Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-965/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102) - 965/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X9, X5 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, İddiaçı vəkili Abdullayev İkram Yusif oğlunun, cavabdeh “xxxx”xxxx ASC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli, 2(103)7612/2018 nömrəli qətnaməsindən cavabdeh “xxxx”xxxx” ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim E.E. Rəhimov) 11 sentyabr 2017-ci il tarixli, 2(009)-1680/17 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazımov, V.T.Həsənov və T.S.Səmədov) 01.12.2017-ci il tarixli, 2(103)-12527/2017 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) 27.04.2018-ci il tarixli, 2(102)-2861/2018 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təminolunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.12.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə gönd ərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova və E.Həsənov) 25.07.2018-ci il tarixli, 2(103)-7612/2018 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx”xxxx ASC və onun vəkili X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçıcavabdeh “xxxx”xxxx ASC-yə qarşı X2 üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış SS-02731312 saylı “Səfər Sığortası” müqaviləsinin şərtlərinə uyğun olaraq 25.000 avro sığorta məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi ba rədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tibb eksperti qarşısında iş üçün əhəmiyyət kəsb edən suallar qoyulmamış və ekspertin rəyi mübahisəli halın araşdırılması və düzgün həll edilməsi üşün kifayət qədər əsaslı olmamışdır. Belə ki, ekspert rəyinin təsviri hissəsində iddiaçıya hələ cavabdehlə müqavilə bağlamamışdan əvvəl müxtəlif vaxtlarda ürək xəstəliyi ilə bağlı diaqnozlar təyin edilmişdir. Həmçinin, Türkiyə Respublikasında onun üzərində açıq ürək əməliyyatı aparılmışdır. İş üzrə rəy vermiş ekspertlər qəsdən verilmiş sualları səthi cavablandıraraq ümumi formada təyin edilmiş diaqnozun qan dövranı xəstəliklə rinə aid edilməsini rəydə göstərmişlər. Əslində isə iddiaçıya təyin edilmiş xəstəliyin qan dövranı xəstəliyinə aid olmasını cavabdeh də mübahisələndirmir. İş üçün mübahisəli hal xəstəliyin ürək xəstəliyi olub-olmaması ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, ürəyin bütün xəstəlikləri “qan dövranı xəstəlikləri” sinfi altında birləşdirilmişdir. Sığorta şərtləri həmin sinif altında qruplaşdırılmış digər xəstəlikləri deyil, yalnız ürək-damar xəstəliklərini fərqli sığorta şərti ilə müəyyən etmişdir. Streptokokk virus mənşəli bakteriyadır, özlüyündə xəstəlik deyil, hər hansı bir orqanı zədələməklə onu xəstəliyə yoluxdurur. İddiaçıya təyin edilmiş diaqnozdan da görünür ki, onda yaranmış xəstəlik streptokokk mənşəli virusun ürəyi zədələməsi nəticəsində onu xəstələndirmiş və bu iddiaçıda açıq ürək əməliyyatı ilə nəticələnmişdir. Ekspert rəyi mübahisənin həlli üçün yetərli olmadığı və iddiaçıya təyin edilmiş diaqnozun ürək xəstəliyi olub-olmaması, həmin diaqnozun ayrıca bir xəstəlik növü olubolmamasının aydınlaşdırılması üçün əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə apellyasiya məhkəməsinə verdikləri vəsatət isə məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, apellyasiya məhkəməsi özü də ekspert rəyinin mübahisənin düzgün həll olunması üçün birmənalı olmamasını qətnamədə (səhifə 2, abzas 7) qeyd etmişdir. Apellyasiya məhkəməsi AR MM-nin 419.2-ci maddəsini səhv tətbiq etmişdir. Məhkəmə hesab etmişdir ki, tibbi baxımdan iddiaçıya təyin edilmiş diaqnozun birmənalı cavabı yoxdu. Məhkəmənin hansı əsasla bu qənaətə gəlməsi bəlli deyil. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx”xxxx ASC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Abdullayev İkram Yusif oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında üçüncü şəxsin nü mayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflərin arasında sığorta münasibəti olub, iddiaçı sığortalı, cavabdeh sığortaçıdır. 10.11.2016-cı il tarixində Səfər sığortası şəhadətnaməsi tərtib olunmuş, iddiaçı xarici ölkəyə səfər müddətində qəfil xəstəlik və bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşıma və repatriasiya xərclərindən sığortalanmışdır. Sığorta məbləği 30.000 avro müəyyən edilmişdir. Sığorta müddətində iddiaçı İsveçrənin Cenevrə şəhərinə səfərə getmiş, orada səhhəti qəfil pisləşmiş, tibbi müayinədən sonra ona “Stertokok qallolitikus ilə əlaqədar Endikardit” diaqnozu qoyulmuş, İsveçrədə tibb müəssisəsində 13 gün müddətinə müalicə almış, daha sonra Azərbaycana qayıtmış, burada tibb müəssisəsində 10 gün müalicəsini davam etdirmiş, daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə getmiş, 10.01.2017-ci ildə həmin ölkədə tibb müəssisəsin də açıq ürək əməliyyatı keçirmişdir. Bundan sonra, iddiaçı 30.000 avro məbləğinə sığorta ödənişini almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya 5.000 avro sığorta ödənişi (şərtsiz azad olma məbləğini çıxmaqla) vermişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçıya ürək-damar sistemi xəstəliklərinə aid olan diaqnoz qoyulub, bu halda müqavilənin şərtinə uyğun olaraq sığortaçının öhdəliyi 5.000 avrodan çox ola bilməz. İddiaçı isə iddia edir ki, onun xəstəliyi ürək-damar sistemi xəstəliklərinə aid deyil, streptokokların qana keçməsi ilə əlaqədar (bakterial yolla) yaranan xəstəlik olduğundan ona tam sığorta məbləği ödənilməlidir. Aşağı instansiya məhkəmələri tərəfindən xəstəliyin hansı təsnifata aid olmasının müəyyən edilməsi ilə bağlı aşağıdakı sənədlər tədqiq edilmişd ir. İsveçrənin “Genolier” klinikasının məktubundan görünür ki, İddiaçı klinikalarına “Stertokok qallolitikus ilə əlaqədar Endikardit” diaqnozu ilə daxil olmuşdur; İsveçrənin “Genolier” klinikasının epikrizindən görünür ki, İddiaçı klinikalarında “Stertokok qallolitikus bakteriasından qaynaqlanan Sepsis (və ya septik vəziyyət və bakterioloji infeksiya)” diaqnozu üzrə müalicə almışdır; İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 10 avqust 2017-ci il tarixli, 187/KEŞ saylı ekspert rəyindən görünür ki, X3 görə “Streptokok qallolitikus ilə əlaqədar Endokardit” xəstəliyi qan dövranı sistemi xəstəliklərinə aiddir. XBT-yə görə qeyd edilən xəstəlik 133 kodu ilə müəyyən edilmişdir. “Streptokok qallolitikus ilə əlaqədar Endokardit” xəstəliyində xəstədə ürəyin endokard qatı zədələnir, bunun nəticəsində ikitaylı və üçtaylı qapaqlarında zədələnmə müşahidə edilir və exogen kütlə əmələ gəlir. Xəstəliyin klinikasında təngnəfəslik, hava çatışmazlığı, ürək döyünmə və ürək nahiyəsində ağrılar qeyd edilir. Qeyd edilən əlamətlər streptokokların qana keçməsi ilə əlaqədar (bakterial yolla) əmələ gəlir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən göstərilənlərə əsasən ona “Streptokok qallolitikus ilə əlaqədar Endokardit” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. “Streptokok qallolitikus ilə əlaqədar Endokardit” xəstəliyi qana yoluxmuş bakteriyalar tərəfindən törədilir; Məhkəmə-tibbi eksperti, tibb elmləri doktoru məhkəmə təbabəti kafedrası üzrə professoru X6 mütəxəssis rəyindən görünür ki, 1) İddiaçı xəstəliyi sepsis (septik vəziyyət, bakterial infeksiya) olmuşdur. Bu xəstəliyin əsas səbəbi müxtəlif şəraitlərdə Streptokokk qallolitikus qrupuna aid bakterialinfeksiyanın qana keçməsi ilə bağlıdır. 2) X3 görə İddiaçı xəstəliyi 1-ci Sinif “Bəzi infeksion və parazitar xəstəliklər”ə aiddir. Bu xəstəlik həm A.40.2 “D qrup streptokokların törətdiyi sepsis”, həm də B.95.2 “D qrup streptokoklar başqa rubrikalarda təsnif edilən xəstəliklərin törədicisi kimi” təsnif oluna bilər. 3) Komissiyon məhkəmə-tibbi ekspertizasının rəyi İddiaçı olan “Streptokokk qallolitikus ilə əlaqədar endokardit” X1 İX-cu sinif “Qan dövranı sistemi xəstəlikləri”nə (İ.33.0 – “Kəskin və yarımkəskin endokardit”) aid edilmişdir. Bu ondan irəli gəlir ki, aparılan ekspertiza septik endokarditi əsas xəstəlik kimi qiymətləndirmişdir. Lakin nəzərə alınsa ki, İddiaçı anamnezində heç zaman ürək-damar xəstəlikləri olmayıb və xəstəliyi törədən Streptokok qallolitikus D qrup streptokokklara aiddir, belə nəticəyə gəlinir ki, İddiaçı əsas xəstəliyi və diaqnozu sepsis (bakterial infeksiya) olmuşdur, septik endokardit isə bu xəstəliyin bir əlaməti kimi vəziyyəti ağırlaşdırmışdır. Streptokok qallolitikus enterokok adlanan xüsusi qrup mikroorqanizmlərə aiddir ki, bunlar digər streptokokklardan fərqli olaraq mədəbağırsaq sisteminin florasına ürək-damar sistemindən daha yaxın hesab olunur və onların əmələ gətirdiyi xəstəliklər heç də kardioloqlar tərəfindən müalicə edilmir. Odur ki, İddiaçı xəstəliyi ürək-damar xəstəliklərinə aid edilməsi doğru hesab edilmir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının xəstəliyi ilə əlaqədar onun Cenevre şəhərində müalicə aldığı tibb müəss isəinin epikrizləri, iş üzrə məhkəmə-tibbi ekspertizalarının rəyləri, habelə sonuncu apellyasiya icraatında iddiaçı tərəfindən təqdim edilmiş mütəxəsis rəyi tədqiq edilərək, iddiaçıda baş verən xəstəliyin ürək qan-damar xəstəliyinə aid olmaması qənaətinə gəlinmişdir və bu əsasla da tərəflər arasında bağlanmış müqavilənin məhdudlaşdırıcı 10.1-ci maddəsinin hazırki halda tətbiq edilməməsi ilə bağlı düzgün qənaətə gəlinmişdir. Odur ki, Müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya məhz tam məbləğdə sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin^ 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.2-ci maddəsinə əsasən sığorta çı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Bu baxımdan kassasiya kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya kollegiyası işin faktiki hallarına müdaxilə etmədən apellyasiya instansiya məhkəməsinin qənaəti ilə razılşaraq hes ab edir ki, işdə olan sübutlar əsasında iddiaçıda olan xəstəliyin ürək qan-damar deyil, bakterial infeksiyanın orqanizmə düşməsi səbəbindən yaranan “Sepsis” olduğu müəyyən edildiyindən, habelə ürəkdə olan “Endokardit” xəstəliyi ilə bağlı məsələnin də aydınılaşdırılaraq, onun iddiaçıda yaranan ilkin xəstəlik deyil, məhz “Sepsis”-in nəticəsində baş vermiş ağırlaşma olduğu müəyyən edildiyindən, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin məhdudlaşdırıcı 10.1-ci maddəsinin tətbiqi üçün əsaslar yaranmamışdır. Ekspertiza rəyi ilə bağlı dəlilə münasibətdə kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsi baxımından ekspertiza rəyi digər sübutlarla yanaşı qiymətləndirildiyindən və işdə olan ekspertiza rəylərində cavabdeh tərəfin bildirdiyi qeyri-müəyyənliklər mötəbərliyi şübhə altına alınmayan mütəxəssiz rəyi ilə aradan qaldırıldığından Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinin tələbləri baxımından əlavə ekspertizanın keçirilməsi üçün zərurət olmamışdır. O da qeyd edilməlidir ki, apellyasiya şikayətində cavabdeh tərəf sığorta ödənişinin məbləğini mübahisələndirmədiyindən həmin hissə üzrə apellyasiya instansiyası məhkəməsində düzgün olaraq araşdırma aparılmamışdır. Digər dəlillərə gəldikdə isə kollegiya qeyd edir ki, bu dəlillər Mülki Prosessual Məcəlləsinin 418.2 və 418.3-cü maddələri baxımından apellyasiya instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx”xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli, 2(103)-7612/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-965/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-965/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver