Məhkəmə qərarları › İş №2(102)-931/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-931/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-931/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-931/2025 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-892/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı2 (vəkil X5) tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar, yaxud ad soyadı) nümayəndəsi və vəkili X4 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 125.000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 410 manat dövlət rüsumunun tutulması və iddiaçılaraa ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Göyçay Rayon Məhkəməsinin (bundan sonra birin ci instansiya məhkəməsi) 2(046)-58/2024 nömrəli, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia tələbinin rədd olunması, 50 manat ekspertiza xərcinin iddiaçılardan alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-892/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (X6 (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Elçin Mehdiyev) apellyasiya şikayətinin təmin edilməməsi, birinci inst ansiya məhkəməsinin qətnaməsinın dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Qətnamədən iddiaçılar (vəkili X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4201/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti İddiaçı2 aid hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

7. Kassasiya instansiyası məhkəməsi gəldiyi həmin nəticə ilə bağlı qeyd etmiş dir ki, kassasiya şikayətindən göründüyü kimi kassasiya şikayəti iddiaçıların vəkili Nümayəndə tərəfindən 13 noyabr 2024-cü il tarixdə elektron qaydada imzalanmış, lakin İddiaçı2 münasibətdə vəkil Nümayəndə həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-892/2024 nömrəli, 27 dekabr 2024-cü il tarixli qərardadı ilə (X8 (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Əyyub Kərimov) apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən nümayəndə və vəkil Nümayəndə vasitəsilə verilmiş kassasiya şikayətinin İddiaçı2 aid hissədə geri qaytarılması qərara alınmışdır.

9. İddiaçı2 06 yanvar 2025-ci il tarixdə yenidən apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və şikayətə kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə əlavə etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-892/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadı ilə (X8 (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayev) apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılardan İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddiaçılar tərəfindən nümayəndə vəkil Nümayəndə vasitəsilə verilmiş kassasiya şikayəti İddiaçı2 aid hissədə geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsi 25 sentyabr 2024-cü il tarixdə İddiaçı2 rəsmi qaydada təqdim edilmişdir. Lakin İddiaçı2 tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş kassasiya şikayəti 06 yanvar 2025-ci il tarixdə elektron qaydada məhkəməyə göndərilmişdir. İddiaçı2 prosessual müddətin bərpası haqqında ərizədə qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsinə əsas verəcək hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 135.1, 135.2, 135.5, 405.0.1, 408.1.4-ci maddələrinə, “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

13. Qərardaddan İddiaçı2 (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzürlü sayılaraq bərpa edilməsi barədə qərardad qəbul edilməsini və kassasiya şikayətnin İddiaçı2 aid hissədə mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 etibar naməsinin müddətinin keçməsinə diqqət yetirməmiş və kassasiya şkayətini Ali Məhkəməyə göndərmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün sayılaraq geri qaytarılmışdır. Ali Məhkəmənin sözügedən qərardadında qeyd olunan nöqsan aradan qaldırılmış və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi barədə ərizə ilə yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin olunmamışdır. Sözügedən mülki iş birinci instansiya və apellyasiya instansiya məhkəmələrində uzun müddət davam etdiyinə görə İddiaçı2 etibarnamənin vaxtının bitməsini unutmuşdur. O, elə hesab etmişdir ki, etibarnaməni 3 il müddətinə verib. Eyni zamanda Göyçay rayonunun Cəyirli kəndində ağır iş şəraitində çalışdığına və səhhətində yaranan müəyyən narahatlıqlara görə etibarnamənin müddətinin keçməsini unutmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

15. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müd dət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə ta pşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

21. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

22. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min mana tdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

25. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

26. Maddə 405.0.1. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

27. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kas sasiya baxışının hədləri:

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qərardad İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

37. Qeyd olunmalıdır ki, İddiaçı2 (Vəkili X5) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiya məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətini, vəkilə verdiyi etibarnamənin vaxtının bitməsini unutması, etibarnaməni 3 il müddətinə verdiyini hesab etməsi, Göyçay rayonunun Cəyirli kəndində ağır iş şəraitində çalışdığına və səhhətində yaranan müəyyən narahatlıqlara görə etibarnamənin müddətinin keçməsini unutması ilə əsaslandırmışdır.

38. Halbuki, apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsi 25 sentyabr 2024-cü il tarixdə İddiaçı2 poçt vasitəsilə rəsmi qaydada təqdim edilmişdir.

39. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 25 sentyabr 2024-cü il tarixdə İddiaçı2 rəsmi qaydada verilmiş, İddiaçı2 isə apellyasiya instansiyası məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 25 noyabr 2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 6 yanvar 2025-ci il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun İddiaçı2 rəsmi qaydada təqdim edilməsindən 3 ay 11 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxıl ma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 42. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

44. Buraxılmış müddətin b ərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). İddiaçı2 (Vəkili X5) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 3 ay 11 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 40 5.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününlərini gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.

46. Göründüyü kimi İddiaçı2 (vəkil Anar Məmmədov) qətnamədən kassasiya şikayətini qanunla müəyyən edilmiş 2 ay müddətin əvvəlində vermiş olsaydı, onun vəkilə təqdim etdiyi müddəti keçmiş etibarnaməni yenisi ilə əvəz etmək üçün vaxtı qalardı. Lakin İddiaçı2 kassasiya şikayəti üçün qanunla ona verilmiş 2 aylıq müddətdən səmərəli istifadə etməmişdir.

47. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və pross esual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-892/2024 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar