Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-999/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh3 Bəhram oğlu Cavabdeh: Cavabdeh2 İddia tələbi: “şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pulun ödənilməsi” Açar sözlər: sağlamlığa vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Vəliyev Ruslan Arif oğlunun, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(103)-3915/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarından görünür ki, iddiaçının övladı olan xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevaya xx.xx.2002-ci il tarixdə “perenatal hipoksik ensefalopatiya, vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu qoyulmuş, xx.xx.2003-cü ildə “periventirikulyar ensefalopatiya, ensefalomielodisplaziya, USİ tetraparez forması, distolik forması, strabizm, endokrinopatiya, psixomotor ləngiməsi” diaqnozu müəyyən edilmiş, 2003-cü ildə Moskva şəhərində Psixonevroloji Əlillərin müalicəsi və profilaktikası ETM-də müayinə və müalicə ol unmuş, 2005-ci ildə Moskva şəhər 18 saylı Uşaq Psixo-nevroloji xəstəxanasında müayinə olunmuş və ona “MSS-nin orqanik zədələnməsi; Spastik qiplegiya; Epilepsiya; Psixi-fiziki inkişafın ləngiməsi” diaqnozu qoyulmuşdur. xx.xx.2005-ci ildə isə “mərkəzi sinir sisteminin orqanik, simptomatik epilepsiya, gec-gec tutmalarla, psixofiziki və nitqi inkişafın geriləməsi” diaqnozu ilə mütəmadi olaraq Moskva şəhərində stasionar müalicədə olmuşdur. xx.xx.2006-cı ildə həkim məsləhət komissiyasından keçirilən zaman onun iki aylığından nevropatoloqda dispanser qeydiyyatda olması qeyd edilmişdir. Moskva şəhərində 2002-2005-ci ildəki dövrlərdə uşaq nevroloji xəstəxanasında, Moskva şəhəri Psixonevroloji əlillərin müalicə profilaktika elmi-terapevtik mərkəzində müayinə və müalicədə olmuşdur. 2006-cı, 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu, 2011-ci və 2012-ci illərdə Moskva şəhərində anadangəlmə kəllə-üz patologiyaları ilə doğulan uşaqlara yardım Elmi-Praktik Mərkəzdə müayinə və müalicə olunmuş, ona “Epilepsiya, tez- tez təkrarlanan qıcolma tutmaları; USİ hemiparez” diaqnozu qoyulmuşdur. xx.xx.2015-ci ildə X7 və Epilepsiya Mərkəzində müayinə olunmuşdur. xx.xx.2016-cı il tarixdə baxış zamanı onurğa sütununda əyrilik, kürək sümüklərində assimmetriya izlənilmiş, müalicə bərpa şöbəsinə göndərilmişdir (təyinat: masaj; diaqnoz: “skalioz”). xx.xx.2016-cı il tarixdə Moskva şəhərində müayinədə olmuş və ona “Fokal simptimatik epilepsiya; USİ onurğada parolitik deformasiya; Skalioz 3-4 dərəcə” diaqnozu qoyulmuşdur. xx.xx.2016-cı ildə isə Moskva şəhərində müayinə və müalicə olunmuş, ona “Total simptomatik epile psiya; Uşaq serebral iflici; Hemiparez” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət Tibbi-Sosyal Ekspertiza və Reabilitasiya Xidmətinin X3 verilən arayış və qaiməyə əsasən xx xxxx 2016-cı il tarixində X8 tərəfindən İddiaçı xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyeva üçün əlil arabası və araba üçün yastıq verilmişdir. İşdə olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 20 X9 xx xxxxxx 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyeva “Anadangəlmə uşaq serebral iflici-tetraplegik forma Epilepsiya” diaqnozu ilə poliklinikanın dispanser qeydiyyatındadır. xx.xx.2016-cı il tarixdə həkim travmatoloq-ortoped Sehranə Vəliyeva evdə baxış zamanı uşaqda skolioz əlamətlərinin olmasını aşkarlamış, skoliozun dərəcəsini dəqiqləşdirmək üçün rentgen müayinəsi məsləhət görülsə, ana Azərbaycanda hər hansı bir müayinə etdirməyəcəyini, müayinələri yalnız Moskva şəhərində etdirdiyini bildirilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli, 267/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyində göstərilmişdir ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərinə əsasən, Suel Fərzəliyevanın düçar olduğu uşaq serebral iflici xəstəliyi fonunda onun onurğa sütünunda skolioz əlamətlərinin olduğu müəyyən edilir. Tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, onda skolioz əlamətləri xx.xx.2016-cı il tarixdə də özünü biruzə vermişdir, lakin xəstəliyin dərəcəsi müəyyənləşdirilməmişdir. Tibbi təcrübəyə əsasən, skoliozu n meydana çıxması bir çox amillərdən asılıdır. Eyni zamanda orqanizmin inkişaf mərhələsində olmasından, passiv həyat tərzindən, eləcə də “USİ” xəstəliyinin ağırlaşmasından skoliozun əmələ gəlməsi inkar olunmur. Qeyd olunanları nəzərə alaraq və CD disk görüntülərində qeyd olunan passiv idman hərəkətləri skoliozun proqressivləşməsinə və 4-cü dərəcəyə çatmasına səbəb ola bilməzdi. Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərinə əsasən, passiv idman hərəkətləri yalnız aşağı ətrafların və çanaq nahiyyəsinin əzələ tonusunun yaxşılaşdırılması istiqamətində aparılmışdır. Bu hərəkətlər icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsiri olmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş CD disk görüntülərində qeyd olunan şəkillər və videolar passiv idman hərəkətlə r növünə aiddirlər”. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 151/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, “Moskva şəhərində yerləşən müxtəlif tibb müəssisələrinin müayinə aktlarına əsasən (xx.xx.2016-cı il) X4 “Bel üçbucağının asimmetriyası, gövdənin qeyri-düzgün formada olması və onurğa sütununun deformasiyası hesabına qısalması; sol kürəyin sağa nisbətən 2,0 sm yuxarı səviyyədə yerləşməsi; başın orta xətdən sağa yerdəyişməsi; döş qəfəsinin asimmetriyası və sol tərəfli qabırğa donqarlığı; göbəyin orta xətdən 3,0 sm sağa yerini dəyişməsi; döş qəfəsinin hiperkifozu; bel lordozunun yüksəlməsi; onurğanın döş-bel şöbəsinin sol tərəfli skoliotik tipli deformasiyası; yuxarı və aşağı ətrafların oynaqlarında hərəkətlər məhdudluğu; pəncələrdə daxilə doğru varus tipli paralitik deformasiya” kimi patoloji dəyişikliklərin kliniki əlamətləri aşkar edilmiş və ona “Uşaq serebral iflici, döş-bel skoliozu lll-İV dərəcə fonunda onurğanın paralitik deformasiyası, ayaq pəncəsinin deformasiyalaşdıran iflici” diaqnozu qoyulmuşdur. Belə ki, X5 düçar olduğu “Epilepsiya simptomatik forma, remissiya mərhələsində (2010-cu il). Uşaq serebral İflici, ikitərəfli hemlplegiya” əsas xəstəliyinin ağırlaşması olan “Uşaq serebral iflici fonunda onurğa sütununun deformasiyalaşdıran iflici, döş-bel nahiyəsinin İİİ, İV dərəcəli skoliozu, ayaq pəncələrini deformasiyalaşdıran iflici” xəstəliyinin kiçik yaşlarından başlayaraq vaxtında və düzgün müalicə olunmaması hesabına proqressivləşməsi baş verə bilərdi. X6 adına tərtib olunmuş epikrizlərə əsasən təsdiq edilmiş diaqnoz skeletin və sinir sisteminin anadangəlmə ağır bətndaxili inkişaf qüsurudur. Heç bir fizioterapiya və ya müalicəvi idman hərəkətləri olan deformasiyaları artıra bilməz. Deformasiyaların artması yalnız illərə, xəstənin fiziki və psixi inkişafı ilə əlaqədardır. X6 düçar olduğu “Uşaq serebral iflici, döş-bel skoliozu İİİ-İV dərəcə fonunda onurğanın paralitik deformasiyası, pəncənin deformasiyalaşdıran iflici” xəstəliyinin proqressivləşməsinin profilaktikası korreksiyaedici gimnastika, müalicəvi idman yolu ilə aparılır. Bu halda X6 onurğa sütununa hər hansı bir fiziki təsir olmadan, o cümlədən idman hərəkətləri edilmədən İV dərəcəli skolioz xəstəliyinin əmələ gəlməsi baş vermişdir”. İş materia llarından məlum olur ki, İddiaçı “mütəxəssis Cavabdeh1 2016-cı ilin apreliyul aylarında müalicəvi idman hərəkətlərini düzgün tədbiq etməməsinin anadangəlmə uşaq serebral iflicindən əziyyət çəkən 2002-ci il təvəllüdlü qızı Suel Fərzəliyevanın səhhətinin pisləşməsinə səbəb olması” barədə şikayəti Binəqədi RPİ-də araşdırılmış, nəticə etibarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, sözügedən işə birinci instansiya məhkəməsində baxılarkən də məhkəmə-tibbi ekspertizaları keçirilmişdir; Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin T 16/2017 saylı rəyində ekspertiza qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, “Azyaşlı S.M.Fərzəliyevanın adına 20 saylı şəhər poliklinikasında tərtib olunmuş u şağın inkişaf tarixi kitabçasına əsasən ona xx.xx.2002-ci ildə “peronatal hipoksik ensefalopatiya, vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu qoyulmuşdur. xx.xx.2003-cü ildə isə onda “periventrikulyar ensefalopatiya, ensefalomieolodisplaziya, USİ tetraparez forması, distonik forması, strabizion, endokrinopatiya, psixomotor ləngiməsi” diaqnozu müəyyən edilmişdir. xx.xx.2005-ci ildə o, “mərkəzi sinir sisteminin orqanik, simptomatik epilepsiya gec-gec tutmalarla, psixofıziki və nitqi inkişafın geriləməsi” diaqnozu ilə mütəmadi olaraq Moskva şəhərində stasionar müalicədə olmuşdur. O, iki aylığından nevropatoloqun dispanser qeydiyyatında olmuş, xx.xx.2006-cı ildə həkim məsləhət komissiyasından keçirilmişdir. 2002-2005-ci ildəki dövrlərdə Moskva şəhərindəki uşaq nevroloji xəstəxanasında və Psixonev roloji əlillərin müalicə elmi-terapevtik mərkəzində müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin xx.xx.1999-cu il tarixli müvafiq əmrinə əsasən əlillik müavinəti alması üçün o, “epilepsiya, embiriopatik, USİ, ikincili hemiplegiya, nitqin ləngiməsi” diaqnozu ilə həkim əmək ekspert komissiyasına göndərilmişdir. Qeyd olunan diaqnozla əlaqədar mütəmadi olaraq həm konservativ, həm də fizioterapevtik müalicələr almışdır. xx.xx.2017-ci ildə evdə cərrahın baxışı zamanı ikitərəfli İİİ-İV dərəcəli skolioz aşkar edilmişdir. Qeyd edilən xəstəliklər anadangəlmə olduğundan müalicəli idman hərəkətləri nəticəsində yarana bilməzdi. Qeyd edilən kobud patologiya nevrogen mənşəli olduğundan müvafiq sertifikatı olmayan şəxs tərəfindən müalicəvi idman h ərəkətlərinin aparılması, o cümlədən məşğul olması yol verilməzdir”. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 308/KEŞ saylı rəyində ekspert komissiyası belə nəticəyə gəlmişlər: “Suel Fərzəliyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, “Uşaq serebral iflici; Hemiparez; Epilepsiya; Skalioz İV dərəcə” diaqnozu ilə 20 saylı uşaq poliklinikasında dispanser qeydiyyatdadır. Tərtib edilmiş 117 sdaylı “Uşağın inkişaf kitabçası”ndan görünür ki, Suel Fərzəliyevanın düçar olduğu “uşaq serebral iflici” xəstəliyi fonunda əvvəllər onda skalioz əlamətlərin olduğu xx.xx.2016-cı il tarixdə biruzə vermişdir, lakin xəstəliyin dərəcəsi müəyyənləşdirilməmişdir. Tibbi təcrübəyə əsasən skaliozun meydana çıxması bir çox amillərdən asılıd ır. Eyni zamanda orqanizmin inkişaf mərhələsində olmasını nəzərə alaraq “USİ” xəstəliyinin ağırlaşması (skaliozun) əmələ gəlməsi inkar olunmur. Suel Fərzəliyevanın düçar olduğu uşaq serebral iflici ilə əlaqədar ona aparılmış bədən tərbiyəsi müalicəsinin müsbət effekti olmasa da, tədbiq olunan müalicənin xəstəliyin yaranmasına səbəb olması isisna edilir”. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, heç bir rəsmi icazəsi və fəaliyyətlə məşğul olmaq üçün təhsili olmayan cavabdeh tərəfindən qızı xx xxxxxx 2002-ci il təvəllüdlü X1 vurduğu zərərin (ödənilmiş xərclər də daxil olmaqla) yenidən əvvəlki vəziyyətinə bərpasına çəkiləcək xərclər də nəzərə alınmaqla ödənilməsi barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinin həcmini artıraraq və əlavə olaraq Cavabdeh3 və Cavabdeh2 da cavabdeh qismində cəlb edərək, yetkinlik yaşına çatmayan övladı X2 zərər yetirildiyinə görə reabilitasiya və sair xərclərin tutularaq, bu günə qədər xərclədiyi 40.000 manat, sonrakı 3 il ərzində aparılacaq reabilitasiya prosedurası üçün tələb olunan əlavə xərclər kimi 70.000 manat, mənəvi zərərin əvəzi olaraq 2 000 manat kompensasiya olmaqla ümumilikdə 112.000 manat pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin də cavabdeh qismində cəlb edilməsi barədə vəsatət təqdim etmiş (həmin vəsatət təmin edilməmişdir), hə mçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təkrarən məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətləri nəticəsində yetkinlik yaşına çatmayan övladı X2 ciddi zərər yetirməsinin, yəni cavabdehlərin əməlləri nəticəsində qızının 3-4 dərəcəli skolioz xəstəliyinə tutulmasının tanıması, cavabdehlərdən reablitasiya və sair xərclərin tutularaq, onun bu günə kimi xərclədiyi 40.000 manat, sonrakı 3 il ərzində aparılacaq reablitasiya prosedurlarına görə tələb olunan əlavə xərclər kimi 70.000 manat, mənəvi zərərə görə 20.000 manat kompensasiya pulunun, ümumilikdə 130.000 manat pul məbləğinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(001)91/2019 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pulun ödənilməsi” tələbi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3915/2020 nömrəli, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(001)- 91/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasi ya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu, bərabərlik hüququnu, əsaslandırılmış məhkəmə qərarı almaq hüququnu pozmuş, əlavə və təkrar ekspertiza keçirilməsi barədə vəsatətini, həmçinin iddiaçının təqdim etdiyi digər vəsatətləri təmin etməmiş, iddiaçıya sübutları vəsatətləri ilə təmin etməyə imkan verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosess ual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3915/2020 nömrəli, 30 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəliyev Ruslan Arif oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh3 Bəhram oğlu və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə i clasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh1 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, a şağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Çünkü o (iddiaçı), qızının əvvəllər sağlam olan onurğa sütununun cavabdehlərin əməlləri (uşağa münasibətdə bədən tərbiyəsi ilə düzgün məşğul olmamaları) nəticəsində əyildiyini və onun İV dərəcə skalioz xəstəliyinə düçar olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir; əksinə iş üzrə dəfələrlə ekspertiza təyin edilmiş və h əmin ekspert rəylərində xəstə üzərində aparılan idman hərəkətlərinin passiv idman hərəkətləri növünə aid edildiyi, passiv idman hərəkətlərinin yalnız aşağı ətrafların və çanaq nahiyyəsinin əzələ tonusunun yaxşılaşdırılması istiqamətində aparıldığı, bu hərəkətlərin skoliozun proqressivləşməsinə və 4-cü dərəcəyə çatmasına səbəb olmasının mümkünsüz olduğu, həmçinin icra müddətindən asılı olmayaraq onurğa sütünunun yüklənməsinə mənfi təsir göstərmədiyi göstərilmiş, o cümlədən skoliozun meydana çıxmasının bir çox amillərdən asılı olduğu, orqanizmin inkişaf mərhələsində olmasından, passiv həyat tərzindən və “USİ” xəstəliyinin ağırlaşmasından əmələ gəlməsinin inkar olunmadığı xüsusi olaraq vurğulanmışdır. Həmin rəylərdə həmçinin qeyd edilmişdir ki, “X6 adına tərtib olunmuş epikrizlərə əsasən təsd iq edilmiş diaqnoz skeletin və sinir sisteminin anadangəlmə ağır bətndaxili inkişaf qüsurudur. Heç bir fizioterapiya və ya müalicəvi idman hərəkətləri olan deformasiyaları artıra bilməz. Deformasiyaların artması yalnız illərə, xəstənin fiziki və psixi inkişafı ilə əlaqədardır”. İş materiallarından görünür ki, iddiaçı özünün iddia ərizəsində Cavabdeh1 xx xxxxx 2016-cı il tarixindən xx xxxx 2016-cı il tarixinədək qızı ilə müalicəvi bədən tərbiyəsi ilə məşğul olduğunu qeyd etmiş, bununla belə iş materialları ilə uşaqdakı skolioz əlamətlərinin hələ xx.xx.2016-cı il tarixdə özünü biruzə verdiyi müəyyən edilmişdir ki, işin qeyd edilən faktiki halı da xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevanın onurğa sütununun cavabdehlərin əməlləri nəticəsində əyilməsini və nəticədə onun İV dərəcə skalioz x əstəliyinə düçar olmasını istisna edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı “mütəxəssis Cavabdeh1 2016-cı ilin aprel-iyul aylarında müalicəvi idman hərəkətlərini düzgün tədbiq etməməsinin anadangəlmə uşaq serebral iflicindən əziyyət çəkən 2002-ci il təvəllüdlü qızı Suel Fərzəliyevanın səhhətinin pisləşməsinə səbəb olması” barədə şikayəti Binəqədi RPİdə araşdırılaraq nəticə etibarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, həmin araşdırma zamanı da məhkəmə-tibbi ekspertizaları keçirilmiş və həmin rəylərdə də ekspertlər eyni nəticəyə gələrək, “xx.xx.2002-ci il təvəllüdlü Suel Fərzəliyevadakı xəstəliklərin anadangəlmə olduğundan müalicəli idman hərəkətləri nəticəsində yaranmasının mümkün olmadığını” və “...aparılan bədən tərbiyəsi müalicəsinin söz ügedən xəstəliyin yaranmasına səbəb olmadığını” qeyd etmişlər. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “şikəstetmə və ya səhhəti sair şəkildə zədələməyə görə pulun ödənilməsi” tələbi barədə iddiası təmin edilməməlidir. Kassasiya kollegiyası kassartorun apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kasasiya kollegiyası qeyd edir ki, kas sator kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnun, bərabərlik hüququnun, əsaslandırılmış məhkəmə qərarı almaq hüququnun pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nə zərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3915/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-999/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-999/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver