Məhkəmə qərarları › İş №2(102)-963/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-963/2022

13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-963/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış 22.09.2018-ci il təvəllüdlü X1, 12.01.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər uşağın saxlanası üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 və hər uşağın saxlanması 50 manat olm aqla, cəmi 100 manat, ümumi 400 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, yetkinlik yaşına çatmamış 22.09.2018-ci il təvəllüdlü X1 və 12.01.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər uşağın saxlanası üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla, cəmi 350 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(010)3677/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin alimentin məbləği hissəsində ləğv edilməsini, uşaqların yet kinlik yaşlarına çatanadək saxlanmaları üçün iddiaçının xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 miqdarında aliment tutulması və iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)-8834/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdehin nümayəndəsi və vəkili qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli i ddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112.1 və 112.1.3-cü maddələrinin tələblərinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda cavabdehin mübahisələndirdiyi aliment məbləğinin bir illik qiyməti iki min manatdan az (35x12=4200 manat) olduğundan onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiy a şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(102)-8834/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar