Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-906/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı MMC-nin Cavabdeh1 Məhəmməd oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-906/21 (Açar sözlər: müqavilənin ləğv edilməsi) 02.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)236/2020 saylı qətnaməsindən Cavabdeh2 kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə onlardan müştərək qaydada 3 ay müddətində ödənilməyən 1.689 manat əsas borcun tutulması, həmin pulun ödənilmədiyi hər gecikdirilən gün üçün 1 faiz miqdarında olmaqla 30 günə görə 168 manat, qalan 60 gün üçün 2 faiz miqdarında olmaqla 675 manat, cəmi 2.532 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik ed ən, hakim A.Cavabdeh1zadə) iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1.689 manat əsas borcun, ona hesablanmış 50 manat dəbbə pulunun, cəmi 1.739 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə Cavabdeh1 arasında hissə-hissə ödəmək şərti ilə “Gac CS-5 AT” markalı, ** PE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nisyə alqı-satqısına dair müqavilə bağlanıb. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 29.629 manat müəyyən edilib. Müqavilənin şərtlərinə görə Cavabdeh1 ödəniş cədvəlinə əsasən ilkin olaraq 2.605 manat ödəməklə, qalan 27.024 manat pulu 48 ay müddətində bərabər hi ssələrə bölünməklə, hər ay 563 manat ödəməyi öhdəsinə götürüb və müqavilə üzrə son ödəniş günü xx xxxxxx 2019-cu il tarixədək müəyyən edilib. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq müqavilənin bağlandığı gündən iddiaçıya cəmi 5.548 manat pul ödəyib. Bu səbəbdən də nəqliyyat vasitəsi Cavabdeh1 iddiaçının əməkdaşları tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə geri alınıb. Nəqliyyat vasitəsi geri alındığı dövrdə Cavabdeh1 3 ay üzrə iddiaçıya cari borcu 1.689 manat olub. Sözügedən müqavilə üzrə öhdəliklərin təminatı kimi digər Cavabdeh2lə zaminlik müqaviləsi bağlanıb. Beləliklə də cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün onlardan müştərək qaydada əsas borca görə 1.689 manat və ona hesablanmış dəbbə puluna görə 50 manat olmaqla, cəmi 1.739 manat pul tutulub iddia çıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 470.1, 472, 601.1, 600.4, 600.5-ci maddələrinin və maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh-zamin Cavabdeh2 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən və məruzəçi, Z.A.Şirinov və R.Ə.Eyvazov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnamənə dəyişiklik edilib və xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qət edilmiş 1.689 manat əsas borcun məbləğinin dəyişdirilərək 1.444 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsini ləğv edib, cavabdehlərdən müştərək qaydada 50 manat dəbbə pulunu tutsa da, əsas borcun məbləğini düzgün müəyyən etməyib. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə görə əsas borcun məbləği 1.444 manat müəyyən edilir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borcun məbləğinə aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 385, 442, 448-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh-zamin Cavabdeh2 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qərar və ya mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şika yətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh-zamin Cavabdeh2 və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə bir müqavilə isə işdə yoxdur və hazırda iddiaçı təşkilat cavabdeh tərəfindən nisyə alınmış əşyaların dəyərinin ödənilməməsini iddia edir. Mülki qanunvericilikdə əşyanın nisyə satışının anlayışı verilmişdir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi əşyanın nisyə satışı sayılır (Mülki Məcəllənin 600.1-ci maddəsi). Maddənin mənasına görə, əşyanın qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə, əşyanın nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın dəyərinin ödənilməsi vəzifəsi isə alıcının üzərinə düşür. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə, satıcı öz seçimi ilə verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş əşyanın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin ləğv edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı onun kas asiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiy ası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən “Gas GS-5 AT” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olub və sonuncu il Cavabdeh1 arasında hissəhissə ödəmək şərti ilə sözügedən nəqliyyat vasitəsinin nisyə alqı-satqısına dair xx xxxxxx 2016-cı il tarixli müqavilə bağlanıb. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 29.629 manat müəyyən edilib. Müqavilənin şərtlərinə görə Cavabdeh1 ödəniş cədvəlinə əsasən ilkin olaraq 2.605 manat ödəməklə, qalan 27.024 manat pulu 48 ay müddətində bərabər hissələrə bölünməklə, hər ay 563 manat ödəməyi öhdəsinə götürüb. Müqavilə üzrə son ödəniş günü xx xxxxxx 2019-cu il tarixədək müəyyən edilib. Eyni zamanda sözügedən müqavilə üzrə öhdəliklərin təminatı kimi digər Cavabdeh2lə zaminlik müqaviləsi bağlanıb. Hazırda iddiaçı, Cavabdeh1 müqavilənin şərtlərini pozaraq müqavilənin bağlandığı gündən ona cəmi 5.548 manat pul ödədiyini, bu səbəbdən də nəqliyyat vasitəsinin xx xxxxxxx 2017-ci il tarixdə onun əməkdaşları tərəfindən ondan geri alındığını, nəqliyyat vasitəsinin geri alındığı dövrdə Cavabdeh1 3 ay üzrə ona olan cari borcunun cəmi 1.689 manat təşkil etdiyini göstərib, Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini, həmin müqavilə üzrə onlardan müştərək qaydada 3 ay müddətində ödənilməyən 1.689 manat əsas borcun tutulmasını, həmin pulun ödənilmədiyi hər geci kdirilən gün üçün 1 faiz miqdarında olmaqla 30 günə görə 168 manat, qalan 60 gün üçün 2 faiz miqdarında olmaqla 675 manat, cəmi 2.532 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh1 nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinin qətnaməsindən şikayət verməyib, digər cavabdeh-zamin Cavabdeh2 isə qətnamədən verdiyi apelyasiya və kasasiya şikayətlərində sözügedən nəqliyyat vasitəsinin alıcı Cavabdeh1 hesabına icbari və kasko sığorta növləri ilə sığortalandığını, bunun üçün sonuncunun xx xxxxxx 2016-cı il tarixli qəbzə əsasən iddiaçının hesabına 1533 manat və 90 manat olmaqla, cəmi 1623 manat pul ödədiyini, lakin həmin pul vəsaitinin sığorta ödənişi qismində qəbul edilməsinə dair işdə heç bir mötəbər yazılı sübutun olmadığını, ekspert rəyində həmin məbləğin əsassız olaraq borca hesablanmadığını göstərib iddiaya etiraz edir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, cavabdeh-zamin Cavabdeh2 kasasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, əvvəla mülki qanunvericiliyə görə, sığorta şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Kasko sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. İcbari sığorta isə qanunun qüvvəsi ilə həyata keçiri lən sığortadır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, zərər Qanunda və ya sığorta müqaviləsində göstərilmiş hadisələr baş verdikdə sığorta haqqı hesabına yaradılan pul vəsaiti fondlarından ödənilir. Göründüyü kimi sığortalının məruz qaldığı zərər yalnız Qanunda və ya sığorta müqaviləsində göstərilmiş sığorta hadisəsi baş verdikdə sığorta haqqı hesabına yaradılan pul vəsaiti fondları hesabına ödənilə bilər. Hazırki halda iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada tələb olunan pul vəsaiti sığortalı Cavabdeh1 məruz qaldığı hər hansı zərərlə bağlı deyil, müqavilədən irəli gələn öhdəliyin onun tərəfindən vaxtında və lazımi qaydada yerinə yetirilməməsi ilə bağlıdır və ümumiyyətlə tərəflər arasında “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun da göstərilmiş hər hansı sığorta hadisəsi baş verməyib. Ona görə də kasasiya instansiyası məhkəməsi Cavabdeh1 tərəfindən ödənilmiş sözügedən pul vəsaitlərinin təyinatını nəzərə alıb hesab edir ki, həmin pul vəsaitləri hazırda mübahisələndirilən müqavilə üzrə iddia olunan borcla əvəzləşdirilə bilməz. Lakin bu hal sığortalı Cavabdeh1 ayrıca birinci instansiya məhkəməsində İddiaçı MMC-nə qarşı iddia qaldırmaqla cəmi 1.623 manat pul vəsaitinin sığorta haqlarına düzgün silinib-silinməməsi, həmin pul vəsaitinin təyinatı üzrə ödənilib-ödənilməməsi ilə bağlı mübahisə açmaq hüququna mane olmur. İşə əlavə edilmiş sübutlardan, o cümlədən ekspertin xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzlərinə, xx xxxxxx 2016-cı il tari xli alqı-satqı müqaviləsinin şərtlərinə və ödəniş cədvəlinə əsasən onun xx xxxxxxxx 2017-ci il tarixə iddiaçıya olan əsas borcu 1.444 manat təşkil edir. İddiaçı tərəfindən sığorta haqlarına silinən cəmi 1.623 manat pul vəsaiti ödəniş kimi nəzərə alındığı təqdirdə 179 manat Cavabdeh1 tərəfindən artıq ödənildiyi müəyyən edilir. Hazırki halda tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında nisyə alqısatqı və zaminlik müqavilələri bağlanıb və iddiaçı həmin müqavilələrə istinad edərək nisyə satdığı nəqliyyat vasitəsinə görə qalan borcu cavabdehlərdən müştərək qaydada tələb edir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi əşyanın nisyə satışı sayılır. Əşyanın qabaqcadan ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıy a verilməsi vəzifəsinin icrası satıcının üzərinə, əşyanın nisyə satışında müqavilənin əsas şərti olan ödənilmədən qəbul edilmiş əşyanın dəyərinin ödənilməsi vəzifəsi isə alıcının üzərinə düşür. Eyni zamanda əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməzsə, satıcı öz seçimi ilə verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş əşyanın qaytarılmasını tələb edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh2 kasasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-236/2020 saylı qətnaməsi Cavabdeh2 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-906/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-906/2021
02.03.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver