Məhkəmə qərarları › İş №2(102)-916/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-916/2019

29.01.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-916/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-916/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005) -xx/18) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Cavabdeh3nə qarşı “dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov-sədrlik edən və məruzəçi, V.Baxışova və N.Cəfərov, iş № 2(103)-xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin aprel ayından hazırkı dövrədək olan müddətlərdə Xocalı rayonu 1 saylı tam orta məktəbdə dondurulmuş iş yeri üzrə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin müvafiq olaraq cavabdehlərə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili H.İsgəndərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunması nı xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, onların nümayəndələri üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsiləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Xocalı rayonu 1 saylı tam orta məktəbdə işləyən İddiaçı xx xx 2015-ci il tarixdə “Xocalı soyqırımı (qatillər)” sənədli filminin çəkilişi ilə əlaqədar olaraq "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi ilə 4 ay müddətinə, yəni xx xx 2015-ci il tarixədək müddətli əmək müqaviləsi bağlamış, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə həmin əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə zidd olaraq bağlandığından etibarsız sayılmışdır. Bundan sonra İddiaçı Xocalı rayon İcra Hakimiyyətinə qarşı dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi tələbinə dair iddia qaldırmış, lakin onun bu iddası Xocalı Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Qətnamədə iddianın rədd olunma əsası kimi Xocalı rayon İcra Hakimiyyətinin tələbə cavab verməli şəxs olmadığına, onun 2016-cı ilin fevral ayından etibarən dondurulmuş iş yeri üzrə əmək haqqlarını ödəmək səlahiyyətinin olmadığına, bu səlahiyyətin Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinə verildiyinə istinad edilmişdir. Ona görə də İddiaçı xx xx 2018-ci ildə Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Təhsil Nazirliyinin 8 saylı Ərazi X3rşı dondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi tələbinə dair hazırkı iddianı irəli sürmüşdür. Onun tələbi 2015-ci ilin aprel ayından hazırkı dövrədək olan müddətdə Xocalı rayonu 1 saylı tam orta məktəbdə dondurulmuş iş yeri üzrə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini əsaslandırarkən iki hala istinad etmişdir: 1) iddiaçıəməkhaqqınınödənilməsinitələbetməzdənəvvəlmüvafiqdövlətorqanlarındanpozulduğunuiddia etdiyihüququnun, yəniəməkhaqqınınödənilməsinəəsasverənhüquqununbərpasınanailolmalı, bundansonraisəəməkhaqqıtələbiniirəlisürməlidir; 2) iddiaçıilkinolaraq 2015ci iltarixdəonunəməkhaqqınınödənilməsinindayandırılmasıiləbağlımüvafiqqərarındövlətorqanıtərəfin dənqəbulolunmasından 2016-cıilinfevralayının 1dəkolandövrədəkolanmüddətəmünasibətdəmüvafiqsubyektivhüquqəldəetdikdən, əməkhaqqınınödənilməsinənailolduqdansonrahazırkıişüzrəcavabdehlərəqarşı 2016cıilinfevralaynın 1dənsonrakımüddətüçünhəminşəxslərintələbəcavabverməsiiləbağlıvəzifəsiyarandığıhaldatələbhüqu qunamalikolabilər. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olması ilə bağlı normanın mövcudluğu məhkəməni həmin Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin icrasından azad etmir. Həmin maddəyə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır və bunun üç ün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Yuxarıda qeyd olunduğu kimi, iddianın rədd olunmasının əsası kimi istinad olunan birinci hala görə iddiaçıəməkhaqqınınödənilməsinitələbetməzdənəvvəlmüvafiqdövlətorqanlarındanpozulduğunuiddia etdiyihüququnun, yəniəməkhaqqınınödənilməsinəəsasverənhüquqununbərpasınanailolmalı, bundansonraisəəməkhaqqıtələbiniirəlisürməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı saymır. Belə ki, işdən də göründüyü kimi, iddiaçının tələbidondurulmuş iş yeri üzrə əmək haqqının ödənilməsi barədədir. Əmək haqqı ödənişi iddiaçının 15.04.2015-ci ildə "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi ilə 4 ay müddətinə, yəni xx xx2015-ci il tarixədək müddətli əmək müqaviləsi bağlaması əsası ilə dayandırılmış, lakin sonradan ödənişin dayandırılmasına səbəb olan bu hal aradan qalxmış, yəni əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə zidd bağlandığından qüvvədə olan məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddiaçıya müvafiqdövlətorqanlarındanpozulduğunuiddiaetdiyihüququnun, yəniəməkhaqqınınödənilməsinəəsasverənhüquqununbərpasınanailolmağı tövsiyə edərkən bu qənaətini lazımi qaydada əsaslandırmamış, bu mücərrəd ifadəni işlətməklə nə demək istədiyini, nəyi nəzərdə tutduğunu açıqlamamış, iddiaçıya prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməmişdir. Əgər söhb ət hazırkı mübahisənin həlli üçün Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin, yaxud hər hansı digər orqanın rəyinin əhəmiyyətli olmasından gedirsə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi özü də işə mahiyyəti üzrə baxan məhkəmə kimi prosessual qənaət prinsipinə əməl etməklə həmin orqanı cəlb edə və mübahisəyə münasibətini öyrənə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, bu qaydada əməl olunması həm də iddiaçını əsassız getgəldən və süründürməçilikdən azad etmiş olardı. Belə ki, işdən göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etdiyi 14.06.2018-ci ilədək müxtəlif qurumlara müraciət etməklə yanaşı, 3 dəfə məhkəmə mübahisəsi açmış, lakin bu günədək məsələ öz qanuni həllini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd o lunma əsası kimi istinad etdiyi 2-ci hala görə iddiaçıilkinolaraq 2016-cıilinfevralayının 1-dəkolandövrədəkolanmüddət üçün əməkhaqqınınödənilməsinənailolmalı və yalnız bundan sonrahazırkıişüzrəcavabdehlərəqarşı 2016cıilinfevralaynın 1dənsonrakımüddətüçünhəminşəxslərintələbəcavabverməsiiləbağlıvəzifəsiyarandığıhaldatələbhüqu qunamalikolabilər. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və ilk növbədə qeyd edir ki, iddiaçının əvvəllər Xocalı rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iş üzrə Xocalı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xx 2018-ci il tarixli qətnaməsi ilə 2016-cı ilin fevral ayınadək olan dövr üçün əmək haqqı ilə bağlı mübahisə olmadığı, həmin dövr üçün əmək haqqının tam ödənildiyi müəyyən olunmuşdur. Daha dəqiq desək, həmin qətnamədə Xocalı rayon İcra Hakimiyyəti Ba şçısının xx xx 2018-ci il tarixli, 188 saylı məktubuna istinadən qeyd olunmuşdur ki, İddiaçı 2016-cı ilin may ayına qədər Xocalı rayonundan dondurulmuş iş yeri üzrə əmək haqqı ödənilmişdir. Məhkəmə məhz bu səbəbdən, yəni göstərilən tarixədək əmək haqqının ödənildiyi, bu tarixdən sonrakı dövrdə isə əmək haqqının ödənilməsinin Xocalı rayon İcra Hakimiyyətinin deyil, Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin səlahiyyətində olması səbəbindən Xocalı rayon İcra Hakimiyyətinə qarşı iddianı rədd etmişdir. Belə çıxır ki, Xocalı rayon İcra Hakimiyyəti iddiaçının 2016-cı ilin may ayına qədər Xocalı rayonu 1 saylı tam orta məktəblə əmək münasibətlərində olmasını qəbul etmiş və ona əmək haqqı ödəmişdir. Bundan sonrakı dövr üçün isə əmək haqqını ödəmək Təhsil Nazirliyinin 8 saylı Ər azi Maliyyə Hesablama Mərkəzinin vəzifəsidir və məhz buna görə də iddiaçı tələbini digər cavabdehlərlə yanaşı həm də bu Mərkəzə qarşı irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən göstərilən hallar bir daha ətraflı araşdırılmalı, iddiaçının Xocalı rayon 1 saylı tam orta məktəbi ilə əmək münasibətlərində olubolmaması, rayon üzrə dondurulmuş iş yeri üzrə əmək haqqının kim tərəfindən ödənilməli olması, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin bu məsələdə rolunun nədən ibarət olduğu, bu orqanın iddiaçıya əmək haqqı ödənilməsinin qarşısını kəsən hər hansı qərarının mövcud olubolmadığı müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avr opa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə xx xx2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar