Məhkəmə qərarları › İş №2(102)-993/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-993/2022

05.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-993/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iş üzrə QƏRAR İ iş № 2(102)-993/22 (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddianın qiyməti) Bakı şəhəri, 05 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2299/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasına baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 11.05.2013-cü il təvəllüdlü X3, 17.07.2015-ci il təvəllüdlü X1, 01.08.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və cavabdehdən uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (003)-3127/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşaqların ye tkinlik yaşına çatanadək saxlanmaları üçün 15.09.2020-ci il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Sabit Bəhrəmzadə) Qətnаmədən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2299/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-3127/2020 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 11.05.2013-cü il təvəllüdlü X5, 17.07.2015-ci il təvəllüdlü X4 və 01.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 15.09.2020ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov ) İddiaçı 25 iyun 2021-ci ildə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, hər uşağa 170 manat aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməmişdir. Buna əsas şikayəti kassatorun imzalamaması olmuşdur. İddiaçı 10 avqust 2021-ci ildə eyni məzmunda təkrar kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməmişdir. Buna əsas müddətin keçməsi olmuşdur. İddiaçı 10 noyabr 2021-ci ildə müddətin bərpası barədə ərizə və təkrarən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2299/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərardadı ilə müddət bərpa edilmiş, kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə, o cümlədən həmin Məcəllənin 402.1-ci maddəsinə dəyişiklik edilmiş, mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kass asiya şikayətinin verilməsi istisna edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddia tələbi 3 uşağın hər birinə 170 manat aliment olmaqla aylıq 510 manat, illik 6120 manat həddində olmuş, birinci instansiya məhkəməsi həmin iddianı hər uşağa 130 manat, aylıq 390 manat, illik 4680 manat olmaqla qismən təmin etmiş, cavabdeh bundan apellyasiya şikayəti verməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verməklə, mübahisələndirilən hissə 1440 manat həddində olmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişərək, hər uşaq üçün alimenti 150 manat müəyyən etmiş, beləliklə, aylıq aliment məbləği 450 manat illik 5400 manat olmuşdur ki, iddiaçının mübahisələndirdiyi hissə bir qədər də azalaraq 720 manata düşmüşdür. Belə olan halda, qətnamənin mübahisələndiri lən hissəsində iddianın qiyməti 5 min manatdan aşağı olduğundan bundan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya instansiyasının qətnaməsindən ilk dəfə kassasiya şikayətini qanunverciliklə müəyyən edilmiş qaydada, sonradan isə müəyyən edilmiş müddətdə verməmiş, bu vaxt ərzində prosessual qanunvercliyiə dəyişikilik edilmiş, yuxarıda qeyd edildiyi kimi, mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna olunmuşdur. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Mülki Prosessual Məcəlləyə dəyişikliklə bağlı Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Buna görə də kassasiya şikayəti səhvən icraata götürüldüyündən, şikayət baxışdan çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)-2299/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 10 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(1 03)-2299/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.01.2022-ci il tarixli, 2(102)-993/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar