Məhkəmə qərarları › İş №2(102)-971/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-971/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-971/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh X4 qarşı ilk, Cavabdeh1 cavabdehlər İddiaçı2 oğlu və digərlərinə qarşı qarşılıqlı iddiası barədə mülki iş üzrə QƏRARİ Açar sözlər: (tapşırıq müqaviləsi, mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh X4 qarşı cavabdehlərin mülkiyyət hüququna xitam verilməsi və iddiaçıların mülkiyyət hüququnun tanınması barədə ilk, Cavabdeh1 cavabdehlər İddiaçı2 oğlu, İddiaçı1, Cavab deh2, Başkurt Fatma Hasan qızına (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı mənzildən istifadənin qadağan edilməsi və s. barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1464/2024 nömrəli iş üzrə 16 noyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh X2 bacısı ilə İddiaçı2 oğlu xx.xx.2022-ci il tarixədək nikahda olmuşlar.

2. İddiaçının onun vəsaiti ilə əldə edildiyini iddia etdiyi Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsinin 3-cü binasında yerləşən 66,6 kvm sahəsi olan 2 otaqlı 59 nömrəli mənzil 5 avqust 2017-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil 20 avqust 2015-ci il tarixli “Payçı müqaviləsi”nə əsasən, "xxxx" MTK-dan 63270 ABŞ dollarına öəldə edilmişdir. qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

3. İddiaçı2 oğlu 1 iyul 2023-cü il tarixdə bağlanmış “Yaşayış sahəsinin kirayəsi” haqqında müqaviləyə əsasən, cavabdehin mülkiyyətində olan Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20k) yeni tikilmiş binada 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 59 saylı ünvanında yerləşən mənzili Başkut Saidə kirayə vermişdir.

4. İddiaçı2 oğlu tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 a dına bank vasitəsi ilə Qazaxıstan Respublikasından pul köçürmələri həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilə İddiaçı1 və İddiaçı2 oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Qazaxıstan vətəndaşıdır və orada yaşayır. İddiaçı2 qızı İddiaçı1 üçün mənzil almaq qərarına gəlmiş, bu məqsədlə Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən ”Kristal Abşeron MTK”-nın yeni tikdiyi binanın 35k (20 k) 3-cü blok, 59 saylı mənzilinə baxıb seçmiş, qiymətini razılaşdırmış, İddiaçı1 azyaşlı olduğuna, özü Azərbaycanda yaşamadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə müqavilənin alıcı tərəfi kimi Cavabdeh1 göstərilmişdir. Mənzilin ilkin ödənilməli 10890 ABŞ dollarını şəxsən İddiaçı2 ödəmişdir. Mənzilə görə sonrakı ödənilən məbləğləri İddiaçı2 bank köçürmələri vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 göndərmişdir. Müqavilənin əsli İddiaçı2 olmasına baxmayaraq, Hüseynov Bayramovlarla razılaşdırmadan mənzili daşınmaz əmlakın dövlət reyestrində 2017-ci il tarixdə öz adına qeydiyyata aldırıb EX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Bununla əlaqədar Cavabdeh1 iddiaçıları əmin edib vəd vermişdir ki, onların istədikləri zaman mənzili İddiaçı1 adına keçirəcəkdir. Lakin cavabdeh real olaraq bu istiqamətdə bütün təklif və mürac iətlərdən yayınmışdır. İddiaçı2la arvadı – Cavabdeh1 bacısı X6 arasında münasibətlər 2020-ci ildən tam pisləşmiş və Bayramova Aygünün ərizəsi ilə onların nikahı 26 avqust 2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı2 23 avqust 2023-cü ildə Cavabdeh1 istifadə etdiyi mobil telefon nömrəsinə mesaj yazmaqla, habelə və onun yaşadığı ünvana (Masallı rayonu Qarğalı kəndinə) sifarişli poçtla məktub göndərərək mübahisəli mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etsə də, bugünə qədər heç bir müsbət nəticə əldə olunmamışdır.

7. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək özünün xüsusi mülkiyyətində olan mübahisəli mənzildən İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatmanın və onların ailə üzvlərinin (o cüm lədən övladları Əmircan, Güləngül və Hira) istifadələrinin qadağan edilməsi, cavabdehlərin və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən çıxarılmaları və həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh1 təhvil verilməsi, 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisəli mənzili dəyərini ödəməklə alıb və mənzilə mülkiyyət hüququ 5 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə 2023-cü ilin mart ayından başqa şəxslər, yəni İddiaçı2 oğlu və İddiaçı1 birlikdə onun razılığı və xəbəri olmadan qeyri-qanuni olaraq soxulmuş, mənzilini icarəyə verdiyi şəxsləri aldadaraq onları evdən çıxarmış və mənzildə qanunsuz olaraq yaşamağa başlamışdır. Eyni zamanda İddiaçı2 tərəfindən həmin mənzilə qanunsuz olaraq Türkiyə Respublikası vətəndaşı Cavabdeh2, ailə üzvləri, yəni arvadı və uşaqları ilə birlikdə yerləşdirilmiş mənzildən qanunsuz olaraq istifadə etmişlər. Həmin şəxslərlə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzildə qanunsuz olaraq yaşayırlar. Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşaması və ya istifadə etməsi Cavabdeh1 iradəsinə və mənafeyinə ziddir. Onlarınn heç bir hüququ olmadan Cavabdeh1 məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyət çi kimi mənafelərini pozmuşdur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilməmişdir. Dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də cavabdehlər mənzildən çıxmaqdan imtina etmişdir.

9. Məhkəmə iclasında ilkin iddiaçıların nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 üçün almış, lakin həmin vaxtlarda Leyla azyaşlı olduğuna görə mənzil onun dayısı olan Cavabdeh1 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Mənzilin 63.270 ABŞ dollar pulunu və daxili kredit və bank krediti faizlərini bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 göndərmiş, bir hissəsini də özü gələndə nağd vermişdir. Cavabdeh1 və ailəsinin bu mənzili almağa elə bir maddi imkanı olmayıb, hətta İd diaçı2 onlara köməklik etmişdir. Cavabdeh1 müxtəlif bəhanələrlə mübahiəli mənzili İddiaçı1 adına rəsmiləşdirməkdən imtina etmişdir. 2023-cü ilin avqust ayının 3-də 17 yaşlı Leyla, qardaşı Əli ilə qızı Leyla - Masallı rayonu Qarğalı kəndinə dayıları Cavabdeh1 evlərinə getmiş, dayısı yenə müxləlif bəhanələrlə mənzili Leylanın adına rəsmiləşdirməmişdir. Cavabdeh1 İddiaçı2 göndərdiyi sonuncu votsap yazısında onları əmin edib bildirmişdir ki, “Mənə haram lazım deyil, mənzili Leylanın adına rəsmiləşdirib həll edəcəm”. Onun bu vədinə əməl edəcəyinə inansalar da, o, yayınmaqda davam etmişdir. Mənzilin alınması üçün "xxxx" MTK ilə ilkin danışığı Mahir aparmış, razılaşmanı da o etmiş, mənzilin pulunu tam ödəmişdir. Mənzilin mebelinin pulunu da o vermişdir.

10. Məhkəmə iclasında qarşılıqlı iddia tələ bi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə 4 ay əvvəl həmin evdə yaşamağa başlamışdır. Ev sahibi kimi İddiaçı2 tanımışdır. Mahir özü Qazaxıstan Respublikasında yaşayır. Qazaxıstandan gəldikdən sonra o, Mahirlə aralarında kirayə müqaviləsi bağlanmışlar. Evi onlara təhvil verəndə evin içində əşya yox idi. Onlar da İddiaçı2la razılaşmışlar ki, o, evə əşyalar alsın, Mahir də kirayə haqqından əşyaların pulunu çıxar. Onların aralarında razılıq belə olduğuna görə həmin evə əşyalar almışdır. Onlar mənzildə iki ay yaşadıqdan sonra evə bir xanım gəlmiş, özünü onlara Mahir bəyin yoldaşı kimi təqdim edib, evi gəzmək istədiyini bildirmişdir. Onlar da ona evi gəzdirmişdir. Bir gün sonra polislə evə gəlib, onları evdən çıxartmaq istəmişlər. O nlara məlum olmuşdur ki, həmin xanım Mahir bəyin baldızıdır. O, Mahir bəylə müqavilə bağlamış, əşyalar almışdır. Bu qədər xərc çəkmiş və indi ona vaxt vermədən evdən çıxmağını tələb edirlər. O, bununla razı olmadığını bildirmiş, əşyaların pulunu ona qaytardıqları halda o, evdən çıxmağa razı olacağını qeyd etmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tağızadə) 2(060)-6403/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi, cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilərək, cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. İlk iddia tələbi üzrə cavabdeh qismində işə cəlb olunmuş Başkut Fatma Hasan qızı məhkəmədə iştirak edən zaman qarşılıqlı iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, Mahir bəyin baldızı tez-tez evə baxmaq üçün başqa adamlarla gəlir. Bu vəziyyət onları narahat edir. Onun uşaqları qorxur. Onlar həmin evdə müqavilə bağlayaraq yaşayırlar. Evə əşyalar almışlar. Bu halın baş verməsini düzgün hesab etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, hazırda "xxxx" MTK-da müdir müavini vəzifəsində çalışır. Mahir adlı şəxs təxminən 2015-c i il tarixdə mənzil almaq üçün MTK-ya yaxınlaşmışdır. Həmin vaxt o, MTK-nın direktoru vəzifəsində çalışırdı. Hazırda payçı müqaviləsində olan imza ona məxsusdur. Mahir xarici ölkə vətəndaşı olduğu üçün ona mənzil satışı həyata keçirə bilməmişlər. İki gündən sonra Mahir yanında bir şəxslə ona yaxınlaşaraq, həmin şəxsin qaynı olduğunu və mənzili qızı Leyla üçün almaq istədiyini, qızı azyaşlı olduğuna görə mənzili qaynının adına alacağını bildirmişdir. Mahirin qaynı yəni, Ramid adlı şəxslə aralarında payçı müqaviləsi bağlanmış və mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. Mahir mənzilin aylıq pulunu göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir.

14. Məhkəmədə şahid X11 bildirmişdir ki, Mahirlə o, bir sinifdə təhsil alıblar və uzun müddətdir dostluq münasibətindədirlər. Ma hir 6-cı mkr-da tikilən yeni tikilidən mənzil almamışdan öncə onunla gedib həmin tikiliyə baxmışdır. Mahirin sonradan həmin yeni tikilidən mənzil aldığını və mənzili qaynın adına olması barədə məlumatı olmuşdur.

15. Məhkəmədə şahid X1 bildirmişdir ki, o, mebel təmiri və satışı ilə məşğul olur. Mahir yeni mənzil aldığı üçün mənzilin mebellərini onlardan sifariş etmişdir. Mahirin aldığı mənzildə mebellər onun tərəfindən quraşdırılmışdır. Mebellərin dəyəri Mahir tərəfindən ona ödənilmişdir.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 2015-ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi tikilməkdə olan binada 3-cü blok, 8-ci mərtəbədə yerləşən "xxxx" MTKnın tikilməkdə ola n binasında 59 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edilmişdir, bunun əsasında sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır.

17. Bununla əlaqədar olaraq, məhkəmə iddiaçıların bir mülkiyyətçi kimi həmin mənzilə dair hüquqlarının pozulduğunu və Cavabdeh1 mülkiyyətinə xitam verilməsi tələbini əsassız hesab etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildə n istifadələri qadağan edilməli, Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzil Cavabdeh1 təhvil verilməlidir.

18. Məhkəmə qarşılıqlı iddia tələbinin 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində iddianı əsassız hesab etmiş və göstərmişdir ki, tərəflər arasında həmin tələb üzrə heç bir müqavilə mövcud deyildir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.5, 178.8-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

21. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarına istinad etmədən, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, tərəflər arasında mövcud olan münasibətlərin xarakterinin mahiyyətinə varmadan və heç bir maddi hüquq normasına istinad etmədən ilkin iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmiş, öz qanunsuz mövqeyini əsaslandırmaq zərurəti belə görməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 Mahir qızı üçün almışdır. Mənzilin dəyəri kimi 63.270 ABŞ dollar vəsaiti bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 İddiaçı2 göndərmişdir. Məhkəmə iş üzrə şahidlərin bildirdiyi faktiki hallara heç bir hüquqi qiymət verməmiş, şahid ifadələrini sadalamaqla kifayətlənmiş, tərəflərin münasibətlərinin faktiki vəziyyətini qiymətləndirməkdən yayınmışdır. Məhkəmənin hansı səbəbdən ilkin iddia nı əsassız, qarşılıqlı iddianı isə qismən əsaslı hesab etməsini əsaslandırmaması məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən haldır. Məhkəmə iş materiallarında olan köçürmə sənədlərinə də hüquqi qiymət verməmiş, cavabdehin adına köçürülən vəsaitlərə dair qəbzlərə ümumiyyətlə istinad etməmişdir. Əgər həqiqətən mənzil cavabdeh tərəfindən alınmışdırsa, hansı səbəbdən ona iddiaçı tərəfindən xeyli miqdarda vəsait köçürülməsi məsələsinə cavabdeh heç bir cavab verə bilməmiş, məhkəmə də bu halı qiymətləndirməmişdir. Məhkəmə iddiaçıların hansı qaydada mənzildən istifadə etmələri məsələsinə də münasibət bildirməmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçıların mənzili necə təmir etməsi, əşyalar, mebellər sifariş etməsi və mənzilin başqa şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilə bağlaması hallarına da biganə yanaşmışdır. Məhkəmə işə baxılması zamanı ciddi prosessual pozuntulara yol vermiş, tərəflər arasında çəkişmə prinsipinin tələblərini təmin etməmişdir. Məhkəmə iclasında qayda pozuntusuna yol verilmiş, qarşı tərəfdən etik qaydalara əməl olunmamış, habelə məhkəmə çıxışlarına qədər İddiaçı2 “Mübahisəli mənzili qızım Leyla xanım Bayramova üçün aldığımı bir daha təsdiq edərək, iddia tələbimdən və mənzilə olan hüquqlarımdan bu işdə birgə iddiaçı olan 2004-cü il təvəllüdlü qızım İddiaçı1 Mahir qızının xeyrinə imtina edirəm və xahiş edirəm iddiaçı kimi iştirakıma xitam verəsiniz.” məzmunlu yazılı, imzalı ərizəsini geri qaytararaq qəbul etməmişdir. Habelə şahid “Kristal Abşeron MTK”-nın Sumqayıt filialının sədr müavini X3 izahatı qətnamədə qismən təhrif edilmiş formada əks etdirilmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi qismən – “və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələrinin qadağan edilməsi, onların həmin mənzildən çıxarılmaları” hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) 2(105)565/2024 nömrəli, 26 fevr al 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. İddiaçı1 və İddiaçı2 oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-565/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdirlər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İspəndiyar Şəfiyev (məruz əçi), Əhməd Əhmədov və Vüqar Həsənov) xx.xx.2024-cü il tarixli, 2(102)-2117/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

26. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə baxmış məhkəmələr həmin ödənişlərin təyinatı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyini əsas tutaraq, qeyd olunan ödənişlərin mənzil alınması ilə əlaqəsinin olmadığı barədə nəticəyə gəlmişdir. Bank köçürməsi yolu ilə ödənilmiş vəsaitin mənzilin alınması məqsədi ilə göndərilməsi barədə iddiaçının istinad etdiyi dəlil axıradək araşdırılmamış, hə min məbləğin cavabdeh tərəfindən nə məqsədlə alınması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi votsap yazışmaları üzrə ümumiyyətlə hər hansı araşdırma aparmamış, həmin sübutu müzakirə edib qiymətləndirməmiş və bunu əsaslandırmamışdır. Halbuki, həmin yazışmalarda cavabdehin mənzilin İddiaçı1 aid olması barədə fikirləri ifadə olunmuşdu. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri də məhz həmin sübutun araşdırılmamasından ibarət idi. Lakin apellyasiya icraatında da həmin dəlilə qiymət verilməmişdir.

27. Ali Məhkəmənin Mülki kollegiyası qərarın 82-ci bəndində həmçinin qeyd etmişdir ki, işə yenidən baxılması zamanı iddiaçının təqdim etdiyi bank köçürmələrində göstərilən pul vəsaitinin məhz mənzilin alınması üçün göndərilməsi müəyyən oluns a belə, işin bu halı ilkin iddianın təmin olunmasına əsas verməyəcəkdir. Çünki cavabdehə göndərilən pul məbləği, mənzilin dəyərindən əhəmiyyətli dərəcədə azdır və iddiaçı qalan məbləğin onun tərəfindən ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbi də buna müvafiq olaraq təmin olunacaqdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2(105)-1464/2024 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və F.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)6403/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçılar tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim olunmuş bank köçürülmələri barədə qəbzlərdən görünür ki, İddiaçı2 oğlu tərəfindən Cavabdeh1 adına xx.xx.2015-ci ildə 3168 ABŞ dolları, xx.xx.2015ci ildə 100 ABŞ dolları, xx.xx.2016-cı ildə 2350 ABŞ dolları, xx.xx.2016-cı ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları,xx.xx.2017-ci ildə 600 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür.

30. Həmçinin İddiaçı2 oğlu tərəfindən xx.xx.2017-ci ildə X9 adına 7000 ABŞ dolları, Atabala Hüseynovun adına isə xx.xx.2015ci ildə 5000 ABŞ dolları, xx.xx.2016-cı ildə 2250 ABŞ dolları, xx.xx.2017-ci ildə 500 ABŞ dolları, xx.xx.2018-ci ildə 400 ABŞ dolla rı və xx.xx.2018-ci ildə 400 ABŞ dolları məbləğlərində pul vəsaitləri köçürülmüşdür.

31. Kollegiya hesab etmişdir ki, Aygün Bayramova, Aslan Şadimanov, Luiza Şadimanova tərəfindən edilmiş pul köçürülmələri, İddiaçı2 tərəfindən göndərilmiş pul vəsaiti kimi qiymətləndirilə bilməz.

32. İkinci apellyasiya icraatı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş etirazda mənzilin dəyərinin Cavabdeh1 tərəfindən "xxxx" QSC ilə Atabala Hüseynov arasında və "xxxx" ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış kredit müqavilələr üzrə götürülmüş pul vəsaitlərin hesabına ödənilməsi bildirilmişdir. Həmçinin etirazda göstərilmişdir ki, yuxarıda qeyd olunan köçürülmələri İddiaçı2 keçmiş arvadı Aygün Bayramova ilə iş qurmaq məqsədi iə götürülmüş borc pul vəsaitlərin qaytarılması ilə bağlıdır. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı ilk iddia üzrə Cavabdeh1 tərəfindən qeyd olunan pul köçürmələrinin həmin borclar ilə bağlı olmasına dair hər hansı sübut təqdim olunmamışdır.

33. Kollegiya “Whatsapp” yazışmaları ilə bağlı qeyd edir ki, həmin yazışmalar mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitinin məhz İddiaçı2 tərəfindən edilməsini təsdiq edən və ilk iddianın təmin olunması üçün kifayət edən sübut kimi hesab edilə bilməz.

34. Kollegiya həmçinin şahid ifadələri ilə bağlı iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə hüquqi dəyərləndirmə apararaq, hesab edir ki, həmin sübutlar ilk iddianın təmin olunması üçün əsas ola bilməz.

35. İşdən həmçinin müəyyən olunur ki, mübahisəli mənzilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr ilk iddia üzrə Cavabdeh1 adına bağla nmış və həmin xidmətlərə görə ödənişlər də məhz onun tərəfindən edilmişdir.

36. Digər tərəfdən, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cədvəldən görünür ki, pul köçürmələri xx.xx.2018-ci il tarixədək edilmişdir. Halbuki Cavabdeh1 həmin mənzil üzərində mülkiyyət hüququ artıq xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, kollegiya köçürülən pul vəsaitlərin məhz mənzilin alınması üçün olmasını inandırıcı hesab etmir.

37. Kollegiya həmçinin hesab edir ki, İddiaçı2 oğlu tərəfindən Cavabdeh1 adına köçürülmüş pul vəsaitin məbləği mübahisəli mənzilin dəyərindən kifayət qədər az olduğundan, həmin pul göndərişlərini təsdiq edən qəbzlər iddianın təmin olunması üçün əsas və sübut kimi çıxış edə bilməz. Beləliklə qey d olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

38. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1, Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2, 139.1, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 164.1, 560.1, 560.2, 560.3, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu qətnamədən birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsini və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, "xxxx" MTK-nın Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 64,2 kv.m sahəsi olan 59 saylı mənzilin dəyərini ilkin iddia üzrə İddiaçı2 tərəfindən tam ödənilmiş, lakin həmin vaxtlarda sonuncu azyaşlı olduğuna və Bayramovun xarici ölkə vətəndaşı olmasına görə həmin mənzil Bayramovanın dayısı ilkin iddia üzrə Cavabdeh1 adına rəsmiləşdirilmiş və hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alınmışdır. Mənzilin dəyəri kimi 63.270 (altmış üç min iki yüz yetmiş) ABŞ dollar vəsaiti və götürülmüş kreditlər üzrə bank ödənişləri köçürmə yolu ilə hissə- hissə Cavabdeh1 İddiaçı2 göndərmişdir. İddiaçı1 Mahir qızı artıq 18 yaşına çatdığından mənzilin Bayramovanın adına keçirilməsi ilə bağlı dəfələrlə ilkin iddia üzrə Cavabdeh1 müraciət edilmişdir. Lakin Hüseynov müxtəlif bəhanələrlə notariat orqanına gəlməkdən yayınmışdır. İş materiallarında olan Cavabdeh1 istifadəsində olan +**********77 nömrəli mobil telefon nömrəsindən İddiaçı2 mobil nömrəsinə Whatsapp proqramı vasitəsilə göndərdiyi SMS-də “Mənə haram lazım deyil, mənzili Leylanın adına rəsmiləşdirib həll edəcəm” qeyd etməklə məsələnin həll olunacağına iddiaçıları əmin etsə də, bu günədək vədinə əməl etməmişdir. Mübahisəli mənzil iddiaçıların istifadəsində olsa da, hüquqi baxı mdan mənzilin cavabdehin adına qeydə alınması iddiaçı Bayramovanın mülkiyyətçi kimi əmlakı üzərində müstəqil sərəncam vermək hüquqlarını əsassız məhdudlaşdırır. Məhkəmə kollegiyası iş üzrə şahid qismində dəvət olunmuş şəxslərin bildirdiyi mühüm faktiki hallara hüquqi qiymət verməməklə, işin tam, hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmamasını açıq-aşkar nümayiş etdirmişdir. İş üzrə şahid qismində dindirilmiş "xxxx" MTK-nın müdir müavini X8 bildirmişdir ki, mübahisəli mənzilə dair müqavilə bağlanması zamanı o kooperativin direktoru vəzifəsində çalışırdı və müqavilədə olan imza ona məxsusdur. İddiaçı2 2015-ci ildə qızı üçün mənzil almaqdan ötrü Kooperativə yaxınlaşmışdır. Lakin qızı azyaşlı olduğuna və özü də xarici ölkə vətəndaşı olduğuna görə ona mənzil satışı həyata keçirilə bi lməmiş, daha sonra İddiaçı2 qaynı kimi təqdim etdiyi Ramid adlı şəxslə Kooperativ arasında payçı müqaviləsi bağlanmışdır. Mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. İddiaçı2 mənzilin aylıq ödənişini göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir. Habelə, iş üzrə şahid X11 bildirmişdir ki, İddiaçı2 6-cı mkr-da tikilən yeni tikilidən mənzil almamışdan əvvəl onunla birlikdə gedib həmin mənzilə baxmışdır. Mahirin həmin tikilidən mənzil alması və mənzili qaynının adına rəsmiləşdirməsindən məlumatlı olmuşdur. İş üzrə şahid X1 da İddiaçı2 yeni aldığı mənzil üçün mebellər sifariş etdiyini, mebellərin həmin mənzildə quraşdırıldığını və dəyərinin Bayramov tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iş üzrə şahidlərin bildirdiyi faktiki hallara heç bir hüquqi qiymət verməmiş, şa hid ifadələrini sadalamaqla kifayətlənmiş, tərəflərin münasibətlərinin faktiki vəziyyətini qiymətləndirilməsindən bilərəkdən yayınmışdır. Apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı məhkəmə analoji halı təkrarlamaqla, kassasiya instansiya məhkəməsinin işə yenidən baxılması zamanı verdiyi göstərişlərin guya nəzərə alınması görüntüsü yaratsa da, əslində işin apellyasiya baxışına qaytarılmasının əhəmiyyətini heçə endirmiş, iş üzrə hüquqi qiymət verilməli hallara hər hansı bir münasibət göstərmədən yenidən qanunsuz və əsassız qətnamə çıxarmaqla kifayətlənmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan xüsusatlara yenidən biganə münasibət göstərməklə, göstərilən dəlillərə mahiyyəti üzrə qiymət verməmiş, kassasiya instansiya məhkəməsinin göstərişlərinin məcburiliyi barədə qanun vericiliyi kobud surətdə pozmuşdur. İlkin iddia üzrə iddiaçı Bayramov tərəfindən təqdim edilən ödəniş qəbzlərinin yalnız bir hissəsinin əsas götürülməsi anlaşılan deyil. Məhkəmə iclasında birgə iddiaçıların nümayəndəsi mənzilin alınması ilə bağlı ödənişlərin həyata keçirilməsinə aşağıdakı qaydada izah vermişdir: İddiaçı2 mübahisəli mənzili daxili kreditlə öz adına (Xarici ölkə vətəndaşı olduğu üçün kooperativ daxili kreditlə satışın mümkün olmadığını bildirmişdir) və qızı İddiaçı1 18 yaşı tamam olmadığı üçün onun adına ala bilmədiyi üçün, Azərbaycan Respublikasında yaşayan qaynı Cavabdeh1 adına sənədləşdirməyi qərara almışdır. 2015-ci ilin avqust ayında mənzil üçün ilkin ödəniş edilməsindən ötrü keçmiş qaynatası Atabala Hüseynovdan bankdan kredit götürülməsini xahiş etmiş və götürülən kred it vəsaiti hesabına mənzil üçün ilkin ödəniş edilmişdir. Təsadüfi deyildir ki, mənzilə görə ilkin ödənişin qəbzinin əsli də məhz ilkin iddiaçılarda saxlanılır, cavabdeh Hüseynovda belə sənəd mövcud deyil və iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmişdir. Bundan sonra ilkin iddia üzrə iddiaçı aylıq olaraq müxtəlif vaxtlarda həm mənzilin daxili krediti üzrə Kooperativə ödənilməli olan borcun, həm də Atabala Hüseynov adına götürülmüş kredit üzrə borcun bağlanması üçün Qazaxıstandan köçürmə yolu ilə pul vəsaitləri göndərmişdir. Pul vəsaitlərinin bir hissəsinin Atabala Hüseynovun, bir hissəsinin Cavabdeh1 adına göndərilməsinin əsas səbəbi bundan ibarətdir. Habelə, Cavabdeh1 bir müddətlik Qazaxıstana səyahət etdiyi zaman mənzilin dəyərinin ödənilməsi üçün Bayramov tərəfindən Atabala Hüseyno vun adına pul vəsaitləri göndərilmişdir. Ödəniş qəbzlərinin bir hissəsinin İddiaçı2 keçmiş həyat yoldaşı Aygün Bayramova tərəfindən, Luiza Şadımanova və Aslan Şadımanov tərəfindən göndərilməsi də məhz İddiaçı2 xahişi ilə ona məxsus olan vəsaitin gecikmədən bank vasitəsilə Cavabdeh1 göndərilməsinin təmin edilməsinə xidmət etmişdir. Məhkəmə ödəniş qəbzlərinin bir hissəsini qəbul etsə də, digər hissəsini heç bir əsas olmadan qəbul etməməsi qərəzli mövqeyin bariz ifadəsidir. Həmin ödənişlərin başqa hansı əsasla göndərilməsinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmiş, yəni iddiaçının istinad etdiyi hallar heç bir mötəbər sübutla təkzib edilməmişdir. İddiaçı tərəfindən mübahisəli mənzilə görə faizli bank kreditləri üzrə ödənişlər və Kooperativin daxili krediti üzrə ümumilikdə 77945 dollar ödəniş edilmişdir ki, həmin ödənişlərin 64695 dollar hissəsi ödəniş qəbzləri ilə təsdiq olunur. Məhkəmə isə bilərəkdən, cavabdehin müdafiəsini təmin etmək məqsədilə həmin ödənişləri nəzərə almamışdır. Habelə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank sənədlərinin və onlara əsasən tərtib edilmiş cədvəldə qeyd olunan ödəniş tarixləri, cavabdehin nümayəndəsi tərəfindən apellyasiya instansiyasının ikinci baxışı üzrə son iclasda təqdim edilmiş bank krediti üzrə cavabdeh tərəfindən edildiyi göstərilən ödənişlərin tarixi ilə ya üst-üstə düşür, ya da ondan bir neçə gün əvvəldir, habelə, həmin tarixlərdə köçürülən pul vəsaitləri ilə banka ödənilən pul vəsailərinin məbləğləri də bir-biri ilə əlaqəlidir. İddiaçı cavabdehin Masallı rayonundan Bakı şəhərinə gəlməsi ilə bağlı yol xərclərini, Bay ramovlara görə vaxtını itirməsini və s. nəzərə alaraq, bəzən də həm Kooperativə, həm banka ödəniş edilməli olduğu üçün hər köçürmə zamanı bir qədər artıq pul göndərmişdir. Cavabdeh1 tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən 17 fevral 2016-cı ildə kredit götürülməsi də məhz İddiaçı2 oğlunun xahişi əsasında, mənzilin dəyərinin ödənilməsinin başa çatdırılması üçün olmuşdur. Kreditin ayrılması zamanı məhz Kooperativin müraciəti ilə mənzil girov qoyulmuş, 05 avqust 2017-ci il tarixdə Cavabdeh1 adına dövlət reyestrindən çıxarış verilsə də, çıxarış həmin kreditin ödənişi başa çatanadək Kooperativdə saxlanılmış, 02 iyul 2019-cu ildə kreditin ödənişi tam başa çatdırıldıqdan sonra Bank tərəfindən Cavabdeh1 adına arayış verilmiş və bundan sonra Hüseynov həmin arayışın surətini Kooperativə təqdim etməklə çıxarışı fiziki olaraq götürmüşdür. Apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş İddiaçı2lə Cavabdeh1 arasında olan yazışmadan görünür ki, 04 iyul 2019-cu ildə Hüseyn Ramid həmin çıxarışı fiziki olaraq götürdükdən sonra onun şəklini İddiaçı2 göndərmişdir. Məhkəmə isə bu xüsusatlara və sübutlara qiymət vermədən mənzilin çıxarışı 2017-ci ildə alındığı halda hansı səbəbdən Bayramov tərəfindən Hüseynova 2019-cu ilədək ödəniş edilməsinin sübut edilmədiyi qənaətinə gəlməklə işin hallarını təhrif etmişdir. Bundan başqa, mübahisəli mənzil həqiqətən Cavabdeh1 məxsus olmuşdursa, mənzilin açarlarının hansı səbəbdən hər zaman İddiaçı2 olması, mənzilin təmirində və mənzil üçün mebellərin hazırlanmasında iştirak edən şahidlərin izahatlarında bütün sifarişlərin Bayramov tərəfindən olmasın ı, sifarişlərin dəyərinin Bayramov tərəfindən ödənilməsini, Hüseynov adlı şəxsi ümumiyyətlə tanımamalarını bildirmələrinə məhkəmə hər hansı izah verə bilmir. Habelə, iş üzrə əsas şahidlərdən biri olan mübahisəli mənzilə dair müqavilə bağlandığı dövrdə Kooperativin rəhbərliyində təmsil olunan Şükür Həmzəyevin məhkəmə iclasındakı izahatları ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmamışdır. Halbuki, direktor mübahisəli mənzillə bağlı İddiaçı2llə razılıq əldə olunduğunu, mənzili daxili kreditlə ona sata bilmədikləri üçün qaynı Cavabdeh1 adına sənədləşdirildiyini, aylıq ödənişlərin də məhz İddiaçı2 tərəfindən göndərildiyini və ödəniş edildikdən sonra Bayramovun zəng edərək ödənişin çatıb-çatmadığını soruşduğunu bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya ş ikayətinə cavabdeh tərəfindən yazılı etiraz verilmiş, etiraz belə əsaslandırılmışdır ki, apelyasiya şikayətində İddiaçı2 xarici ölkənin vətəndaşı olduğuna, övladı Leyla isə azyaşlı olduğuna görə, mənzili özünün və Leylanın adına ala bilmədiyi qeyd edildə də iddiaçı tərəfin bu dəlili absurdur. Belə ki, əcnəbinin Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycanda fərdi əmlak almaqda bərabər hüquqları vardır. Əcnəbi, torpaq istisna olmaqla, Azərbaycanda yaşayış və ya qeyri-yaşayış sahələrindən ibarət daşınmaz əmlak ala bilər. Başqa sözlə ev, villa, mənzil və digər əmlak alınmasında xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları kimi oxşar hüquqlardan istifadə etmək imkanı vardır. Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Res publikasında yalnız torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmək imkanına malik deyil. Həmin şəxslərin Azərbaycan Respublikasında torpaqdan başqa digər əmlaklar üzərində mülkiyyət hüququnu əldə etməsi Torpaq Məcəlləsi, "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüququ vəziyyəti haqqında" Azərbaycan Respublikası qanununun 17-ci maddəsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər normativ aktlarla tənzimlənir. Bunlardan başqa, bildiririk ki, yetkinlik yaşına çatmayan şəxsərə münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi əmlak üzərində hüquq əldə etmək üçün hər hansı məhdudiyyət və ya qadağa qoymamışdır. Həmin qadağa yalnız 18 yaşına çatmayan şəxslərin adına olan əmlakların özgəninkiləşdirilməsinə münasibətdə Mülki Məcəllənin 36-cı maddəsində təsbit edilmişdir. llk iddia üzrə idiaçı tərəf məhkəməyə yalnız xx.xx.2015-ci il tarixdə 3.168 ABŞ dolları, xx.xx.2015-ci ildə 3.200 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları (2.000 və 3.000 olmaqla), xx.xx.2015-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.350 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.450 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.250 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 990 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017- ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 600 ABŞ dolları, xx.xx.2017- ci il tarixdə 504 ABŞ dolları, ümumilikdə 26.612 ABŞ dolları məbləğində pulun göndərilməsi barədə köçürmə qəbzlərini təqdim etmişdir. İddiaçı2 Cavabdeh1 adın a göndərdiyi 26.612 ABŞ dolları, Atabala Hüseynova göndərdiyi 800 ABŞ dolları məbləğində pul, onların (Aygün və Mahirin) Ramid və Atabalaya olan borcunun qaytarılması üçün köçürülən məbləğlər olmuşdur. Hazırda isə İddiaçı2 həmin köçürmələrə dair sənədləri "mənzilə görə ödənişlər” görüntüsünü yaratmaq niyyəti ilə məhkəməyə təqdim etmiş və bu zaman məhkəməyə həqiqəti əks etdirməyən, yalan məlumatlar vermişdir. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

44. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

45. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

46. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 425.1. Öz hüquq larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işlər i və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

50. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

51. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə təkrar apellyasiya qaydasında baxmış məhkəmə kassasiya instansiyası məhkəməsi tərəfindən verilmiş göstərişlərə tam əməl etmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.

57. İlk iddia üzrə iddiaçının iddia tələbində irəli sürdüyü faktiki hallara əsasən tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlan dığını iddia edildiyi müəyyən olunur. İddiaçı göstərmişdir ki, Cavabdeh1 hazırda mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzili onun tapşırığı və vəsaiti hesabına öz adına əldə etmiş, lakin tapşırıqdan kənara çıxaraq sonradan mənzili qızı İddiaçı1 adına rəsmiləşdirməmişdir. Tələbin qanuni əsasını MM-nin 782.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

58. MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

59. İş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2117/2024 nömrəli qərarında apellyasiya instansiya sı məhkəməsinə iddiaçı tərəfindən təqdim edilmiş “Whatsapp” yazışmalarının araşdırılması, həmin sübutun tərəflərlə müzakirə edildikdən sonra qiymətləndirilməsi və məhkəmənin həmin sübutla bağlı mövqeyinin əsaslandırılması barədə göstəriş verilmişdir.

60. Kassasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək bu göstərişə əməl etməmişdir. Belə ki, məhkəmə iclas protokollarından məhkəmənin iş materiallarına əlavə edilmiş “Whatsapp” yazışmaları üzrə araşdırma apardığı, həmin yazışmaların tərəflərlə müzakirə edildiyi (yazışmanın mübahisə tərəflər arasında həyata keçirilib-keçirilmədiyi, əgər yazışmanın həyata keçirildiyi nömrə cavabdehə məxsusdursa cavabdehin yazışmalarla bağlı izaha tı), mötəbərliyinin yoxlanıldığı müəyyən edilmir. Məhkəmə qətnamədə “Whatsapp” yazışmalarını mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitinin məhz İddiaçı2 tərəfindən edilməsini təsdiq edən və ilk iddianın təmin olunması üçün kifayət edən sübut hesab etmədiyini qeyd etsə də, məhkəmənin bu mövqeyi əsaslandırılmamışdır.

61. MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Hakim iddiaçının təqdim etdiyi sübutu iddianın təmin edilməsi üçün kifayət qədər mötəbər sübut kimi qəbul etmirsə qeyd edilən normanın tələbinə əsasən qətnamədə bunun səbəbini göstərməyə borcludur.

62. Mübahisə tərəfləri arasındakı telefon vasitəsi ilə həyata keçirilmiş danışıqların mülki icraat zamanı sübut qismində qəbul edilməsinin mümkünlüyü “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərardakı hüquqi mövqeyə görə, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələri əks etdirən danışıqların həmin münasibət barəsində yaranan h üquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”

63. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ilk iddia üzrə iddiaçının təqdim etdiyi sübut üzrə araşdırma aparılmaması işin hallarına düzgün qiymət verilməməsi və əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyindən, o cümlədən ilk iddia tələbinin qanuni əsası düzgün müəyyən edilmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək hər iki iddia tələbi ilə bağlı hissədə yeni baxışa qaytarılmalıdır.

64. Kollegiya eyni zamanda qeyd etməyi zərurui hesab edir ki, əgər cavabdehin mülkiyyətində olan mənzilin həqiqətən iddiaçının vəsaiti hesabına əldə edildiyi təsdiq edilərsə tapşırıq nəticəsində əldə edilmiş əmlakın daşınmaz əmlak olduğu nəzərə alınaraq Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən tələbin təmin edilməsinin mümkün olub-olmadığına hüquqi qiymət verilməlidir.

65. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2024cü il tarixli, 2(105)-1464/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.

66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2024-cü il tarixli, 2(105)-1464/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar