Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-980/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı İddiaçı1 oğlunun və vəkili Vəkil oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı1 oğlu və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-318/2018 saylı 15 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaç ılar X5, X3, İddiaçı3, İddiaçı4, İddiaçı1 oğlunun, İddiaçı6, İddiaçı7 və İddiaçı8 oğlunun Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Təmir-Tikinti İdarəsinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2(105)-4258/2018 saylı 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(012)-318/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3071/2019 saylı 14 may 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2(105)-4258/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi F.Ə.Məmmədov, hakimlər L.M.Məmmədova və S.A.Qafari) iddiaçı İddiaçı1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-318/2018 saylı, 15 fevral 2018-ci il tarixli qətnaməsinin qismən-iddiaçı İddiaçı1 oğluna aid hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh Mənzil Kommunal Təsərrüfatı İstehsalatİstismarı Təmiri Birliyindən 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaitinin alınıb iddiaçı İddiaçı1 oğluna verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaç ılar X9, X6, İddiaçı3, İddiaçı4, İddiaçı1 oğlu, İddiaçı6, İddiaçı7 və İddiaçı8 oğlu Cavabdeh MKTB-nin Təmir Tikinti İdarəsinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 1820 manat və 3000 manat, İddiaçı2 X oğlunun xeyrinə 270 manat, İddiaçı3 xeyrinə 135 manat, İddiaçı4 xeyrinə 195 manat, İddiaçı7 xeyrinə 225 manat, X2 xeyrinə 1900 manat, İddiaçı8 oğlunun xeyrinə 1340 manat, İddiaçı1 oğlunun xeyrinə 1855 manat ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı İddiaçı1 oğlu və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əs aslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədən və izahatı alınmadan tələsik, birtərəfli qərar qəbul edilməklə qanunvericiliyin çəkişmə prinsipini və tərəflərin bərabərlik prinsipini pozmuşdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019cu il tarixli 2(105)-2911/2019 saylı qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı1 oğlunun vəkili Vəkil oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahi ş etdi, iddiaçı X vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası, İddiaçı1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli 2(105)-2911/2019 saylı qətn aməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istina d etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X digər iddiaçılarla birlikdə cavabdeh təşkilatın inşa etdiyi uşaq bağçasının tikintisində 2015-ci ilin fevral ayından başlayaraq briqada şəklində işlədiyini, 2015-ci ilin sentyabr ayından onlara əmək haqqı verilmədiyinə görə işi dayandırdıqlarını, işlədikləri müddətdə cavabdeh təşkilatın rəhbərliyindən dəfələrlə xahiş və tələb etmələrinə baxmayaraq, onlarla əmək müqaviləsi bağlanmadığını, tikint i işlərinə əvvəl X, sonradan isə X adlı iş icraçısının rəhbərlik etdiyini, əmək haqqının ödənilməsini X adlı mühasibin həyata keçirdiyini, həmçinin tikintidə əlavə olaraq dəmir-beton işləri apardıqlarına görə ona və İddiaçı1 3.000 manat ödəniləcəyinə dair vəd verildiyini, 2015-ci ilin avqust ayından başlayaraq cavabdeh təşkilatın ona ödənilməmiş 1.855 manat əmək haqqı borcunun olduğunu iddia edir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsi bağlamaq, eləcə də əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işçinin deyil, işəgötürənin əsas vəzifəsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin “inzibati tənbeh vermə haqqında” 18 yanvar 2016-cı il tarixli qərarını surəti əsasında müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı5, XX və digərləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir və cavabdeh təşkilatın rəisi X7 Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq 5.000 manat cərimə edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, iddiaçı İddiaçı1 oğlunun cavabdehin sifarişi əsasında işləməsi, cavabdehin onunla əmək müqaviləsi bağlamaması, əmək haqqının bir qismi ödənilmədiyinə görə iddiaçının X8 müraciət etməsi işin mübahisəsiz hallarıdır. İddiaçıya ödənilməmiş əmək haqqının məbləğinin 1855 manat olmasını isə təkzib edən sübut növü məhkəməy ə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı1 oğlunun apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)318/2018 saylı 15 fevral 2018-ci il tarixli qətnaməsi qismən - iddiaçı İddiaçı1 oğluna aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyindən 1855 (bir min səkkiz yüz əlli beş) manat məbləğində pul vəsaiti alınıb iddiaçı İddiaçı1 oğluna verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tət biq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinin h bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasi ya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işlər i ödənilmiş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı1 oğlu tərəfindən kassasiya şikayəti verildiyindən qətnamə ona münasibətdə yoxlanılmalıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədən və izahatı alınmadan tələsik, birtərəfli qərar qəbul edilməklə qanunvericiliyin çəkişmə prinsipi və tərəflərin bərabərlik prinsipi pozulmuşdur. Bundan başqa qeyd etmişdirlər ki, “apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş məbləğ Xun təklikdə payına düşən qazandığı məbləğdir. İlkin iddiada göstərildiyi kimi XX1 ilə birlikdə (şərikli olaraq) dəmir-bet on işləri görmüşlər və həmin işin görülməsi üçün onlara 3000 manat məbləğində pul ödəniləcəyi vəd edilsə də, lakin verilməmişdir. Həmin 3000 manat məbləğin yarısı yəni, 1500 manatı Xun iddia etdiyi məbləğdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsini nəzərə alıb təmin etməmişdir. Xun mülki iş üzrə ümumi iddia tələbi 3355 manatdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı XX1 ilə birlikdə (şərikli olaraq) dəmirbeton işlərinin gördüklərini və həmin işin görülməsi üçün onlara 3000 manat məbləğində pul ödəniləcəyi vəd edildiyini və ümumi iddia tələbinin 3355 manat olduğunu qeyd etsə də, iddianın təmin edilməyən həmin hissəsi ilə bağlı məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətində iddiaçı məhkəmənin çəkişmə prinsipini və tərəflərin bərabərlik prinsipini pozduğunu, işin birtərəfli qaydada aparıldığını göstərmiş, həmçinin maddi və prossesual hüquq normalarının pozulduğunu göstərsə də, bu pozuntuların nədən ibarət olduğunu əsaslandırmamışdır. Mülki iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq işin hallarının düzgün müəyyən edilməməsi barədə qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan Sumqayıt Apellyasiya Məh kəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı İddiaçı1 oğluna aid hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı İddiaçı1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2019-cu il tarixli 2(105)2911/2019 saylı qətnaməsi iddiaçı İddiaç ı1 oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-980/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-980/2020
17.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver