Məhkəmə qərarları › İş №2(102)-992/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-992/2019

25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-992/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, cavabdeh YYYnun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh YYYna qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)-7773/2018 nömrəli qətnaməsindən cavabdeh YYY və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh YYYna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək onunla Bank arasında bağlanmış 70259876-11 saylı, 27 yanvar 2017-ci il tarixli bank əmanət müqaviləsinin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə Bank tərəfindən qəbul edilmiş 8000 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 02 may 2018ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (A.Hüseynov sədrliyi və məruzəsi ilə, hakimlər X. Cəmilova və İ.Xəlilov) 10.09.2018-ci il tarixli 2(103)-7773/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2815/2018 saylı iş üzrə 02 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddi anın təmin edilməsi, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 70259876-11 saylı, 27 yanvar 2017-ci il tarixli bank əmanət müqaviləsinə əsasən qəbul edilmiş əmanətə görə 8000 (səkkiz min) manat kompensasiya məbləğinin YYYndan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh YYY və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)-7773/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Bank arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsinin təzahürüdür. Tərəflər müqavilə imzalayarkən onun mühüm şərtləri barədə razılığa gəlmişlər və bu razılıq tərəflərin imzaları ilə rəsmiləşdirilmişdir. Həmin müqavilələrin 5.2-ci mad dəsində tərəflər arasındakı müqavilənin uzadılması qaydası əvvəlcədən razılaşdırılmış və bu göstərilən şərtlər hazırkı mülki iş üzrə iddiaçının iradə ifadəsi ilə əhatə edilmişdir. İddiaçı ilə Bank arasında bağlanmış əmanət müqaviləsi nəzərdə tutulmuş və tərəflərin iradə ifadəsi ilə əhatə olunmuş şərtlərə müvafiq olaraq avtoprolonqasiya edilmişdir. Əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı 13 fevral 2018-ci il tarixində mü raciət edərək 8.021 manat məbləğində kreditor tələbini qeydə aldırmışdır. Bu barədə ona 0437 saylı qəbz verilmişdir. Göründüyü kimi, İddiaçı tələbi iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Beləliklə, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh YYYnun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə gör ə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmama lıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin faktiki hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 70259876-11 saylı, 27.01.2017-ci il tarixli bank əmanət müqaviləsinə əsasən, Bank əmanətçidən 8000 manat əmanəti 27.01.2017-ci il tarixindən 27.07.2017-ci il tarixinədək 6 ay müddətinə illik 14,2 faiz dərəcəsi ilə qəbul etmişdir. 27 iyul 2017-ci il tarixdə Bank tərəfindən əmanət müqaviləsinin müddəti 6 ay - 27.01.2018-ci il tarixinədək uzadılmış, əmanətin məbləği 8000 manat təşkil etmiş, əma nətin saxlanma müddətindən asılı olaraq hər ay üçün illik 15,2 faiz müəyyən edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən Bankın lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə Bank müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, YYY Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, əmanət müqaviləsi bağlayarkən faiz dərəcəsi 14,2 olmuş, bu baxımdan Banka qoyduğu vəsait qorunan əmanət olmuşdur. Lakin sonradan Bank onun məlumatı və razılığı olmadan müqavilə müddətini və faiz məbləğini artırmışdır və nəticədə onu əmanəti qorunan əmanət statusundan çıxarılmışdır. Halb uki Bankın həmin hərəkəti qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmanət müqaviləsinin avtomatik olaraq eyni müddətə eyni şərtlərlə uzadılması tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan Bank tərəfindən müqavilənin birtərəfli qaydada uzadılması qanuni olsa da, Bank tərəfindən müqavilə müddəti uzadılarkə əmanətin illik faiz dərəcəsini 14,6 faizdən 15,2 faizə qaldırması, yəni əmanətin sığortalanan əmanət statusundan sığortalanmayan əmanət statusuna keçməsi iddiaçı üçün əlverişsiz nəticəyə səbəb olmuşdur. Məhkəmə kollegiyası cavabdehin iddiaya olan etirazını əmanətin illik faiz dərəcəsinin məhz 15,2 faiz müəyyən edilməsinin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsinin qeyd olunan həcmdə olmasına dair əsaslandırması ilə razılaşmayaraq bu nət icəyə gəlmişdir ki, cavabdeh 27.07.2017-ci il tarixdə Bankda illik faiz dərəcəsinin 15,2 olmasına dair, habelə, faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı iddiaçının razılığının alınmasına və (ya) məlumatlandırılmasına dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də, tərəflərin bildirdiyi məlumatlar və işdə olan mövcud materiallar əsasında iddiaçının tələbinin əsasını təşkil edən əmanət müqaviləsi üzrə əmanətin illik 14,2 faiz dərəcəsi ilə qəbul edildiyi və uzadıldığı müəyyən olunduğundan və iddiaçının Banka 27.01.2017-ci il tarixdə qoyduğu əmanət qorunan əmanət olduğu üçün Bankın iflas prosesinin başlaması ilə sığorta hadisəsi baş verdiyindən iddiaçının Bankda olan əmanəti həcmində ona kompensasiya ödənilməsi vəzifəsinin Fondun üzərində qoyulması tələbi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun: - 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-c i maddəsinə müvafiq olaraq YYYnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmçinin həmin qanunda göstərilmişdir ki, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9). Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə YYY tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2). Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir (2.1.2.6). X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir (8.1.20). Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 947.4-cü maddəsinə əsasən əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Qeyd olunan normanın mahiyyətindən də göründüyü kimi uzadılma şərtlərinin müqavilə ilə ayrı qaydası nəzərdə tutula bilər. - 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. - 944-cü maddəsində göstərilmişdir ki, Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin qeyd olunan normasından da görünür ki, tərəflər müqavilədə nəzərdə tutulan şərtlərlə hərəkət etməlidirlər və buna müvafiq olaraq Bank əmanəti sadalanan şərtlərlə geri qaytarmalıdır. YYYnun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarla rına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən YYYna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası qanununun 4.1- ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri YYYnun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi h əddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. X2 16 sentyabr 2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən və həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, əmanət müqaviləsinin avtomatik olaraq eyni mü ddətə eyni şərtlərlə uzadılması tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan Bank tərəfindən müqavilənin birtərəfli qaydada uzadılmasının qanuni olmasına dair cavabdehin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi eyni zamanda haqlı olaraq bu qənaətə də gəlmişdir ki, Bank müqavilə müddətini uzatmaqla yanaşı, əmanətin illik faiz dərəcəsini 14,6 faizdən 15,2 faizə qaldırmaqla, yəni əmanətin sığortalanan əmanət statusundan sığortalanmayan əmanət statusuna keçməsi ilə əmanətin illik faiz dərəcəsinin artırılması iddiaçı üçün əlverişsiz nəticəyə səbəb olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həm də haqlı olaraq cavabdehin iddiaya olan etirazını əmanətin illik faiz dərəcəsinin məhz 15,2 faiz müəyyən edilməsinin həmin g ünə Bankda qüvvədə olan faiz dərəcəsinin qeyd olunan həcmdə olmasına dair əsaslandırması ilə razılaşmayaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh 27.07.2017-ci il tarixdə Bankda illik faiz dərəcəsinin 15,2 olmasına dair, habelə, faiz dərəcəsinin dəyişdirilməsi ilə bağlı iddiaçının razılığının alınmasına və (ya) məlumatlandırılmasına dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Hakimin işdə iştirak edən şəx slərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). Azərbaycan Respublikasının Mülki Məcəllənin 20-ci fəslinin müddəalarına əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üz rə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 405-ci maddəsində göstərilmişdir ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 421.1-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilmə si və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı ilə Bank arasında bağlanmış müqavilələr tərəflərin iradə ifadəsinin təzahürü olsa da və tərəflər müqavilə imzalayarkən onun mühüm şərtləri barədə razılığa gələrək bu razılıq tərəflərin imzaları ilə rəsmiləşdirilsə də, eləcə də, həmin müqavilənin 5.2-ci maddəsində tərəflər arasındakı müqavilənin uzadılması qaydası əvvəlcədən razılaşdırılmaqla bu göstərilən şərtlərin hazırkı mülki iş üzrə iddiaçının iradə ifadəsi ilə əhatə edilməsi faktı olsa da, cavabdeh tərəfindən 27 iyul 2017-ci il tarixdə Bankda qüvvədə olan faiz dərəcəsinin məhz 15,2 faiz olması barədə hər hansı sübut təq dim edilməməsi onun istər iddiaya olan etirazının əsası kimi istinad etdiyi halların, istərsə də kassasiya şikayətinin dəlillərinin əsassız olmasına gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənl i nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köm əyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, əmanətin illik faiz dərəcəsinin artırılması iddiaçı üçün əlverişsiz nəticəyə səbəb olduğundan və cavabdehin həmin dərəcənin əsaslandırılması üçün Bankın daxili aktlarına istinad etdiyindən müqavilə müddətinin uzadılması barədə qərarın qəbul edildiyi tarixdə Bankda qüvvədə olan faizin məhz 15,2 olduğunu sübut etmək yükü cavabdeh tərəfin üzərindədir. Yəni,işin faktiki hallarını obyektiv sürətdə aşkara ç ıxarmağa imkan verən sübutlar təqdim olunması cavabdehin vəzifəsi olmuşdur. Həmçinin məhkəmə kollegiya apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini dəlilləri ilə eynilik təşkil edən, apellyasiya şikayətinin dəlillərinə etirazın dəlillərinə verdiyi hüquqi qiymətlə də razılaşır. Belə ki, iddiaçının mübahisəli əmanət üzrə tələbinin ləğv prosesində qeydə alınması onun hazırkı iddianı qaldırmasını və həmin tələbə baxılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Çünki baxılan iş üzrə YYY Bankın ləğvedicisi qismində deyil, müstəqil cavabdeh kimi çıxış edir və Fondun ləğvedicisi olduğu bankın qanunsuz hərəkəti nəticəsində baş vermiş faiz artımına istinad etməklə kompensasiya ödəməkdən imtinası iddiaçının hüquqlarını pozur. Həmçinin gələcəkdə hazırkı qətnamə qanuni qüvvəyə minərs ə, bu məhkəmə aktı iddiaçının ləğv prosesində qeydə alınmış kreditor tələbinin silinməsi üçün əsas olacaqdır. Bu əsasdan da məhkəmə kollegiyası iddiaçının pul tələbinin kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli olmasına dair kassasiya şikayətinin dəlilini əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nətic əyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh YYY və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)7773/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar