Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-935/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdehin vəkili Vəkil2nun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «sabit pul məbləğində aliment tutulması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11803/19 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil2 və Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İ ddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «sabit pul məbləğində aliment tutulması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 hər ay hər birindən ayrı-ayrılıqda 200 manat olmaqla sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 2(006)-4431/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Şeyda Məhərrəmova) 24 sentyabr 2019-cu il tarixli 2(103)11803/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin 2(006)-4431/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilərək Cavabdeh1 İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-11803/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı 23.10.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Ailə Məcəlləsinin 113.2.4-cü maddəsinə əsasən aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, aliment tələb edən şəxs vəfat etdiyindən və mübahisə edilən bu hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-11803/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.7, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2(103)-11803/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «sabit pul məbləğində aliment tutulması» tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-935/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-935/2020
17.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver