Məhkəmə qərarları › İş №2(102)-945/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-945/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-945/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6 və X7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin miqdarının dəyişdirilməsi 18.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı, vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6073/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qusar Rayon Məhkəməsinin 2(029)-149/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxx 2015-ci il tarixdən başlayaraq İddiaçı qazancından və (və ya) başqa gəlirindən 1⁄4 hissəsi miqdarında aliment tutularaq xx xxxx 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 verilməsi qət edilmişdir

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 20018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı Tacədddin oğlundan tutularaq Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilmişdir

3. İşin mübahisəsiz halıdır ki, iddiaçı 3 uşaq üçün aliment ödəyir. Bir uşağa görə 1⁄4 hissədə, digər iki uşağa görə isə 1/3 hissədə aliment ödəyir. Göründüyü kimi, iddiaçının ödədiyi aliment onun əmək haqqının yarısından çoxunu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X6 və X7 qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 xeyrinə alimentin miqdarı hər ay qazancının 1/6 hissəsində, xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 xeyrinə alimentin miqdarı hə r ay qazancının 2/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə X6 xeyrinə xx xxxx 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun qazancının 1/4 hissəsi miqdarında aliment tutulur. Bundan başqa xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X6 xeyrinə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. Bu isə onun qazancının 3 uşağa görə yarısından çoxunu yəni 58,3 faizini təşkil edir. Halhazırda “xxxx” MMC-də Liman və maddi texniki təchizat üzrə rəhbər vəzifəsində işləyir vəzif ə maaşı 5505 manatdır. Qanunvericilikdə nəzərdə tutulan tutmalardan sonra 4101 manat miqdardı əmək haqqı alır və iş yerindən məhkəmə qərarlarının icrası ilə əlaqədar aylıq qazancının 58,3 faiz yəni 2392 manat tutularaq ilk nikahdan olan uşağa 1025 manat miqdarında, digər nikahdan olan 2 uşağa 1367 manat miqdarında aliment ödənilir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

6. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) İddia qismən təmin edilərək, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı X6 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, xx xxxx 2013-cü il təvəllüdlü X1 üçün İddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancın ın 1/6 hissəsində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının ödədiyi aliment onun əmək haqqının yarısından çoxunu təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia qaldırmaqda haqılıdır. Alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

8. Məhkəmə öz mövqe yini Ailə Məcəlləsinin 76.1, 112.1-ci və Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişlər.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6073/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 2048/2020 nömrəli qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçın aylıq əmək haqqı 4.101,0 manat təşkil edir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1484/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X8 və xx xxxxxx 20018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X6 xeyrinə alimentin miqdarı hər ay 1/3 hissədə (2/6 hissə), yəni -2 uşağa 1367 manat miqdarında təşkil edir. xx xxxx 2013-cü il təvəllüdlü X1 üçün İddiaçı X2 xeyrinə tutulan alimentin miqdarı isə 1025 manat miqdarında təşkil edir.Apellyasiya məhkəməsi hesab etmişdir ki, uşaqlar arasında ayrı-seçkiliyə yol verilməməli, onların yaşayış təminatları və hüquqları bərabər səviyyədə təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin də lilləri 12.Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. 13.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxt ı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh tərəf hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

17. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

18. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

19. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

21. İsə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (maddə 13) Ailə Məcəlləsi

22. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancı n və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.. (maddə 76.1)

23. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlər ə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

28. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia verm ək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.(maddə 233.4)

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-6073/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar