Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-948/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh5 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş № 2(007)-xxx/18) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin ləğv edilməsi, cavabdehlərin lizinq obyektindən çıxarılmaqla istifadə hüquqlarının itirilməsi, lizinq obyektinin geri alınması, borcun ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın hərracdan satılaraq borca yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək xx xxx 2013-cü il tarixli XXX-XXXX nömrəli müqavilə üzrə 34.765,62 manat gecikdirilmiş borc məbləğinin, 5128,42 manat gecikdirilmiş mükafat məbləğinin, 500,0 manat hesablanmış cərimə olmaqla, cəmi 40.394,04 manat borcun və ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1, Cavabdeh3 qızı və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Yergüc kəndində yerləşən torpaq sah ələrinə 0.50 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 6000 manat; 0.43 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 5500 manat; 0.8351 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 8000 manat; 0.87 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 16.000 manat; 1.42 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 12.000 manat; 0.249989 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 3000 manat; 1.22 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 12.000 manat məbləğində müəyyən edilməklə - yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borca yönəldilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitlərindən borca ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda X3 verilməsi, Cavabdeh3 qızının cavabdeh “xxxx” ASC-yə (3 -cü şəxs Quba Rayon Dövlət Notariat Kontoru) qarşı “daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə tam təmin edilərək Quba rayonu, Zərdabi qəsəbəsi, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 312,70 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 19 noyabr 2013-cü il tarixli AN-İ ******* nömrəli müqavilə və həmin evin lizinqə verilməsinə dair 19 noyabr 2013-cü il tarixli XXX-XXXX nömrəli Daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən X4 ilkin iddia tələbi üzrə cavabdeh qismində, Quba rayon notariat kontoru müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı “xxxx” ASC və cavabdehlərdən yalnız X4 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)3749/19)ilkin iddia üzrə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilərək Nizami Rayon Məhkəməsinin 14.09.2018-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməyən “istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 “xxxx” ASC-nin mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsi, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 312.70 kv.m. olan fərdi yaşayış evinə olan istifadə hüquqları itirilərək Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 əşyaları ilə birlikdə fərdi yaşayış evin dən çıxarılaraq, evin boşaldılmış vəziyyətdə “xxxx” ASC-yə təhvil verilməsi qət edilmiş, qətnamə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbi təmin edilməmiş, cavabdeh X2 apellyasiya şikayəti təmin edilməyərək, qətnamə ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək Daxili lizinq müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.5 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 9000 manat, 0.43 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 7500 manat, 0.8351 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 16400 manat, 0.87 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 16800 manat, 1.42 ha torpaq sahəsinin hərracda ilkin satış qiym əti 29750 manat, ******* ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 4917 manat, 1.22 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 25128 manat məbləğində müəyyən edilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında XXX-XXXX saylı 19.11.2013-cü il tarixində bağlanmış Daxili lizinq müqaviləsinin ləğv edilməsini, Daxili lizinq müqaviləsinə əsasən 30.03.2017-ci il tarix inə gecikdirilmiş lizinq məbləği üzrə 34765,62 manat (otuz dörd min yeddi yüz altmış beş manat altmış iki qəpik), gecikdirilmiş mükafat məbləği üzrə 5128,62 manat (beş min yüz iyirmi səkkiz manat qırx iki qəpik), hesablanmış cərimə 6953,12 manat (altı min doqquz yüz əlli üç manat on iki qəpik), ümumilikdə gecikdirilmiş 46847,16 (qırx altı min səkkiz yüz qırx yeddi manat on altı qəpik) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı və Cavabdeh4 birgə qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 “xxxx” ASC-nin mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsi, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 312.70 kv.m. olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 əşyalar ı ilə birlikdə fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılmış vəziyyətdə “xxxx” ASC-yə təhvil verilməsi, Daxili Lizinq müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.50 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.8351 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.87 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 1.42 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.249989 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 1.22 ha torpaq sahəsinin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsaitin borca yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh3 qızı cavabdeh “xxxx” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsini, Quba rayonu, Zərdabi qəsəbəsi, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 312,70 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin və həmin evin lizinqə verilməsinə dair XXX-XXXX saylı 19 noyabr 2013-cü il tarixli daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehlərdən N.Məmmədov Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının icl asında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız iddiaçı “xxxx” ASC və cavabdeh X4 mübahisələndirmişlər. İddiaçı qətnaməni ilk iddianın tə min olunmayan hissəsində və qarşılıqlı iddianın təmin olunması hissəsində, cavabdeh N.Məmmədov isə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsi işdə iştirak edən digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin qanuniliyini və əsaslılığını verilmiş apellyasiya şikayətlərinə əsasən apellyasiya baxışının predmeti olan hissədə, yəni apellyasiya qaydasında mübahisələndirilən hissələrdə yoxlayaraq qiymət vermişdir. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 kassasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin q anuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.11.2013-cü il tarixli XXXXXXX nömrəli Daxili lizinq müqaviləsinə əsasən “xxxx” ASC-nin mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsindəki 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi Cav abdeh1 36 ay müddətinə, hər ay 2674 manat ödəmək şərti ilə lizinqə verilmişdir. Həmçinin, “xxxx” ASC ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qızı arasında bağlanmış həmin tarixli zaminlik müqavilələrinə əsasən lizinq müqaviləsindən irəli gələn öhdəliklər üzrə lizinq alan Cavabdeh1 ilə birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. “xxxx” ASC ilə X4 arasında bağlanmış 19.11.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Nazim Məmmədov lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Xaçmaz rayonu, Yergüc kənində yerləşən 0,50 ha, 0.43 ha, 0.8351 ha, 0.87 ha, 1.42 ha, 0.249989 ha və 1.22 ha torpaq sahələrini ipoteka ilə yüklü etmişdir. 19.11.2013-cü il tarixli qəbul aktına əsasən lizinq obyekti olan fərdi yaşayış evi istismara tam yararlı halda Cavabdeh1 təhvil verilmişdir. Q arşılıqlı iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə və əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin ya subyekt tərkibi qüsurlu olmalı, ya iradə ifadəsi qüsurlu olmalı, ya forması qüsurlu olmalı, ya da məzmunu qüsurlu olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı işdə istər iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsinə, istərsə də iddiaçı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Ca vabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinə nəzər saldıqda yuxarıda qeyd edilən meyarların heç birinin mövcud olmadığı açıq görünməkdədir. Belə ki, müqavilələrin tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlandığı və tərəflərin öz iradələrini müqavilələrdə açıq şəkildə ifadə etdikləri görünür. Müqavilələrin 2013-cü ildə bağlanmasına baxmayaraq iddiaçı tərəfindən məhkəməyə müraciət edilənə qədər hər hansı etiraz, pretenziya bildirilməmiş, yalnız məhkəmə mübahisəsi başladıqdan sonra qarşılıqlı iddia ərizəsi ilə alqı-satqı və lizinq müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq tərəflər arasında bağlanan alqı-satqı və lizinq müqavilərinin yalan əqd kimi təqdim edilməsi nə Mülki Məcəllənin, nə də mülki hüququn ümumi anlayış və prinsiplərinə uyğun gəlmir. Məhkəmə yalnız qarşılıqlı iddia ərizəsinə əsaslanmaqla ilkin iddia üzrə cavabdehlərin yanıldığı qənaətinə gəlməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasənmüqavilənin etibarsızlığına dair tələblərə “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İlkin iddia tələbinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunan qanunvericilik normasından da görünür ki, ilkin iddia üzrə iddiaçının tələbi qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilən - cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 “xxxx” ASC-nin mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsi, 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 312.70 kv.m. olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılaraq, boşaldılmış vəziyyətdə “xxxx” ASC-yə təhvil verilməsi hissəsin də təmin edilməlidir. Cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Yergüc kəndində yerləşən torpaq sahələrinin dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən 1.42 ha torpaq sahəsinin dəyəri 29750 AZN, 1.22 ha torpaq sahəsinin dəyəri 25128 AZN, 0.249989 ha torpaq sahəsinin dəyəri 4917 AZN, 0.87 ha torpaq sahəsinin dəyəri 16800 AZN, 0.5 ha torpaq sahəsinin dəyəri 9000 AZN, 0.43 ha torpaq sahəsinin dəyəri 7500 AZN, 0.8351 ha torpaq sahəsinin dəyəri 16400 AZN, torpaq sahələrinin ümumi dəyəri 109495 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən eks pertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı ipoteka ilə yüklü edilmiş əmlakların dəyəri ilə bağlı tərəflər arasında mübahisə yarandığından, eyni zamanda məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müə yyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul edərək ipoteka ilə yüklü edilmiş torpaq sahələrinin ekspert rəyi ilə müəyyən edilmiş məbləğini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab etmişdir. Kollegiya hesab etmişdir ki, cavabdeh N.Məmmədovun apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakların satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Daxili lizinq müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.5 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 9000 manat, 0.43 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 7500 manat, 0.8351 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 16400 manat, 0.87 h a torpaq sahəsinin hərracda ilkin satış qiyməti 16800 manat, 1.42 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 29750 manat, ******* ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 4917 manat, 1.22 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 25128 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalıdır. Kollegiya həmçinin hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh X1 tutulmalıdır. Bütün bunlara əsaslanan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən “istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsinin rədd edilməsi” hissəsində ləğv edilərək ilkin iddia həm in hissədə təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməməli, cavabdeh X2 apellyasiya şikayəti təmin edilərək qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları, eləcə də qarşılıqlı iddianın əsası kimi istinad olunan faktları sübut a yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər he sab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasit ələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yux arıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 qızı, Cavabdeh5 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-948/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-948/2020
18.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver