Məhkəmə qərarları › İş №2(102)-911/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-911/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-911/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı) 28.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “təhsil haqqı ilə əlaqədər olaraq əlavə xərclərə cəlb etmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5917/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra-cavabdeh) "xxxx" MMC-də idarə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 7475 (yeddi min dörd yüz yetmiş beş) manat təşkil edir. Cavabdehin mülkiyyətində Vaz 21099 markalı və Toyota Corolla markalı 2 (iki) ədəd avtomobil vardır.

2. Azərbaycan Respublikası Elm və Təhsili Nazirliyinin xx.xx.2022-ci il 47(01)-551/24 nömrəli arayışına əsasən müəyyən edilir ki, 1.4.2004-cü il təvəllüdlü X5 “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindən təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü il tədris ilində Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsinin bakalavriat təhsil səviyyəsində “Mühəndislik Texnologiyası” ixtisası üzrə təhsil almaq hüququ qazanıb. Tələbənin təhsil müddəti 2022-ci ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayına qədər davam edəcəkdir. 3. “Ku Leuven” Universiteti Tədris və təhsil prosesləri şöbəsinin qəbul arayışına əsasən müəyyən edilir ki, 1.4.2004-cü il təvəllüdlü X2 universitetin X1 Mühəndislik texnologiyası bakalavr dərəcəsi qəbulu təklif edilmişdir.

4. Ku Leuven Universiteti Təhsil uçotu şöbəsinin bildirişinə əsasən müəyyən edilir ki, müvafiq hesab rekvizitləri verilməklə 6.600 avro pulun hesaba köçürülməsi təklif edilmiş, əks təqdirdə tələbənin qeydiyyat və loqin imtiyazları ləğv ediləcəkdir.

5. Ku Leuven Universiteti Təhsil uçotu və mobillik şöbəsinin bildirişinə əsasən müəyyən edilir ki, 1.4.2004-cü il təvəllüdlü X3 Belçikada yaşayış xərclərini qarşılamaq üçün 11.60 0 avro məbləğində pul qəbul edilmişdir. 2022-2023-cü tədris ili üzrə təhsil aldığı müddətdə yaşayış xərclərini qarşılamaq üçün 1.10.2022-ci ildən 30.9.2023-cü ilədək olan müddətdə (12 ay) 950 avro (birinci ay üçün 1.050 avro) hər ay Belçikada cari hesaba köçürüləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehə qarşı “təhsil haqqı ilə əlaqədar olaraq əlavə xərclərə cəlb etmə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan övladları 1.4.2004-cü il təvəllüdlü X3 illik təhsil haqqı ilə bağlı ödənilmiş 2022-2023-cü illər üzrə 6.600 avro təhsil haqqının, təhsil dövründə təhsil müəssisəsi tərəfindən tələb edilən depozit qismində ödənilmiş ilk təhsil ili üzrə 11.610 avro pulun yar ısının, bundan sonrakı, yəni 2022-2025-ci illər üzrə ödənilməli olan depozit xərcinin, yəni hər il üzrə 11.610 avro pulun yarısının və təhsil dövrü ərzində yol xərclərinin yarı hissəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflərin övladı – 1.4.2004-cü il təvəllüdlü X3 xarici ölkədə ali təhsili ilə bağlı iddiaçının (ananın) 2022/2023 təhsil ili üçün ödədiyi 6.600 avro təhsil haqqının yarısının və həmin təhsil ili üçün təhsil müəssisəsinə depozit qismində ödədiyi 11.610 avronun yarısının, habelə bundan sonrakı 3 il ərzində hər il depozit kimi ödənilməli olan 11.610 avronın yarısının və təhsil dövrü ərzində yol xərclərinin yarısının ödənilməsi öhdəliyi cavabdehin (atanın) üzərinə qoyulsun.

8. Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2 avqust 2023-cü il tarixli 2(004)-3087/2023 saylı qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, A.S.Əhməd yetkinlik yaşına çatsa da, tərəflər arasında valideyin-övlad-ailə münasibətləri davam etməkdədir. A.S.Əhməd yetkinlik yaşına çatsa da, tələbədir, təhsil alır və miqrasiya, iş, oturum münasibətləri nəzərə alınmaqla Avropada işləməklə gəlir əldə etməsi mümkün deyil. Xaricdə təhsil üzrə dövlət proqramının mahiyyəti, dövlətin göstərdiyi fəallıq və təşkilatçılıq nəzərə alınmaqla gənclərin avropada təhsil alaraq dövlətə, cəmiyyətə faydalılıq əmsalının artmasında dövlət, cəmiyyət və ailənin cəmiyyətin özəyi olması xüsusatı nəzərə alın maqla xüsusən valideynlər maraqlı olmalıdır. 10.Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən istisna kimi nəzərə alınmalı, mübahisə ədalətli və ağlabatan formada tənzimlənməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin gəlirlərinin aşağı olması və ya olmaması xüsusatı mövcud olsa idi, məhkəmə mübahisəyə başqa mövqedən yanaşacaqdı. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə üzrə övladın təhsil xərcləri və cavabdeh atanın aylıq gəlirləri yüksək miqdarda təşkil edir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasını n 17-ci maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia absurddur və ümumiyyətlə ödəmənin aparılması iddiaçı tərəfindən ödənilməməli idi. Bundan əlavə hakimi “ödənişin niyə dövlət proqramı çərçivəsində şəxsin özü tərəfindən aparıldığı” barədə sual verməməsi, iddiaçının isə “niyə maliyələşmənin dövlət proqramı çərçivəsində aparmalı olduğu halda şəxslərin özləri tərəfindən aparılması”nı izah etməməsi hakimin işə səthi yanaşdığının göstəricisidir. 15.Cavabdeh bildirmişdir ki, prosesin hazırlıq mərhələsində iddiaçı və ya onun vəkili tərəfindən cavabdehin əmlak vəziyyəti barədə sübut təqdim edilməmişdir. Eyni zamanda sübut təqdim edilməsi və ya sübutun əldə olunması barədə hər hansı vəsatət iddiaçı və ya onun vəkili tərəfindən təqdim edilməmişdir. Əvəzində hakim “prosesual vəzifəsindən” istifadə etməklə faktiki olaraq özünü iddiaçının vəkili qismində aparmış və faktiki olaraq mülki məhkəmə icraatının hüquqi təbiətinə zidd olan hərəkət etməklə iddiaçının yerinə “sübut toplamaqla“ məşğul olmuşdur. Halbuki, iddiaçının vəkili məhkəmə çıxışına keçən zaman heç bir sübuta istinad etmədi, heç bir çıxış etmədi və ümumiyyətlə nəyə istinad edəcəyini bilmədən yalnızca iddia ərizəsinə istinad olunmasını xahiş etdi. Halbuki, 1 vərəq yarımlıq (onunda yarım vərəqi başlıq yarım vərəqi isə MPM 149-150-ci maddələrinə istinad olmuşdur) iddia ərizəsində heç bir hüqu qi istinad olmamışdır. Bu da prosessual pozuntudur və məhkəmənin öz səlahiyyətlərindən kənara çıxması anlamına gəlir. 16.Birinci instansiya məhkəməsi bu yanlışlığını “əsaslandırmağa”çalışması isə əsassızdır. Belə ki, “Məhkəmə qeyd edir ki, KM Plenumunun hüquqi mövqeyi məhz Azərbaycan Respublikasında olan təhsil xərci ilə bağlı (yüksək olmayan təhsil haqqına dair) mübahisənin şərhi olaraq qəbul edilmişdir” qeydi isə tamamilə əsassızdır. Belə ki, yetkinlik yaşına çatmış şəxs əgər fərdi qaydada dünyanın ən bahalı universitetinə (illik təhsil haqqı 75000-100000 ABŞ dolları) qəbul olduğu halda bu valideynin əsassız borclanmasına və eyni zamanda mülki hüquqlarının tamamilə pozulmasına gətirib çıxarır. Bir şəxsin (yetkinlik yaşına çatmış “uşağın”) fərdi rifahı digər şəxslərin fərdi hüquqlarının p ozulmasının hesabına təmin oluna bilməz. 17.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5917/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. 18.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddia iki səbəbdən əsassızıdır. Birinci, iddiaçı (ana) göstərilən tələbi irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Belə ki, tərəflərin övladı yetkinlik yaşına çatıb və tam həcmdə fəaliyyət qabiliyyəti əldə edib. İddiaçının (ananın) başqa şəxsin (yetkinlik yaşına çatmış övladın) hüququnun müdafiəsi üç ün iddia ilə məhkəməyə müraciət etməsi o halda mümkündür ki, bu, qanunda nəzərdə tutulmuş olsun. Lakin qanunda belə hal nəzərdə tutulmayıb. 19.İkinci, tərəflərin övladının ali təhsil müəssisəsində təhsil alması iddianın təmin edilməsinə əsas ola bilməz. 20.Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 80 və 81-ci maddələrindəki maddi hüquq normalarını pozduğundan qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarına və Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri 22.İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. 23.Kassator Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarda göstərilən hüquqi mövqeyinin istisnasız olaraq tətbiq edilməsini əsaslı hesab etməmişdir. 24.Kassator qeyd etmişdir ki, cavabdehin gəlirlərinin aşağı olması və ya olmaması xüsusatı mövcud olsa idi, mübahisəyə başqa mövqedən yanaşmaq olardı. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə üzrə övladın təhsil xərcləri və cavabdeh atanın aylıq gəlirləri yüksək miqdarda təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya ins tansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi 26.Maddə 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 27.Maddə 81. “Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə,“əlilliyi müəyyən edilmiş“uşaqlara, habel ə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunub: 28.“... ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 29.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 54.1. İ ddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.[89] 31.54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi n sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 35.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 36.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 37.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 38.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır 39.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 40.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 41.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, iddiaçının baxılan iş üzrə irəli sürülmüş tələbin irəli sürülməsi üçün subyektiv hüququnun olmaması (çünki xeyrinə pul tutulması tələb olunan tərəflərin birgə nikahdan doğulmuş övladları artıq yetikinlik yaşına çatmışdır) nəticəsinə gəlmişdir. 44.Digər tərəfdən isə apellyasiya instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında olan hüquqi mövqeyinə istinad edərək qeyd etmişdir ki, “... ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətlərinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır” 45.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 4 6.Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. 47.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş,“ MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya“ şikayətinin dəlilləri qətnam ənin ləğvinə əsas vermir. 48.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5917/2023 nömrəli iş üzrə 13 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar