Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-922/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(103)10183/2018 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev, iş № 2(007)-2147/2018) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sığorta ö dənişinin geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 19 avqust 2014-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” müqaviləsinə əsasən sığortalanmış “BMW 528” markalı avtomobil 28 dekabr 2014-cü il tarixdə naməlum şəxs tərəfindən idarə olunarkən həmin şəxs tərəfindən manevr qaydaları pozulmuş və toqquşma nəticəsində X3 məxsus “Mercedes Benz GL 450” markalı avtomobil əzilməklə onun mülkiyyətçisinə 4180 man at məbləğində ziyan dəymişdir. Müəyyən olunmuşdur ki, BMW markalı avtomobil 16 dekabr 2016-cı il tarixdə X1 adına qeydiyyata alınmış və etibarnamə əsasında müxtəlif vaxtlarda cavabdehlərin istifadəsinə verilmişdir. Hadisə zamanı avtomobilin kimin tərəfindən idarə olunması və hadisənin kimin tərəfindən törədilməsi istintaq orqanı tərəfindən müəyyən olunmadığından iş üzrə icraat dayandırılmışdır. Həmin ziyan “xxxx” ASC tərəfindən ödənildiyindən ASC-nin İdarə Heyətinin sədri 2018-ci ilin aprel ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlar tərəfindən ödənilmiş sığorta məbləğinin avtomobilin etibarnamələr əsasında istifadəsinə verilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 subroqasiya qaydasında tutularaq ASC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzr ə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən kassasiya şikayəti verərək ASC-nin zərərin əvəzini ödəmək vəzifəsinin yüksək təhlükə mənbəyindən mülkiyyət və sahiblik hüququ əsasında istifadə edən şəxslərdən tələb etmək hüququna malik olmasını, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianın rədd edilməsini qanuni saymasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olun muş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını qanuni sayarkən qəzanın cavabdehlərdən hansının təqsiri üzündən baş verməsini və onlardan hansının iddiaya cavab verməli olan şəxs olmasının sübuta yetirilməməsini əsas göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.(936.1) Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.(936.2) Mülki hüquq pozuntusu törətmiş və vurduğu ziyana görə subroqasiya qaydasında məsuliyyət daşıyan şəxsin kimliyi dəqiqləşdirilmədiyindən, kollegiya apellyasiya instansiyası mə hkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-922/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-922/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver