Məhkəmə qərarları › İş №2(102)-95/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-95/2022

27.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-95/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X12 cavabdehlər Cavabdeh1-ya və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1-nın X14 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5589/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabd eh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçının atası X9 ilə iş üzrə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilə bağlanmış və o, müqavilə əsasında koperativin üzvlüyünə qəbul edilmişdir. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh razılaşdırılmış müddət ərzində Bakı şəhəri, X27 küçəsi, 112 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 147 m² olan 3 otaqlı 73 saylı mənzili X mülkiyyətinə verməyi, o, isə sifariş edilmiş mənzilin tam dəyərindən çox olmayan məbləğdə binanın tikintisi üçün maddi vəsait ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin tam dəyəri X tərəfindən MTKə 2004-cü ildən 2005-ci ilin yanvar ayının 15-ə qədər cəmi 64 800 manat (denominasiyadan əvvəl, yəni 01 yanvar 2006-cı il tarixinə olan 324 000 000 manat) pul ödənilmişdir. Cavabdeh1-ə ödənilmiş vəsait mədaxil qəbzləri ilə tam təsdiq olunur.

2. X9 12 avqust 2012-ci il tarixdə vəfat etmiş, atasından qalan əmlak üzrə digər vərəsələrin xeyrinə paydan imtina etməsi nəticəsində yeganə vərəsə X15r.

3. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh2 X barəsində aparılan araşdırma zamanı toplanmış materialda dələduzluq və vəzifə saxtakarlığı, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri üzrə cinayət tərkibinin ilkin əlamətləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 12 mart 2018-ci il tarixli Qərarı ilə Cavabdeh2 cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə ilkin iddia tələbi. 4. "xxxx" MMC tərəfindən 20 fevral 2019-cu il tarixdə verilmiş xxx nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, xxx küçəsi, ev 112 ünvanında yerləşən 73 saylı mənzilin 20 fevral 2019-cu il tarixə orta bazar dəyəri 199.000 manat, 2004-2005-ci illər tarixinə orta bazar dəyəri 65.000 manat təşkil etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2020-ci il tarixli 14277 nömrəli rəyindən görünür ki, X9 ilə Cavabdeh1 arasında bağlanmış 25 mart 2004-cü il tarixli 16 saylı yaşayış evinin tikintisin də iştirak payı haqqında müqaviləyə əsasən X9 tərəfindən 64.978 (324.890.000 / 5.000.00) manat məbləğində ödənişin aparılması müəyyən edilir və həmin ödənilmiş məbləğə illik 5 % dərəcəsi ilə 27 iyun 2005-ci il tarixdən 02 may 2019-cu il tarixədək ümumilikdə 44.988,24 (64.978 x 5% / 360 x 4.985 gün) manat məbləğində faiz hesablanır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ilə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1dən müştərək qaydada 367 000 manat və ödənilmiş 30 man at məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə, Cavabdeh1-nin İddiaçı Səyyaf oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı X ilkin iddiasının rədd edilməsi və onun məhkəməyə təqdim etdiyi Cavabdeh1-nin adından tərtib edilmiş Bakı şəhəri, X27 prospekti, 112 saylı evin 73-ci mənzilinin Cavabdeh1 tərəfindən X1 barədə 25 mart 2004-cü il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X9 ilə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi v ə cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada 200.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçının nümayəndəsi və vəkili son dəfə 02 may 2019-cu il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək X9 ilə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və X9 tərəfindən Cavabdeh1-ya 2004-cü ildən 2005-ci ilin yanvar ayının 15-ə qədər cəmi 64 800 manat (denominasiyadan əvvəl, yəni 01 yanvar 2006-cı il tarixinə olan 324 000 000 manat) ödənilən pul məbləğini və həmin məbləğin illik 5% hesablanmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada tutularaq onun xe yrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında İddiaçı X nümayəndəsi və vəkili, eyni zamanda X12 nümayəndəsi və vəkili Vəkil1 X Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək 12 sentyabr 2012-ci il tarixdə vəfat etmiş X4 vəfatından sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsənin X17 hesab edildiyini və ona görə də ilkin iddia üzrə iddiaçının əsl iddiaçı X17 ilə əvəz edilməklə işə baxılmasını xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 ilə iş üzrə Cavabdeh1 arasında 25 mart 2004-cü il tarixdə yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilə bağlanmış və o, müqavilə əsasında koperativin üzvlüyünə qəbul edilmişdir. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh razılaşdırılmış müddət ərzində Bakı şəhəri, X27 küçəsi, 112 saylı binanın 10-cu mərtəbəsində ümumi sahəsi 147 m² olan 3 otaqlı 73 saylı mənzili X mülkiyyətinə verməyi, o, isə sifariş edilmiş mənzilin tam dəyərindən çox olmayan məbləğdə binanın tikintisi üçün maddi vəsait ödəməyi öhdəsinə götürmüşdür. X müqavilə üzrə mənzilin tam dəyərini ödəməklə həmin mənzilə sahiblik, istifadə hüququ və gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Mənzilin tam dəyəri X tərəfindən MTK-ə 2004-cü ildən 2005-ci ilin yanvar ayının 15-ə qədər cəmi 64 800 manat (denominasiyadan əvvəl, yəni 01 yanvar 2006-cı il tarixinə olan 324 000 000 manat) pul ödənilmişdir. Cavabdeh1-ə ödənilmiş vəsait mədaxil qəbzləri ilə tam təsdiq olunur. Atası X 12 avqust 2012-ci il tarixdə vəfat etmiş, atasından qalan əmlak üzrə digər vərəsələrin xeyrinə paydan imtina etməsi nəticəsində yeganə vərəsə o, özüdür. Bu səbəbdən atasının mübahisəli mənzil üzrə sahiblik və istifadə hüququna malik olan yeganə şəxsdir. Qeyd edilən hüquqların realizə edilməsi məqsədi ilə rəsmi qaydada mənzilin ona təhvil verilməsi barədə dəfələrlə mənzil tikinti koperativinin sədri Cavabdeh2 müraciət etmişdir. Lakin cavabdeh mənzilin ona təhvil verilməsindən imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, MTK-nin sədri Cavabdeh2 saxta sənədlərlə mənzili başqa şəxsə satmışdır. Bu səbəbdən də o, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək mənzili ilə bağlı saxtakarlığa yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirkar şəx slər barəsində cinayət işinin başlanılmasını və mənzilinin ona qaytarılmasını xahiş etmişdir. Araşdırma zamanı toplanmış materialda dələduzluq və vəzifə saxtakarlığı, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri üzrə cinayət tərkibinin ilkin əlamətləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 12 mart 2018-ci il tarixli Qərarı ilə Cavabdeh2 cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin mülki qanunvericiliyə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi şəxsi mülki və digər məsuliyyətdən azad etmir. Bundan başqa 2005-ci ildə həmin mənzilin dəyəri 64 000 (324 000 000) manat olmuşdur. Ötən müddət ərzində mənzillərin qiymə ti xeyli bahalaşmışdır. Hazırda həmin ərazidə həmin ölçüdə mənzil alınması qeyri-mümkündür.

11. Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili Kərimov X19 X qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı X ilkin iddiasının rədd edilməsi və onun məhkəməyə təqdim etdiyi Cavabdeh1-nin adından tərtib edilmiş Bakı şəhəri, X27 prospekti, 112 saylı evin 73-ci mənzilinin Cavabdeh1 tərəfindən X1 barədə 25 mart 2004-cü il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsinin hüquqi əsası kimi iddiaçı X5 Bakı şəhəri, X27 prospekti, 112 saylı evin 73-cü mənzilinin Cavabdeh1 tərəfindən satılması barədə 25 mart 2004-cü il tarixli 16 saylı müqavilənin surətini, Cavabdeh1-nin adından tərtib edilmiş 10/28 saylı 25 noyabr 2010-cu il tarixli arayışı, nömrəsiz və tarixsiz maliyyə arayışının təsdiq olunmamış surətini, ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. 2015-ci ildə iddiaçı eyni sənədləri təqdim edərək ona mənzilin verilməsini tələb etmişdir və o zaman iddiaçı məhkəməyə gəlmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin vaxt iddiaçı həmin sənədlərlə birlikdə məhkəməyə İmişli RİHB-nın Telişlikənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin X6 ailə tərkibi haqqında arayışı, mübahisəli mənzilin vərəsə kimi İddiaçı Səyyaf oğlunun adına sənədləşdirilməsinə X7, X10, X3, X13, X11, X6, X8 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini, dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etmişdir. Lakin, nə həmin vaxt, nə də hal-hazırda iddiaçı məhz mübahisələndirilən payın ona vərəsəlik qaydasında keçməsini təsdiqləyən vərəsəlik şəhadətnaməsini məhkəməyə təsdiq etməmişdir. İddiaçı məhkəməyə Cavabdeh1-nin adından tərtib edilmiş müqavilənin surətini təqdim etmişdir. Həmin müqavilələrdə alıcı X4 imzaları yoxdur. Eyni müqavilə İddiaçı X nümayəndəsi tərəfindən MTK-ə təqdim edilmiş, lakin həmin müqavilə saxta olduğundan həmin mənzilin ona təqdim edilməsi qeyri-mümkün olmuşdur. 2015-ci ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılarkən hakimin tələbi ilə həmin müqavilə məhkəməyə təqdim edilmişdir. Həmin müqavilənin nömrəsində, mənzilin nömrəsində, onun yerləşdiyi mərtəbənin nömrəsində düzəlişlər edilm işdir. Həmin düzəlişlər tərəflərin imzaları və möhürü ilə təsdiq edilməmişdir. Belə olan halda həmin düzəlişlər etibarsızdır. Bundan başqa həmin sənədin saxtalaşdırılmasına dəlalət edən daha bir fakt ondan ibarətdir ki, 85ci mənzilin sahəsi müqavilədə göstərilən kimi 147 m² deyil, 147,8 m²-dir. 70-ci mənzilin isə 147 m² sahəsi vardır. Həmin sənəddəki düzəlişlər üzrə sənədin məhkəmə-texniki ekspertizası keçirilməlidir. Ona görə də ilkn iddia ərizəsi ləğv edilərək qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 2(005)-50/2020 saylı, 13 noyabr 2020- ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh1-dən 64.800 manat əsas və 44.988,24 manat faiz (illik 5% hesablanmaqla) olmaqla, ümum likdə 109.788,24 (bir yüz doqquz min yeddi yüz səksən səkkiz manat, 24 qəpik) məbləğində pulun X12 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh1-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, əsl iddiaçı kimi X2 hüququndan istifadə edərək ehtimal edilən hüquqlarının müdafiəsi üçün iddia qaldırmağa tam hüquqlu şəxsdir.

15. Məhkəmə ilkin iddia tələbinin əsaslılığı ilə bağlı gəldiyi nəticəni ilkin iddia tələbi üzrə, cavabdehin verdiyi etiraz və qarşılıqlı iddianın əsasları və konteksində araşdıraraq belə qənaətə gəlmişdir ki, göstəril ən faktlar əsassızdır və ilkin iddia tələbi əsaslıdır.

16. Belə ki, məhkəmə etirazın “...məhkəməyə təqdim edilmiş müqavilənin X9 tərəfindən imzalanmaması” hissəsinə münasibətdə qeyd edir ki, 25 mart 2004-cü il tarixli müqavilənin İcraçı (bu halda Cavabdeh1) tərəfindən imzalanıb möhürlənməsi və bunun nəticəsində müqavilənin 3-cü bəndinə uyğun olaraq “Mənzilin ümumi tikinti məbləği 254 000 000 manat təşkil edir. Payçı-Sifarişçi olaraq vəfat etmiş Səyyaf Quliyevin sazişin bağlanması anında mənzilin ümumi dəyərinin 70%-i həcmində, yəni 98 800 000 manat ödəməyi öz üzərinə götürməsi ilə 25 mart 2004-cü il tarixli, 16 iyun 2004-cü il tarixli qəbzlərlə müqavilədə nəzərdə tutulmuş məbləğin ödənilməsi və Cavabdeh1 tərəfindən bu qəbzlərin imzalanması, beləliklə də pulun X tərəfindən ödənilməsi özü-öz lüyündə sifarişçi tərəfindən göstərilən müqavilənin (əqdin) bəyənilməsinin və razılığının sübutudur.

17. O da qeyd edilməlidir ki, 25 mart 2004-cü il tarixli 16 saylı mübahisəli müqavilənin 7.1-ci bəndinə görə müqavilə azərbaycan dilində hər bir tərəf üçün bir nüsxə olmaqla iki nüsxədə tərtib edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı tərəfin “müqavilənin X tərəfindən imzalanmaması” ilə bağlı etirazının əsası kimi Cavabdeh1 tərəfində olan həmin müqavilənin ikinci nüsxəsinin məhkəməyə təqdim olunması təklif olunsa da sonrakı məhkəmə proseslərində cavabdeh tərəf həmin müqavilənin onlarda saxlanılan nüsxəsini məhkəməyə təqdim etməmişdir.

18. Bu hala münasibətdə məhkəmənin qənaətinə görə müqavilə tərəfi olan X9 müqavilənin ona aid nüsxədə imzalanma hüququnu özündə saxlamışdır. Onun istən ilən vaxt bu müqaviləni imzalamaq imkanı olsa da vəfat etdiyindən bu hüququndan istifadə edə bilməmişdir. Bununla belə o bu əqdi bəyənmiş və ona görə də müqavilədə nəzərdə tutulan pul məbləğini Cavabdeh1-ya ödəmiş və cavabdeh MTK bu pulu qəbul etməsini öz möhürü ilə təsdiqləmişdir. Bu səbəbdən hazırki iş üzrə iddiaçı tərəf müqavilənin imzalanmış nüsxəsini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfin isə imzanı mübahisələndirməsi hüquqdan sui-istifadədir.

19. Məhkəmə etirazın “...müqavilənin nömrəsinin fərqli olması” hissəsində araşdıraraq belə qənaətə gəlmişdir ki, müqavilənin nömrəsinin fərqli olması və ya olmaması və ya ümumiyyətlə etibarsız olması müqavilənin əsas mahiyyətinə heç bir təsir etmədiyindən müqavilənin etibarsızlığı üçün əsas deyil.

20. Məhkəmə iclasında iddiaçı tərəfi n təqdim etdiyi sübutlardan göründüyü kimi iddiaçı tərəf Cavabdeh2 kooperativin üzvü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Bununla belə 25 mart 2004-cı il tarixli 16 saylı mübahisəli müqavilənin məzmunundan da görünür ki, Cavabdeh2 MTK-nın sədri kimi müqaviləni imzalamışdır.

21. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə hesab etmişdir ki, iddianın qaldırılması müddəti ötürülməmişdir.

22. Belə mövqe onunla əsaslandırılırmışdır ki, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən göründüyü kimi ilkin iddia üzrə ilk dəfə iddia qaldırmış İddiaçı SX Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə 2015-ci il tarixdə iddia ərizəsilə müraciət etmişdir. Cavabdeh tərəf ilkin iddia üzrə iddiaçının daha əvvəllər belə müqavilə barədə məlumatlı olması barədə sübut təqdi m edə bilməmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi barədə 18.12.2015-ci il tarixli 2(005)-7878/15 saylı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadından da görünür ki, İddiaçı Cavabdeh1-ya qarşı mənzilin təhvil verilməsi tələbilə müraciət etmişdir

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 110-3.1, 110-3.3, 352, 355.2, 357, 372.1, 373.2, 373.3, 404.1, 406.1, 425.1, 1157-1.1, 1157-1.2, 1177, 1201, Mülki Prossesual Məcəllənin 14.2, 78.1, 80, 81, 119.1, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən Cavabdeh1 Mənzi Tikinti Kooperativi apellyasiya şikayəti vermişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5589/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qət naməsi ilə (hakimlər: Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mənzi Tikinti Kooperativinin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-50/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Cavabdeh1-nin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Kassa siya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməs ini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

36. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. (maddə 110-3.1)

37. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. (maddə 355.2)

38. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. (maddə 357)

39. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə 372.1)

40. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 373.2)

41. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. (maddə 373.3)

42. Müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. (maddə 404.1)

43. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (maddə 406.1)

44. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1) Mülki Prossesual Məcəllə

45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur. (maddə 88)

48. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti t əmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5589/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar