Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-947/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq üzərində yarımçıq tikili aparılmış 0,06 ha həyətyanı torpaq sahəsinə dair alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1870/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Quba rayonu, X kəndi ərazisindəki 0,06 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətindədir. İddiaçı mülkiyyətçinin qardaşıoğludur. İddiaçı həmin torpaq sahəsini 2002-ci ildə əmisindən satın aldığını və bütün ailə üzvlərinin iştirakı ilə akt tərtib olunduğunu, son vaxtlar əmisinin əqdi rəsmiləşdirməkdən imtina etdiyini bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 əmisidir, digərl əri isə onun ailə üzvləridir. xx xxxxxxx 2002-ci ildə eşitmişdir ki, əmisi Cavabdeh1 Quba rayonu, X kəndi ərazisindəki 0,06 ha həyətyanı torpaq sahəsini və üzərində tikdiyi yarımçıq tikilini satmaq istəyir. O, özü üçün torpaq sahəsi alıb yaşayış evi tikməli oluduğundan əmisi məsləhət bilmişdir ki, onların adına olan torpaq sahəsini və üzərindəki yaramçıq tikilini alsın. Hətta o və yoldaşı ona danışmışlar ki, həmin torpaq sahəsinin onların adına alınmasında və orada aparılmış yarımçıq tikintinin tikilməsində atası Gülağanın zəhməti çox olmuşdur. Ona görə də istəyirlər ki, torpaq sahəsi başqasına yox ona qismət olsun. Həmin gün əmisi XX və ailə üzvləri həmin sahəsini və üzərindəki yarımçıq tikilini 1500 ABŞ dollarına razılaşıb pulun tam ödəyərək almışdır və bu barədə aralarında alqı-satqı mü qaviləsi yazılmış və imzalanmışdır. Cavabdehlər ona bildirmişlər ki, istədiyi vaxt onunla notariat kontoruna gedərək həmin alqı-satqı müqaviləsini təsdiq etdirəcəklər. Bir müddətdən sonra o, cavabdehlərə notariat kontoruna getməyi təklif etdikdə onlar hər dəfə onu aldadaraq bəhanələr gətirmişlər. Son vaxtlar isə ümumiyyətlə notariat kontoruna getməkdən imtina edərək onu həmin torpaq sahəsinə buraxmırlar və özləri istifadə edəcəyini bildirirlər. Hansıki, o alıcı tərəf kimi öz üzərinə düşən vəzifələrini icra etmiş, cavabdehlərə həmin torpaqla əlaqədar heç bir borcu qalmamışdır. Ona görə də, cavabdehlərin JN 552A kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına olan 0,06 ha həyətyanı torpaq sahəsini, üzərindəki yaşayış evinin yarımçıq tikintisi ilə xx xxxxxxx 2002ci ildə ona satmalarına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin torpağın yarımçıq tikili ilə onun mülkiyyətinə verilməsi və adına dövlət qeydiyyatına alınıb reystrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2-67/2008 saylı qətnaməsi ilə (hakim E.Ə.Camalov) iddia təmin olunaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 JN 552A kod ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onlara məxsus üzərində yarımçıq tikinti aparılmış 0,06 ha həyətyanı torpaq sahəsini, xx xxxxxxx 2002-ci ildə İddiaçı satmalarına dair aralarında bağlanmış alqı-satıq əqdinin etibarlı hesab edilməsi və həmin 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına dövlət qe ydiyyatına alınaraq reystrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci və Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sərlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) Quba rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2-67/2008 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, iddia tələbini rədd edərkən, Azərb aycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 144.1, 329.1, 337.1, 407.2, 406.1-ci maddələrinə və Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə, “Notariat haqqında” X2 46-cı maddəsinə, “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alıcı tərəf kimi cavabdehlərə aldığı torpaq sahəsinin pulunu tam ödəmişdir və xx xxxxxxx 2002-ci ildən torpaq sahəsi və üzərindəki yarımçıq tikili onun istifadəsindədir və alıcı k imi öz üzərinə düşən vəzifələri tam icra etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərə findən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirs ə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Notariat haqqında” X4. Maddə
46. Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 56.9. mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Maddə 66.1. Torpağın a lqı-satqısı yazılı müqavilə tətib edilməklə notariatda təsdiq edilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi JN 552 A, kod 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Quba rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayon X kəndi ərazisindən 0,06 ha torpaq sahəsi verilmişdir. Tərəflər arasında xx xxxxxxx 2002-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh1 ailə üzvlərinin razılığı ilə özünə və ailə üzvlərinə məxsus olan üzərində yarımçıq tikintisi olan 0,06 ha torp aq sahəsini İddiaçı sataraq pulunu almışdır. Birinci instnsiya məhkəməsinin araşdırması zamanı cavabdeh X3 məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən onun və ailə üzvlərini adına olan həyətyanı torpaq sahəsini üzərindəki yaşayış evini yarımçıq tikintisi ilə birlikdə ailə üzvlərinin razılığı ilə və iştiarkı ilə 2002-ci ilin oktyabr ayının 18-də İddiaçı sataraq pulunu almışlar. Ona görə də hazırda iddianın təmin olunmasına etiraz etməmişlər. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul edərək Cavabdeh1 ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasına etiraz etməmişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası Apellyasiya instansiyası Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Əvvəla, cavabdehlərin guya torpaq sahəsini iddiaçının adına keçirilməsinə etiraz etmələri halı müəyyən edilməmişdir. Beləki, bütün cavabdehlər məhkəmə baxışı zamanı ərizə yazaraq iddianı qəbul etmişlər. Bundan başqa, torpaq sahəsinin 2002-ci ildə satın alınması barədə tərtib edilmiş aktın özü mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin sənədi iddiaçı təqdim edib və cavabdehlər də onunla razılaşırlar. Qeyd olunan sənədin xx xxxxxxx 2002-ci il tarixdə tərtib edilməsi özü şübhə yaradır. Eyni zamanda, məhkəmə kollegiası yuxarıda sadalanan maddi hüquq normalarına istinad edərək hesab edir ki, Apellyasiya Məhkəməsi torpağın alqı-satqısını, mülkiyyətə keçməsini nizama salan normalara əsaslanaraq iddianı rədd etməkdə haqlı olmuşdur. Həm də nəzərə almaq lazımdır ki, cavabdehlər torpağın iddiaçının adına keçirilməsinə hal-hazırda da razı olduqları üçün iddianın rədd edilməsi tərəflərin torpağın alqı-satqısını qanunla nəzərdə tutulan qaydada həyata keçirilməsinə mane olan hal deyil. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1870/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.