Məhkəmə qərarları › İş №2(102)-978/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-978/2022

21.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-978/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1718/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 13 sentyabr 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini (bundan sonra – mübahisəli ev) qızı Cavabdeh (bundan sonra – cavabdeh) bağışlamışdır. Mübahisəli ev 03.04.2019-cu il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsini onunla əsas landırmışdır ki, cavabdeh iddiaçının qızıdır. İddiaçı yaşlı olduğu üçün mülkiyyətində olan mübahisəli evi qızına bağışlamaq fikrinə düşmüşdür. Belə ki, cavabdeh iddiaçıya bildirmişdir ki, evi ona bağışlayacağı təqdirdə ona sonacan baxaraq bütün xərclərini qarşılayacaqdır. İddiaçı da cavabdehə inanıb evini cavabdehə bağışlamışdır. Bundan bir müddət keçdikdən sonra qızı onu tənha qoyaraq çıxıb getmişdir. Sonradan başa düşmüşdür ki, qızının niyyəti evi ələ keçirmək olmuşdur. İddiaçının 84 yaşı vardır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən, bağışlama müqaviləsi ləğv olunmalı, ev iddiaçının mülkiyyətində qalmalıdır. Cavabdehin nümayəndəsi xxxxxməhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh onun anası, iddiaçı isə nənəsidir. İddiaçıya uzun müddət an ası baxmış, heç bir narazılıq olmamışdır. Lakin sonradan iddiaçının oğlu Nümayəndə cavabdehin həmin evdə yaşamasına imkan verməmiş, onu evdən qovmuşdur. Hazırda maneçilik olmadığı təqdirdə cavabdeh anasına baxmağa hazırdır. İddiaçının oğlu və digər qızı xxxbuna imkan vermirlər. Məcburiyyət qarşısında qalaraq cavabdeh mülkiyyətində olan mübahisəli evə daxil ola bilmir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-565/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli ev cavabdehin adına qeydiyyata alındıqdan sonra cavabdeh ailəsi ilə birlikdə həmin evə köçmüşdür. Sözügedən evdə uzun müddət yaşamış, iddiaçı və onun ailə üzvləri buna öz etirazlarını bildirməmişlər. Sonradan isə iddiaçının ailə üzvləri iş üzrə cavabdehi həmin evdən çıxarmış, sonuncunun evə qayıtmasına imkan verməmişlər. Hazırda iddiaçı mübahisəli evdə yaşayır və onun evlə bağlı hər hansı hüququnun pozulması halı yoxdur. İddiaçının digər ailə üzvləri həmin evə gələrək onunla birlikdə yaşadıqlarından cavabdehin evə daxil olmasına imkan yaradılmır. İddiaçının şəxsi fikri yerli baxış zamanı məhkəmə tərəfindən öyrənilmiş, sonuncu cavabdeh qızından deyil, nəvəsindən narazı olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, bağışlama müqaviləsinin ləğvi üçün qanunla nəzərdə tutulan əsaslardan heç biri hazırkı iş üzrə yaranmış münasibətlərdə yoxdur və iddiaçı müqavilədən imtina etməkdə və ya onun ləğvini tələb etməkdə haqlı deyi ldir. Belə ki, hədiyyə verən o halda bağışlamaqdan imtina edə bilər ki, hədiyyə alan üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun. Lakin iş materiallarından göründüyü kimi hədiyyə alan cavabdehin üzərinə hər hansı vəzifə qoyulmamış, sonuncu tərəfindən hədiyyə alanın və onun ailə üzvlərinin hüquqları bu və ya digər formada pozulmamışdır. Belə ki, sözügedən fərdi yaşayış evi bağışlanılarkən iddiaçının mülkiyyətində olmuşdur. İşin bu faktiki halı iş materiallarında olan sənədlərlə təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 666.1, 67 3.2.1, 674.1, 674-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh evi ona bağışlayacağı təqdirdə ona sonacan baxaraq bütün xərclərini qarşılayacağına söz vermiş, o da cavabdehə inanıb evini sonuncuya bağışlamışdır. Bundan bir müddət keçdikdən sonra qızı onu tək qoyaraq Şəmkir rayonuna getmişdir. Evə g ələndə isə onu təhqir edərək, dəfələrlə döymüşdür. Evdə tək qala bilmədiyindən oğlunun kirayədə yaşadığı evə köçmüşdür. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, həqiqətən bağışlama müqaviləsindən sonra Şəmkir rayonuna oğlunun yanına köçmüş, hal-hazırda da Şəmkir rayonunda yaşayır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-135/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunaraq, iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iddiaçı cavabdehin anasıdır. Ev cavabdehə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, cavabdeh onun səhhəti ilə maraqlanmamış, milli mentalitetdən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçını kimsəsiz və köməksiz qoyaraq evdən getmişdir. Halbuki, iddiaçı ilə cavabdeh biri-birini saxlamaq vəzifəsi daşıyan şəxslər kateqoriyasına daxildirlər. Azərbaycan Respub likasının Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Qeyd olunanlara əsasən qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 666.1, 668.1.1, 673.1.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 90-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehin hüquqi varisi (cavabdeh 17.01.2021-ci il tarixdə vəfat etmişdir) – oğlu xxxx oğlu kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdehi n hüquqi varisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsi hər hansı bir şərtdən asılı edilməmişdir, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3633/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyasının məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya inst ansiyası məhkəməsi bağışlama müqaviləsini ləğv edərkən iddiaçının özünə məxsus evi qızına bağışlayarkən sonuncunun anasına ömrünün sonuna kimi baxıb xərclərini qarşılamaq barədə üzərinə öhdəlik götürməsini, lakin öhdəliyin şərtinə əməl etməməsini əsas göstərmişdir. Lakin apellyasiya məhkəməsinin qətnaməsi birtərəfli qiymətləndirilmiş sübutlar əsasında çıxarılmaqla tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Belə ki, bağışlama müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmaqla hər hansı öhdəliyin icrasından asılı edilməmiş, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Cavabdehin anasına ömrünün sonuna kimi baxması barədə şərt müqavilədə nəzərdə tutulmamaqla həmin şərtin mövcud ol ması barədə məhkəmənin nəticəsi yalnız hədiyyə verənin göstərdiklərinə əsaslanmışdır. Müqavilənin məzmunu və hədiyyə alanın izahatı isə həmin şərtin mövcudluğunu təkzib edir. Əgər “hədiyyə verən” hədiyyə alandan ömrünün sonuna kimi özünün saxlanılmasını təmin etmək məqsədini güdürdüsə, belə halda o, ömürlük renta müqaviləsi bağlaya bilərdi. Lakin işdən görünür ki, iddiaçı “hədiyyə alan” qarşısında heç bir şərt qoymadan onunla bağışlama müqaviləsi bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, işdə olan bütün sübutların tam və hərtərəfli qiymətləndirilməsini təmin etməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2020-ci il tarixdə keçirilmiş iclasında iştirak etsə də, so nrakı məhkəmə proseslərində onun iştirak etməməsinin səbəbləri müəyyən olunmamış, nəticədə, cavabdeh 17 yanvar 2021-ci il tarixdə vəfat etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən 11 fevral 2021-ci il tarixdə qətnamə qəbul edilmiş və mərhumun prosessual hüquq varisi məhkəmə prosesində iştirak etmək imkanından məhrum edilmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 666.1, 668.1.1, 668.1.2, 670.1-ci, MPM-in 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(107)-1718/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və E.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında təkrar baxan məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, bağışlama müqaviləsi tərəflərin bilavasitə iştirakı ilə bağlanmaqla hər hansı öhdəliyin icrasından asılı edilməmiş, Mülki Məcəllənin 666-674cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Birinci instansiya məhkəməsi də tərəflər arasında yaranmış mübahisə ilə bağlı işin faktiki hallarını hərtərəfli araşdıraraq haqlı olaraq iddia tələbini rədd etmişdir. Odur ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs yoxdur. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil edir. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 673.1-ci maddəsinin tələbini pozaraq, cavabdehin hərəkətlərini bağışlamanın ləğvi üçün əsas hesab etməmişdir. Məhkəmə Ailə Məcəlləsinin 82-ci maddəsinin tələbini pozmuş, cavabdehlə iddiaçı arasında ailə münasibətlərindən irəli gələn, qanunla müəyyən olunmuş öhdəliklərin olduğunu (cavabdehin bir övlad kimi anası olan iddiaçını saxlamaq və ona qayğı göstərmək) və bunun bağışlama müqaviləsinə təsbit edilməli olmadığını nəzərə almamışdır. Cavabdehin bu öhdəliyi onun konstitusion vəzifəsidir və həmin öhdəliyin tərəflər arasında bağla nmış müqavilədə göstərilməsinə ehtiyac yoxdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-in 14.1, 76.1, 77.1, 217.1ci maddələrinin tələblərini pozmuş, sübutları düzgün qiymətləndirməmiş, cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini icra edib-etməməsini araşdırmamış, müqavilənin etibarlılığı mübahisələndirilmədiyi halda əqdin etibarlı olması barədə qənaətə gəlmiş, qanun normalarını səhv təfsir etmişdir. Məhkəmə vahid məhkəmə təcrübəsinə əməl etməməklə Ali Məhkəmənin analoji işlərlə bağlı hüquqi mövqeyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir c avab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddələr 668.1.1 və 668.1.2. Daşınmaz əmlakların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariatda təsdiq edildikdə müqavilə etibarlı sayılır. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri b arəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Ailə Məcəlləsi Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtina əsası kimi çıxış edir. Nəzərə alınmalıdır ki, ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmis, lakin ailə qanunvericiliyi ümumi şəkildə və bəzən xüsusi hallar üçün bu vəzifələri müəyyən etmişdir. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların üzərinə qanunla qoyulan belə vəzifələrdən biri də maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərməkdir ( Ailə Məcəlləsinin 82.1-ci maddəsi). Lakin bu vəzifələrin qanunla müəyyən olunması özü-özlüyündə bağışlamadan imtina tələbinin təmin olunması əsası kimi çıxış edə bilməz. Bu cür tələb irəli sürən hədiyyə verən həqiqətən də özünün maddi yardıma ehtiyacı olduğunu, əmək qabiliyyətinin olmadığını, hədiyyə alanın əmək qabiliyyətli olduğunu və sonuncunun Ailə Məcəlləsinin 82.1-ci maddəsində və ya digər maddələrində qanunla qoyulmuş vəzifələrini kobudcasına pozduğunu sübut etməlidir. Baxılan iş üzrə məhkəmələr tərəfindən yuxarıda sadalanan halların mövcud olduğu müəyyən edilməmiş, birinci instansiya məhkəməsi iddianın rədd olunmasını, həmçinin bununla əsaslandırmış və yenidən işə baxmış apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1718/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar