Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-994/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim Z.Quliyev) cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli qərardadı ilə (hakim Z.Quliyev) şikayət təmin olunmamış və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş şikayət baxılması üçün eyni nömrəli işlə birlikdə X1 göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən M.Hüseynov, hakimlər G.Abbasov və R.Rəfiyev) cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətin i onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin məhkəmə aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlə bağlanmış ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-nin nizamnamə kapitalının 30,05 faizini təşkil edən 25113 ədəd səhmin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 870/01/PA nömrəli müqavilənin ləğv edilməsini, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 14611,30 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-iqtisadi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə aidiyyəti haqqında vəsatəti təmin olunmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını və vəsatətin təmin edilərək mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli qərardadı ilə şikayə t təmin olunmamış və Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş şikayət baxılması üçün eyni nömrəli işlə birlikdə X1 göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn müb ahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati- iqtisadi məhkəməyə aiddir. Həmin Məcəllənin 31-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Mülki Prosessual Məcəllənin 151.1- ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Belə ki, iş üzrə cavabdeh hüquqi şəxsin səhmlərinin tam sahibi deyil, bunun üçün onun hər hansı bir təmsilçiliklə bağlı hüququnun olması mövcud deyildir, eyni zamanda onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olaraq qeydiyyatı ilə bağlı sənəd də mövcud deyildir. İnternet Vergi idarəsi adlanan portaldan edilmiş çıxarışa əsasən cavabdeh in sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olaraq vergi orqanında qeydiyyatının mövcud olmadığı görünür. Cavabdeh “xxxx” ASC-nin səhmlərinin bir hissəsinin sahibi olması (dividend alması və.s) həmin şəxsin bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. İddiaçı hazırkı iddiada açıq səhmdar cəmiyyətin səhmlərinin satılması ilə bağlı alqı-satqı müqaviləsini mübahisələndirir. Belə ki, hazırki iş üzrə cavabdeh fiziki şəxs olduğundan, eləcə də tərəflər arasındakı mübahisə mülki-hüquq münasibətindən irəli gələn mübahisə olduğundan iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur və mülki işin aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi üçün əsaslar mövcud deyildir Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məh kəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-994/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-994/2020
21.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver