Məhkəmə qərarları › İş №2(102)-909/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-909/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-909/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12210/2019 saylı qətnaməsindən cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi ra yon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2427/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) İddiaçı cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi” barədə iddiası təmin edilərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0,28537 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.772,4 kv.metr, əsas sahəsi 1.574,2 kv.metr, köməkçi sahəsi 2.198,2 kv.metr olan əmlak kompleksinin “xxxx” ASC xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi və həmin əmlak kompleksinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində “xxxx” ASC xeyrinə ipoteka yüklülüyünə dair aparılmış qeydin ləğ v olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12210/2019 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata və digərlərinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi və ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi” barədə iddia qaldıraraq, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0,28537 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.772,4 kv.metr, əsas sahəsi 1.574,2 kv.metr, köməkçi sahəsi 2.198,2 kv.metr olan əmlak kompleksinin “xxxx” ASC xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi və həmin əmlak kompleksinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində “xxxx” ASC xeyrinə ipoteka yüklülüyünə dair aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxs Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasın a gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Azər Məmmədovun izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ipoteka saxlayan cavabdeh təşkilatın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinə, bu halın ipotekaya xitam verilməsi üçün əsas sayılmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.2, 43.7, 43.8-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qətnaməsinə əsasən, borclu “xxxx” MMC xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 185.000 manat, faiz borcuna görə 55.112 manat, ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 240.132 manat kredit borcunun tutulub tələbkar “xxxx” ASC verilməsi, tutmanın ipoteka ilə yüklə edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0,28537 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.772,4 kv.metr, əsas sahəsi 1.574,2 kv.metr, köməkçi sahəsi 2.198,2 kv.metr olan əmlak kompleksinə yönəldilmə si, əmlak kompleksinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və kredit borcu ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə tərəflərə bildiriş göndərilərək hərracın vaxtı və yeri, həmçinin əmlak kompleksinin ilkin satış qiymətinin 630.000 manat müəyyən edilməsinə dair məlumat verilib. xx xxxxxx 2018-ci il tarixdə keçirilmiş ilkin hərracda əmlak kompleksi satılmadığı üçün xx xxxxxx 2018-ci il tarixdə əmlak kompleksi 535.500 manata təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac baş tutmamışdır. Bununla bağlı xx xxxxxx 2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə hərracın təşkilatçısı “X2” MMC tərəfindən əmlak kompleksini alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün ipoteka saxlayana təklif məktubu göndərilib. xx xxxxxx 2019-cu il tarixdə ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyinə görə hərracın təşkilatçısı tərəfindən icra işi Xətai rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılıb. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, ipoteka saxlayan təkrar hərrac keçirildikdən sonra 30 təqvim günü müddətində ipoteka predmetini əldə etmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinə əsasən ipotekaya xitam verilib. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə və hüquqi ə saslandırma ilə razılaşıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azə rbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Sadalanan maddələrin tələblərinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, ipoteka qoyanın tələbinə əsasən ipotekaya məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, təkrar h ərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Hazırki işdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, ipoteka saxlayanın, ipoteka predmetinə dair təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində, yəni xx xxxxxx 2019-cu il tarixədək ipoteka predmetini əldə etmək hüququ yaranıb və ipoteka saxlayan bu hüququndan istifadə edərək, xx xxxxxx 2018-ci il tarixdə hərracın təşkilatçısına rəsmi qaydada məktubla müraciət edərək ipoteka predmetini əldə etmək istədiyini bildirib. Apellyasiya instansiyası məhkəməsi, ipoteka saxlayanın ipoteka predmetinə dair alqısatqı müqaviləsinin bağlanması üçün həyata keçirməli olduğu hərəkətləri yerinə yetirməməsini, əksinə, xx xxxxxx 2019-cu il tarixdə hərracın təşkilatçısına məktub ünvanlayaraq artıq başa çatmış hərracın dayandırılmasını istəməsini, eyni zamanda ipoteka predmetinin hərraca çıxarıldığı satış qiymətini məhkəmədə mübahisələndirərək təklif olunan qiymətlə (təkrar hərracdakı qiymətdən 25 faiz az olmayan qiymətlə) ipoteka predmetini almaq istəmədiyini açıq-aşkar bəyan etməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla işdə, ipoteka saxlayanın ipoteka predmetini əldə etməkdən imtina etməsini özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Əksinə, ipoteka saxlayan ipoteka predmetinə dair təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününü gözləmədən, daha tez yəni, xx xxxxxx 2019-cu il tarixdə (11 gündən sonra) hərracın təşkilatçısına rəsmi qaydada məktubla müraciət edərə k ipoteka predmetini əldə etmək istədiyini bildirib. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, ipoteka saxlayanın ipoteka predmetinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün həyata keçirməli olduğu hərəkətlərin nədən ibarət olmasını qətnamədə göstərməyib. Həmçinin, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilənin ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi səbəbindən baş tutmaması da mülki iş materialları ilə təsdiq olunmur. Halbuki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə görə, müqavilə tərəflərd ən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 409.4-cü maddəsinə görə, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərinə əsasən, hərracın təşkilatçısının xx xxxxxx 2018-ci il tarixdə ipoteka saxlayana ünvanladığı məktubu oferta hesab etdiyi ha lda, sonuncunun göndərdiyi xx xxxxxx 2018-ci il tarixli cavab məktubunu ofertanın aksepti kimi qiymətləndirməməklə səhv nəticəyə gəlib. Çünki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmək arzusunda, istəyində olub və bu, ipoteka saxlayanın iş üzrə məhkəmə aktlarını apellyasiya və kassasiya qaydasında mübahisələndirməsi ilə təsdiq olunur. Bundan başqa, ipotekaya xitam verilməsinin əsasları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində sadalanıb göstərilib. Həmin Qanunun 48.1, 48.1.3 və 48.1.5-ci maddələrində göstərilir ki, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Sadalanan maddələrin mənasına görə, tutmanı n ipoteka predmetinə yönəldilməsi və bunun nəticəsində ipoteka predmetinin satılmaması Qanunda bilavasitə ipotekaya xitam verilməsinin əsası kimi göstərilməsə də, sözügedən Qanunla nəzərdə tutulmuş digər hallar da ipotekaya xitam verilməsi üçün əsas sayıla bilər. Məsələn: həmin Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş əsas, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka predmetinə xitam verilməsi üçün qeyd olunan maddədə nəzərdə tutulan əsasın əmələ gəlməsi mülki iş materialları ilə istisna edildiyindən, iddiaçının hazırki tələbləri açıq-aşkar əsaslı deyildir və apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus Bak ı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0,28537 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 3.772,4 kv.metr, əsas sahəsi 1.574,2 kv.metr, köməkçi sahəsi 2.198,2 kv.metr olan əmlak kompleksinin “xxxx” ASC xeyrinə ipoteka yüklülüyünə xitam verməklə, həmçinin həmin əmlak kompleksinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində “xxxx” ASC xeyrinə ipoteka yüklülüyünə dair aparılmış qeydi ləğv etməklə, əslində borclu “xxxx” MMC-nin “xxxx” ASC olan 240.132 manat kredit borcunu təminatsız qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya i nstansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-ni n 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh LPO “xxxx” ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12210/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar