Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-940/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-xx/19) İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xx 2015-ci il tarixli 3-M-4/1136 saylı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)xx/19) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş, iddia tələbi yenə də təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş xx xxx 2015-ci il tarixli 3 -M-4/1136 reyestr saylı borc müqaviləsi ləğv olunmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2015-ci il tarixdə Cavabdeh ilə onun arasında bağlanmış 3-M-4/1136 saylı reyestrdə qeydiyyata alınmış borc müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili M.Hadi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkili M.Hadinin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı təmin edərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, tərəflər arasında hazırkı işdən başqa da məhkəmə mübahisələri olmuş və hazırda da davam edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında xx xxx 2015-ci il tarixli borc müqaviləsi imzalanmış və müqaviləyə əsasən borc verən borc alana 200000 ABŞ dolları, kurs üzrə manatla (1 ABŞ = 1,0485 AZN) 209700 manat məbləğində borc pul ver məyi, borc alan isə həmin pul məbləğini 21 may 2015-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bildirmişdir ki, həmin müqavilənin predmeti olan 200000 ABŞ dolları pul vəsaiti onun tərəfindən qəbul edilməyib və buna görə də borc müqaviləsi ləğv edilməlidir. Həmçinin bu borc müqaviləsi bağlanmazdan öncə həmin gün, yəni xx xxx 2015-ci il tarixdə cavabdehin şəriki X11 çalışdığı ofisdə yazılı razılaşma imzalanaraq təsdiq edilmişdir ki, “XXXX X6 göndərilir; X7 SWİFT-İ almasına dair surət həm İddiaçı, həm də Türkiyə Bankasına veriləcək; Daha sonra “xxxx” Şirkəti bu göndərişin alınmasını 30 dəqiqə müddətində təsdiqləyəcəkdir; Həmin təsdiqdən sonra 1 saat ərzində nağd pul 250000 ABŞ dolları X11 veriləcəkdir.” Bu razılaşmanın bitməsinədək təminat olaraq borc müqaviləsinin bağlanmas ı və bu razılaşma icra olunduqdan sonra borc müqaviləsinin ləğv olunması şərtləndirilmişdir. Razılaşmada qeyd edilmiş hərəkətlər mahiyyətcə yerinə yetirilməyib və yerinə yetirilməsi də mümkün sayıla bilməz. Belə ki, 2015-ci ilin aprel ayında türk iş adamı X16 müraciət edərək bildirmişdir ki, onun ortaqları olan türk iş adamlarına inşaat layihəsi üçün X10 verilməsi tələb olunur, onun Konsalting Şirkətinin olduğu, hüquq və maliyyə xidmətləri verməsi barədə məlumatlı olduğu üçün X15 ortaqlarına İnşaat Layihəsi üçün X10 verilməsində xidmət verilməsini xahiş etmişdir. Şirkətin ofisinə ara-sıra gələn, Z adlı tanış şəxsdən X10 Azərbaycan banklarından təqdim olunması və ya göndərilməsinin mümkün olub-olmamasını dəqiqləşdirmiş, öz növbəsində Z birbaşa tanımadığı kimlərinsə vasitəsilə E adlı şəxsə m əxsus Meqa Hüquq-Konsalting Şirkətinin ofisində Z adı ilə tanınan X3 ilə tanış olmuşlar. Onun ofisində sonuncu dəfə X ilə X10 verilməsinin mümkünlüyünü müzakirə etdikdə, Əli ilə birgə onun qohumu cavabdeh də gəlmiş və cavabdeh hər zaman X bildirmişdir ki, əlavə yatırım etmək, iş üçün vəsait yatırmaq lazımdırsa, o, yardımçı ola bilər. X11 ilə görüşə gedib, onunla ilk tanışlığında cavabdeh də onlarla birgə gedib, Zeynalabdin Əsədov ilə tanış olmuşdur. Özünü maliyyəçi kimi və “xxxx” ASC-nin əməkdaşı olduğunu qeyd edən X11 inşaat layihəsi üçün X6 10 milyon ABŞ dolları məbləğində X11 “xxxx” dan göndərə biləcəyini söyləmiş və bu xidmət üzrə bank komissiyanın 2,5% olmaqla, 250000 ABŞ dolları təşkil etdiyini bildirmiş, lakin avans olaraq onlardan 80000 ABŞ dolları tələb etmiş, türk iş adamlarının üzərində 50000 ABŞ dolları olduğunu, X11 birmənalı 80000 ABŞ dolları tələb etdiyi zaman cavabdeh qazanc götürmək niyyəti ilə türk iş adamlarının X13 üzrə komissiyanın avansını tamamlamaq üçün 30000 ABŞ dollarını Zeynalabdin Əsədova ödəmiş, o isə öz tərəfindən 50000 ABŞ dollarını X11 ödəmişdir. X11 lə, Zeynalabdin Əsədov cəmi 80000 ABŞ dolları məbləğində pul vəsaitini Mega Hüquq Şirkətinin ofisində 20.05.2015-ci il tarixdə onlardan almış və cavabdeh verdiyi 30000 ABŞ dolları məbləğini sığortalamaq düşüncəsini X11 “qalıq 170000 ABŞ dolları məbləğində komissiyanı” sığortalamaq düşüncəsi ilə birləşdirmiş, X11 birbaşa tələbi ilə cavabdehlə onun arasında notarial qaydada təsdiq edilmiş formal borc müqaviləsini rəsmiləşdirmişlər. Borc müqaviləsinə əsas olan Swift göndərmə müqaviləsində borc müq aviləsinin müddətinin Swiftin göndərilmə müddətinə, yəni borc müqaviləsində qeyd olunduğu kimi 1 günə qüvvədə olması öz təsdiqini tapmışdır. X9 ilə əlaqə saxladıqda bildirilmişdir ki, Ukraynanın “Privat Bank”ından gəlmiş olan bu qarantiya məktubu şübhəli görünür, bu səbəbdən bu məktub X9 tərəfindən qəbul edilməmişdir. Bu faktı “xxxx” ASC ilə dəqiqləşdirdikdə və araşdırdıqda ümumiyyətlə qeyd olunmuşdur ki, X11 bankın əməkdaşı deyil, onu tanımırlar və 20.05.2015-ci il tarixdə “xxxx” ASC-dən hər hansı bir xaricə swift ilə X13 göndərilməmişdir. X4 vurulan zərəri ödəmək tələb edildikdə, o, ölkədən çıxıb getmişdir. X1 zaman cavabdeh onunla görüşüb, türk iş adamlarından komissiyanın qalığını tələb etmişlər və cavabdeh o zaman bildirmişdir ki, C1, C2, C3 və digər şəxslər bu işə müdaxilə etməsinlər, bu işi özü həll edəcəkdir. Cavabdehlə xx xxx 2015-ci il tarixdə bağlanmış borc müqaviləsinin 4-cü bəndinə əsasən müqavilə müəyyən məbləğ pulun borc verən tərəfindən borcluya faktiki olaraq verildiyi andan bağlanmış hesab olunur. Müqavilə üzrə borc məbləği verilmədiyi üçün borc müqaviləsi bağlanılmayıb və buna görə ləğv edilməlidir. Bundan başqa, xx xxx 2018-ci il tarixdə cavabdehə göndərmiş olduğu müqavilənin qarşılıqlı razılıq ilə ləğv edilməsinə dair təklifdən cavabdeh imtina etmişdir. Cavabdeh isə öz növbəsində iddiaya etiraz etmişdir. Hazırkı işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli borc (kredit) müqaviləsində göstərilən 200000 (iki yüz min) ABŞ dolları Cavabdeh tərəfindən İddiaçı verilməmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqavi ləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 200000 ABŞ dolları məbləğində pul vəsaitini borc alan hesab edilən İddiaçı verilməsi öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin iddiaçıya verilməməsi təşkil edir və bu da işin mübahisəsiz halıdır. Digər hallar isə (iş birliyi, bank qarantisi, borc müqaviləsinin təminat kimi bağlanması və s.) müqavilənin ləğv edilməsi deyil, etibarsız hesab edilməsi tələbinin baxılması zamanı əhəmiyyətli ola bilərdi və həmin tələbə də artıq baxılaraq iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı əsaslı he sab edərək təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gəlsə də, maddi hüquq normalarının tələblərini pozmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən həmin kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Belə ki, iddiaçı şəraitin əhəmiyyətli dərəcədə pozulması hallarına və müqavilənin bu əsaslara görə ləğv edilməsinə istinad etməmişdir. Məhkəmə isə Mülki Məcəllənin 422-ci maddəsinə əsaslanmış və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi nəticəsinə gəlmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyas iya şikayətinin bununla bağlı dəlilləri əsaslı hesab edilməlidir. Bununla yanaşı apellyasiya şikayətinin digər dəlilləri yuxarıda göstərilən hallara və maddi hüquq normalarına görə əsassızdır və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, Sumqayıt Şəhər Məhkəməsində qaldırılan iddianın predmeti ilə hazırkı iddianın predmeti fərqlıdır. Bundan başqa həmin iddianın rədd edilməsi hazırkı iddianın təmin edilməsinin qarşısını almır. Çünki həmin işdə bununla bağlı hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda həmin işdə məhkəmələr borc müqaviləsində nəzərdə tutulmuş pul məbləğinin verilməməsinə dair hissədə iddiaçının göstərdiklə rinə qiymət verərək hesab etmişlər ki, işin həmin halı müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqlə yən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mən asına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əs as verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-940/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-940/2020
18.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver