Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-907/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” X9 Səhmdar Cəmiyyətinin vəkili X4 iştirakı ilə, Cavabdeh “xxxx” X9 Səhmdar Cəmiyyətitərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11785/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-610/2019 s aylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Sərhəd qızının ona məxsus olan ünvan 1 saylı mənzilin üzərində olan, X1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun təminatı olaraq ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışinski) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr, 65 saylı evin 40 saylı mənzili üzərindəki ipoteka yüklülüyünə xitam ve rilməsi qət olunmuşdur. İşin halları İddiaçı, ona məxsus olan ünvan 1 saylı mənzilin üzərində olan, X1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun təminatı olaraq ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana ******* manat məbləğində 60 ay müddətinə xx xxxxxxxx 2019-cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Bundan sonra əsas kredit müqaviləsi əsasında X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-c ü il tarixində KOS-2014-02/01 saylı kredit müqaviləsinə əsasən X2 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil X1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Əsas müqavilənin 1.1-ci bəndində ******* manat məbləği ifadəsi və kredit verir ifadəsi bir mənalı olaraq veriləcək kreditlərin yalnız manatla olmasını ehtiva edir. Ona görə də xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 50000 ABŞ dolları məbləğində kreditin verilməsi ilə yaranan borc üçün ipoteka müqavi ləsinə əsasən cavabdehə məxsus olan evin yüklü edilməsi tamamilə əsassızdır. Çünki ipoteka müqaviləsinin 1.3-cü maddəsinə əsasən ipoteka predmeti əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Yəni ipoteka predmeti o zaman borcalanın öhdəliklərinin icrasının təminatı altına gələ bilər ki, əlavə kredit müqavilələri ilə müəyyən edilmiş öhdəliyin həcmi və müddəti əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində razılaşdırılmış olsun. İpoteka qoyan yalnız manatla bağlanan kredit müqavilələri üzrə öhdəliyinin icra edilməməsi halında məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə ABŞ dolları ilə verilmiş kreditə gö rə yaranmış öhdəliyin təminatı olaraq, tutmanın İddiaçı Sərhəd qızına məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi Mülki Məcəllənin 419.2-ci maddəsinə zidd olaraq qəbul edilmiş qərardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” X9 Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normala rının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiklərinin əksinə olaraq təminat verilən öhdəliyin həcmi qeyri-müəyyən olmamış, tərəflərin qarşılıqlı razılığı ilə ******* manat həcmində müəyyən olunmuşdur və ipoteka müqaviləsinin müddəalarından da aydın olduğu kimi ipoteka saxlayan öhdəliklərin həcmi barədə tam məlumatlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, "mübahisə predmeti olan mənzilin ipoteka ilə yüklülüyündən azad edilməsi iddiası, məhz etibarsızlığın nəticəsinin tətbiqi mahiyyətində olan tələbdir. Belə olan halda məhkəmə kollegiyasının cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə almaması anlaşılan deyil. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Həmin maddənin məzmununa əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin məhkəmə iddia tələbinin etibarsızlığın nəticəsinin tətbiqi mahiyyətində olan tələb olduğu qənaətinə gəlsə də, buna uyğun olaraq iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsini qərəzli şəkildə nəzərə almamışdır. Bundan başqa məhkəmə kollegiyası ipotekaya xitam verilməsi əsasları ilə bağlı da düzgün nəticəyə gəlməmişdir. Belə ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə: 48.1.2. əsas öh dəliyə xitam verildikdə: 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda: 48.1.4. ipoteka predmeti məhv olduqda: 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi ipotekaya xitam verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsaslardan heç biri baş verməmiş, iddiaçı həmin əsasların hər hansı birini sübut edə bilməmiş, lakin məhkəmə əsassız olaraq iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Eyni zamanda İddiaçı Sərhəd qızı iddia tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, Bankın hazırki iş üzrə iddiaçıya və qeyrilərinə qarşı "kreditin, kredit faizlərinin və cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinə" dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsi tərəfindən xx.xx.2017-ci il tari xdə 2(060)-350/2017 saylı qətnamə çıxarılmış və tələbin İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzilə yönəldilməsi qeyd olunan qətnamə ilə müəyyən olunmuşdur. Lakin İddiaçı Sumqayıt şəhər məhkəməsi tərəfindən qeyd olunan işə baxılarkən hazırki iş üzrə tələblərini məhkəmədə mübahisələndirməmişdir. Bu isə iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmənin qətnaməsi ilə razılaşdığı nəticəsinə gəlməyə əsas verir. Bankın "kreditin, kredit faizlərinin və cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinə" dair iddiası üzrə digər mülki işə məhkəmədə baxıldığı nəzərə alınmaqla iddiaçının ipotekaya xitam verilməsi tələbinə dair hazırki iddiası müstəqil qaydada verilə bilən və hazırki halda məhkəmə tərəfindən yenidən qiymətləndirilə bilən tələb deyildir. İddiaçı hazırki tələbinin əsaslarını Bankın ona qarşı iddia tələbinə dair iş üzrə özünün həmin iddia tələbinə etirazları kimi mübahisələndirə bilərdi. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçı Sumqayıt şəhər məhkəməsində Bankın iddiası üzrə işə baxılarkən heç bir tələb və etirazını bildirməmiş, həmçinin həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan başqa məhkəmə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul etməklə, həm də cavabdeh "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, ipoteka predmeti məhz kredit öhdəliklərinin təminatı olaraq Banka ipotekaya qoyulmuş və beləliklə Bankın həmin əmlakla bağlı “qanuni gözləntisi” olmuşdur. Məhkəmə kollegiyasının "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9-cu. "İpoteka ha qqında" Azərbaycan Respublikası Qanununun 10.5. 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4. 405.1 və 477.0.1- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2019-cu il 25 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqelərə istinad etməsi, həmin hüquqi mövqelərin hazırki iddia tələbi ilə əlaqəli olub-olmamasından asılı olmayaraq tamamilə yanlışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər məhz həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə və ya qərarların qüvvəyə minməsindən əvvəl predmeti “ipotekanın bağlanmamış hesab edilməsi tələbinə dair” məhkəmənin icraatın da olan mübahisələrə şamil oluna bilər. Lakin həmin qərarların qüvvəyə minməsindən əvvəl "ipotekanın bağlanmamış hesab edilməsi" tələbi ilə bağlı deyil, "ipotekaya xitam verilməsi tələbinə dair" iddia qaldırılmışdır ki, bu da iddianın predmetinə müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərin həmin iddiaya aid edilməməsini müəyyən etməyə əsas verir. Lakin, məhkəmə kollegiyası məhz ipotekaya xitam verilməsi tələbinə dair iddiadan mahiyyəti üzrə kənara çıxaraq ipotekaya xitam verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini apellyasiya şikayətinə münasibətdə araşdırmamış, əksinə iddia tələbində olmayan ipotekanın bağlanmamış sayılması ilə bağlı mövqeyini qətnamədə əsaslandırmağa çalışmışdır. Tərəflərin izahatları: Cavabdeh “xxxx” X9 Səhmdar Cəmiyyətinin vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,“xxxx” KB ASC ilə kredit alan X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən kredit alana 60 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. Xətt müqaviləsində kreditin faizi göstərilməmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq, “xxxx” KB ASC ilə hazırkı iş ürə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48İ/14SU saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 65 saylı evin 40 saylı mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində kredit xəttinin (uz unmüddətli kreditin) məbləği 1000000, valyutası manat, müddəti 60 ay qeyd olunmuş, kreditin faizi isə göstərilməmişdir. Əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən, bank, kredit alana 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 50000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin, həmin əsas kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən bank, kredit alana 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 3000 manat məbləğində kredit vermişdir. “xxxx” KB ASC ilə kredit alan arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli (müqaviləyə dəyişikliklər edilməsi haqqında) Sazişə əsasən bank ilə kredit a lan arasında bağlanmış ödəniş planı dəyişdirilmiş və kreditin ödənilmə müddəti xx xxxxxx 2018-ci il tarixədək uzadılmış, faizi illik 17,5 % müəyyən edilmiş, digər şərtlər dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırki tələbində ipoteka müqaviləsində kredit xəttinin valyutasının fərqli olmasına, kreditin faizinin göstərilməməsinə, sonradan bağlanmış kredit müqavilələrində, həmçinin, müqaviləyə dəyişikliklər edilməsi haqqında sazişdə belə şərtlər barəsində onun razılığının alınmamasına istinad edərək ipotekanın yüklülüyünə xitam verilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə ipoteka yüklülüyünə xitam verilməsi üçün əsas hesab olunan hallara dair sübutun məhkəməyə təqdim edilməməsi səbəbindən iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan işdə “xxxx” KB ASC ilə əsas borclu arasında bağlanmış kredit xətti, habelə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsində (kreditin maksimum məbləği və müddəti qeyd olunsa da) ona tətbiq olunan faiz dərəcəsi göstərilməmiş, sonrakı kredit razılaşmaları üzrə öhdəliyin müəyyən edilən həcmi (faktiki verilən məbləğ, illik faiz, müddət və s.) barədə ipoteka qoyan - hazırkı iş üzrə İddiaçı məlumatlandırılmamış, konkretləşdirilmiş məbləğlər onunla razılaşdırılmamışdır. Üstəlik bankla arasında bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi ilə əsas borcluya verilən 50000 ABŞ dolları ilə razılaşdırılmışdır. Başqa sözlə, kredit xətti və ipoteka müqaviləsində müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilməmiş, faktiki v erilmiş kredit üzrə razılaşmalara dair (məbləğ, valyuta, faiz, müddət, ödəniş qrafiki və s.) ipoteka qoyanın razılığı alınmamış, ona imzalatdırılmamışdır. Bu hallar ona dəlalət edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka qoyanın təminat vermək istədiyi əsas öhdəliyin həcmi dəqiq və aydın olmamışdır. Belə olan halda isə sözügedən ipoteka müqaviləsi bağlanmamış sayılır. Bu qayda, Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, müqavilənin etibarlı olması (arzu edilən hüquqi nəticəni yaratması) üçün tərəflərin zəruri olan mühüm şərtlər barədə razılığa gəlmələri Mülki Məcəllənin 405.1-ci maddəsində açıqca təsbit olunmuşdur. Həmin maddəyə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağl anmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağla nmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarına görə təminat verilən öhdəliyin həcmi qeyri-müəyyən olan ipoteka müqaviləsi bağlanmamış sayılır. Bu isə nəinki əqdin əhəmiyyətsizliyinə, ümumiyyətlə əqdin yoxluğuna dəlalət edir. Hazırkı işdə mübahisə predmeti olan mənzilin ipoteka ilə yüklülüyündən azad edilməsi iddiası, məhz etibarsızlığın nəticəsinin tətbiqi mahiyyətində olan tələbdir. Bu tələb araşdırılarkən yüklülüyün hüquqi əsası olan ipoteka müqaviləsinin bağlanmamış sayılması müəyyən edilmişdir. Ona görə də, məhkəmə əqdin etibarsızlığına dair əlavə tələbə gərək duymadan əqdin yoxluğu halını təsbit etdiyi üçün bunun nəticəsi kimi mənzilin ipoteka yüklülüyündən azad edilməsi tələbini əsaslı sayır. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlimişdir ki, Sumqayıt şəhəri, 17-ci mkr, 65 saylı evin 40 saylı mənzili üzərindəki ipoteka yüklülüyünə xitam verilməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmə li və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “xxxx” KB ASC ilə əsas borclu arasında bağlanmış kredit xətti müqaviləsində tətbiq olunan faiz dərəcəsi göstərilməmiş, sonrakı kredit razılaşmaları üzrə öhdəliyin müəyyən edilən həcmi (faktiki verilən məbləğ, illik faiz, müddət və s.) barədə ipoteka qoyan - hazırkı iş üzrə İddiaçı məlumatlandırılmamış, konkretləşdirilmiş məbləğlər onunla razılaşdırılmamışdır. Üstəlik bankla arasında bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi ilə əsas borcluya verilən 50000 borc ABŞ dolları ilə razılaşdırılmışdır. Başqa sözlə, kredit xətti və ipoteka müqaviləsində müqavilənin mühüm şərti olan faiz d ərəcəsi göstərilməmiş, faktiki verilmiş kredit üzrə razılaşmalara dair (məbləğ, valyuta, faiz, müddət, ödəniş qrafiki və s.) ipoteka qoyanın razılığı alınmamış, ona imzalatdırılmamışdır. Lakin məhkəmə bu qənaətə gələrkən nəzərə almamışdır ki, cavabdeh İddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsi borclu ilə bank arasında xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsini təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bank ilə borclu arasında kredit xətti müqaviləsi çərçivəsində sonradan bağlanmış kredit razılaşmalarında öhdəliyin müəyyən edilən həcmi (faktiki verilən məbləğ, illik faiz, müddət və s.) ilə bağlı ipoteka qoyan İddiaçı razılığının olmaması, ipoteka qoyan ilə bank arasına bağlanmış kredit xətti müqaviləsinin təminatı qismində çıxış edən ipoteka müqaviləsinin yüklülükdən azad edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İşdən müəyyən edilir ki, borclu öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. Nəticədə iddiaçı “xxxx” KB ASC cavabdehlər X2, İddiaçı və digərlərinə qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-350/2017 saylı qətnaməsi ilə, “xxxx” KB ASC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 48-1/14SU saylı və xx.xx.2014-cü il tarixli, 29mspSUM/14 saylı əlavə kredit xətti müqavilələrinin ləğv edilməsi, dan xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, cəmi 48697,98 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla və xx.xx.2014-cü il tarixli əlavə kredit xətti müqaviləsinə əsasən cəmi 3399,25 manat məbləğində borcun iddiaçı “xxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın ünvan 2 ünvanda yerləşən 40 saylı mənzilə yönəldilməsi və s. qət edilmişdir. Lakin həmin iş üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə hazırda baxılan iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək və qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bank ilə arasında bağlanmış xx.xx.2014-cu il tarixli əlavə kredit müqaviləsi üzrə borcun İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan mənzilə yönəldilib-yönəldilməməsi, həmin tələbin rədd, yaxud təmin olunması göstərilən işə baxılması zamanı həll olunan məsələdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçıraraq ümumiyyətlə ipoteka müqaviləsini əhəmiyyətsiz əqd saymış, digər tərəfdən həmin müqavilə üzrə ipotekaya xiram verərək ziddiyətli nəticəyə gəlmişdir. la “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsinə münasibətdə İddiaçı ilə bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə, yəni ipoteka yüklülüyünə xitam verilməsi məsələsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ hazırki məhkəmə baxışının predmeti deyildir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəra ra alır: Cavabdeh “xxxx” X9 Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11785/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-907/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-907/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver