Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-916/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC və qeyrilərinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)8651/2021 saylı qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 vevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(007)234/2015 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddiası qismən təmin edilərək, X6 “Rabitəbank’’ ASC-nin xeyrinə 15 noyabr 2013-cü il tarixli, RBN-5638/BK saylı kredit müqaviləsi üzrə 31.764,84 manat əsas borc, 9.073,66 manat faiz borcu 1.000 manat cərimə olmaqla, cəmi 41.838,50 manat məbləğdə pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 57.000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və həmin mənzilin hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X7 "Rabitəbank” ASC-nə olan borcunun ödənilməsi, mənzil satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı, X2 və X1 mənzildən çıxarılmaları, mənzilin boşaldılması qət edilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli, 2(007)-234/2015 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra şöbəsinin sifarişi əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmış, 12.12.2016-ci il tarixdə ilkin və 16.01.2017-ci il tarixdə təkrar hərrac keçirilmiş, mənzilin alıcısı olmadığına görə “Rabitəbank" ASC tərəfindən əldə olunmuş, "xxxx" MMC ilə 30.01.2017-ci il tarixli hərracın yekunları barədə protokol və 30.01.2017-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin protokol və alğı-satqı müqaviləsi əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili üzərində "xxxx" ASC-nin mülkiyyət hüquqlarına dair qeydiyyat aparılmışdır.
3. İddiaçı "xxxx" MMC-nin 30.01.2017-ci il tarixli hərracın yekunları barədə protokolu və “Rabitəbank" ASC ilə bağlanmış 30.01.2017-ci il tarixli alğı-satqı müqaviləsini mübahisələndirərək hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb etmişdir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.01.2019-cu il tarixli, 2(103)-572/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 16 yerləşən 23 saylı mənzilə dair "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac və onun nəticələri – hərracın yekunları barədə 30.01.2017-ci il tarixli protokol və hərracın yekunları üzrə bağlanmış 30.01.2017-ci il tarixli alğı-satqı müqaviəsi etibarsız hesab olunmuşdur.
4. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.09.2015-ci il tarixli icra vərəqəsinin icra olunması üçün ipoteka predmetinin yenidən açıq hərracdan satılması barədə Cavabdeh4 52-10 nömrəli, 12.11.2020-ci il tarixli sifariş məktubu göndərmiş, "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində mənzilin ilkin satış qiyməti 57.000 manat olmaqla açıq hərracdan satılması üçün ilkin hərraca çıx arılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Hərraçın təşkilatçısı hərracın baş tutmaması ilə bağlı “Birja yenilikləri” qəzetində müvafiq elan vermişdir. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətə - 48450 manata 07.01.2021-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün hərrac təşkilatı tərəfindən hərracın baş tutmaması barədə 12.01.2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elan verilmişdir. 5. "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC Cavabdeh2 ASC-nə 12.01.2021-ci il tarixli 01/98 nömrəli “İpoteka predmetinin əldə olunmasına dair təklif” məktubu ilə müraciət edərək, ipoteka predmeti olan mənzilin təkrar hərracda satılmadığını bildirmiş və mənzili ilki n satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 36337,50 manat olmaqla ipoteka predmetini qəbul etməyi təklif etmişdir. 6. 12.01.2021-ci il tarixli 01/98 nömrəli “İpoteka predmetinin əldə olunmasına dair təklif” məktubu "xxxx" ASC-nə 02.02.2021-ci il tarixdə çatdırılmış və tələbkar "xxxx" MMCnə həmin gün - 02.02.2021-ci il tarixdə məktub göndərərək, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili 36337,50 manata əldə etmək niyyətində olduğunu bildirmiş və əmlakın qanunvericilikdə nəzərdə tutulan müddətdə Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(007)234/2015 saylı icra vərəqəsi əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçə sində yerləşən 16 saylı evin 23 saylı mənzilin sarılması üzrə hərracın nəticələri barədə 06.04.2020-ci il tarixli 26/02 nömrəli protokol tərtib olunmuş, protokol "xxxx" ASCnin nümayəndəsi ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMCnin nümayəndələri tərəfindən təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı iddia ərizəsi və daha sonra iddianın həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzili üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair dövlət reyestrindən seriya RX, ******* saylı verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-234 saylı, 30.09.2015-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan yenidən satılması üçün Cavabdeh4 52-10 nömrəli, 12.11.2020-ci il tarixli sifariş məktubu göndərmiş, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerlə şən 16 saylı evin 23 saylı mənzil "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində açıq hərracdan satılması üçün ilkin satış qiyməti 57000 (əlli yeddi min) manat olmaqla ilkin hərraca çıxarılmış lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15% aşağı qiymətinə 48450 manata 07.01.2021-ci il tarixində təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün hərrac təşkilatı tərəfindən hərracın baş tutmaması ilə bağlı 12.01.2021-ci il tarixində “Birja yenilikləri” qəzetində müvafiq elan verilmişdir. Elan tarixindən ipoteka saxlayan “Rabitəbank" ASC ilə hərracın təşkilatçısı arasında həmin ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə № 26/02 saylı protokol 06 aprel 2021-ci il tarixdə bağlanmışdır. Hərrac təşkilatçısının ipoteka predmetinin əldə edilməsinə dair 12.01.2021-ci il tarixli təklifində qeyd edilir ki, “İpoteka haqqında” Qanun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan yəni 36337,50 manat olmaqla ipoteka saxlayana təklif edilir. “İpoteka Haqqında" Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Həmçinin, "xxxx" MMC-yə 15.03.2021-ci il tarixli sorğu məktubu ilə müraciət edilmiş və həmin müraciətdə “ipoteka saxlayan "xxxx" ASC tərəfindən hərrac protokolu bağlanıb-bağlanmaması, həmçinin s onrakı icra hərəkətləri barədə ona rəsmi qaydada məlumat verilməsi” xahiş edilmişdir. "xxxx" MMC-nin 832 saylı, 16.03.2021-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “tələbkar “Rabitə Bank" ASC-nə əmlakı balansa götürmələri üçün təklif verilmiş, tələbkar tərəfindən əmlakı əldə etmələri üçün xidmət haqqının ödənməsinə görə hesab faktura təqdim edilmişdir. Bugünə qədər tələbkar banka tərəfimizdən protokol təqdim edilməmişdir”.
10. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, alıcı olmadığına görə hərrac təşkilatı mənzili 02.02.2021-ci il tarixli məktubla banka təklif etmişdir. Tərəflər arasında müqavilə iradə ifadəsi ilə bağlanır, 02.02.2021-ci il tarixli məktubla hərrac təşkilatına cavab məktubu göndərilərək təkl if edilən mənzilin bank tərəfindən əldə ediləcəyi ilə bağlı iradə ifadəsi açıq şəkildə bildirilmiş və həmin məktub 03.02.2021-ci il tarixdə hərrac təşkilatı tərəfindən qəbul edilib. Banka hesab faktura gecikdirilərək 11.02.2021-ci il tarixdə təqdim olunub.
11. Digər cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin nümayəndələri birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2067/2021 saylı, 01 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia təmin edilərək, cavabdehlər "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 20 21-ci il tarixli, 26/02 saylı “Hərracın yekunları barədə protokol”un etibarsız hesab edilməsi, "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair dövlət reyestrindən seriya RX, ******* saylı verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, iddiaçın ın həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılması, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən, iddiaçı mülki məhkəmə icraatı qaydasında ipotekaya xilam verilməsini və ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, ipotekaya xitam verilməklə, həmin mənzil ipoteka ilə yüklülükdən azad edilməli və bu barədə daşınmaz əmlakın dövlət reyestrində mü vafiq qeydlər aparılmalıdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi "xxxx" MMC-nin ipoteka predmetinin əldə edilməsinə dair təklifi Cavabdeh2 ASC-yə 12.01.2021-ci il tarixdə ünvanlanmışdır. Bankın nümayəndəsinin təqdim etdiyi cavab məktubundan görünür ki, ipoteka saxlayan 02.02.2021-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili 36337,50 manata əldə etmək niyyətindədir. Məhkəmə iclasında nümayəndə hesab-fakturanın hərrac təşkilatı tərəfindən banka gec təqdim etməsinə əsaslansa da, nümayəndənin məhkəməyə təqdim etdiyi 11.02.2021-ci il tarixli hesab-faktura № 35-dən görünür ki, bank hesab-fakturanı 12.02.2021-ci il tarixdə almışdır. Qeyd olunan hesab-fakturada əmlakın satış qiyməti 36337,5 manat göstərilmişdir. Lakin Cavabdeh2 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərini pozaraq 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, 12.03.2021-ci il tarixdə əldə etməli olduğu halda 06 aprel 2021ci il tarixdə ödəniş həyata keçirərək protokol əldə etmişdir.
14. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 15.1, 43.4-43.8, 48.1.1-48.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2067/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, C avabdeh2 ASC 02.02.2021-ci il tarixində təklifə cavab verərək ipoteka predmetini əldə etmək istədiyini və lazımi sənədləşmələrin aparılmasını xahiş edərək ofertanı aksept etmişdir. Hərrac mərkəzinin təklif məktubundan sonra isə, yalnız 12 fevral 2021-ci il tarixində Cavabdeh2 ASC-nə xidmət haqqı ödənilməsi ilə bağlı hesab-faktura gəlmişdir. Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında hərracın nəticələri barədə protokol 06 aprel 2021-ci il tarixdə tərtib edilsə də, bu protokolun bağlanması təklifi onlara 02.02.2021-ci il tarixdə daxil olmuş və tərəflərindən cavab məktubu ilə təklif oferta edilərək qəbul edilmiş və müqavilə bağlanmış sayılmışdır. İpoteka predmetini əldə etməyə gəldikdə isə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 say lı evin 23 saylı mənzili üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair dövlət reyestrindən 21.09.2017-ci il tarixli, RX ******* saylı çıxarışı mövcuddur ki, bu da həmin ipoteka predmetinin əldə etmə anının daha əvvəl baş verdiyini göstərir. Bundan başqa "xxxx" MMC 06 aprel 2021-ci il tarixli, 26/02 saylı hərracın yekunları barədə protokolu və xidmət haqqının ödənilməsi ilə bağlı hesab-fakturanı vaxtında tərtib edərək banka təqdim etməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)8651/2021 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi biri nci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin ipoteka predmetinin əldə edilməsinə dair təklifi Cavabdeh2 ASC-yə 12.01.2021-ci il tarixdə ünvanlanmışdır. Bankın nümayəndəsinin təqdim etdiyi cavab məktubundan görünür ki, ipoteka saxlayan 02.02.2021-ci il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin, 23 saylı mənzili 36337,50 manata əldə etmək niyyətindədir. Həmçinin müəyyən edilir ki, Bank hesabfakturanı 12.02.2021-ci il tarixdə almışdır. Lakin Cavabdeh2 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərini pozaraq 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, 12.02.2021-ci il tarixdən 50 gündən artıq müddətdə hərəkətsizlik etm iş və yenidən 05.04.2021-ci il tarixli hesab-faktura əsasında 06 aprel 2021-ci il tarixdə ödəniş həyata keçirərək protokol əldə etmişdir. Başqa sözlə Cavabdeh2 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərini pozaraq 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, hətta tarixi onların, yəni bankın hesab-faktura aldığı tarixdən hesablansa belə 12.03.2021-ci il tarixdə əldə etməli olduğu halda yalnız 06 aprel 2021-ci il tarixdə əldə etmişdir. Kollegiya həmçinin qeyd etmişdir ki, bankın bildirdiyi kimi onlara olunan 12.01.2021-ci il tarixli təklifə cavab olaraq əmlakı əldə etmək istəklərini bildirməsi nə qanunvericiliyin müəyyən etdiyi ipoteka predmetinin əldə etmə müddətini dayandırmır nə də ki, əmlakın əldə olunması anlamına gəlmir. 18. “İpotek a haqqında” Qanunun 43-cü maddəsinə əsasən, yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı yeni hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir və ikinci hərrac keçirildirkdən sonra 30 gün müddətinə ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac təşkilatından oferta gə lmiş və Bank tərəfindən 30 gün keçmədən aksept edilmişdir. Cavabdehin fikrinə görə artıq müqavilə bağlanılıb və əmlak əldə edilib. Hətta nəzərə alınsa ki, ipoteka predmetinin əldə edilməsi üçün ofertada 30 günlük müddət müəyyən edilmişdir – bu halda da müqavilə bağlanılıb və ipoteka predmeti əldə edilib. Çünki Mülki Məcəllənin 409.7.-ci maddəsinə əsasən, əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. 21. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. X3 vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (ofert) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdir məsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; Maddə
43. Hərracın baş tutmamış elan edi lməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.
5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.http://frameworks.e-qanun.az/9/f_9902.html 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş h al istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasi ya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(007)-234/2015 saylı qətnaməsi ilə X6 “Rabitəbank’’ ASC-nin xeyrinə cəmi 41.838,50 manat məbləğdə pulun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 57.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra məmurunun sifarişı əsasında "xxxx" MMC tərəfindən 18.12.2020-ci il tarixində ilkin hərrac keçirilmiş, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Hərraçın təşkilatçısı mənzili 07.01.2021-ci il tarixdə təkrar hərraca çıxarmış, təkrar hərracda da alıcı olmadığı üçün hərrac təşkilatı tərəfindən hərracın baş tutmaması barədə 12.01.2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elan verilmişdir. Həmçinin hərrac təşkilatı Cavabdeh2 ASC-nə 12.01.2021-ci il tarixli 01/98 nömrəli “İpoteka predmetinin əldə olunmasına dair təklif” məktubu göndərərək, ipoteka predmetinin təkrar hərracda satılmadığını bildirmiş və mənzili ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yə ni 36337,50 manat olmaqla ipoteka predmetini qəbul etməyi təklif etmişdir. Məktub "xxxx" ASC-nə 02.02.2021-ci il tarixdə çatdırılmış və tələbkar hərrac təşkilatına həmin gün - 02.02.2021-ci il tarixdə məktub göndərərək, ipoteka predmeti olan mənzili 36337,50 manata əldə etmək niyyətində olduğunu bildirmiş, əmlakın qanunvericilikdə nəzərdə tutulan müddətdə Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Hərrac təşkilatının göndərdiyi hesab-fakturanı tələbkar 12.02.2021-ci il tarixdə almışdır. İpoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin satılması üzrə hərracın nəticələri barədə 06.04.2020-ci il tarixli 26/02 nömrəli protokol tərtib olunmuş, protokol "xxxx" ASC-nin nümayəndəsi ilə "Daşınar və Daşınmaz Əmlakların Satış ı üzrə Hərrac Mərkəzi” MMC-nin nümayəndələri tərəfindən təsdiq edilmişdir.
28. İddia tələbinin hüquqi əsasını “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
29. Bu norma, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarı).
30. Buna görə də ipoteka saxlayan, təkrar hərrac baş tutmadığı halda, ipoteka predmetini əldə etmək istəyində olarsa, 30 gün müddətində əmlakı əldə etmək üçün zəruri hərəkətlər etməlidir. Bu hərəkətlərin nədən ibarət olması, yaxud əmlakı «əldə etməzsə» ifadəsinin hansı hərəkətləri ehtiva etməsi qanunda konkret olaraq göstərilməmişdir.
31. Əgər işə baxmış məhkəmə əmlakı “əldə etməzsə” anlayışını hərracın nəticələri barədə protokol tərtib edilməməsi kimi qəbul edirsə, o halda nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunda bu barədə birbaşa göstəriş yoxdur. Həmin qanunda hərracın nəticələri haqqında protokolun ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunması qeyd olunsa da (Qanunun 42.8-ci maddəsi), hərracın nəticələri haqqında protokolun hərracı udmuş şəxslə bağlanm ası nəzərdə tutulmuşdur (Qanunun 42.6-cı mddəsi). Qanunda 43.8-ci maddəsinə əsasən ipoteka predmetini əldə etmənin dəqiq proseduru nəzərdə tutulmamışdır.
32. Ancaq Mülki Məcəllənin 139-1-ci masddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoldan bəhs olunur. 33. “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsində hərracın nəticələri haqqında protokolun müqavilə qüvvəsinə malik olduğu müəyyən edildiyinə görə, Qanunun 43.8-ci maddəsi üzrə hərrac təşkilatı ilə tələbkarın münasibətləri müqavilə bağlanmasının qaydalarını tənzimləyən normalar əsasında təhlil olunmalıdır.
34. Azərbaycan Respublikası Mülki Məcəllənin 405.2-ci maddəsinə əsasən, müq avilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
35. Mülki Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
36. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavab aksept sayılır.
38. Həmin Məcəlləni n 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
39. Bu normaların baxılan işə tətbiqi o hüquqi nəticə törədir ki, təkrar hərracın baş tutmamasından sonra hərrac təşkilatının tələbkara yazdığı 12.01.2021-ci il tarixli 01/98 nömrəli “İpoteka predmetinin əldə olunmasına dair təklif”l – ofertadır və Mülki Məcəllənin 325.1 və 408.1-ci maddələrinə müvafiq olaraq, birtərəfli əqd olmaqla, qarşı (yönəldiyi) tərəfə çatdığı andan hüquqi nəticə doğurur. Tələbkar hərrac təşkilatının göndərdiyi ofertanı almış, dərhal cavab verərək, ipoteka predmetini təklif olunan qiymətlə razılaşıb 36337,50 manata əldə etmək niyyətində olduğunu bildirmiş, əmlakın qanunvericilikdə nəzərdə tutulan müddətdə Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Tələbkarın bu hərəkəti ofertanın aksept olunmasıdır və Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilənin bağlanması kimi hüquqi nəticə törədir.
40. Bundan başqa, hərrac təşkilatı ilə ipoteka saxlayan arasında hərracın nəticələrinə dair protokolun 06.04.2021-ci il tarixdə bağlanması (tələbkarın hesab-fakturanı 12.02.2021-ci il tarixdə aldığı halda 50 gündən artıq müddətdə hərəkətsizlik etməsi və bununla da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərini pozması) barədə apellyasiya instansiyası məhkəməsinin mövqeti ilə bağlı həm də qeyd olunmalıdır ki, yuxarıda qeyd olunduğu kimi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlan dırmaq məqsədini daşıyır. İpoteka saxlayanın hərrac təşkilatının təklifinə dərhal cavab verməklə əmlakı əldə etməyə cəhd etməsi, aylar ötürmədən hərracın nəticələrinə dair protokol tərtib etməyə nail olması onu deməyə əsas verir ki, ipoteka saxlayan həmin normanın məqsədlərinə uyğun hərəkət etmişdir.
41. Buna görə də "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinin təmin olunması üçün əsaslar yoxdur.
42. Apellyasiya instasniyası məhkəməsinin «“İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən, yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı yeni hərracların keçirilməsi həmin Qanunun tələblərinə ziddir» qənaəti (bu qərarın 21-ci paraqrafı), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedir. Lakin həmin qərarda hərracın nəticələrinin etibarsız sayıldığı halda yeni hərrac keçirilməsinin yolverilməzliyindən bəhs olunmur.
43. Həmin iş üzrə sorğuda hərrac təşkilatçısı tərəfindən üç dəfə hərrac keçirildiyi qeyd olunmuşdu və qanunvericilikdə təkrar hərracın keçirilməsi nəzərdə tutulsa da, onun ikinci hərracla yekunlaşması, yaxud bundan sonra da hərrac keçirilməsinin mümkünlüyü müəyyən edilmədiyi, həmçinin “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gü nü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verildiyi göstərilsə də, ipoteka saxlayanın müəyyən olunan müddətdən sonra ipoteka predmetini əldə etmək istəyi olduğu halda, ipotekaya xitam verilməsinə səbəb olub-olmaması həmin Qanunda tənzimlənmədiyi bildirilmişdir.
44. İddia ərizəsində irəli sürülmüş digər tələblər “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi ilə bilavasitə bağlıdır (yəni bu tələb təmin edildiyi halda digər tələblərin təmin olunması üçün hüquqi əsaslar yaranır) və həmin tələb təmin olunmadığı halda digər tələblər təmin edilə bilməz.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(103)8651/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri Nizami rayon İcra şöbəsinə qarşı "xxxx" ASC ilə "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC arasında bağlanmış 06 aprel 2021-ci il tarixli, 26/02 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, "xxxx" ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 sa ylı evin 23 saylı mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzil üzərində Cavabdeh2 ASC-nin mülkiyyət hüquqlarına dair dövlət reyestrindən seriya RX, ******* saylı verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 16 saylı evin 23 saylı mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi və bu barədə müvafiq qeydlərin Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılması tələbinə dair iddiası tə min edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.