Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-910/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-910/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər X6 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova, iş № 2(010)-xx/18) İddiaçı cavabdehlər X2 Dünya Məmməd qızına qarşı “qızıl-zinət əşyaların qaytarılması” tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı qarşı “qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” qarşılıqlı iddiası üzrə ilk iddia qismən təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir. İddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov, iş № 2(103)xx/18) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qismən - «briliyant qaşlı üzük, nişan üzüyü, brilyant daşlarla bəzədilmiş dəst – 1 ədəd boyunbağı, bir ədəd bilərzik, 1 ədəd üzük, 1 cüt sırğa və beş qaşlı üzüyün və ya dəyərinin qaytarılmasının rədd edilməsi» hisssəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək 1) brilyant qaşlı üzük - əyar 585, çəki 5-6 qram, brilyant daşı-0,50 karat qiyməti -700 (yeddi yüz) manat; 2) nişan üzüyü - əyar 585, çəkisi 4-5 qram, qiyməti 300 ( üç yüz) manat; 3) brilyant daşlarla bəzədilmiş dəst – 1 ədəd boyunbağı, bir ədəd bilərzik, 1 ədəd üzük, 1 cüt sırğa – ümumi çəkisi 25-28 qram, brilyant daşı 1,3-1,5 karat, əyar 750, qiyməti 3000 (iki min beş yüz - üç min manat), 4) beş qaşlı üzük çəkisi 6-7 qram, əyar 585, daşı sirkon, qiyməti 400 (dörd yüz manat) qızılzinətəşyalarının, olmadığıtəqdirdəisədəyərlərinincavabdehlər X6 və Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilm iş, qətnamə iddiaçıya münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin İddiaçı cavabdehlərə qarşı “əmlak” tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qızıl-zinət əşyaları və cehiz əmlakının qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X2 Dünya Məmməd qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 700 manat dəyərində brilyant qaşlı iki ədəd nişan üzüyünün, 600 manat dəyərində 750 əyyarlıq 12 qram çəkidə qızıl üzüyün alınıb onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respu blikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, iddiaçının tələbi toy zamanı ona hədiyyə olunmuş qızıl-zinət əşyalarının və cehiz əmlakının (mebel və digər məişət əşyaların ın) cavabdelərdən alınıb ona qaytarılması barədədir. Cavabdehlərin qarşılıqlı iddiası isə iddiaçıdan 700 manat dəyərində brilyant qaşlı iki ədəd nişan üzüyünün və 600 manat dəyərində 750 əyyarlıq 12 qram çəkidə qızıl üzüyün alınıb onlara verilməsi barədədir. Birinci instansiya məhkəməsi ilk iddianı iddiaçıya məxsus cehiz əmlakın (mebel və digər məişət əşyalarının) qaytarılması hissəsində qismən əsaslı sayaraq iddianı həmin hissədə qismən təmin etmiş, ilk iddianı qalan hissədə və eləcə də qarşılıqlı iddianı rədd etmişdir. Bu qətnamədən yalnız İddiaçı apellyasiya şikayəti vermiş və qətnaməni yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Qətnamənin qalan hissələri, yəni, ilk iddianın təmin olunan hissəsi və qarşılıqlı iddia ilə bağlı hissə apellyasiya qaydasında mübahisələn dirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni ilk iddianın təmin olunmayan hissəsində yoxlamış və apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq qətnaməni həmin hissədə qismən ləğv etmiş və həmin hissədə iddianı qismən təmin edərək4400 (dörd min dörd yüz manat) dəyərində qızıl-zinətəşyalarının, olmadığıtəqdirdəisədəyərlərinincavabdehlərdən tutulub iddiaçıya verilməsini qət etmiş, qətnaməni iddiaçıya münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Görndüyü kimi, apellyasiya baxışının predmeti yalnız ilk iddianın təmin olunmayan hissəsi (qızıl-zinət əşyaları) olmuş və qətnamə həmin hissədə çıxarılmışdır. Birinci instansiya m əhkəməsinin qətnaməsinin digər hissələri apellyasiya baxışının predmeti olmamışdır. İddiaçı iddiasının göstərilən hissədə qismən təmin olunması ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Hazırda cavabdehlər apellyasiya instansiyası məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə təmin olunan qızıl-zinət əşyaları hissəsində çıxarmış olduğu qətnaməni kassasiya qaydasında mübahisələndirirlər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı premeti olan hissədə qətnaməni qismən ləğv edib həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh1 2016-cı ildə rəsmi nikaha daxil olmuş və Suraxanı rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. Milli adət-ənənələrə uyğun olaraq toy zamanı iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. İddiaçı ona hədiyyə olunmuş qızıl-zinət əşyalarının ondan gəlin gələndən dərhal sonra qaynanası tərəfindən alındığını bildirsə də, buna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarına aid hissə ilə bağlı qeyd etmişdir ki, iddiaçı brliyant qaşlı üzük 585 əyar, 14 qram qızıl, 1,2 karat brilyant-1500 manat; nişan üzüyü 585 əyar, 12 qram-600 manat; brliyant dəst- iki sırğa, bir ədəd qolbaq, bir ədəd üzük, bir ədəd sep kalye 585 əyyar 47 qram qızıl, 3,5 karat brliyant 5.000 manat; nənəsinin ona toyda hədiyyə verdiyi beş qaşlı üzük 5 85 əyyar, 10 qram-500 manat, qardaşının ona toyda hədiyyə verdiyi qızıl üzük 583 əyyar, 10 qram-500 manat olan qızılzinət əşyalarını və ya pul ekvivalentində cəmi dəyəri 8100 (səkkiz min yüz) manat məbləğində pulun cavabdehlərdən alınıb ona verilməsini iddia etmişdir. Həmin qızıl zinət əşyalarının mövcudluğunu sübut etmək üçün məhkəməyə fotoşəkillər təqdim edilmişdir. Cavabdeh2 isə iddiaçıya onun 1 ədəd nişan üzüyü, qızının bağışladığı qızıl üzüyü, ad günündə xırda rəngli yantar qaşlı üzük, toyda sırğa-üzük, qolbağ, boyunbağı, ağ qızıldan toz şəklində sirkon qaşlı ağ qızıl apardığını, hədiyyəni etiraf etmişdir. Cavabdeh tərəfin izahatı ilə də təsdiq edildiyindən 1) 1 ədəd nişan üzüyü; 2) brilyant dəst - iki sırğa, bir ədəd qolbağ, bir ədəd üzük, bir ədəd sep (zəncir) kolyenin mövcudluğu iş in mübahisəsiz halıdır. Digər iddia edilən 1) brilyant qaşlı üzük 585 əyyar, 14 qram qızıl, 1,2 karat brilyant 2) nənəsinin ona toyda hədiyyə verdiyi beş qaşlı üzük 585 əyyar, 10 qram; 3) qardaşının ona toyda hədiyyə verdiyi qızıl üzük 583 əyyar, 10 qram olan zinət əşyalarının sübut edilməsi üçün iddiaçı məhkəməyə öz toy fotoşəkillərini təqdim etmişdir. Həmin fotoşəkillərdə həmçinin təqdim edilmiş diskdə iddiaçının üzərində brilyant dəst və bir ədəd nişan üzüyündən əlavə 1) brilyant qaşlı 1 ədəd 585 əyar, 5-6 qram çəkidə olan üzük və 2) beş qaşlı çəkisi 6-7 qram, əyar 585, sirkon daşlı digər bir üzüyün olması müəyyən olunmuşdur. Beləliklə, 1) brilyant qaşlı 1 ədəd 585 əyar, 5-6 qram çəkidə olan üzük və 2) beş qaşlı çəkisi 6-7 qram, əyar 585, sirkon daşlı digər bir üzüyün mövcudluğu da foto şəkillərlə təsdiq edilmişdir. İddiaçı qardaşının ona toyda hədiyyə verdiyi 583 əyar, 10 qram olan qızıl üzüyün ona verilməsini iddia etsə də, həmin üzüyün mövcudluğunu sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbi qardaşının ona toyda hədiyyə verdiyi 583 əyyar, 10 qram olan qızıl üzüyə dair hissədə sübuta yetirilmədiyindən əsaslı olaraq təmin edilməmişdir. Beləliklə, işin ab zamanı müəyyən edilən halları ilə aşağıdakı qızıl-zinət əşyalarının mövcudluğu tam sübuta yetirilmişdir: 1) 1 ədəd nişan üzüyü; 2) brliyant dəst - iki sırğa, bir ədəd qolbağ, bir ədəd üzük, bir ədəd sep kolye 3) brilyant qaşlı üzük 585 əyyar, 14 qram qızıl, 1,2 karat brilyant 4) nənəsinin ona toyda hədiyyə verdiyi beş qaşlı üzük 585 əyyar, 10 qram. İddiaçı sözügedən əmlakların ca vabdeh tərəfdə olduğunu iddia etmişdir. Cavabdeh tərəf isə əksinə, həmin əşyaları iddiaçının özünün apardığını iddia etmişdir. Cavabdeh2 bildirmişdir ki, həmin qızılları iddiaçı özü ilə aparmış, hətta, evdən gedəndən sonra iştirak etdiyi toy məclislərində istifadə etmişdir. Bunu sübut etmək üçün Cavabdeh2 məhkəməyə müxtəlif toy fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərin üzərində onların çəkildiyi tarix göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə işin mübahisəsiz halı kimi iddiaçının 2017-ci ilin iyul ayında cavabdehlə yaşadığı mənzili təcili yardım maşını ilə tərk etməsi sübut edilmişdir. Bu qanuni qüvvədə olan hökmlə də təsdiq olunur. Təqdim edilmiş fotoşəkillər isə bütünlüklə həmin dövrdən əvvələ aid fotoşəkillərdir. Belə ki, çəkilmiş fotoşəkillərin üstündə tarix kimi 15.04.2017; 20.12.2016; 24.04.2017-ci il göstərilmişdir. Hətta bir neçə şəkil Cavabdeh2 ilə birlikdə çəkilmişdir. Bununla da həmin şəkillərin tərəflər arasında yaranan münaqişədən əvvəl çəkildiyi müəyyən edilmişdir. Belə olan halda həmin fotoşəkillərə istinad edlərək qızılların iddiaçıda olmasnın müəyyən edilməsi mümkünsüz hesab edilmişdir. Bundan başqa, cavabdeh tərəf bildirmişdir ki, sözügedən qızıl-zinət əşyalarının məbləğləri daha az olmuş, iddiaçı tərəfindən şişirdilmişdir. Ziddiyyəti aradan qaldırmaq və qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi üçün məhkəmə iclasına mütəxəssis dəvət edilmişdir. X1 və X7 tərəfindən tərtib edilmiş xx xxx 2018-ci il tarixli ƏEM/Q 08-126/18 saylı rəydən məlum olmuşdur ki, iş materiallarında göstərilən qızıllar və onların qiymətləri təxminən aşağıdakı kimidir: 1) brilyant qaşlı üzük - əyar 585, çəki 5-6 qram, brilyant daşı0,50 karat qiyməti – 600-700 (altı yüz yeddi yüz) manat; 2) nişan üzüyü - əyar 585, çəkisi 4-5 qram, qiyməti 250-300 (iki yüz əlli – üç yüz) manat; 3) Brilyant daşlarla bəzədilmiş dəst – 1ədəd boyunbağı, bir ədəd bilərzik, 1 ədəd üzük, 1 cüt sırğa – ümumi çəkisi 25-28 qram, brilyant daşı 1,3-1,5 karat, əyar 750, qiyməti 2500-3000 (iki min beş yüz - üç min manat), 4) beş qaşlı üzük çəkisi 6-7 qram, əyar 585, daşı sirkon, qiyməti 350-400 (üç yüz əlli – dörd yüz manat) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə et dikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə və məbləğdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Hazırkı işin müəyyən olunmuş halları ilə müəyyən olunur ki, iddiaçının iddia ərizəsində göstərdiyi və cavabdehdən tələb etdiyi qızıl zinət əşyaları mövcud olmuş və həmin əşyalar iddiaçının mülkiyyətini təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddə nin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Cavabdehin mövcudluğunu qəbul etdiyi əşyaların iddiaçının mülkiyyətini təşkil etdiyi müəyyən olunduğundan, həmin əşyaların iddiaçının evdən gedərkən aparmaq imkanın olmaması və bundan əvvəl həmin qızıl-zinət əşyalarının aparılması təsdiq olunmadığından iddiaçının mülkiyyət hüquqi əsasında ona məxsus olan əşyalarını geri tələb etməkdə haqlı olması aşkar olaraq müəyyən olunmuş olur. Həmin qızıl- zinət əşyalarının iddiaçı tərəfindən aparılmasına dair cavabdehin göstərdikləri inandırıcı deyildir. Qızılların sonuncu dəfə evdən gedərkən aparması və ya evdən getməzdən xeyli əvvəl aparmasına dair ziddiyyətli izahatları cavabdehin mövqeyinin inandırıcılığını azaldır. İddiaçı tərəf isə bildirdiklərində ardıcıl olmuşdur ki, bu da onun mövqeyinin inandırıcılığını artırır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə qismən ləğv etmə klə iddia tələbini həmin hissədə qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri faktları həmin hissədə sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə mövcud sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər X6 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-910/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-910/2019
29.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver