Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-919/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: beh müqaviləsinin ləğv edilməsi, behin qaytarılması) 07.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 “beh müqaviləsinin ləğv edilməsi və behin qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5699/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 7 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsi ilə tərəflər 31 yanvar 2020-ci il tarixədək xx.xx.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alğı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşdürlər. Cavabdeh 20 iyun 2006-cı il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixə kimi İddiaçı satmağı, İddiaçı isə həmin tarixədək almağı öhdəsinə götürmüşdür. “Beh verən" gələcəkdə bağlanacaq daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təminatı kimi “beh alana" 50.000 manat notariu sun depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməli, beh verən alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən və girovdan azad olunduqdan sonra qalan pulun ******* hissəsini xx.xx.2020-ci il taixədək satıcı Cavabdeh ödəməlidir. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər isə İddiaçı tərəfindən ödənilir.
2. Müqavilə üzrə daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təminatı kimi iddiaçı notariusun depozit hesabı vasitəsilə cavabdehə 50.000 (əlli min) manat ödəniş etməklə, beh müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir. Lakin beh müqaviləsində nəzərdə tutulduğu müddətdə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır.
3. Azərbaycan Respu blikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq 20 fevral 2020-ci il tarixli, 05/0-22-15 nömrəli məktubla bildirilmişdir ki, 15 yanvar 2020-ci ildə Bakı şəhəri 53 saylı notariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır.
4. Cavabdehə ünvanlanmış 22 oktyabr 2021-ci il tarixli Pretenziya ilə müqavilə şərtlərinə riayət etmədiyi üçün razılaşmaya müvafiq olaraq ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb edilmişdir.
5. İddiaçı 16 noyabr 2021-ci il tarixli Pretenziya ilə cavabdehə bir daha müraciət edərək, 3 gün müddətində aral arında bağlanmış 15 yanvar 2021-ci il tarixli beh müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb etmiş, lakin cavabdeh müqavilənin ləğv edilməsi təklifinə qoyulmuş müddət ərzində cavab verməmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X3 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X8 mülkiyyətinə vermişdir. Həmin müqavilənin 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan arayışla müqavilə bağlanan anda daşınmaz əmlak X1 xe yrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan X1 Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu İ.Vəkil2 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8 İ/3466 reyestr nömrəli ərizəsinə əsasən kredit müqavilələri üzrə Cavabdeh X5 qarşısında 1.300.450,0 (bir milyon üç yüz min dörd yüz əlli) manat məbləğində ödənilməli olan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış sahəsinin satılmasına və ipotekadan azad olunmasına razılıq vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli beh müqaviləsinin ləğv edilməsi, iddiaçının xeyrinə 100.000 (b ir yüz min) manat beh məbləğinin, 92 (doxsan iki) manat notariat xərcinin, 390 (üç yüz doxsan) manat dövlət rüsumunun, 1010 (bir mir on) manat hüquqi yardım üçün ödənilmiş haqqın, cəmi 101492 (bir yüz. bir min dörd yüz doxsan iki) manatın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh, mübahisəli qeyri-yaşayış sahəsi tarixi və mədəniyyət əhəmiyyətli olduğundan onun özgəninkiləşdirilməsi üçün tələb olunan müvafiq icazələri almalı olduğundan və əmlakın girovdan azad edilməsi üçün vaxt lazım olduğundan iddiaçıdan gözləməyini xahiş etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müvafiq sənədləri notariat orqanına təqdim etməmiş və iddiaçı ilə a lğı-satqı müqaviləsi bağlamaqdan yayınmışdır. Cavabdeh, sonrakı danışıqlar zamanı yaxın qohumu ilə bağlı ciddi problemlər yarandığını, özünün çətin durumda qaldığını və bir qədər də gözləməyini təvəqqe etmişdir. Lakin yeni gözləyiş də fayda verməmiş, cavabdehlə əlaqə yaratmaq və onu tapmaq mümkün olmamış, cavabdeh yazılı müraciətləri qəbul etməkdən imtina etmişdir. Daha sonra beh müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin başqasına satıldığını öyrəndikdə aldanıldığını başa düşmüşdür. Bu səbəbdən, iki dəfə pretenziya ilə müqavilə şərtlərinə riayət etmədiyi üçün razılaşmaya müvafiq olaraq ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən buna hər hansı münasibət bildirilməmişdir.
9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia t ələbinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, tərəflər arasında 15 yanvar 2020-ci il tarixdə beh müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetindən və tərəflərin qarşılıqlı razılığından da göründüyü kimi ən gec 31 yanvar 2020-ci il tarixində alğı-satqı müqaviləsi imzalanmalı, Cavabdeh özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsini razılaşdırılmış olan məbləğin ona ödənilməsi müqabilində iddiaçı X6 təhvil verməli idi. Ancaq maraqlı haldır ki, iddiaçı 31 yanvar 2020-ci il tarixində qeyd edilən daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanması üçün notariat orqanına gəlməmişdir. Onunla əlaqə saxlanıldığında qeyriyaşayış sahəsini birlikdə almaq istədiyi şəriki ilə anlaşmazlıq olduğunu, alğı-satqı müqavil əsinin yaxın günlərdə bağlanacağını cavabdehə bildirmişdir. Bundan əlavə, İçərişəhər adlandırılan yerdə yerləşsə də, müqavilə predmeti olan qeyri-yaşayış sahəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun sahəsinə düşməməkdədir. Dolayısı ilə, iddiaçının qeyd etdiyi kimi bunun üçün hər hansı bir orqandan icazə almağa da ehtiyac yoxdur. Qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehin özünün şəxsi mülkü olduğu üçün onun satışının hər hansı bir qohumu ilə probleminin olmasından asılılığına dair iddiaçının iddiası anlaşılmamaqdadır. Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilərək gözlənilmiş, iddiaçı özü də 19 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanladığı müraciətinə aldığı 20 fevral 2020-ci il tarixli, 05/Q-22-13 saylı cavab məktubunda qeyd edilən əmlakın ö zgəninkiləşdirilməməsi ilə bağlı qeydlə tanış olmuşdur. İddiaçı daşınmaz əmlakın alğı-satqısı üçün notariat orqanına gəlməmiş və həmçinin daşınmaz əmlakın alğı-satqısının rəsmiləşdirilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi 23 iyul 2020-ci il tarixində, yəni beh müqaviləsinin bağlandığı tarixdən etibarən 6 aydan artıq bir müddət keçdikdən sonra beh müqaviləsi imzalanan tarixdə razılaşdırılmış olan məbləğdən (3.200.000 manat) 700.000 (yeddi yüz min) manat daha ucuz qiymətə - 2.500.000 (iki milyon beş yüz min) manata üçüncü şəxslərə özgəninkiləşdirilmişdir. Bu isə birbaşa Cavabdeh həmin əmlakın satışı zamanı zərərə məruz qaldığına əyani sübut təşkil edir. İddiaçı isə beh müqaviləsinin bağlandığı tarixdən 6 aydan artıq bir müddət keçməsinə baxmayaraq, alğı-satqı müqaviləsinin bağlanması üçün niyə notariat orqanına gəlmədiyini əsaslandıra bilməmişdir. Həmçinin 50.000 manat kimi yüksək bir məbləği ödəyən tərəfin həmin məbləğin alınması üçün alğı-satqının aparıldığı dövrə qədər (23 iyul 2020-ci il tarixinə qədər) cavabdehə bir dəfə də olsun pretenziya (və ya xəbərdarlıq) xarakterli məktub göndərməməsi maraqlı olan haldır. Sadəcə beh müqaviləsinin bağlandığı tarixdən 2 ilə yaxın bir müddət keçdikdən sonra həmin vəsaitin geri qaytarılması üçün pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Bunun özü İddiaçı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanması üçün cavabdehin notariat orqanına gəlməməsi ilə bağlı qeyd etdiklərinin əsassız olduğunu sübut edir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2 022-ci il tarixli, 2(005)559/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli beh müqaviləsinin 1-ci maddəsinin şərtlərinə əsasən tərəflər 31 yanvar 2020-ci il tarixinə qədər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cəmi 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsinin qüvvədə olduğu təxminən 1 aylıq müddətində müvafiq alğı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı beh müqaviləsinin bağlandığı tarixdən iki ildən çox müddət keçdikd ən sonra həmin vəsaitin geri qaytarılması üçün pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. İddiaçı (“beh verən”) bu razılaşmanı pozmuş və daşınmaz əmlakın alğı-satqısı üçün notariat kontoruna gəlməmişdir. Cavabdeh həmin müqavilədən 6 ay sonra mübahisəli qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır. Əmlak özgəninkiləşdirildikdən sonra tərəflər arasında hər hansı hüquqi münasibətlər qalmamışdır. Belə olan halda, mövcud olmayan hüquq münasibətlərinin ləğvindən də söhbət gedə bilməz. Üstəlik əqd üzrə lazımi hüquqi hərəkətlər xx.xx.2020-ci il tarixədək icra edilməli olduğu halda, iddiaçı bunu etməmiş və müqavilə şərtlərini pozmuşdur. Tərəflər arasında mövcud olmuş münasibətlər artıq davam etmədiyi üçün müqavilənin ləğvi üçün əsaslar da qalmamışdır.
12. Məhkəmə öz mövqeyin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 324.1, 324.4, 389.1, 425.1, 425.2, 491.1, 491.2, 491.3 və 567-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh beh müqaviləsinin şərtlərini icra etmədiyi üçün məsuliyyətdən yayına bilməz. Məhkəmə iddiaçının müqavilə şərtlərini pozduğunu göstərsə də, bunun səbəbini, həmçinin iddianı hansı səbəbdən rədd etdiyini əsasland ırmamışdır. Ümumiyyətlə əmlakın girovdan azad edilmiş vəziyyətdə satılması barədə işdə hər hansı sübut yoxdur. Məhkəmə sorğusuna əsasən Notariat ofisi tərəfindən təqdim edilən sənədlər sübuta yetirir ki, ondan sonrakı alıcı Lütfi Qılıncla 23 iyul 2021-ci il tarixdə müqavilə bağlanarkən belə əmlak girovdan azad edilməmiş və sonrakı alıcı əmlakı bankın razılığına əsasən girovda ola-ola aşağı qiymətə satmışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X7 (sədrlik edən və məruzəçi), X10 və X11) apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)- 559/2022 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması, tərəflər arasında xx.x x.2020-ci il tarixində bağlanılmış beh müqaviləsinin ləğv olunması, Cavabdeh 100.000,0 (bir yüz min) manat beh məbləği, 92 (doxsan iki) manat notariat xərci, 390 (üç yüz doxsan) manat dövlət rüsumu, 1010 (bir min on) manat hüquqi yardım üçün ödənilmiş haqq, cəmi 101.492,0 (bir yüz bir min dörd yüz doxsan iki) manatın tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. 16. “İddiaçının alğı-satqı müqaviləsinin bağlanması üçün notariat orqanına gəlməməsi”nə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh xx.xx.2020-ci il taixədək mübahisəli qeyri-yaşayış sahəsini yüklülükdən azad etməmiş, o cümlədən alğı-satqı müqaviləsini rəsmiləşdirməmiş, hətta iddiaçının onunla əlaqə saxlamasına da şərait yaratmamışdır. Bundan sonra iddiaçı cavabdehin qeyriyaşayış sahəsini başqa şəxsə satıb-satmadığını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 yanvar 2020-ci ildə Bakı şəhəri 53 saylı notariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır. Tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli beh müqaviləsinin şərlərini pozmaqla cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya deyil, başqa şəxsə satmışdır. 17. “Daşınmaz əmlakın üçüncü şəxsə (X9) ucuz satılması”na dair cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, “satıcı” X3 ünv an 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X8 mülkiyyətinə verərkən də daşınmaz əmlak yüklü olmuşdur. İpoteka saxlayan X1 ərizəsinə əsasən kredit müqavilələri üzrə Cavabdeh X5 qarşısında 1.300.450,0 (bir milyon üç yüz min dörd yüz əlli ) manat məbləğində ödənilməli olan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış sahəsinin satılmasına və ipotekadan azad olunmasına razılıq vermişdir. Odur ki, cavabdehin yüklü vəziyyətdə olan daşınmaz əmlakını üçüncü şəxs X9 nisbətən ucuz qiymətə satmasının iddiaçının 15 yanvar 2020-ci il tarixli beh müqaviləsinin icrasından yayınmasının təsdiqinə yönələn dəlil kimi dəyərləndirilməsi iş materialları ilə təsdiq edilməməklə yanaşı, məntiqə də uyğun deyildir. 18. “İddiaçının uzun müddət gözləməsinin qeyri-yaşayış sahəsini almaqda israrlı ol maması kimi qiymətləndirilməli olması”na dair cavabdehin vəkili və nümayəndəsinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qeyri-yaşayış sahəsini almaqda israrlı olması, 31 yanvar 2020-ci il tarixdə Beh müqaviləsinin cavabdeh tərəfindən icra olunmamasından narahat olması, lakin cavabdehin iddiaçının onunla əlaqə saxlamasına şərait yaratmaması, bu səbəbdən iddiaçının aidiyyəti quruma sorğu göndərməsi və müvafiq cavabı aldıqdan sonra bir az rahatlaması, lakin cavabdehlə əlaqə yaratmağa davam etməsi və daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmasına nəyin maneə olmasını öyrənməyə cəhd etməsi iş materialları və iddiaçının vəkili və nümayəndəsinin izahatı ilə də sübut olunur.
19. Məhkəmə həmin qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 21, 324.1, 324.4, 385, 389.1, 421.2, 423.2, 425.1, 425.2, 491.1, 491.2, 491.3, 492.1, 492.2 və 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-5699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini iddia ərizəsinə qarşı etirazına uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz vermişdir.
23. Etiraz apelyasiya şikayətinin dəlillərinə uyğun əsasla ndırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
25. Maddə 324.1 Əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
26. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
27. Maddə 389.1 Müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razıla şması müqavilə sayılır.
28. Maddə 567 Alğı-satqı muqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində muəyyənləşdirilmiş pul məbləğini (qiyməti) odəməyi öhdəsinə götürür.
29. Maddə 491.1 Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
30. Maddə 491.2 Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
31. Maddə 491.3 Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
32. Maddə 492.1 Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
33. Maddə 492.2 Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
34. Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 385 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır.
36. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcə də pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
38. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə la zımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 106.1. İşdə iştirak e dən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
44. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olu nması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslar ı düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.