Məhkəmə qərarları › İş №2(102)-95/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-95/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-95/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-3828/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia qaldıraraq, Cavabdeh2 “” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli 11M000000123 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Quba Rayon Məhkəməsinin (hakim X.Tağıyev) xx.xx.2019-cu il tarixli, 2(027)-232/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Qeyd edilən qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının (hakimlərF.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari) xx.xx.2019-cu il tarixli, 2(105)-3828/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı xx.xx.2020-ci il təqdim verdiyi kassasiya şikayətinə (qətnaməsinin ləğv edilib, işin yeni apelyasiya baxışına qaytarılması barədə) həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlərF.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Zeynallı) 21.7.2020-ci il tarixli, 2(105)-3828/2019 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il t arixli, 2(105)3828/2019 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

8. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş və həmin müddətin üzürlü səbəbdən buraxılması halı isə iş materialları ilə müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı, kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, o cümlədən məhkəmə t ərəfindən göndərilmiş qətnamə poçt tərəfindən ona çatdırılmamış və verilməmişdir. İş materiallarında olan xəbərnməyə imza etmiş şəxsin adı onun adı kimi qeyd olunsa da, soyadı və ya atasının adı göstərilməmişdir. İmzaya baxdıqda açıq-aydın görünür ki, sənəd onun tərəfindən imzalanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

14. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

15. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. 16. 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi

17. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti İddiaçı yaşadığı ünvana (Quba rayonu, İİ Nügədi kəndinə) göndərilmiş və xx xxxxxx 2019-cu il tarixdə rəsmən qəbul edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti isə xx xxx 2020-ci il tarixdə verilmişdir. Bununla da, apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş iki aylıq müddət ötürülmüşdür (§14).

18. Həmin müddətin bərpasına dair İddiaçı ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə, qətnamənin rəsmi qaydada təqdim edilmədiyinə, iddiaçının xəbərnaməyə imza etmədiyinə dair dəlillərini əsaslı saymamış, müddətin üzürlü səbəbdən buraxılması halının iş mate rialları ilə müəyyən olunmadığı qənaətinə gəlmiş və şikayəti geri qaytarmışdır.

19. Belə olan halda, Kollegiya hesab edir ki, İddiaçı kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur (§13-16).

20. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-3828/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar