Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-921/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsitələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 iyun 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Sü leymanova) İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 15 aprel 2014-cü il tarixli, AL-583 saylı X6nin ləğv edilməsi; cavabdehdən 148,99 manat əsas borc, 159,60 manat lizinq mükafatı, 150,40 manat cərimə borcu olmaqla, cəmi 458,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər X.Cəmilova və İ.Xəlilov) Binəqədi rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “xxxx” MMC kassasiya şikayəti ilə A zərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi verərək tərəflər arasında bağlanmış 15 aprel 2014-cü il tarixli, AL-583 saylı X6nin ləğv edilməsi, cavabdehdən həmin müqaviləyə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 dekabr 2014-cü il tar ixə 148,99 manat əsas, 159,60 manat mükafat və həmin günə hesablanmış 150,40 manat dəbbə pulu, 7670 manat dəymiş zərər olmaqla, cəmi 8128,99 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 15 aprel 2014-cü il tarixli X4 əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, * * PU *** dövlət qeydiyyat nişanlı, xxxx ban nömrəli, xxxxx mühərrik nömrəli, qara rəngli avtomobil X2 müvəqqəti istifadəsinə verilmişdir. 22 may 2014-cü il tarixdə X5, X3 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 15 aprel 2014- cü il tarixli “X6” üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 26 may 2014-cü il tarixdə X3, X8 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 15 aprel 2014-cü il il tarixli “X6” üzrə öz üzərinə götürmüşdür. 26 may 2014-cü il tarixdə X3, X8 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2014-cü il tarixli saylı “X6” üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 03 iyul 2014-cü il tarixdə X8, Cavabdeh, və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqavi ləsi bağlamış və 15 aprel 2014-cü il il tarixli “X6” üzrə öz üzərinə götürmüşdür. 03 iyul 2014-cü il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2014-cü il tarixli saylı “X6” üzrə Cavabdeh oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17.06.2016-cı il tarixdə tərtib edilmiş avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən lizinq obyekti üzrə lizinq ödənişləri ödənilmədiyi üçün avtomobil iddiaçıya təhvil verilmişdir. Aktda nəqliyyat vasitəsinin əzilmiş hissələri qeyd edilmişdir. Aktı iddiaçının nümayəndəsinə “X” adlı şəxs təqdim etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş X (fiziki şəxs X) 07.02.2018-ci il tarixli qüsur aktında lizinq obyektinin ehtiyat hissələrinin əvəz edilməsi üçün 7670 manat vəsait tələ b olunduğu qeyd edilmişdir. Həmin Mərkəzin 28 iyun 2018-ci il tarixli arayışında qeyd edilmişdir ki, lizinq obyekti istifadəyə yarasız vəziyyətdə 26 dekabr 2014-cü il tarixdə servis mərkəzinə daxil olması və təmirlə bağlı xərclər ödənilmədiyi üçün iddiaçıya geri qaytarılmışdır. Mülki Məcəllənin 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yer də lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 748-1.12.4-cü maadəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:. Həmin Məcəllənin 748-10.4 -cü maadəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı lizinq obyektinə vurulmuş zərərə görə 7670 manat pulun ödənilməsi hissəsində tələbini sübuta yetirə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, lizinq obyekti iddiaçı tərəfindən akt əsasında 17.06.2016-cı il tarixdə qəbul edildiyi halda qüsur aktı bundan bir neçə il sonra – 07 fevral 2018-ci il tarixdə tərtib edilmişdir. Təhvil aktı ilə lizinq obyektini qaytaran şəxs cavabdeh deyildir və bu şəxsin cavabdehlə nə kimi əlaqəsinin olduğu müəyyən edilmir. Bundan başqa, t əhvil aktının 17.06.2016-cı ildə tərtib olunmasına baxmayaraq X tərəfindən verilmiş arayışa əsasən lizinq obyekti yararsız vəziyyətdə 26 dekabr 2014-cü il tarixdə serviz mərkəzinə daxil olmuşdur. Qeyd olunan sənədlərdə göstərilən məlumatlar biri digərini təkzib etdiyi üçün məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA AL Dİ: İddiaçı “xxxx” MMC –nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-921/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-921/2019
08.02.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver