Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-937/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh1, vəkili X1 iştirakı ilə, İddiaçı1 cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabt 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsinin 25 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov) İddiaçı1 cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbi təmin edilmiş, İddiaçı1 19.07.2013-cü il tarixdə anadan olmuş oğlu- X ilə hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 20:00-dək ünsiyyətdə olması hüququnun təmin edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov və T.Məmmədov) Xaçmaz rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, İddiaçı1 19.07.2013-cü il tarixdə anadan olmuş oğlu- X3 ilə ünsiyyətdə olma vaxtı hər həftənin bazar günü saat 09:00-dan saat 20:00-a kimi müəyyən edilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətin i onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 28 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia verərək, X ilə birgə nikahlarından 19.07.2013-cü ildə anadan olmuş oğlu - X3 ilə hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 20:00-dək onunla ünsiyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelly asiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1, X ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 19.07.2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi 19 noyabr 2017-ci il tarixdə pozulmuş, azyaşlı X anası X himayəsində qalması müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin övladı ilə ünsiyyət saxlamasına mane olduğunu bildirərək bunun məhkəmə qaydasında müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.3-ci maddəsin ə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Qeyd olunan Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli qərarının 2ci bəndində göstərilmişdir ki, məhkəməl ər uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Göründüyü kimi istinad olunan daxili və beynəlxalq qanunvericilik aktlarının əsas prioritet istiqaməti valideynlərin uşaqların böyüdülməsində, sosial mühitə adoptasiyasında, cəmiyyətə fiziki, psixi sağlam fərd kimi inteqrasiyasında, onun əxlaqi inkişafına zərə r yetirən hər hansı bir cəhətdən uzaqlaşdırılmasında, mənəvi təlabatlarının ödənilməsindəki rolunun ön plana çıxarılmasıdır. Qeyd edilən məqsədlərin realizasiyasında hər iki valideynin iştirakı vacib olmaqla yanaşı, həm də mütləqdir. Bu baxımdan da iddiaçının övladına münasibətdə valideyn borclarının yerinə yetirilməsində, eləcə də valideyn hüquqlarının həyata keçirilməsində iştirak etmək istəyi, tələbi haqlı olmaqla yanaşı, həm də təbiidir. Göstərilənlər halları nəzərə alan Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, X azyaşlıdır və onun daha çox ana nəvazişinə və ana qayğısına ehtiyacı vardır. Ona görə də iddiaçıya hər həftənin bazar günləri saat 09:00-dan saat 20:00-dək X3 ilə görüş verilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfin dən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-937/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-937/2019
08.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver