Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-951/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: alimentin ödəniş üsulunun dəyişdirilməsi, aliment məbləğindən əlavə valideynin təhsil haqqına cəlb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin ödəniş üsulunun dəyişdirilməsi” barədə ilkin iddiasına və Cavabdehnun İddiaçı qarşı “aliment məbləğindən əlavə valideynin təhsil haqqına cəlb edilməsi” tələbi b arədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6710/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı 24 aprel 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasındakı nikahdan 3 aprel 2015-ci il təvəllüdlü X5 və 1 fevral 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur.
2. Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(011)-355/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, uşaqların saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bi r hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin tutulması 28 noyabr 2023-cü il tarixdən hesablanmışdır.
3. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2020-2021-ci il tədris ili üçün) təhsil almışdır (i/v 52-60).
4. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2021-2022-ci il tədris ili üçün) təhsil almışdır (i/v 61-69).
5. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 ma nat məbləğ olmaqla həmin təhsil kompleksində (2022-2023-cü il tədris ili üçün) təhsil almışdır (i/v 70-78).
6. İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X5 təhsil haqqı 15400 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2023-2024-cü il tədris ili üçün) təhsil almışdır (i/v 79-86).
7. Cavabdeh ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən X6 təhsil haqqı 15.255 manat məbləğ olmaqla həmin təhsil kompleksində (2023-2024-cü il tədris ili üçün) təhsil almışdır (i/v 87-94).
8. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsində Təhlil üzrə ekspert vəzifəsində işləyir, əmək haqqı 2748 manat təşkil edir.
9. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsində təhlil üzrə ekspert vəzifəsində işləyir, əmək haqqı 1590 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları Quluzadə Fəxri və Quluzadə Kənanın saxlanılması üçün 28 noyabr 2023-cü il tarixindən ödənilməli olan 614 manat aliment miqdarının (1.843,36 manatın üçdə bir hissəsi), 2024-cü ilin mart ayına kimi ödədiyi təhsil haqqı ilə əvəz edilməsi, X3-də yaranmış 783 manat borcun 2024-cü ilin aprel ayı ilə əvəz olunması və 614 manat məbləğində alimentin 29 may 2024-cü ildən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İlkin iddia tələbi onunla əsaslan dırılmışdır ki, tərəflərin birgə nikahdan olan iki övladı X3 özəl təhsil kompleksində təhsil alır və hər ay iddiaçı tərəfindən Quluzadə Fəxri üçün 770 manat (son ödənilmə tarixi 5 mart 2024-cü) Quluzadə Kənan üçün isə 340 manat (son ödənilmə tarixi 20 noyabr 2023-cü il) pul ödənilib. İddiaçının ay ərzində aldığı əmək haqqı (18% vergi çıxıldıqdan sonra) 1.843 manat təşkil edir. Alimentin tutulması qərarı 28 noyabr 2023-cü ildən hesablanmışdır, lakin iddiaçı aliment miqdarını, yəni aylıq 614 manatdan çox bir məbləği (770 manat) övladı Quluzadə Fəxrinin təhsil haqqını 2024-cü ilin mart ayına kimi ödəmişdir və semestrin bağlanması üçün ABC təhsil kompleksinə 783 manat borcu qalıb.
12. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 “Azərbaycan British College” Təhsi l Kompleksində aldığı orta təhsilə görə iddiaçı tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısının, yəni 6.119 manat pulun, həmçinin X1 və X2 orada təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış 1 iyun 2020, 26 iyun 2020, 4 may 2021, 21 aprel 2022, 2 iyun 2023-cü il tarixlərdə müqavilələrə əsasən X5 və 2 iyun 2023-cü tarixli müqaviləyə əsasən isə X6 həmin təhsil kompleksində təhsil alırlar. Cavabdeh 2 iyun 2023-cü tarixli müqavilədə müqavilənin tərəfi kimi iddiaçının adını qeyd etsə də müqaviləni özü tərtib e tmiş və iddiaçının əvəzindən imzalamışdır. “Azərbaycan British College” Təhsil Kompleksi ümumi orta təhsil müəssisəsidir. Bundan başqa, tərəflər qarşılıqlı razılıq əsasında, cavabdehin də şəxsi istəyi və arzusu ilə oğlanlarını həmin məktəbə qoymuş, məktəblə müqaviləni cavabdeh şəxsən özü bağlamış, əvvəlki illər üçün təhsil haqqını da ödəmişdir. Hazırda cavabdeh 2023-cü il müqaviləsinə əsasən həm X1, həm də X2 təhsil haqqları ödəməkdən imtina etdiyinə görə iddiaçı “Azərbaycan British College” Təhsil Kompleksinə 2023-cü il müqaviləsinə görə ödənilməyən 7.239 manat pulu, həmçinin 2024- cü il müqaviləsinə görə avans olaraq 5.000 manat pul ödəmişdir. Həm iddiaçı həm də cavabdeh “Socar” əməkdaşı olduğundan övladlarının təhsil haqqları 50% endirimlə hesablanır.
14. Xətai Rayon Məhkəməsinin (hakim: Aygün Həsənova) 2(011)-6034/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər iki iddia tələbləri təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi əsaslı deyil. Belə ki, qanunvericilikdə aliment borcundan azad olunması üçün konkret hallar müəyyən edilmişdir. İddiaçının istinad etdiyi hal həmin əsasların dairəsinə daxil olmamaqla onu özünün könüllü olaraq övladının təhsil haqqı üçün ödədiyi vəsaitdir. İddiaçı həmin dövrdə cavabdehlə aralarında məhkəmə mübahisəsi getdiyini və ondan da aliment tələb olunduğunu bildiyi halda, hazırkı dövrdə ödədiyi vəsaitin aliment üçün tələb olunan ödəniş kimi qeydiyyata alınması üçün zəruri tədbirlər görməmiş və ondan heç bir tələb olmadığı halda uşağının təhsil haqqını ödəmişdir.
16. Məhkəmə X1 və X2 “Azərb aycan British College” Təhsil Kompleksində aldığı orta təhsilə görə iddiaçı tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısının, yəni 6.119 manat pulun, həmçinin X1 və X2 orada təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasında təhsil pulsuzdur. Dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq Cavabdeh öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq İddiaçı tələb edilə bilməz. Bu səbəbdən məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3, 107, 112.1, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 19.18-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddia tələbi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə qeyd etmişdir ki, “Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Qeyd olunanlar məhkəmədən belə qənaətə gəlməyə əsas verir ki, dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq Cavabdeh öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq İddiaçı tələb edilə bilməz. Bu səbəbdən, məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlir...“ Mülki iş materiallarına əlavə edilmiş və onun iddiası üzrə cavabdeh İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, 21.04,2022, xx.xx.2023-cü il tarixlərdə müqavilələrə əsasən X5 və xx.xx.2023-cü tarixli müqaviləyə əsasən isə X6 həmin təhsil kompleksində təhsil alırlar. Hətta xx.xx.2023-cü tarixli müqavilədə müqavilənin tərəfi kimi Cavabdeh qeyd edilsə də, müqavilə İddiaçı tərəfindən doldurulmuş və Cavabdeh əvəzinə onun tərəfindən imzalamışdır. Həmçinin mülki işə baxılarkən İddiaçı bildirmişdir ki, onların arasında nikah 2024-cü ilin fevral ayında pozulsa da, onlar 5 ildən artıq müddətdir ki, birgə təsərrüfat sürmürlər, ayrı yaşayırlar. Lakin buna baxmayaraq iş materiallarına baxanda müəyyən olunur ki, Cavabdeh ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən və İddiaçı şəxsən öz istəyi ilə oğlanlarını həmin məktəbə qoymuş, məktəblə müqaviləni şəxsən özü bağlamış, əvvəlki illər üçün təhsil haqqını da ödəmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında da əlavə xərclərdə valideynin məcburi i ştirakının əsasızlığını qeyd etsə də, ümumi orta təhsili istisna kimi qəbul etmişdir. Yəni AR KM-si valideynin bu kimi xərclərdə iştiraka cəlb edilməsini əsaslı saymışdır. Bundan əlavə, o, öz mənafelərini yox, himayəsində olan iki uşağın mənafelərini qoruyur. Belə ki, insanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bu səbəbdən uşaqların artıq öyrəşdiyi mühitdən ayırmaq, alışdıqları təhsil ocağından uzaqlaşdırmaq gələcəkdə onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərə bilər. Uşağın öz valideynindən ona layiqli təhsilin verilməsini tələb etmə hüququ var ki, hazırda bu hüququ uşaqların adından onun anası yerinə yetirir. Belə ki, qanunun mənasına görə valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Məhkəmə iclası zamanı faziləsiz aparılan audio və video yazılara baxılsa müəyyən olunar ki, İddiaçı özü izahat verərkən bildirmişdir ki, o, uşaqlardan birinin təhsil haqqını ödəsə də, Cavabdeh öz payına düşən hissədə təhsil haqqını ödəmirdi. Buradan görünür ki, Cavabdeh ilə İddiaçı arasında faktiki nikah münasibətləri uzun müddət əvvəl pozulsa da, onların qarşılıqlı razılığı və İddiaçı istəyi ilə uşaqları hazırda təhsil aldıqları təhsil müəssisəinə qəbul etdirmişlər və İddiaçı bu zaman təhs il haqqını ödəməyi qəbul etmişdir. Son zamanlara qədər də İddiaçı öz istəyi ilə uşaqların təhsil haqqını ödəmişdir. Hətta nikahları məhkəmə qaydasında rəsmi pozulduqdan sonra da İddiaçı uşaqlardan birinin təhsil haqqını ödəməyə davam etmişdir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Hətta məhkəmə iclası zamanı İddiaçı təhsil üçün təqribən 340 manat (alimentlə birlikdə 1000 manat) ödəməyə razılıq versə də, məhkəmə bunu nəzərə almayaraq iddia tələbinin qismən təmininə dair qətnamə qəbul etməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-6710/2024 nömrəli qətnaməsi ilə (hakimlər-İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qar şılıqlı iddia tələbi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısı, yəni 6.119 manat pul məbləği, həmçinin tərəflərin övladları X5 və X2 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısı cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, tərəflərin birgə nikahdan olan övladı X1, Cavabdeh ilə “Azərbaycan British Co llege” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tərəflərin digər övladı X2 həmin təhsil kompleksində təhsil alması, eləcə də hazırda da təhsillərini həmin təhsil kompleksində davam etdirmələri işin mübahisəsiz halıdır. Eləcə də müəyyən olunur ki, tərəflər arasında hazırda tələb olunan, eləcə də uşaqların aylıq təhsil haqqının məbləği ilə bağlı mübahisə yoxdur.
22. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh İddiaçı Cavabdeh ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə H.Quliyevin adı qeyd edilsə də, müqaviləni etibarnamə əsasında özünün imzaladığını bildirmiş və təsdiq etmişdir ki, ilk gündən uşaqların həmin təhsil müəssisəsində oxumalarına birgə qərar vermişlər.
23. Məhkəmənin mövqeyinə g örə tərəflər öz övladlarının həmin təhsil müəssisəsində təhsil alması üçün qarşılıqlı razılaşmışlar və bu onların birgə qərarı əsasında həyata keçirilmişdir. Cavabdeh öz ilkin iddia tələbində də qeyd etdiyi kimi, o, təhsil haqqını özü könüllü ödəmiş, hətta nikah pozulduqdan sonra da ödəməyə davam etmişdir. Bu da öz növbəsində onun övladlarının həmin təhsil komleksində təhsil almasının digər valideynlə birgə seçimi olduğunu təsdiq edir.
24. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına da istinad etmişdir. Kollegiya qeyd etmişdir ki, həmin qərar məhz yetkinlik yaşına çatmış şəxslərin təhsili ilə əlaqədar valideynin əlavə xərcə cə lb edilə bilməməsi barədə olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən həmin qərardakı mövqe də təhrif edilmişdir. Həmin qərarda qeyd edilir ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Həmin möqedən də aydın olur ki, valideyn orta təhsil dövründə təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Hazırkı işdə də tərəflər övladlarının orta təhsilini öz seçimləri əsasında qeyd edilən təhsil kompleksində almasını razılaşdırmış, bunun nəticəsində uşaqlar həmin təhsil kompleksində təhsil almaqdadırlar.
25. Hazırkı halda nəzərə alsaq ki, uşaqların ödənişli xüsusi təhsil müəssisəsində oxumasına dair tərəflər birgə, həm də hələ nikahda olduqları vaxt qərar vermiş, uşaqlar birinci sinifdən, ikinci uşaq isə hazırlıqdan həmin ödə nişli təhsil müəssisəsində oxuyur, onda məlum olur ki, yalnız sonradan tərəflər arasında nikahın pozulmasına əsaslanmaqla, onları, şəksiz olaraq gələcək həyata hazırlanması, habelə həyatda uğur qazanmaları üçün daha əlverişli olan təhsildən ayırmaq, eləcə də bu müddət ərzində adaptasiya olduqları və alışdıqları sosial mühitdən qoparmaq, məktəbli uşaqların qorunmalı olan üstün maraqlarına cavab verməməklə yanaşı, həm də onlar üçün ciddi sarsıntı və xəyal qırıqlığına səbəb ola, onlarda nagümanlıq sindiromu yarada bilər. Gələcək xəyallarını quran azyaşlı məktəblilər üçün bunun yolverilməz olduğu şəksizdir.Bunun, həmin yaşda uşaqların hüquqlarının üstün müdafiə edilməsi baxımından da yolverilməz olduğu mübahisəsizdir.
26. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi, həm də uşaqların alışmış (bağlı) olduqları təhsil kompleksində, orada öyrəşmiş olduqları mühit və dostları ilə birgə təhsil almasına, demək ki, uşaqların üstün mənafeyinin təmin edilməsinə xidmət edəcəkdir. Bu məsələdən har hansı əks yanaşma, uşaq hüquqlarının üstün müdafiəsi ilə bağlı yuxarıda istinad olunan milli və beynəlxalq hüquq normalarının tələblərinə zidd olacaqdır.
27. Hazırkı tələb üzrə cavabdehin vəkilinin apellyasiya şikayəti və müvafiq olaraq da iddiaya qarşı etirazında xüsusi olaraq “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına və həmin qərarda əks olunmuş hüquqi mövqeylərə istinadına münasibətdə isə Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, əvvəla, həmin qərarda müzakirə olunan məsələ ali təhsil mərhələsi üzrə ödənişlərdə valideynlərin iştirakı ilə bağlı olmuşdur və həmin qərardakı mövqe də yalnız bu mərhələ ilə əlaqədar olmaqla, ümumi orta təhsil istisna kimi qeyd edilmişdir. Bundan başqa, nəzərdən qaçırmaq olmaz ki, həmin qərarın qəbulundan uzun müddət vaxt keçmişdir və bu müddət ərzində sürətlə inkişaf edən və dəyişən ictimai münasibətlər zəmnində hüquq münasibətlərinin və hüquq düşüncəsinin də dəyişməsi və demək ki, dəyişən münasibətlərə yeni yanaşmaların tətbiqi zərurəti ortaya çıxır.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2, 51.5, 58.4, 58.5, 58.6, 60.3, 81.1, 81.2, 81.3, 107, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə qarşılıqlı iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasının qətnaməsi ilə atanın uşaqların özəl/ödənişli təhsil kompleksində oxuduqları müddətdə iradəsinə zidd olaraq təhsil xərclərinə cəlb edilməsindən də görünür ki, ər-arvadın Ailə Məcəlləsinin 29.2-ci maddəsində göstərilən hüquq bərabərliyi (seçim hüququ) prinsipləri nəzərə alınmamışdır. Dövlət tərəfindən təklif olunan ümumi orta təhsil də kifayət qədər keyfiyyətli olmaqla uşaqların orada təhsil alması keyfiyyətsiz təhsil alacaqları, savadsız olacaqları anlamına gəlmir.
31. Məhkəmənin əsaslandığı maddi normalardan biri də Ailə Məcəlləsinin 60.3-cü maddəsi olsa da işin faktiki hallarına nəzərə salınanda görünür ki, növbəti illərdə uşaqların özəl təhsil kompleksində təhsil almaları üçün valideynlər arasında qarşılıqlı razılıq yoxdur. İddiaçı faktiki və şifahi olaraq bu barədə öz iradəsini ifadə etmişdir. Bundan başqa uşaqlar sözügedən təhsil kompleksinin yuxarı siniflərində təhsil almamaqla həmin təhsil müəssisəsində təhsil aldıqları müddət çox uzun müddət deyil. Odur ki, aşağı siniflərdə oxuduqları vaxtda valideynlərin ödəmə qabiliyyətinə uyğun olan təhsil müəssisəsinə keçmələri onların uyğunlaşmaları üçün daha əlverişli olacaqdır. Nəinki illər sonra tərəflərin ödəmə qabiliyyəti olmaması səbəbindən uşaqların keçid dövründə və ya sonradan məktəblərini dəyişməyə məcbur olm aları. Dolayısı ilə məhkəmənin gəldiyi nəticə uşaqların gələcək mənafeyini də qeyri-müəyyən edir.
32. Məhkəmənin əsaslandığı maddi normalardan biri də Ailə Məcəlləsinin 58.5-ci maddəsi olsa da sözügedən maddə uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququ hər iki valideyinə verilmişdir. İşin nəticə mahiyyətindən görünür ki, atanın maddi durumu və seçmək hüququ, iradəsi nəzərə alınmadan ananın istədiyi təhsil müəssisəsində uşaqların təhsilini davam etdirdiyi müddətdə xərclərin yarısını ödəməyə məcbur ediləcəkdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə
17. İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
35. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
36. Maddə 51.5.Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
37. Maddə 58.4.Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.
38. Mad də 58.5.Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.
39. Maddə 58.6. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
40. Maddə 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
41. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlar a, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
42. Maddə 81.2.Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
43. Maddə 81.3.Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
44. Maddə
107. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
45. Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsiərəflərin diqqətəlayiq ba şqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
46. Maddə 18.Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur.
47. Maddə 34.1.1.Yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqlarıdır. “Uşaq hüquları haqqında” Konvensiya
48. Maddə
3. Bənd 1.Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə mə şğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
49. Maddə
3. Hissə İİ.İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
50. Maddə
18. Bənd 1.İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəy yumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
51. Maddə
27. Bənd İİ.Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanunu
52. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Q anunu
53. Maddə 19.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddiaçı tərəfindən qismən, qarşılıqlı iddianın təmin edilməsi hissəsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.
66. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunduğu kimi iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı 24 aprel 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasındakı nikahdan 3 aprel 2015-ci il təvəl lüdlü X5 və 1 fevral 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(011)-355/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, uşaqların saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin tutulması 28 noyabr 2023-cü il tarixdən hesablanmışdır.
67. Məhkəmələrin müəyyən etdiyi işin digər hallarından görünür ki, İddiaçı ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, tərəflərin birgə nikahdan olan övladı X1, Cavabdeh ilə “Azərbaycan British College ” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən tərəflərin digər övladı X2 həmin təhsil kompleksində təhsil alması, eləcə də hazırda da təhsillərini həmin təhsil kompleksində davam etdirirlər. Cavabdeh İddiaçı Cavabdeh ilə “Azərbaycan British College” Təhsil Kompleksi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə H.Quliyevin adı qeyd edilsə də, müqavilə etibarnamə əsasında İddiaçı tərəfindən imzalanmışdır.
68. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissənin hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən valideyn alimentdən əlavə, uşağın saxlanılması üçün yaranan əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin bunun üçün əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmalıdır. Maddənin dispozisiya sında belə müstəsna halların bir qismi sadalanmışdır: uşağın ağır xəstəliyi, şikəstliyi, uşağa kənar xidmətin göstərilməsi zəruriliyi. Lakin eyni zamanda qanunla digər hallarda da, valideynin əlavə xərclərin ödənilməsinə cəlb edilməsi imkanı müəyyən olunmuşdur.
69. Hazırki iş üzrə iddia mübahisələndirilən hissədə təmin edilərkən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər öz övladlarının həmin təhsil müəssisəsində təhsil alması üçün qarşılıqlı razılaşmışlar və bu onların birgə qərarı əsasında həyata keçirilmişdir. Cavabdeh təhsil haqqını özü könüllü ödəmiş, hətta nikah pozulduqdan sonra da ödəməyə davam etmişdir. Bu da öz növbəsində onun övladlarının həmin təhsil komleksində təhsil almasının digər valideynlə birgə seçimi olduğunu təsdiq edir.
70. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddianın təmin edilən “iddiaçı Cavabdeh tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısı, yəni 6.119 manat pul məbləğinin İddiaçı tutulması” hissəsi ilə razılaşsa da, “tərəflərin övladları X5 və X2 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsi ilə razılaşmır.
71. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh tərəfindən təhsil haqqı kimi ödənilən 12.238 manat pulun yarısı, yəni 6.119 manat pul məbləğinin İddiaçı tutulması” hissəsi üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məbləğin ödənilməsinə əsas olan müqavilənin bağlanması zamanı tərəflərin qarşılıqlı razılığının olması işin mübahisəsiz halıdır.
72. Belə ki, müqavilə təhsil müəssisəsi ilə Nicran Quliyeva arasında bağlanmış olsa da, məhz qarşılıqlı iddiaçının adından təmsilçi kimi İddiaçı çıxış etmiş və müqavilə bağlanarkən onların arasında olan nikah pozulmamışdır.
73. Nəzərə alınmalıdır ki, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Bu baxımdan rəsmi nikahda olan valideynlərin uşaqlarının qarşısında birgə vəzifələrinin olması nəzərə alınaraq onlar nikah müddətində ödənilmiş məbləğə münasibətdə birgə cavabdehlik daşıyırlar. Ödənilmiş məbləğin birgə nikah müddətində Nicran Quliyeva tərəfindən həyata keçirilməsi mübahisələndirilmədiyindən məbləğin yarısının cavabdeh İddiaçı tutulması düzgün olmuşdur.
74. İddia tələbinin “tərəflərin övladları X5 və X2 “Azərbaycan British Coll ege” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsi ilə razılaşmır.
75. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(011)-355/2024 nömrəli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında saxlanması və uşaqların saxlanılması üçün İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
76. Göründüyü kimi, tərəflər arasında nikahın pozulmasında sonra ər-arvad arasında ailə birliyinə son qoyulsa da, uşaqlara münasibətdə onların vəzifələri qalmaqda davam edir. Uşaqların maraqlarından çıxış edən məhkəmə onların saxlanması üçün İddiaçı əmək haqqının müəyyən hissəsini aliment olaraq tutmuşdur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Tərəflər arasında uşaqların həmin müəsssədə təhsillərini davam etdirilməsinə dair hər hansı razılaşma və ya müqavilə bağlanmamışdır.
77. Ailə Məcəllənin 49.1-49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valid eynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
78. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Alimentin tutulması zamanı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
79. Uşaqlar yetkinlik yaşına çatmadıqda tutulan alimentin məbləğindən asılı ol mayaraq valideynlər müstəsna hallarda – yəni uşaqların ağır xəstə, əlilliyi müəyyən edildikdə əlavə xərclərə cəlb oluna bilərlər. Göstərilən halların olmadığı halda isə valideynlər uşaqlara münasibətdə əlavə xərclərdə iştiraka cəlb olunması mümkünlüyünü qanunvericilik müəyyən etməmişdir.
80. Apellyasiya instansiya məhkəməsinin uşaqların üstün mənafeyindən çıxış edərək atanı əlavə xərc kimi tələb olunan təhsil haqqının yarısı həddində məsuliyyətləndirməsi Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmamışdır.
81. Nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmamış uşağa münasibətdə əlavə xərcdə iştirakı yalnız tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmam ası; yetkinlik yaşına çatmamış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.
82. Ailə Məcəlləsinin 81-ci maddəsi baxımından yetkinlik yaşına çatmayan övladların təhsil haqları əlavə xərc kimi nəzərdə tutulmur və maddənin məzmunu baxımından müstəsna hal hesab oluna bilməz. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlik ləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmamış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara isə göstərildiyi kimi övladın ağır xəstə, şikəst olması və s. daxildir.
83. Apellyasiya instansiya məhkəməsi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına və həmin qərarda əks olunmuş hüquqi mövqeylərə istinadına münasibətdə qeyd etmişdir ki, həmin qərarda müzakirə olunan məsələ ali təhsil mərhələsi üzrə ödənişlərdə valideyn lərin iştirakı ilə bağlı olmuşdur və həmin qərardakı mövqe də yalnız bu mərhələ ilə əlaqədar olmaqla, ümumi orta təhsil istisna kimi qeyd edilmişdir.
84. Lakin apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyi Konstitusiya Məhkəməsinin hüquqi möveyinə uyğun olmamışdır. Konstitusiya Məhkəməsi şərh verilməsini zəruri hesab etdiyi norma baxımından təhsil xərcinin həmin maddədə göstərilən əlavə xərcələ bağlı ödənilməli məbləğə aid olmadığı müəyyən olunmuşdur. Belə ödəmənin yetkinlik yaşına çatmayan uşaqları münasibətdə aparılmasının mümkünlüyü ilə bağlı məhkəmənin hər hansı mövqeyi olmamışdır.
85. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tədqiq edilmiş sübutlara uyğun gəlmir.
86. Məhkəmə kollegi yası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
87. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüq uqun aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddi asını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
89. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi “tərəflərin övladları X5 və X2 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsində” ləğv olunmalı və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd olunması barədə yeni qərar qəbul edilməli dir.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)6710/2024 nömrəli qətnaməsi “tərəflərin övladları X5 və X2 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi hissəsində” ləğv edilsin və həmin hissə üzrə yeni qərar qəbul edilsin. Cavabdeh İddiaçı qarşı övladları X5 və X2 “Azərbaycan British College” Təhsil Kompleksində təhsillərini davam etdiyi müddətdə müvafiq illər üçün təhsil haqqının yarısının cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi hissəs ində iddia təmin edilməsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.