Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-940/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair QƏRARİ (Açar sözlər: pul tələbi, avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X7 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-6323/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir.
2. Cavabdeh1 Cavabdeh2 atasıdır.
3. Cavabdeh1 xx.xx.2017-ci il tarixli ƏN-Vİİ seriyalı, 946382 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə Cavabdeh2 mülkiyyətində olan **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobili 1 il müddətinə İddiaçı istifadəsinə və sahibliyinə vermişdir. Etibarnamə üzrə İddiaçı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam ve rmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və s. səlahiyyətlər verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti 1 il müəyyən edilmişdir və bu müddət 21 sentyabr 2018-ci ildə başa çatmışdır.
4. Həmçinin, Cavabdeh2 mülkiyyətində olan **-HP-*** dövlət qeydiyyat nişanlı “AUDİ Q7” markalı avtomobilə dair onun nümayəndəsi Cavabdeh1 tərəfindən X1 nəqliyyat vasitəsindən istifadə edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli, ƏN-Vİİ seriyalı, 205320 nömrəli etibarnamə verilmişdir. Həmin etibarnamənin qüvvədə olma müddəti 8 il 4 ay 4 gün müəyyən edilmişdir. Qeyd olunan etibarnamə Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddia çı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı minik avtomobilinin satın alınmasına görə ödənilmiş 16000 manat, həmin nəqliyyat vasitəsinin təmiri üçün xərclənmiş 8000 manat olmaqla, cəmi 24000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2017-ci il tarixdə iddiaçı **-HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı minik avtomobilini Cavabdeh1 16000 manat pul ödəməklə satın almışdır. Cavabdeh1 digər Cavabdeh2 atasıdır, onun qeyd olunan nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnaməsi olmuşdur. Cavabdeh1 iddiaçının tanışı olduğu üçün onu inandırmışdır ki, alğı-satqını rəsmiləşdirmək üçün X10 getməyə ehtiyac yoxdur. Buna görə də təklif etmişdir ki, İddiaçı nəqliyyat vasitəsinə sərəncam verməklə bağlı etibarnamə versin və sonra İddiaçı özü nəqliyyat vasitəsini özəlləşdirər. Buna görə də Cavabdeh1 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində **-HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı avtomobilə dair İddiaçı sərəncam verməklə bağlı 1 illik, iddiaçının həyat yoldaşı X1 isə nəqliyyat vasitəsini idarə etməklə bağlı 8 il 4 ay 4 gün müddətinə etibarnamə vermişdir. Qeyd olunan etibarnamələr Bakı şəhəri 17 saylı notariat ofisində reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh1 nəqliyyat vasitəsini satarkən İddiaçı əmin etmişdir ki, avtomobil tam yaxşı vəziyyətdədir və heç bir cid di problemi mövcud deyil. Lakin İddiaçı avtomobili aldıqdan 1 gün sonra təkərləri boşalmağa başlamışdır və məlum olmuşdur ki, təkərlər tam yararsız vəziyyətdədir. Buna görə də iddiaçı 1200 manata 4 ədəd yeni təkər almaq məcburiyyətində qalmışdır. Nəqliyyat vasitəsi satın alındıqdan 3-4 gün sonra isə avtomobilin mühərrikində problem yaranmış, nəqliyyat vasitəsi idarə edilməsi mümkün olmayan yararsız vəziyyətə düşmüşdür. Buna görə də iddiaçı nəqliyyat vasitəsinin mühərrikini və digər hissələrini təmir etdirmək məcburiyyətində qalmışdır. Bu işlərə iddiaçı 8000 manat pul xərcləmişdir. Bu faktı nəqliyyat vasitəsini təmir edən ustalar təsdiq edə bilər. Bundan başqa, nəqliyyat vasitəsi satılarkən İddiaçı və Cavabdeh1 arasında razılıq olmuşdur ki, pulun 4000 manatı əvvəlcədən, qalan 12000 manatı isə 3 ay müddətinə hər ay 4000 manat olmaqla iddiaçı tərəfindən ödəniləcəkdir. İlkin 4000 manat pulu iddiaçı avtomobili satın aldığı gün, yəni 21 sentyabr 2017-ci il tarixdə Cavabdeh1 ödəmişdir. Avtomobil satıldıqdan bir neçə gün sonra Cavabdeh1 zəng edərək, mərhum həyat yoldaşının qəbirüstü abidəsinin düzəldilməsi üçün təcili pul lazım olduğunu bildirmişdir. Buna görə də qalan 12.000 manat pulu iddiaçı dərhal Cavabdeh1 vermişdir. Cavabdeh1 ilə münasibəti yaxşı olduğu üçün və iddiaçının həyat yoldaşının adına nəqliyyat vasitəsini idarə etməklə bağlı etibarnaməsi olduğu üçün iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişməsinə tələsməmiş və düşünmüşdür ki, istədiyi zaman cavabdehdən xahiş etsə, yeni etibarnamə verəcəkdir. Buna görə də iddiaçı 1 illik etibarnamə qüvvədə olduğu müddətd ə nəqliyyat vasitəsini özəlləşdirməmişdir. Lakin 2021- ci ilin sonlarında iddiaçı nəqliyyat vasitəsini öz həyat yoldaşının adına rəsmiləşdirmək üçün yeni etibarnamə verilməsini Cavabdeh1 xahiş etdikdə, o, bundan imtina etmiş və bildirmişdir ki, guya nəqliyyat vasitəsini çox ucuz qiymətə satıb, əgər ona əlavə 4000-5000 manat pul verilsə, yeni etibarnamə verəcəkdir. Cavabdeh1 nəqliyyat vasitəsinin özəlləşdirilmədiyini bildikdə, həmçinin iddiaçının həyat yoldaşına nəqliyyat vasitəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni də ləğv etmişdir. Cavabdeh bu hərəkəti iddiaçıdan qanunsuz və əsassız olaraq əlavə pul almaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Göründüyü kimi, Cavabdeh1 nəqliyyat vasitəsini iddiaçıya satsa da, lakin hazırda mülki hüquqlarından sui istifadə edərək, əsassız və qanu nsuz olaraq əlavə pul tələb edir. Bundan başqa Cavabdeh1 iddiaçını aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla onun təmirə 8000 manat pul xərcləməsinə, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Hazırda cavabdehlər Cavabdeh1 satdığı nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun verilməsindən imtina etdiyi üçün və iddiaçını aldadaraq, pis keyfiyyətli və xarab nəqliyyat vasitəsi satmaqla, iddiaçının nəqliyyat vasitəsinin təmirinə 8000 manat pul xərcləməsinə və ona maddi ziyan vurulmasına səbəb olduğu üçün nəqliyyat vasitəsinin satışı və təmiri üçün iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehlər tərəfindən ona qaytarılması zəruridir.
7. Cavabdeh2 İddiaçı qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı nəqliyyat vasitəsi onun mülkiyyətindədir və hüquqları rəsmən dövlət tərəfindən tanınmışdır. Nəqliyyat vasitəsini X11a etibar etmişdir və onun da nəqliyyat vasitəsini idarə etməsinə etiraz etməmişdir. İş üzrə ilk iddiaçı olan şəxs onların ailəsinin yaxınıdır və atasına daim qulluq etmişdir. X11 yaşlı adamdır və Buzovnada bağ sahəsində yaşayır. Onun maddi tələbatlarını və ev təsərrüfatının idarə olunmasında çətinliklərini nəzərə alaraq, bu şəxsə həmin işlərdə köməklik etməyə etiraz etməmişlər. Bu məqsədlə də mülkiyyətində olan nəqliyyat vasitəsini İddiaçı Zülfuqar oğluna etibar etmişlər ki, yaxşı insandır və təmənnasız onlara diqqət göstərir, bağa gəlib-gedir, işlərində əziyyət çəkməsin. Əslində onun tərəflərin arasında baş verən razılaşmadan həmin vaxt xəbəri olmamışdır. Lakin sonra atasının dediklərindən onunla razılaşmış və nəqliyyat vasitəsinin həmin şəxs tərəfindən idarə olunmasına etiraz etməmişdir. Lakin avtomaşının satılması barədə heç bir söhbət olmamışdır və iddiada qeyd edilənlər həqiqəti əks etdirmir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)1509/2022 saylı qətnaməsi ilə (hakim S.Ədilova) ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilk İddiaçı tələb olunan pulun cavabdehlərə verilməsi və avtomobilin təmirinə xərcləməsinə dair kifayət qədər sübut təqdim edə bilməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir, ona görə də həmin tələb təmin oluna bilməz. İlk iddiaçının qeyd etdiyi dəlilər onun özü tərəfindən sübuta yetirilməlidir, sübutetmə yükü onun üzərinə düşür. Belə olan halda isə ilk iddiaçının izahatlara istinad edərək, mübahisəli avtomobilin alğı-satqısı üçün cavabdehlərə pul ödədiyini, həmçinin də avtomobilin təmiri ilə əlaqədar pul xərclədiyini qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuş, iddiaçı mötəbər sübutlar təqdim edə bilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslıdır, bu səbəbdən də qarşılıqlı iddia tələbi təmin edilməli, **-HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı avtomobil cavabdeh İddiaçı qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, **HP-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı avtomobil ilk iddia üzrə iddiaçı Cavabdeh2 mülkiyyətindədir. Həmin avtomobilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsinə əsas olmuş etibarnamələr isə ləğv edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2, 14.2.7, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 16, 139.1, 139.2, 152.1, 152.8, 157.2, 181.4, 362.1, 362.2 və 365-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İlk iddiaçı apellyasiya şika yəti verərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1509/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ikin iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqlarından sui-istifadə edərək İddiaçı maddi ziyan vurmuşlar. Hətta İddiaçı iddia ərizəsinə etirazda Cavabdeh2 Ağası qızı etiraf edir ki, onun icazəsi olmadan atası Cavabdeh1 avtomobili satmışdır. Halbuki, onun özü atası Cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam verməyə dair etibarnamə vermişdir, yəni atasına nəqliyyat vasitəsini satmağa icazə vermişdir. Əgər belə niyyəti yox idisə, yalnız nəqliyyat vasitəsini n idarə edilməsinə dair etibarnamə verə bilərdi. Bu isə Cavabdeh2 Ağası qızı məhkəməyə yalan məlumat verməsinin, öz mülki hüquqlarından sui-istifadə etməsinin göstəricisidir. Ümumi məlum olan faktdır ki, ölkədə nəqliyyat vasitələrinin əksəriyyətinin satışı sırf sərəncam vermə ilə bağlı etibarnamə yolu ilə həyata keçirilir. İlk ddia üzrə Cavabdeh1 İddiaçı aldadaraq nasaz nəqliyyat vasitəsi satmış, sonradan özünü məsuliyyətdən yayındırmaq üçün etibarnamənin ləğv edilməsi kimi qanunsuz hərəkətlərə yol vermişdir. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə əsassız olaraq göstərmişdir ki, şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı, İddiaçı iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən olunmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, kim özünə məxsus olmayan avtomobilə bu qədər xey li miqdarda pul xərcləyər?. Məhz avtomobil İddiaçı tərəfindən satın alındığı üçün təmirə xeyli miqdarda pul xərclənmişdir. Bu halları da şahidlər təsdiq etmişdir. Lakin məhkəmə qanunsuz və əsassız olaraq həmin halları, şahid ifadələrini nəzərə almamışdır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6323/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov(sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1509/2022 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini ilkin iddianı rədd etməsi barədə nəticəni işin hallarına uyğun hesab etmiş və qeyd etmişdir ki, ilk iddiaçı mübahisəli a vtomobilin alğı-satqısı üçün cavabdehlərə pul verdiyini, həmçinin avtomobilin təmiri ilə əlaqədar pul xərclədiyini göstərsə də, onun bu dəlilləri əsassız olmuş, öz iddiasının əsaslı olmasını təsdiq etmək üçün şahid ifadələrinə istinad etmsə də, birinci instansiya məhkəməsi haqlı olaraq bu sübutları iddianı təmin etmək üçün kifayət hesab etməmişdir.
17. Birinci instansiya məhkəməsinin həmin sübutları nəzərə almamasının qanunsuz və əsassız olmasına dair dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, X3 birinci instansiya məhkəməsində verdiyi ifadəsində avtomobili təmir etdiyini və zəhmət haqqı olaraq 1000 manat aldığını, bu barədə qəbz verildiyini göstərsə də, iddiaçı tərəfindən belə bir qəbz məhkəməyə təqdim edilməmişdir. Habelə, şahid Z.Qurbanov avtomobilin ümumi təmirinə 6 000 manat xərc çəkildiyini bildirmiş, lakin bu məbləğin hansı qaydada hesablandığını, hansı ehtiyat hissələrinin, hansı qiymətə və hansı satış nöqtəsindən alındığını, ümumiyyətlə bu ehtiyat hissələrinin alınmasında onun iştirak edib-etmədiyini göstərə bilməmişdir. İddiaçının arvadı olan X2 birinci instansiya məhkəməsində şahid qismində ifadə verərək mübahisəli avtomobili cavabdehdən aldıqlarını və pulun 3-4 aya hissə-hissə veriləcəyi barədə razılıq olduğunu bildirsə də, cavabdehə 16000 manat pulun verilməsi məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, ilk iddia verilmiş pulun və təmirə çəkilmiş xərcin cavabdehdən geri alınması barədədir. Digər şahid X4 isə ifadəsində ilk iddiaçı tərəfindən avtomobilə görə pulun verilməsində şəxsən iştirak etdiyini, ilk dəfə Maştağa qəsəbəsində notariat kontorunun qarşısında 8000 manat pulun verildiyini, bundan başqa iddiaçının yoldaşı ilə hər ay 2000 manat aparıb cavabdehin qapısında ona verdiklərini, daha sonra cavabdeh zəng edib pul istədiyinə görə daha 4000 manat pulu aparıb verdiklərini bildirmişdir. Halbuki, ilk iddiaçı həm məhkəməyə verdiyi izahatında, həm də iddia ərizəsində pulun 4000 manat hissəsini avtomobilə dair etibarnamə verildiyi gün, qalan 12000 manatı isə bundan 3-4 gün sonra cavabdeh zəng edib təcili pul lazım olduğunu bildirdiyinə görə dərhal aparıb verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının izahatı ilə şahidin ifadəsində pulun verilməsinə dair məlumatlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, iddiaçı pulun 4000 manat və 12000 manat olmaqla, iki dəfəyə verildiyini bildirdiyi halda, iddia çının şəxsi sürücüsü işlədiyini bildirən şahid İ.Məlikov pulun 8000 manat, 2000 manat (iki dəfə) və 4000 manat olmaqla, bir neçə ay ərzində verildiyini göstərmişdir. Qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, iş üzrə şahidlərin verdiyi ifadələr ziddiyyətli olmaqla, iddia tələbində istinad olunan hallara uyğun deyildir, bu səbəbdən həmin şahid ifadələri ilk iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu mənada kollegiya hesab etmişdir ki, ilk iddiaçının avtomobili cavabdehdən 16000 manata alması və 8000 manata təmir etməsinə dair izahatı onun sübut kimi istinad etdiyi şahid ifadələri ilə öz təsdiqini tapmır.
18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.2, 152.1, 152.8, 157.2, 181.4, 362.1, 362.2, 365, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İlk İddiaçı (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti ilkin iddia ərizəsi və apellyasiy a şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, işin müəyyən edilmiş hallarına aidiyyatı olmayan hüquq normalarına istinad etmiş, obyektivliyi təmin etmədən, yalnız cavabdehin dəlillərini əsas götürərək qətnamə nəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 22. 13-cü maddənin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o ümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya baş qaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə e tmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
30. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şə xsə verdiyi yazılı vəkalət etibarnamə sayılır.
31. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
32. Maddə
365. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir.
33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
35. Maddə 1092.1. Maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məh rum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən a pellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə k ollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6323/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.