Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-941/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2815/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 2 021-ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında qeydə alınmış nikahın pozulması, birgə nikahlarından olan 15.11.2011-ci il təvəllüdlü X3 və 22.09.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1793/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Ə.M.Ələkbərov) iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 29.07.2010-cu il tarixdə Lənkəran rayon Xolmili kənd icra nümayəndəliyində bağlanmış 22 saylı nikah akt qeydinin pozulması, İddiaçı nikahdan əvvəlki Tağıyeva soyadını daşımaq hüququnun verilməsi, birgə nik ahdan olan uşaqların ananın himayəsində yaşaması, Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, alimentin tutulmasına 07.05.2021-ci il tarixdən başlanması, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, qətnamənin alimentin alınmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. İddiaçı qətnamənin aliment məbləğinə dair hissədə dəyişdirilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2815/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və N.F.Mirzəyev) apellyasiy a şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(049)-1793/2021 saylı qətnaməsi “Cavabdeh hər ay bir uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq 15.11.2011-ci il tarixdə anadan olmuş X3 və 21.09.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə iddia qismən təmin edilərək, Cavabdeh hər ay bir uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qətnaməsinin alimentin məbləğinin artırılması hissəsində l əğv edilərək iddia tələbinin həmin rədd edilməsi barədə kassasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakı səbəblərdən iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti MPM-in 402.1-ci maddəsində müəyyən olun muş məbləğdən aşağı olduğundan, kollegiya hesab edir ki, həmin işə kassasiya qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.7 maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402 və 417-ci maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2815/2021 nöm rəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-941/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-941/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver