Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-928/2021 26.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin müəyyən edilmiş prosessual müddətin keçməsindən sonra verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3497/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı və vəkili Həsənov Əkrəm Şirvan oğlu tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "Cavabdeh" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 04S000010927 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6432/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin еdilmişdir.
3. Qətnamədən narazı qalan Cavabdeh QSC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6432/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3497/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6432/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Həmin qətnamədən narazı qalan İddiaçı və vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3497/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddi a tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3497/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3497/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Həmin qərardaddan narazı qalan İddiaçı və vəkili Həsənov Əkrəm Şirvan oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-3497/2020 saylı qərardadının ləğv edilərək, qətnamədən verdikləri kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçıya müraciətindən sonra xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı kassasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-3497/2020 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Qərardad iddiaçının vəkilinə xx xxxxxxx 2020-ci ildə təqdim edilmişdir. Hesab edirlər ki, qərardad əsassızdır. Belə ki, guya xx xxx 2020-ci il tarixində qətnamə iddiaçıya təqdim edilmiş, o isə kassasiya şikayətinin verilməsini müddətini ötürmüşdür. Lakin əslində iddiaçı qətnaməni almamışdır (xəbərnamənin kim tərəfindən verilməsi barədə məlumatımız yoxdur). Qətnamənin qəbul edildiyindən ötən müddət ərzində də id diaçı onun təqdim olunmamasını pandemiya ilə bağlı karantinlə əlaqələndirərək gözləməyə davam etmişdir. Nəhayət, məhkəmələrin işi tam bərpa olunandan sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qətnaməni xx xxxxxx 2020-ci il tarixdə əldə etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
11. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Maddə 135.3 Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvaf iq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
15. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Maddə 405.0.2 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
17. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müdd ət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
18. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, iş materiallarında olan poçt qəbzindən (xəbərnamədən) gö rünür ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi xx.xx.2020-ci il tarixdə İddiaçı yaşadığı və iş materiallarında qeyd olunan ünvanında qəbul edilmiş, vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə məhkəməyə xx.xx.2020-ci il tarixində, yəni qətnamənin rəsmi qaydada verilməsindən 4 aya yaxın müddət keçdikdən sonra verilmişdir. Həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət əlavə edilməmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunverici məhkəmə qətnaməsinə qarşı kassasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur (§16). Prosessual müddətin bərpa olunması barədə vəsatət ve rilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (§14).
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında məhkəmə sənədinin tərəfin iddia ərizəsində qeyd etdiyi ünvana rəsmi qaydada verilməsi barədə sübutların olduğu vəziyyətdə tərəfin şəxsən almamasına istinad etməsi məhkəmə sənədinin rəsmi qaydada verilməməsi barədə nəticəyə gəlməyə əsas verə bilməz. Çünki MPM-in 135.3 və 135.5-ci maddələri məhkəmə sənədinin tərəfin yaşadığı ünvanda onun özünə deyil, yetkinlik yaşına çatmış ailə üzvlərinə verilməsini də həmin sənədin rəsmi qaydada verilməsi hesab edir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqd im etməlidirlər. Qanunun tələblərinə cavab verməyən şəkildə kassasiya şikayətinin verilməsinə yol verilmir.
24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
25. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§18).
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3497/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an