ki, iddiaçının banka hər hansı borcu yoxdur və öhdəliyə müddət keçdiyinə görə xitam verilməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq kredit müqaviləsi üzrə 10 illik iddia müddəti şamil edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianən təmin edilməməsi qənaətinə gələrkən işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzg ün olmayan qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7856/2018 saylı, 11.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi iddiaçının iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 QSC “Bank Standard” KB-nin vəkili X5 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11. 09.2018-ci il tarixli qətnaməsinin əsaslı qəbul edilməsini, kassasiya şikayətinin dəlillərinin əsasının olmadığını bildirərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli qətnaməsin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin baxılması üçün yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkə məsi bank kredit müqaviləsi üzrə öhdəlikləri vaxtaşırı öhdəliklərə aid edərkən kredit müqaviləsi üzrə yaranan öhdəliklərin mahiyyətini nəzərə almamışdır. Belə ki, kredit müqaviləsi üzrə borcun hissə-hissə icra edilməsində məqsəd tərəflərin borc müqaviləsi bağlanan vaxt borclunun əmlak vəziyyətindən və digər amillərdən asılı olaraq borcun konkret vaxtda qaytarılmasını təmin etməkdən ibarət olduğu halda, vaxtaşırı ödənişlər müqavilə bağlandıqdan sonra tələbkarın vaxtaşırı göstərdiyi xidmətlərə görə borclunun vaxtaşırı əmələ gələn öhdəliklərindən ibarətdir. Bundan başqa vaxtaşırı öhdəliklərdən fərqli olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin hissə-hissə icra edilməsi konkret müddəti əhatə etməklə borc məbləğinin tam ödənilməsi ilə bitir və ona görə də tərəflərin razılığı ilə borcun bu qayda da hissə-hissə, ödənilməsi vaxtaşırı öhdəliklərə şamil edilə bilməz. Yeni apellyasiya baxışında işə baxan məhkəmə QSC “Bank Standart" KB-nin iflas prosesində olub- olmamasını yoxlamalı, iflas prosesində olduğu təqdirdə hazırkı iddia tələbinə baxılmasının mümkünlüyünə qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir (551.1). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər b eş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarında ifadə edilmiş mövqeləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının Bank qarşısında öhdəliyi Mülki Məcəllənin 551.2.1-ci maddəsində müəyyən edilmiş vaxtaşırı ödənişlərə aid edilə bilməz. Həmin normadan göründüyü kimi qanunverici kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyini deyil, yalnız kapitala üçün faizləri vaxtaşırı ödənişlərə aid etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun hissə-hissə ödənilməsi barədə ödəniş cədvəlinin tərtib olunması istinad olunan normanın mənası baxımından kreditin qaytarılmasını vaxtaşırı icra edilməli olan öhdəlik kimi qiymətləndirməyə əsas vermir. Belə ki, həmin münasibət üzrə borclu kreditor tərəfindən onun mülkiyy ətinə verilmiş pul məbləğini hissə-hissə geri qaytarır. Diqqətəlayiqdir ki, kredit hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsi məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında da kredit mübahisələrinə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin (maddə 373.3) deyil, müqavilə tələbləri üzrə iddia müddətinin (maddə 373.2) tətbiq edilməli olduğu barədə qənaətə gəlinmişdir. Bu baxımdan iddiaçının cavabdeh qarşısında kredit öhdəliyinə Mülki Məcəllənin 551.1-ci maddəsində müəyyən edilmiş 10 illik müddət şamil olunmalıdır. Lakin baxılan iş üzrə həmin müddət keçməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı tələb üzrə iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur və qanunvericilikdə müəyyən e dilmiş hallarda iddianın rədd olunması üçün əsasdır. Baxılan iş üzrə Bank pulun qaytarılması barədə tələb irəli sürməmiş, həmçinin cavabdeh kredit borcunun tam ödənildiyi barədə heç bir sübut təqdim etməmişdir. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılığı razılığı ilə ipotekaya xitam verilməsi özü-özlüyündə ipoteka ilə təmin edilmiş öhdəliyin tam icra edildiyi anlamına gəlmir. İddia tələbi öhdəliyə xitam verilməsi hissəsində əsassız olduğu üçün qalan hissədə də təmin oluna bilməz. Kollegiya, həmçinin nəzərə almışdır ki, iddiaçı hazırkı iş üzrə faiz öhdəliyinə ayrıca xitam verilməsi barədə iddia tələbi irəli sürməmişdir. Eyni zamanda cavabdehin hal-hazırda ləğv prosesində olması hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi MPM-in 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarı da göstərilən əsaslar üzrə iddianın rədd edilməsi qənətinə gələrkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.09.2018-ci il tarixli, 2(103)-7856/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-906/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-906/2019
18.02.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver