Məhkəmə qərarları › İş №2(102)-907/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-907/2019

01.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-907/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 fevral 2019-cu il İş № 2(102)-907/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Şadiyev Ənvər Əhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətna mənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Mehdiyev, iş 2(006)-3580/2017) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ. Xəlilov, iş № 2(103)- 387/2018)iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ka ssasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı mad dəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılmas ı hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Bank) ilə “xxxxx” firması arasında maye qaz alınması məqsədi ilə bağlanmış 26 yanvar 2009-cu il tarixli, 200 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən “xxxxx” firmasına 12 ay müddətinə, illik 20 faiz olmaqla 300000 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsində 0,1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.metr ümumi, 1034,26 kv.metr əsas, 52,3 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (bundan sonra - mübahisəli sahə) 27 yanvar 2009-cu il tarixli, 200 saylı ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2010-cu il tarixli, 2(004)-1847/2010 saylı qətnaməsinə ilə, “xxxxx” firmasından 26 yanvar 2009-cu il tarixli, 200 saylı kredit müqaviləsinə əsasən yaranmış 199909 manat əsas, 24736,62 manat faiz, cəmi 224645,62 manat kredit borcunun Banka ödənilməsi, həmin kredit borcunun ipotekaya qoyulmuş mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracda satılması üçün boşaldılması, həmin sahənin ixtisaslaşdırılmış açı q hərracdan satılması, satışından əldə olan vəsait hesabına “xxxxx” firmasının 224645,62 manat kredit borcunun Banka ödənilməsi, satışından əldə olan vəsait hesabına göstərilən borc ödənildikdən sonra artıq məbləğ qalarsa, iddiaçıya qaytarılması qət edilmişdir. Sumqayıt şəhər İcra şöbəsinin “xxxx” MMC-yə ünvanladığı “Hərracın keçirilməsi haqqında” 10.12.2010-cu il tarixli sifariş məktubu ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.05.2010-cu il tarixli, 2(004)-1847/2010 saylı icra vərəqəsi üzrə iddiaçıya məxsus ipoteka predmeti olan əmlakın hərracının keçirilməsi xahiş edilmişdir. “xxxx” MMC-nin 29 oktyabr 2010-cu il tarixli, 430 saylı “əmlakın qiymətləndirilməsi barədə” ekspert rəyinə əsasən, mübahisəli sahənin qiyməti 780000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Xammal v ə Əmtəə Birjası "xxxx” MMC-nin Sumqayıt şəhər İcra şöbəsinə ünvanladığı 26 dekabr 2012-ci il tarixli, 01/3837 saylı məktubuna görə, İddiaçı məxsus Sumqayıt şəhəri, 42ci məhəllə, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsi qanunvericiliyə əsasən hərraca çıxarılmış və icra müddəti bitdiyindən sənədlər icrasız geri qaytarılmışdır. Sumqayıt şəhər İcra şöbəsinin 13 iyun 2017-ci il tarixli, 10930/4 saylı məktubuna görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2010 saylı, 04 may 2010-cu il tarixli icra sənədi əsasında ipoteka predmeti olan Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu küçəsində 0,1220 ha torpaq sahəsində yerləşən binanın 1-ci və 2-ci mərtəbəsində 1086,56 kv.metr ümumi, 1034.26 kv.metr əsas, 52,3 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi qiymətləndirilmiş və hərracın keçirilməsi üçün sifariş verilmiş, “xxxx” MMC-dən daxil olmuş 26.12.2012-ci il tarixli məktuba əsasən icra müddəti bitdiyindən geri qaytarılmışdır. Bundan başqa bankın iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hərracın nəticələrini ayrıca icraat qaydasında mübahisələndirdiyi müəyyən edilmişdir. Bununla əlaqədar həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. İcraatın dayandırılmasına əsas olmuş iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli qətnaməsi ilə Bankın Respublika Xammal və Əmtəə Birjası Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı (üçüncü şəxslər İddiaçı və "xxxxx" firması) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 04. 05.2010-cu il tarixli 2(004)-1847/2010 nömrəli icra vərəqəsi üzrə sifariş edilmiş hərracın nəticələri etibarsız hesab edilmişdir. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 319.4, 319.5, 415 və 416-cı, “İcra haqqında” Qanunun 53, 61 və 62.1-ci, “İpoteka haqqında” Qanunun 6.1, 40, 42.1, 43 və 44-cü maddələrinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü m addəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilli apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, “Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Hərrac Mərkəzi «xxx x» MMC tərəfindən iddiaçı Cavabdeh-yə 23 fevral 2011-ci il tarixli, 01/516 saylı məktubla təklif göndərilərək həmin əmlakı 30 təqvim günündə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % aşağı qiymətlə, yəni 497250 manat olmaqla ala biləcəyi, əks təqdirdə ipotekaya xitam veriləcəyi göstərilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası Hərrac Mərkəzi «xxxx» MMC tərəfindən Sumqayıt İcra Şöbəsinə ünvanlanmış 26 dekabr 2012-ci il tarixli, 01/3837 saylı məktubla hərraca çıxarılmış əmlakın icra müddəti bitdiyindən sənədlər icrasız geri qaytarılmışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olun anlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka saxlayana verilməsini təsdiq etmə üsulu ilə göndərilməsi nəzərdə tutulsa da, “xxxx” MMC tərəfindən bu tələbə riayət olunmamış, Bank hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və hüquqi nəticə etibarı ilə hərrac Bankın, yəni ipoteka saxlayanın məlumatı olmadığından onun iştirakı olmadan keçirilmişdir. Bundan əlavə, hərracın baş tutmadığına görə Banka girov əmlak 25% aşağı qiymətlə təklif edilməsi, lakin qəbul edilməməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin bu dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hesab edilə bilməz. Belə ki, kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol v erilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar