Məhkəmə qərarları › İş №2(102)-983/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-983/2020

12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-983/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X4 və İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi X7 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(012)1399/2019, hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh 1 şöbəsi və İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “şərəf və ləyaqətinin ləkələnməsi ilə bağlı vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2909/2019, hakimlər A.Ə.Abbasov, Ş.R.Abasov və T.Q.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 şöbəsi və İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfi ndən şərəf və ləyaqətinin ləkələnməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə cavabdehlərin hər birindən 10.000 manat məbləğində vəsaitin tutulması, verilişdə yayımlanan süjetin “Youtube” saytından X11 tərəfindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə onun “cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması, birgə nikah dövründə əldə edilmiş əmlakın və pulun bölünməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Apellyasiya Məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamə Cavabdeh1 Şöbəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə icra edilmiş və ona məxsus cehiz əşyaları ona geri qaytarılmışdır. Eyni zamanda icra sənədi üzrə icra işi həyata keçirilərkən icra məmuru X1 tərəfindən video çəkiliş aparılmış, ondan bunun səbəbini soruşduqda, bunun yalnız arxivə veriləcəyi ona bildirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, onun razılığı alınmadan həmin video material İTV kanalına verilmiş və həmin kanalda yayımlanan “Qanundan kənar” verilişində xx xxxxxxxx 2015-ci il tarixdə nümayiş etdirilmişdir. Bu çəkiliş nümayiş etdirilərkən onun barəsində mənfi ifadələr işlənmişdir və bu verilişi milyonlarla insan izləmişdir. Həmçinin, həmin süjet “Youtube” saytına yer ləşdirilmiş və saytda minlərlə insan tərəfindən izlənmişdir. Bu video çəkilişin nümayiş etdirilməsindən sonra qohumların və tanışların qınağına tuş gəlmiş və onu tanıyanlar arasında hörmət hissinin azalmasına səbəb olmuşdur. Hətta işlədiyi iş yerindən çıxarılmışdır və bu hadisə onun yeni iş tapmasına əngəl törətmişdir. Halbuki video çəkilişin televiziyada nümayiş etdirilməsindən qabaq onun razılığı alınmalı idi və onun razılığı olduğu təqdirdə nümayiş etdirilə bilərdi. Həmçinin video çəkiliş nümayiş etdirilərkən onun guya icra işinə maneçilik törətməsi səsləndirilmişdir, halbuki o, öz haqqını tələb etmiş və bundan da görünür ki, onun barəsində mənfi rəy formalaşmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tələbini qətnamənin icrası ilə əlaqədar icra tədbirlərinin keçirilməsi zamanı video çəkiliş aparılması, onun razılığı alınmadan həmin video materialın İTV kanalına verilməsi, həmin kanalda yayımlanan “Qanundan kənar” verilişində xx xxxxxxxx 2015-ci il tarixdə nümayiş etdirilməsi, çəkiliş nümayiş etdirilərkən onun barəsində mənfi ifadələr işlənməsi, verilişin milyonlarla insan tərəfindən izlənməsi, həmçinin, həmin süjetin youtube saytına yerləşdirilməsi, çəkiliş in nümayiş etdirilməsindən sonra onu tanıyanların, qohumların və tanışların qınağına tuş gəlməsi, onu tanıyanlar arasında hörmət hissinin azalmasına səbəb olmasını və bunun nəticəsində şərəf və ləyaqətinin ləkələnməsi, mənəvi sarsıntı keçirməsi ilə əsaslandırmış və tələbinin əsası kimi “X3 haqqında” Qanunun 10-1-ci maddəsinə istinad etmişdir. İddiaçının da istinad etdiyi “X3 haqqında” Qanunun 10-1-ci maddəsinə görə gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 1) şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə. 2) məhk əmənin qərarı ilə nümayiş etdirilirsə. Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur. İddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik norması gizli audio və video çəkilişlərə aiddir. İddiaçı isə çəkilişin onun razılığı ilə aparılmasını bildirməklə, çəkilişin gizli yazılmamasını özü də təsdiq etmişdir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi barədə iddialar üzrə üç hal aydınlaşdırmalı və onlara məcmu halınd a hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Göründüyü kimi, qeyd edilən hallardan hər hansı birinin olmaması şərəf və ləyaqətin ləkələnməsini istisna edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə də iddiaçı barəsində hər hansı həqiqətət uyğun olmayan, onun şərəf və ləyaqətini ləkələyəyici yalan məlumatların yayılması halı sübuta yetmir. İddiaçı barəsində məlumatların yayılması halı olsa da, həmin məlumatların yalan olması və şərəf və ləyaqəti ləkələməsi halı yoxdur. Verilişdə gedən ifadələr icra işinin gedişatını əks etdirir və faktların bəyan edilməsindən ibarətdir. Həmin ifadələrdə şərəf və ləyaqəti ləkələyən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar