Məhkəmə qərarları › İş №2(102)-971/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-971/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-971/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə köçürmə, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə, yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5762/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda olan 2 otaqlı evin 11,5 kv metr hissəsi mülkiyyət hüququ əsasında X13, 16,5 kv metr hissəsi Sadıxov Ağakişi Babaş oğluna məxsusdur.

2. ASAN 1 xidməti tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadırlar.

3. Hədiyyə verən X18 ilə hədiyyə alan Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, ünvan 2 ünvanda yerləşən 11,5 kv metr 1 otaqlı evi hədiyyə verən tərəfindən hədiyyə alana bağışlanmışdır. 4. 08.0 6.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi ev 83 ünvanda yerləşən fərdi yaşayış evinin X13 məxsus hissəsinin bağışlanmasına etiraz etməmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 5-in 16,5 kv metr hissəsi "xxxx" ASC-nin (qeydiyyat tarixi xx.xx.2014), 11,5 kv metr hissəsi Cavabdeh xüsusi mülkiyyətlərində olmuşdur (qeydiyyat tarixi xx.xx.2021).

6. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışla və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş **********54-05101-093001 reyestr nömrəli Texniki Pa sportuna əsasən ünvan 3-in 11,5 kv metr hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları X7 və X8 ilə birlikdə pasport qeydiyyatında olduqları ünvan 3 ünvanına köçürülmələri və həmin mənzildə yaşamalarına dair hər hansı bir qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzil qardaşı Cavabdeh xüsusi mülkiyyətindədir. Atası ilə anası ayrıldıqdan sonra X3 xx.xx.2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzili əldə etmiş və q ardaşı Cavabdeh da götürərək həmin mənzilə köçmüşlər. O, xx.xx.2001-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra anasının mülkiyyətində olan həmin evdə yaşamağa davam etmişdir. Həmin vaxtlar onun pasport qeydiyyatı atasının evinə olmuşdur və anası xx.xx.2003-cü ildə onu Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzilə pasport qeydiyyatına aldırmışdır. O, ailə qursa da anasının və qardaşının qulluğa ehtiyacı olduğundan, həmin evdə yaşamağa davam etmişdir. Sonradan ailə olaraq yaşadıqları evin ikinci mərtəbəsini inşa etməsi və ailəsi ilə bərabər orada yaşamaları barədə razılaşmışlar. Həmin ikinci mərtəbənin tikinti və təmir xərcləri, həm onun və həyat yoldaşının, həmçinin atalığının köməkliyi ilə xx.xx.2014-cü ildə tamamlanmışdır. Evin ikinci mərtəbəsi çıxarışda qeyd edilməsə də, evin texniki pasportunda göstərilmişdir. Bundan sonra o, müvafiq idarələrə müraciət edərək, ikinci mərtəbənin su sayğacını da öz adına açdırmışdır. Bir müddət sonra anası qardaşı Alı ilə ona ikisindən birinə evi bağışlamasını təklif etmişdir. O, evin ikinci mərtəbəsinin onun, birinci mərtəbəsinin isə qardaşı Alıya qalması şərti ilə evin qardaşına bağışlanmasına razı olmuşdur. X3 Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzili qardaşı Cavabdeh bağışlayan zaman, yəni xx.xx.2021-ci il tarixdə qardaşı Alı evin ikinci mərtəbəsi ilə bağlı bütün hərəkətləri rahat həyata keçirməsi üçün ona etibarnamə vermişdir. Qardaşı bundan sonra çıxıb Ukrayna Respublikasına getmişdir. Qeyd etmişdir ki, qardaşı tez-tez başqa ölkələrdə yaşad ığından, anasının bütün qulluq ehtiyaclarını o, həyata keçirmişdir. Onun iki övladı da həmin evdə dünyaya gəlmiş və böyümüşlər. Sonradan maddi vəziyyətləri pisləşdiyindən, həyat yoldaşı uşaqlarının orta təhsilini Siyəzən rayonunda almalarını təklif etmiş, buna görə də onlar həftənin beş gününü rayonda, digər iki gününü isə buradakı evdə yaşamışlar. Ukrayna Respublikasında müharibə başlayandan sonra qayıdıb evinə gəlmiş və gələndən sonra ona evdən çıxmasını tələb etməyə başlamışdır. Sonradan isə o, rayonda olan zaman ona məxsus olan evin ikinci mərtəbəsinə öz ailəsini köçürdüyünü görmüşdür. Bu müddət ərzində böyük qızı ali məktəbə daxil olduğu üçün o, birdəfəlik mübahisəli evdə yaşamaq istəsə də cavabdeh ona bunun üçün şərait yaratmamışdır. Anası isə ona həmin evə qayıdacağı təqdirdə Ukrayn a Respublikasına gedəcəyini və orada öləyəcəyi ilə hədələdiyini, ona görə də onun səbrli olmasını və qardaşının Ukraynada müharibə bitdikdən sonra ailəsi ilə birlikdə onsuzda çıxıb gedəcəyini, onun bundan sonra öz evinə qayıdıb yaşamasını xahiş etmişdir. O, anası ilə razılaşmış və qızı universitetə daxil olsa da məcbur olub kirayə ev tutmuşdur. Lakin, bir müddət sonra qızının kirayə qaldığı yerdə otaq yoldaşından bədəninə gənə düşdüyü üçün onu kirayədən çıxarıb öz evinə aparmaq istəmişdir. Bu barədə anasına bildirəndə anası razılaşmış və o, qızının əşyalarını yığıb yolda olan zaman anası ona zəng vuraraq Alının onun qərarı ilə razı olmadığını və buna görə də çıxıb Ukrayna Respublikasına getmək istədiyini, bu səbəbdən də qızının və onun evə qayıtmamasını istədiyini bildirmişdir. O, anasında n icazə alaraq, qızını bir gecə qalmağa razı salmış və səhəri gün başqa bir ünvanda kirayə tutub qızını yerləşdirmişdir və həmin evdə yaşamağa başlamışdır. Bu müddət ərzində bir neçə dəfə qardaşına və anasına müraciət edərək onun evə buraxılmasını, maddi vəziyyətinin yaxşı olmadığı üçün kirayədə qalmağa çətinlik çəkdiyini bildirsə də, onları qəti şəkildə evə buraxmayacaqlarını bildirdilər. Hətta qardaşı ona zəng vuraraq ailə üzvləri ilə birlikdə pasport qeydiyyatından da çıxması barədə hədəqorxu gəlmişdir. O isə evə çəkdiyi xərcləri ödəməsini, bu şərtlərlə evdə pasport qeydiyyatından çıxa biləcəyini bildirmişdir. Çünki, o, əlində olan bütün pulları evin ikinci mərtəbəsini tikməyə sərf etmişdir. Bakı şəhərində yaşamağa da başqa bir yaşayış yeri mövcud deyil. Qızının biri ali təhsil alır, ik inci övladının da ali təhsil almaq vaxtı yaxınlaşır. O, isə cavabdehin təqsiri ucbatından, yəni qeyd edilən ünvanda yaşamağa icazə verməməsi səbəbindən kirayələrdə yaşamağa məcbur olmuşdur. Cavabdeh isə qapının kilidini dəyişdiyindən o, mənzilə daxil ola bilmir. O, aidiyyəti üzrə Polis Bölməsinə müraciət edərək, onun pasport qeydiyyatında olduqları evə köçürülmələrinə köməklik göstərilməsini xahiş etsə də, ona bunun yalnız məhkəmə qərarı əsasında mümkün olduğu bildirilmişdir.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini rədd edərək izahatında göstərmişdir ki, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzildə yaşayış sahəsindən istifadə hüququ yoxdur, o və uşaqları həmin mənzildə yaşamamışdır, iddianın təmin olunmamasını xahiş edir.

10. Məhkəmə iclasında şahid qismi ndə dindirilən X6 göstərmişdir ki, 1984-cü ildən mübahisə predmeti olan evin qonşuluğunda yaşayır. Cavabdeh X3 ilə qapı qonşudur. 2000-ci ildə X18 həmin evə oğlu Cavabdeh ilə birlikdə gəlmiş və həmin vaxtdan orada yaşayırlar. İddiaçı tanıyır. İddiaçı mübahisə predmeti olan evdə yaşamayıb. O, Siyəzən şəhərində yaşayıb. İddiaçının uşaqları həmin evdə olmayıb, ancaq qonşusu X18 və oğlu Cavabdeh görmüşdür.

11. Məhkəmə iclasında şahid qismində dindirilən Sadıqova Aidə Babaş qızı göstərmişdir ki, mübahisə predmeti olan ev onların olmuş, daha sonra 2000-ci ildə X13 bir hissəsini satmışlar. O zaman ev 1 mərtəbəli olmuş və X18 2001-ci ildə həmin evə dair çıxarış almışdır. Həmin evdə Gülzaman Muradova və oğlu Cavabdehla birlikdə yaşamışdır. 2012-ci ildə Muradov X32 Respublikasına təhsil almağa getmi ş, X3 2014-cü ildə oğlu Cavabdeh üçün evin 2-ci mərtəbəsini tikmiş və ona buna görə də 1500 manat halallıq üçün pul vermişdir. İddiaçının toyu Siyəzən şəhərində olmuş və ordakı atası evindən gəlin köçmüşdür.

12. Məhkəmə iclasında dindirilən şahid X21 göstərmişdir ki, anası Gülzaman Muradova atasından ayrıldıqdan sonra anası qardaşı Cavabdeh ilə birlikdə 2000-ci ildə Bakı şəhərinə gələrək 1-mərtəbli olan evi almışdır. Daha sonra isə 2014-cü ildə X3 tikinti üçün icazə aldıqdan sonra həmin evin 2-ci mərtəbəsini tikmişdir. İddiaçı həmin evdə yaşamamışdır.

13. Məhkəmə iclasında dindirilən şahid X26 göstərmişdir ki, mübahisə predmeti olan evdə 2014-cü ildə təmir-tikinti işləri həyata keçirmişdir. Gördüyü işlərə görə X18 ödəniş etmişdir. 2014-cü ildə həmin evdə 5 ay elektrik, santexnik, suvağ v ə dam hissəsində təmir-tikinti işləri görmüşdür. 3 ay həmin evdə qaldığı zaman X18 və oğlu Cavabdeh ilə birlikdə həmin evdə qalırdılar. Rasim adlı şəxsdən görüləcək işlərinin sifarişi alıb yerinə yetirmişdir. Mübahisə predmeti olan ev əvvəl yarımtikili olmuşdur. 2-ci mərtəbəni pulunu X18 ödəmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X36 göstərmişdir ki, mübahisə predmeti olan evdə X18 onu usta kimi çağırmış və 2014-cü ildə təmir işləri həyata keçirtmişdir. Gördüyü işlərə görə X18 ona ödəniş etmişdir. Evdə malyar işi və divar kağızı vurmuş və görülən işə görədə hər kv metrəyə görə 2 manat pul almışdır. Ev 2 mərtəbədən ibarətdir və 2-ci mərtəbədə təmir işləri görmüşdür və həmin vaxt 1-ci mərtəbə yaşayış olmuşdur. Həmin evdə X18 və Cavabdeh ilə birlikdə qalmışdır. Tərəfindən ümum i olaraq 2 ay təmir işləri həyata keçirmişdir. Daha sonra 1-ci mərtəbə də əlavə olaraq mətbəxin metlaxını vurmuşdur. Həmin evə qonşular, qızı İddiaçı həyat yoldaşı Məmmədbağır ilə gəlib anası Gülzaman Muradovaya baş çəkib, elə vaxt olmuşdur ki, həmin evdə qalıb daha sonra isə Siyəzən şəhərinə getmişlər. Həmin evə İddiaçı 2 ay ərzində 3-4 dəfə gəlirdi. İddiaçı yoldaşı Məmmədbağır ilə birlikdə işləmişdir. Həmin evdə tez-tez görüşmüşlər. Həmin evdə İddiaçı yoldaşı Məmmədbağır ad günü tədbirində olub və o da iştirak etmişdir, ancaq kimə ad günü tədbiri keçirilməsi barədə məlumatı olmamışdır. İddiaçı və yoldaşı Məmmədbağır həmin evdə 2-3 gün qalıb sonra isə Siyəzən şəhərinə getmişdir. Həmin evdə daimi yaşamasını görməmişdir. İddiaçı yoldaşı Məmmədbağır evin 2-ci mərtəbəsi tikilməmişdən əvvəl or ada qalmışdır.

15. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 göstərmişdir ki, mübahisə predmeti olan evi 2001-ci ildə Sadıxov Ağakişi Babaş oğlundan almışdır. Həmin evdə oğlu Cavabdeh ilə birlikdə yaşamağa başlamışdır. Daha sonra isə evin 2-ci mərtəbəsi özü tikdikdən sonra evin 1-ci mərtəbəsində özü, 2-ci mərtəbəsində isə oğlu yoldaşı ilə yaşayır. İddiaçı qızı İddiaçı villa, torpaq və şəxsi maşın vermişdir. İddiaçı mübahisənin predmeti olan evi tikməyib. Çıxarış aldıqdan sonra 2014-cü ildə evin 2-ci mərtəbəsini tikmiş və oğlu Cavabdeh, yoldaşı və nəvəsi ilə yaşamışlar. Həmin evə nəvələri də gəlmişdir, digər oğlu X17 də onunla qalmışdır. İddiaçının həmin evə köçüb yaşamasını istəmir. Savadı olmadığına görə iddiaçı evin 2-ci mərtəbəsinin işıq qaz sayğaclarını öz adına keçirmişdir.

16. Məhkəmə iclasında dindirilən şahid X9 göstərmişdir ki, üzrə cavabdehin X3 ilə qonşudur. İş üzrə tərəflər X10 övladlarıdır. Mübahisə predmeti olan evin 2-ci mərtəbəsini X18 tikmişdir. X18 2-ci mərtəbəni tikdirəndə ustalara ödəniş edəndə görmüşdür. Hətta ustalara ödəniş etməyə nəğd pulu olmamış, ona qızıl sepini satmağa vermiş, o isə həmin sepi 2000-3000 manat almışdır. İddiaçı həmin evdə yaşamayıb, ancaq yay tətili və ad günü zamanı gəlmişdir. İddiaçı Siyəzən şəhərindən gəlin köçmüşdür. X18 ilə 2000-ci ildən qonşudurlar.

17. Məhkəmə iclasında dindirilən şahid X2 göstərmişdir ki, cavabdehin X3 ilə qonşudur və eyni zamanda qohumudur. İş üzrə tərəflər X10 övladlarıdır. Mübahisə predmeti olan evin 2-ci mərtəbəsini Gülzaman Muradova tikmişdir. X10 əziyyəti olmuşdur. X28 Bayramova üçün Siyəzən şəhərində villa tikib vermişdir. İddiaçı mübahisə predmeti olan evdə daimi yaşamayıb, yalnız qonaq kimi gəlib getmişdir.

18. Məhkəmə iclasında dindirilən şahid X4 göstərmişdir ki, o, elmi-təhqiqat universitetində həkim pediatr kimi fəaliyyət göstərir. İddiaçı çoxdan tanıyır və uşaqları xəstə olan zamanı yanına gətirərək həkim kimi müalicə və müayinə etmişdir. İddiaçı ilə münasibətləri yaxşı olmuş hər zaman bir-biri ilə əlaqə saxlamışlar. Hətta uşağını yanına gətirəndən sonra iddiaçını mübahisə predmeti olan evdə yaşadığını bildirmiş və onu həmin evə aparmışlar. Mübahisə predmedi olan ev Nizami metrosu tərəfindən keçdikdən sonra təzə bazara yaxın yerdə olan qapıdır.

19. Şahid qismində dindirilən X19 göstərmişdir ki, X18 atasının dayısı qızı və iddiaçının yoldaşı Məmmədbağırın isə əmisinin yoldaşıdır. İddiaçı mübahisə predmeti olan evdən Siyəzən şəhərinə gəlin aparmışlar. Siyəzən şəhərində 2-3 ay qaldıqdan sonra mübahisə predmeti olan evə anasının yanına köçmüşdür. Mübahisə predmeti olan evin 2ci mərtəbəsini Məmmədbağır tikmişdir. O, Kubinkada kirayədə qalaraq iddiaçı ilə qonşu olmuşdur. Siyəzəndə olan evi iddiaçının yoldaşı Məmmədbağır tikmişdir. İddiaçı həm Siyəzən şəhərində, həm də mübahisə predmeti olan evdə də yaşamışdır. İddiaçı həftənin cümə günü, şənbə günü və bazar günü mübahisə predmeti olan evdə qalmışdır. Mübahisə predmeti olan evdə keçirilən tədbirlərdə iştirak etmişdir.

20. X15 göstərmişdir ki, iddiaçının yoldaşı ilə birlikdə usta olaraq işləmişdir. Mübahisə predtmedi olan evdə 2013-cü ildə qış aylarını ilk olaraq fəhlə kimi işləmişdir. Həmin tikintidə ondan b aşqa Mehman və Mətləb usta olaraq işləmişdir. Həmin tikintidə ustalara rəhbərliyi iddiaçının yoldaşı Məmmədbağır etmiş, lakin işi sifariş edən Bağır adlı şəxs olmuşdur. Görülən işlərin pulunu isə Məmmədbağır adlı şəxs vermişdir. Mübahisə predmeti olan evdə fasad işlərini görmüşdür. Məmmədbağır iddiaçının yoldaşı olmaqla evi ailəsi üçün tikmişdir. Həmin tikintidə o və qardaşı Mətləb və Mehman usta olaraq işləmişlər. Tikinti zamanı 1-ci mərtəbədə X18 yemək yemişdir. Həmin ev Kubinkada yerləşmişdir. Həyətin darvazası bərbad vəziyyətdə olmuşdur. Həyətə girən kimi pilləkənlə 2-ci mərtəbəyə daxil olurdun. Həmin həyətda ilk olaraq fəhlə kimi işləmiş, sonra isə fasad işləri görmüşdür. Ümumilikdə həmin tikintidə 8 gün işləmişdir. Həmin həyətdə hava isti olanda fasad işini görmüşdür. Ev cəmi 6-7 aya tikilmişdir.

21. X16 göstərmişdir ki, mübahisə predtmedi olan evə yaxın evdə kirayədə qalmışdır. Mübahisə predmedi olan evdə yaxın evdə İddiaçı, yoldaşı və uşaqları, qardaşı Cavabdeh və X3 qalmışlar. Mübahisə predmeti olan evin 1-ci mərtəbəsinin təmir işləri olanda onu çağırmışlar. Həmin evdə tədbir olan zamanı yəni uşağın ad günündə iştirak etmişdir. Mübahisə predmeti olan evdə olan toy mərasimində iştirak etməmişdir. Mübahisə predmeti olan evin 2-ci mərtəbəsində elektirik montaj işləri görmüşdür. Həmin evdə qardaşı da işləmişdir. Tikinti işləri 2013-cü ildə başlayıb 2014-cü ilə kimi yekunlaşmışdır. Ümumilikdə 6 ay işləmişlər. Həmin həyətdə elektirik və santexnika işləri görmüşdür. İşlədiyi zaman Bağır adlı şəxs evə gəlib getmişdir. Məmmədbağırı 2007-ci il tanımışdır.

22. X11 göstərmişdi r ki, İddiaçı ilə Siyəzən şəhərindən qonşudurlar. 10 ildən çoxdur ki, mütəmadi olaraq Siyəzən şəhərində yaşayırlar. İddiaçı həftənin cümə günü, şənbə günü və bazar günü mübahisə predmeti olan evə gəlib qalırdı. Hətta Bakı şəhərinə gələndə həmin evə 1 dəfə gəlmişdir. Həmin evə 2016-cı ildə gələndə 2 mərtəbəli ev olmuşdur. O, uşaqlıqdan Siyəzən şəhərində yaşayır. İddiaçı ilə 10 ildən çoxdur ki, mikrorayon deyilən ərazidə qonşudur.

23. X1 göstərmişdir ki, iddiaçı ilə birlikdə məktəb vaxtı paralel siniflərdə oxumuşdur. İddiaçı 2014-cü ildə mübahisə predmeti olan evdə yaşamışdır. Həmin evdə olan tədbirdə iştirak etmişdir. Həmin evə qonaq kimi gələn zamanı iddiaçı onu 2-ci mərtəbəyə dəvət etmişdir. Həmin evin 1-ci mərtəbəsində iddiaçının anası yaşayırdı. Həmin evdə olan zamanı iddiaçının anası b ildirmişdir ki, bu ev iddiaçının evidir. Həmin evdə dəfələrlə qonaq olmuş və 2-ci mərtəbəyə dəvət edilmişdir. Uşaqları Siyəzən şəhərində məktəbdə eyni sinifdə oxuyurdular. O və uşaqları ilə tədbir olan zamanı iddiaçının dəvəti ilə həftə sonu olanda həmin evə qonaq kimi getmişdir. İddiaçı uşaqların dərsi olan zamanı Siyəzən şəhərinə getmiş, həftənin, şənbə günü və bazar günü mubahisə predmeti olan evə gəlmişdir. Həyətə daxil olan kimi pilləkən ilə 2-ci mərtbəyə qalxmışdır. Lakin 1-ci mərtəbə də olmamışdır. Həmin evdə olan zaman iddiaçının anasını da görmüşdür.

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(010)-1825/2023 nömrəli iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia rədd edilmişdir.

25. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qeyd olunan sənədlərdə mülkiyyətin 1 mərtəbədən ibarət olması göstərilmişdir. Beləliklə iddia ərizəsində göstərilən və qarşı tərəfin də mövcudluğu təsdiq edilən, iş materiallarında fotoşəkilləri təqdim edilmiş faktiki mövcud olan 2-ci mərtəbə hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Özbaşına tikilinin inşa edilməsi dövrünə gəldikdə isə, onun 1-ci mərtəbədəki əmlaka mülkiyyət hüququnun iddiaçının anası Gülzaman Muradovaya məxsus olduğu dövrə təsadüf etməsi tikiliyə dair 41 saylı MKİS-in 2014-cü il tarixli arayışı ilə təsdiq edilir. İddiaçı tərəfindən 2-ci mərtəbənin tikilməsi ilə bağlı xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir, iddiaçı bunu məhkəmə iclasına dəvət edilmiş şahidlərin ifadəsi ilə təsdiq etməyə çalışmışdır. Lakin iddiaçının, o cümlədən cavabdehin d ə məhkəmə iclasına dəvət etdiyi şahidlər qeyd olunan hal üzrə bir-birini təkzib edən məlumatlar bildirmişlər. Məhkəmə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun yaranması, itirilməsi məqamlarına diqqət yetirərək və iddiaçının mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab etmişdir ki, onun uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə bağlıdır. Ona görə ki, iş materialları və faktiki hallar ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh xx.xx.2001ci il tarixdə ailə qurmuş, digər yaşayış yerinə köçməklə, ailə üzvü sırasından çıxmış və Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanındakı evin qardaşına bağışlanmasına dair razılıq vermişdir. İddiaçının anası Gülzaman Muradova xx.xx.2001-ci il tarixdə mübahisə predmeti olan ünvanda əmlaka mülkiyyət hüququ əldə etdikdən sonra həmin evə qızı, hazırki iş üzrə İddiaçı və oğlu, Cavabdeh da həmin evə köçmüş, bu zaman iddiaçının artıq 18 yaşı tamam olmuşdur. İddiaçı həmin ünvanda yaşamış, xx.xx.2001-cu il tarixdə ailə qurmuşdur. İddiaçının bildirdiyinə görə digər şəhərə köçməsinə qədər ailəsi ilə həmin evdə yaşamışdır. Buna sübut kimi məhkəmə iclasına dəvət etdiyi şahidlərin ifadəsini göstərmişdir. Cavabdeh və onun dəvət etdiyi şahidlər bu halı inkar etmişdir, iddiaçının ailə qurduqda köçməsini bildirmişlər.

26. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun xx.xx.2001-ci il tarixdə yaranması mübahisəsiz haldır. Lakin istifadə hüququnun itirilməsi halı, mübahisəli mən zildə yaşamaq ehtiyacının və zəruriyyətinin aradan qalxması barədə tərəflərin təqdim etdiyi ziddiyyətli sübutlardan başqa, qeyd olunan hallara aydınlıq gətirən Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məktuba əsaslanmaq olar. Məktubda iddiaçının övladlarından birinin 2011-2022-ci illərdə, digərinin 2014-2023-cü illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil alması göstərilir. Bununla da iddiaçının ən azı 2011-ci ildə daimi əsaslarla digər yaşayış yerinə köçməsini təsdiq olunur. Odur ki, İddiaçı uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna səbəb onun özünə daimi olaraq başqa yaşayış yerini seçməsi olmuşdur.

27. Məhkəmə İddiaçı mübahis əli mənzildən deyil, mübahisəli mənzilə anası və qardaşı ilə köçməkdən əvvəl Siyəzən şəhərində yaşadıqları evdən ailə qurmaqla köçməsi məsələsini araşdırmaq məqsədi ilə iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş CD diskdəki görüntülərə baxış keçirdikdə, video görüntüdə əks olunmuş təsvirlərə əsasən ünvanı və əmlakı xüsusiləşdirən məlumat müşahidə etmədiyindən, iddiaçının bu barədə bildirdiklərini təsdiq və ya təkzib etmək mümkün olmamışdır. Bu hal barədə də şahidlərin verdiyi məlumatlar ziddiyyətli olmuşdur. Məhkəmə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasının 2001-ci il olmasını mübahisəsiz hal kimi qiymətləndirərək, həmin dövrdə istifadə hüququnu tənzimləyən qanunvericilik normalarına diqqət yetirməyi zəruri hesab etmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, hazırd a mübahisəli mənzilin mülkiyyətçisi Cavabdehdur. O, mülkiyyətçi olmaqla ona məxsus evdə iddiaçının və onun ailə üzvlərinin yaşamasını istəmir. Məhkəmə hesab etmişdir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Eyni zamanda iddiaçının uzun müddət həmin tikilidə yaşamaması işin araşdırılmış halları ilə də təsdiqini tapır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə götürülməsi və ya əvəzli və yaxud əvəzsiz əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.

29. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin üzərində olan tikili özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunverici liyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Mənzil Məcəlləsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi mülkiyyət hüququnun pozulmasını qeyd edir. Ancaq cavabdehin iddiaçının yaşadığı tikiliyə heç bir hüququnun olmadığını öz qətnaməsində göstərmir. Çünki o, ailə qurduqdan sonra 3-4 ay Siyəzəndə yaşamış, sonra əri Bakıda işlədiyindən gəlib həmin evdə 2001-ci ildən yaşamış, evin kiçik olması səbəbindən həyat yoldaşı ilə ikinci mərtəbəni inşa etmiş və orada yaşamışdır. Rayon məhkəməsi iş üzrə yerli baxış keçirə və yerində məsələyə düzgün qiymət verə bilərdi, rayon məhkəməsi bunu etməmiş, əsaslandırılmamış qətnamə çıxarmışdır.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5762/2023 nömrəli mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

34. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı həmin mənzildən ailə quraraq daimi yaşamaq məqsədi ilə Siyəzən rayonuna köçdüyündən, həmin vaxtdan onun mənzilə olan istifadə hüququ itirilmişdir. Mübahisəli mənzilə istifadə hüququnun yaranması, itirilməsi məqamlarına diqqət yetirərək və iddiaçının mənzi ldə yaşamaması səbəblərini araşdıraraq məhkəmə hesab etmişdir ki, iddiaçının uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi (gəlin köçməsi) ilə əlaqədardır. Ona görə ki, iş materialları və faktiki hallar ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh xx.xx.2001-ci il tarixdə ailə qurmuş, digər yaşayış yerinə köçməklə, cavabdehin ailə üzvü sırasından çıxmışdır.

35. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 5-in 16,5 kv metr hissəsi "xxxx" ASC-nin (qeydiyyat tarixi xx.xx.2014), 11,5 kv metr hissəsi Cavabdeh xüsusi mülkiyyətlərində olması müəyyən edilir (qeydiyyat tarixi xx.xx.2021). İddiaçı ailə qurduqdan sonra mübahisəli mənzilin mülkiyyətçisi olan şəxslə istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı hazırkı iddia tələbinin əsası kimi onu qeyd edir ki, 2001-ci ildə Siyəzən rayonuna gəlin köçmüş, orada 3-4 ay qalmış, sonra gəlib həmin evdə yaşamış, uşaqları orada böyümüş, evin üstünü, yəni ikinci mərtəbəsini inşa etmiş, orada ailəsi ilə yaşamış, sonra maddi imkansızlıq səbəbindən Siyəzənə getmiş, uşaqları orada məktəbə getmiş, lakin həmişə bu evə gəlib getmiş, evi anası qardaşına bağışlayan zaman evin ikinci mərtəbəsinin onun olması şərti ilə buna razılıq vermişdir. İddiaçı ailə qurduqdan və daimi əsaslar la Siyəzən rayonuna getdikdən sonra hazırda köçürülməsini tələb etdiyi mənzildə daimi yaşamağa davam etməsi ilə bağlı sübutlar, eləcə də evi anası qardaşına bağışlayan zaman evin ikinci mərtəbəsinin onun olması şərti ilə buna razılıq verməsi ilə bağlı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən sübutlar təqdim etməmişdir. Əksinə, Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məktuba əsasən xx.xx.2005-ci il təvəllüdlü X8 2011-2022-ci illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil almış və Xİ sinfi bitirmişdir. xx.xx.2008-ci il təvəllüdlü X14 2014-2023-cü illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil almış və İX sinfi bitirmişdir. Göründüyü kimi iddiaçının övladları S iyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbdə oxuduqlarından, iddiaçının həmin müddətdə, azyaşlı uşaqlarından ayrı olaraq iddia etdiyi mənzildə yaşaması inandırıcı və ağlabatan da deyildir. İddiaçının həmin mənzildə pasport qeydiyyatının olması barədə isə məhkəmə qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

36. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı nın apellyasiya şikayətinin digər dəlili evin kiçik olması səbəbindən həyat yoldaşı ilə ikinci özbaşına mərtəbəni inşa etməsi və orada yaşaması, rayon məhkəməsinin iş üzrə yerli baxış keçirməməsi və yerində məsələyə düzgün qiymət verməməsi ilə bağlıdır. Bu xüsusatla əlaqədar rayon məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin üzərində olan tikili özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz.

37. İddiaçı ərizəsində ünvan 5 ünvanında cavabdeh qardaşına məxsus xüsusi mülkiyyətində olan mənzilə köçürülməsini tələb etmiş, yəni onun tələbi həmin mənzilin üzərindəki özbaşına tikiliyə köçürülməsi ilə bağlı olmamışdır. İddiaçının köçürülməsini tələb etdiyi həmin mənzilə istifadə hüququ olması müəyyən edilmədiyindən, mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 5-in 16,5 kv metr hissəsi "xxxx" ASC-nin (qeydiyyat tarixi xx.xx.2014), 11,5 kv metr hissəsi Cavabdeh xüsusi mülkiyyətlərində olması müəyyən edildiyindən, eləcə də iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olan şəxslə istifadə hüququ ilə bağlı notariat qayd asında təsdiqlənmiş razılaşması olmadığından apellyasiya şikayəti əsassızdır.

38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.3, 228.4 və 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə li, yəni iddiaçının yaşadığı otaq cavabdehin mülkiyyətində deyildir. İddiaçının yaşamağa davam etdiyi otaq özü tərəfindən inşa edilməklə həmin mənzilin üzərində yerləşmişdir. Təbii ki, bunun tikilməsi də mənzilin əvvəlki mülkiyyətçisi X10 razılığı ilə olmuşdur. Qeyd olunmuşdur ki, həmin ev özbaşına tikintidir. İddiaçı evi zəbt etməyib, ev onun yaşayış yeridir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Odur ki, iddiaçının evə köçürülməməsi üçün qanuni əsas olmalıdır. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nə zərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına maneələr yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Belə özbaşınalıq cavabdehin hərəkətlərində də müəyyən olunur. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı“ məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məhkəmələr ikinci mərtəbənin özbaşına tikili olmasını nəzərə almamışdır. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq, yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq, qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaqdır. Bundan başqa iddiaçı mübahisəli evdə qeydiyyatdadır. Nə zərə almaq lazımdır ki, iddiaçı mənzilin anası tərəfindən qardaşına bağışlanmasına razılıq vermişdir. Ancaq bu razılıq onun istifadə hüququnun itirilməsi barədə əsas ola bilməz. Cavabdeh tərəfindən etibarnamə verilərək iddiaçının etibarından sui-istifadə etmişdir. Halbuki, cavabdeh Ukrayna Respublikasında baş vermiş müharibədən yayınmaq üçün mülkiyyətində mənzil olmalı olduğunu iddiaçıya bildirmişdir. İddiaçıda cavabdeh qardaşı olduğu üçün buna razılıq vermişdir. Cavabdeh isə buna görə bacısına, yəni iddiaçıya etibarnamə vermişdir. Razılıq baş verdikdən sonra dərhal etibarnaməni ləğv etmişdir. Lakin burada mülkiyyətçinin dəyişməsi cavabdehin evdə istifadə hüququnun itməsi anlamına gələ bilməzdir. Hər iki ev iddiaçının yaşadığı ev olmuşdur. Məhkəmə mübahisədə göstərilən mənzildən kənara çıx araq ikinci mərtəbədə yerləşən özbaşına tikili olan evə dair əsaslandırma aparmışdır. Yəni belə desək məhkəmə tələbdən xeyli kənara çıxmışdır. Birinci instansiya məhkəməsi dindirilən şahidlərin ifadələrinə birtərəfli qaydada münasibət bildirmişdir. Apellyasiya məhkəməsi isə buna əhəmiyyət verməmişdir. İddiaçının şahidlərinin bildirdiklərinə şübhə ilə yanaşmış, onların dediklərini təhrif etməyə başlamışdır. Cavabdehin şahidlərin ifadələrini isə mötəbər sübut kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin qərəzliliyi bununla sübut olunsa belə apellyasiya məhkməsi buna əhəmiyyət verməmişdir. Baş vermiş pozuntunu aradan qaldırmamışdır. Məhkəmə tərəfindən dəfələrlə iddiaçının Siyəzən rayonunda yaşamasını ona irad tutmuşdur. Halbuki, iddiaçı tərəf dəfələrlə bildirmişdir ki, hər həftə nin cümə günü Bakı şəhərinə gəlmiş və mübahisəli evdə yaşamışdır. Onun bu evdə yaşaması iş materialları ilə şahid ifadələri ilə təsdiq olunmuşdur. Halbuki, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı hazırki ev daimi yaşayış evi olmuşdur. Apellyasiya məhkəməsi də qeyd edir ki, iddiaçı birdəfəlik Siyəzən rayonuna köçmüşdür. Halbuki, iddiaçı Siyəzəndəki evdə müvəqqəti yaşamışdır. Hazırda övladının Ali məktəbə qəbul olunduğundan artıq əvvəlki evində daimi yaşamağa davam etmək istəmiş və cavabdeh tərəfindən yaşamaq hüququndan məhrum edilmişdir. Bu məhrumetmə isə qanunsuzdur. Birinci instansiya məhkəməsində cavabdeh tərəfinin şahidləri dindirilərkən cavabdehin nümayəndəsi tərəfindən iddiaçı tərəfin nümayəndələrinin onlara sual verməsinə imkan verilməmişdir. Məhkəmə tərəfindən buna əhəmiy yət verilməmişdir. Ancaq iddiaçı tərəfin şahidlərinə isə məhkəmə tərəfindən qərəzli suallar verilmişdir. Əslində apellyasiya məhkəməsində şahidlər yenidən dindirilməli idi. Buradan da məhkəmənin qərəzli olması müəyyən olunur. İddiaçının təqdim etdiyi sübutları bir-bir sadalamış və cavabdehin təqdim etdiyi sənədlərə münasibət bildirməmişdir. Bundan başqa cavabdeh tərəfindən həmin evə dair əsası olmayan sənədlər təqdim etməsi məhkəmənin diqqətindən yayındırmışdır. Bundan başqa iddiaçının və uşaqlarının hansı tarixdən həmin evdə qeydiyyatda olmasını gizlətməklə məhkəməyə yalan məlumatlar vermişdir. Apellyasiya instansiya məhkəməsi də onun bu yalanlarını sadalamaqla kifayətlənmişdir. Bunları təkzib edəcək məlumatları iddiaçı tərəfindən məhkəməyə təqdim olunsa da məhkəmə tərəfindən düzgün qiymə t verilməmişdir. Uzun illər həmin kommunal xidmətlərin iddiaçının adına olması evin ona məxsus olması anlamına gəlir və bu işdə sübut olunur. Birinci instansiya məhkəməsi tərəfindən bu qeyd edilənlərə qiymət verilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə iş düzgün araşdırılmamışdır.

41. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 88 və 89-cu maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin dəlilləri ilə r azı olmadığını bildirmiş və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

43. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

44. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

45. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.

46. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

47. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşaya n ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

57. İddiaçının kassasiya şikayətlərinin dəl illəri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, habelə apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

58. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən ünvan 5 ünvanda yerləşən yaşayış evinin hələ iddiaçının anası Gülzaman Muradovanın (16,5 kv metr hissəsi) və digərinin ümumi mülkiyyətində olan iddiaçı daimi yaşamaq üçün Siyəzən şəhərinə köçməsi, oradan onun daimi yaşayış evinin olmas ı, bununla da mübahisələndirilən yaşayış evində yaşayış sahəsindən istifadə hüququnu itirməsi, ev ilə hüquqi əlaqəsinin qalmaması, evin ikinci mərtəbəsində yaşayış sahəsi kimi özbaşına tikilinin inşasında hər hansı maddi vəsait sərf etməməsi, əməyinin olmaması bu barədə işə baxan aşağı instansiya məhkəmələrinin qənaəti qanuni və əsaslı olmuş, mötəbərliliyi şübhə doğurmayan sübutlara əsaslanmışdır.

59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə n ail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5762/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar