Məhkəmə qərarları › İş №2(102)-971/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-971/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-971/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1445/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2019-cu il tarixli, AN 1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin dəyəri olan 22360 manatın, 258 manat vergi məbləğinin, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manatın və 30 manat dövlət rüsumunun, cəmi 22726 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 31.01.2019-cu il tarixli AN 1 № ******* saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, torpağın naturada geri qaytarılması və ya torpaq sahəsinin dəyəri o lan 22360 manatın, 258 manat vergi məbləğinin, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manatın və 30 manat dövlət rüsumunun cəmi 22726 manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə 31.01.2019-cu il tarixdə razılaşaraq ona mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə şosesi, 21A ünvanda yerləşən ümumi sahəsi 4000 kv.metr torpaq bir hissəsini (430 kv.m) alqı-satqı müqaviləsi ilə 3500 manata satmışdır. Mingəçevir ASAN Xidmət Mərkəzinin Notariat ofisində 31.01.2019-cu il tarixli AN1 1 №0728266 saylı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı olan 258 manat pulu da o ödəmiş dir. Cavabdeh razılaşdıqları kimi torpaq sahəsinin pulunu ona bir ay ərzində qaytarmalı idi. Lakin o, indiyədək müqavilə üzrə torpaq sahəsinin qiymətləndirilmiş 3500 manat pulu, eləcə də 258 manat vergi məbləğini, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat məbləğində xərci qaytarmamışdır. Torpaq bazarında mübahisələndirilən torpaq sahəsinin 1 kv.m qiyməti 50 manatdır. Cavabdehə verilmiş 430 kv.metr torpaq sahəsinin real bazar qiyməti 22360 manat dəyərindədir və bu pulun cavabdehdən alınmasını tələb edir. İddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Həmin torpaq sahəsində sökülməsi çətin olan obyektlərin tikilməsi torpağın naturada qaytarılmasını məhdudlaşdırır. Bu səbəbdən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alınanları eyni ilə qaytarma q mümkün olmadıqda cavabdeh onun dəyərini pulla ödəməlidir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 aprel 2021-ci il tarixli 2(051)-226/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus torpaq sahəsini Cavabdeh satmışdır. Tərəflər arasında bu barədə notarial qaydada müqavilə bağlanmışdır. Müqavilə öhdəlikləri tam aydın göstərilmişdir. Tərəflər müqavilə öhdəliklərini notariusun iştirakı ilə imzalamış və bütün öhdəlikləri qarşılıqlı olaraq qəbul etmişlər. Tərəflər arasında bağlanmış alqı satqı müqavilənin ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Əksinə iş materiallarında olan sənədlərdən və notariat kontoru tərəfindən göndərilən sənədlərdən də göründüyü kimi müqavilə tam əsaslıdır və tərəflərin iradə ifadəsi kimi müqavilə bütün tərəflər tərəfindən imzalanmışdır. İddiaçı öz tələbinə əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 329.1, 331.1, 337.5, 339.1, 339.2, 390.1-ci və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində i craat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 2(107)-1445/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(051)-226/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, maddi hüququn tətbiqində səhvə yol vermişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli Mingəçevir Şəhər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(051)-226/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 329.1-ci, 331-ci, 337.1-ci, 337.5-ci, 339.1-ci, 339.2-ci maddələrinə istinad etmişdir. Halbuki məhkəmə tərəfindən iddiaçının bildirdiyi faktiki hallarla həmin normaların dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilməmiş və əsaslandırılmamışdır. Bu hal ona dəlalət edir ki, birinci instansiyası məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 31.01.2019-cu il tarixli AN 1 № ******* saylı alqısatqı müqaviləsinin ləğv edi lməsi, torpağın naturada geri qaytarılması və ya torpaq sahəsinin dəyəri olan 22360 manat, 258 manat vergi məbləği, sənədlərin rəsmiləşdirilməsi üçün ödənilmiş 78 manat və 30 manat dövlət rüsumu cəmi 22726 manat pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 14-cü, 646-cı, 647-ci, 648-ci, 567-ci 421-ci, 600.1-ci maddələri nəzərdən keçirilə bilər. Kollegiyanın iclasında tərəflərin izahatları, 31 yanvar 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 430 kv.m torpaq sahəsini İddiaçı 3.500 manata almışdır. Satıcı İddiaçı 430 kv.metr sahə üçünn 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Məhkəməyə təqdim olunmuş D ƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Gəncə şosesi 21A yerləşən 0.40 ha torpaq sahəsi tam, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 27.04.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh 430 kv.m torpaq sahəsini X2 2.500 manata satmışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. İddiaçı apelyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan 31 yanvar 2019cu il tarixli ANİ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 430 kv.m torpaq sahə sini İddiaçı 3.500 manata almışdır. Satıcı İddiaçı 430 kv.metr sahə üçün 0.5 manat vergi dərəcəsi ilə 1.2 əmlak əmsalı ilə 258 manat sadələşdirilmiş vergi tutulmuşdur. Həmin müqavilədə isə satılan torpaqla bağlı ödəniləcək məbləğin gələcəkdə ödənilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Yəni cavabdehin müqavilənin şərtlərini pozması barədə iddiaçı tərəfindən hər hansı bir sübut növü təqdim edilməmişdir. İddiaçının iddia tələbi üzrə bildirdiyi faktiki hallarla Mülki Məcəllənin 600.1-ci maddəsinin dispozisiya şərtləri arasında uyğunluq müəyyən edilmir. Həmin maddəyə əsasən isə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə mü ddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Kollegiya qeyd edir ki, iddiaçı müqavilənin ləğv edilməsi üçün sübutlar təqdim etmədiyindən, həmin müqavilə üzrə çəkilmiş xərcləri tələb etməkdə haqlı deyildir. Göründüyü kimi iddiaçının iddia ərizəsini təmin etmək üçün əsaslar müəyyən edilmir. Apelyasiya şikayətindəki dəlillərə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasına iddiaçı qeyd etdiyi dəliləri əsaslandıran heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, iddianın təmin edilən olması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasi ya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilərək işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya işin hallarına uyğun olmayan tərzdə maddi hüquq normalarını yanlış təfsir edərək qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyi, yəni əldə etdiyi torpaq sahəsinin müqabilində onun dəyərini iddiaçıya ödəməmiş və bununa müqavilə şərtlərini pozmuşdur. Cavabdeh müqavilə üzrə pulu ödəmək vəzifəsindən boyun qaçırmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraat ı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan büt ün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürü r. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağı rılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya insta nsiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçının apelyasiya şikayətində olduğu kimi cavabdehlə aralarında bağlanmış müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsinə, yəni torpaq sahəsinin dəyərinin ona ödənilməməsinə istinad etsə də, tələbinin əsasını təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Bu səbəbdən də onun iddia tələbini təmin etməməklə apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası q eyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1445/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar